Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?


) Bəlğəmdə hematoidin kristalları nə vaxt aşkar edilir?



Yüklə 2,43 Mb.
səhifə15/25
tarix22.03.2018
ölçüsü2,43 Mb.
#33142
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

926) Bəlğəmdə hematoidin kristalları nə vaxt aşkar edilir?
A) Krupoz pnevmoniyada

B) Bronxopnevmoniyada

C) Bronxitdə

D) Ağciyər qanqrenasında

E) Bronxial astmada
Ədəbiyyat: Камышников В.С. Справочник по клинико-биохимической лабораторной диагностике, Минск, 2000
927) Ağız suyu vəziləri hansı fermenti ifraz edir?
A) Maltaza

B) Pepsin

C) Lipaza

D) Amilaza

E) Enterokinaza
Ədəbiyyat: Назаренко Г.И., Кишкун А.А. Kлиническая оценка результатов лабораторных исследований. Москва, «Медицина», 2002
928) Tərkibində çox miqdarda lipid olduqda sidik hansı rəngdə olur?
A) Qırmızı rəngdə

B) Samanı – sarı rəngdə

C) Yaşılı – sarı rəngdə

D) Süd rəngində

E) Tünd – qonur rəngdə
Ədəbiyyat: Cəlilova S.A. Sidiyin kliniki müayinəsi. Bakı, 1997
929) Gecə diurezinin artması necə adlanır?
A) Pollakiuriya

B) Anuriya

C) Oliquriya

D) Nikturiya

E) Poliuriya
Ədəbiyyat: Хиггинс К. Расшифровка клинических лабораторных анализов. Москва, 2004
930) Sidikdən nə vaxt meyvə qoxusu gəlir?
A) Sistit zamanı

B) Diabetik koma zamanı

C) Piyelonefrit zamanı

D) Durğun böyrək zamanı

E) Nefrotik sindrom zamanı
Ədəbiyyat: Cəlilova S.A. Sidiyin kliniki müayinəsi. Bakı, 1997
931) “Pollakiuriya” nə deməkdir?
A) Sidiyin gündəlik miqdarının azalması

B) Sidik ifrazının tam dayanması

C) Tez - tez sidik ifrazı

D) Sidiyin gündəlik miqdarının artması

E) Gec - gec sidik ifrazı
Ədəbiyyat: Cəlilova S.A. Sidiyin kliniki müayinəsi. Bakı, 1997
932) Hemoqlobin nədir?
A) Karbohidrat

B) Zülal


C) Mineral maddə

D) Xromoproteid

E) Lipid
Ədəbiyyat: Исследования системы крови в клинической практике (под редакцией Г.И.Козина и В.А.Макарова)
933) Hemoqlobinin zülal hissəsi nədir?
A) Seruloplazmin

B) Albumin

C) Transferrin

D) Qaptoqlobin

E) Qlobin
Ədəbiyyat: Исследования системы крови в клинической практике (под редакцией Г.И.Козина и В.А.Макарова)
934) Böyüklərin hemoqlobininin əsas növü hansıdır?
A) HbA

B) HbD


C) HbF

D) HbP


E) HbS
Ədəbiyyat: Алексеев С.А., Гаин, Ю.М. Анализы крови и мочи и их интерпретация. Минск, 2002, 135 с
935) Qlükoza 6 - fosfat dehidrogenazanın (Q - 6 - FDQ) çatışmazlığı hansı xəstəliklərə səbəb ola bilər?
A) Dəmir - defisitli anemiya

B) Sideroblast anemiya

C) Hemolitik anemiya

D) Aplastik anemiya

E) Hiperxrom anemiya
Ədəbiyyat: Клиническая лабораторная аналитика. (Под редакцией В.В.Меньшикова) М: Лабинформ-РАМЛД, 1999
936) β - talasemiya zamanı nə müşahidə olunur?
A) Hemoqlobin sintezinin azalması

B) Qlobinin β - zəncirlərinin sintezinin artması

C) Qlobinin α zəncirlərinin sintezinin azalması

D) Qlobinin β - zəncirlərinin sintezinin azalması

E) Qlobinin γ - zəncirlərinin sintezinin artması
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
937) «K» vitamini sadalananlardan hansının sintezinə təsir edir?
A) Protrombin

B) Prekallikrein

C) XII amil

D) III amil

E) Fibrinogen
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005
938) «K» avitaminozu nə zaman inkişaf etmir ?
A) Obturasion sarılıq

B) Parenximatoz hepatit

C) Antibiotiklərin peroral qəbulu

D) Disbakterioz

E) Yumurtalıqların disfunksiyası
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
939) Koaquloqramma nə deməkdir?
A) Trombositlərin aqreqasiyasının təyini üsulu

B) Qanın laxtalanması haqqında təsəvvür sistemi

C) Qan yaranması haqqında elm

D) Laxtalanma vaxtının ölçülmə üsulu

E) Hemostazın müxtəlif hissələrinin xarakteristikası üçün müayinələr kompleksi
Ədəbiyyat: Камышников В.С. Справочник по клинико-биохимической лабора¬тор¬ной диагностике, Минск, 2000
940) Plazma zülallarına nə aiddir?
A) Keratin

B) Skleroprotein

C) Elastin

D) Kollagenlər

E) Qlobulin
Ədəbiyyat: Камышников В.С. Справочник по клинико-биохимической лабораторной диагностике, Минск, 2000, 495 с
941) Həzm sisteminin proteolitik fermenti hansıdır?
A) Pepsin

B) Kallikrein

C) Katepsin

D) Urokinaza

E) Plazmin
Ədəbiyyat: Назаренко Г.И., Кишкун А.А. Kлиническая оценка результатов лабораторных исследований. Москва, «Медицина», 2002
942) Kreatinkinazanın daha çox xüsusi aktivliyi hansı orqan üçün xasdır?
A) Əzələ

B) Beyin


C) Qaraciyər

D) Böyrək

E) Mədəaltı vəz
Ədəbiyyat: Камышников В.С. Справочник по клинико-биохимической лабораторной диагностике, Минск, 2000, 495 с
943) Aşağıdakı fermentlərdən hansı mədəaltı vəzidə sintez olunmur?
A) Lipaza

B) Ximotripsin

C) Trombin

D) Elastaza

E) Tripsin
Ədəbiyyat: Комаров Ф.И., Коровкин Б.Ф., Меньшиков В.В. Биохимические исследования в клинике, Москва, 2001
944) Miokard infarktı zamanı hansı fermentin aktivliyi artır?
A) LDQ - 5

B) Alfa - amilaza

C) Qələvi fosfataza

D) Xolinesteraza

E) Kreatinkinaza
Ədəbiyyat: Комаров Ф.И., Коровкин Б.Ф., Меньшиков В.В. Биохимические исследования в клинике, Москва, 2001
945) Kəskin pankreatit zamanı xəstəliyin birinci günündə alfa - amilazanın aktivliyi nədə daha həssas təyin olunur?
A) Nəcisdə

B) Qanda


C) Mədə şirəsində

D) Sidikdə

E) Ağız suyu
Ədəbiyyat: Березов Т.Т., Коровкин Б.Ф. Биологическая химия. М.,Медицина, 1998
946) Qanda qlükozanın homeostazında iştirak edən əsas orqan hansıdır?
A) Böyrəklər

B) Əzələlər

C) Bağırsaq

D) Ağciyərlər

E) Qaraciyər
Ədəbiyyat: Маршалл В.Д. Клиническая биохимия, Москва 2000
947) Karbohidratların parçalanmasında hansı ferment iştirak etmir?
A) Maltaza

B) Qamma - amilaza

C) Laktaza

D) Ximotripsin

E) Alfa - amilaza
Ədəbiyyat: Березов Т.Т., Коровкин Б.Ф. Биологическая химия. М.,Медицина, 1998
948) Hipoqlikemik effekti hansı hormon həyata keçirir?
A) Somatotrop hormon

B) Qlükoqon

C) Qlükokortikoidlər

D) Adrenalin

E) İnsulin
Ədəbiyyat: Назаренко Г.И., Кишкун А.А. Kлиническая оценка результатов лабораторных исследований. Москва, «Медицина», 2002
949) Şəkərli diabetdən şübhələndikdə ilk növbədə aşağıdakılardan hansı təyin edilir?
A) Sidikdə qlükoza

B) Qanda qlükoza

C) Sidikdə zülal

D) Qlükolizləşmiş hemoqlobin

E) Triqliseridlər
Ədəbiyyat: Комаров Ф.И., Коровкин Б.Ф., Меньшиков В.В. Биохимические исследования в клинике, Москва, 2001
950) Lipidlərin sorulması əsasən harada baş verir?
A) 12-barmaq bağırsaqda

B) Nazik bağırsaqda

C) Yoğun bağırsaqda

D) Ağız boşluğunda

E) Mədədə
Ədəbiyyat: Маршалл В.Д. Клиническая биохимия, Москва 2000
951) İnsan orqanizmində miqdarı 1 kq - 2 kq-a yaxın olan mineral hansıdır?
A) Na +

B) K +


C) Ca ++

D) Mg ++


E) Fe
Ədəbiyyat: Назаренко Г.И., Кишкун А.А. Kлиническая оценка результатов лабораторных исследований. Москва, «Медицина», 2002
952) Qanda natriumun səviyyəsini nə tənzim edir?
A) Aldosteron

B) Parathormon

C) Adrenalin

D) Prostaqlandinlər

E) Kalsitonin
Ədəbiyyat: Комаров Ф.И., Коровкин Б.Ф., Меньшиков В.В. Биохимические исследования в клинике, Москва, 2001
953) Ferritin əsasən harada yerləşir?
A) Mədəaltı vəzdə

B) Böyrəklərdə

C) Qaraciyərdə

D) Eritrositlərdə

E) Mədədə
Ədəbiyyat: Цыганенко Ф.Я., Шуков В.И., Мясоедов В.И. и соавт. Клиническая биохимия, Москва 2000
954) Adrenalin nəyi sürətləndirir?
A) Arterial təziyiqin azalmasını

B) Bağırsağ əzələlərinin yığılmasını

C) Bronxospazmı

D) Ürək əzələsinin yığılmasını

E) Lipogenezi
Ədəbiyyat: Маршалл В.Д. Клиническая биохимия, Москва 2000
955) Hipofizin arxa payında əmələ gələn hormon hansıdır?
A) Qlükaqon

B) Vazopressin

C) AKTH

D) Qlükokortikoidlər



E) Qonadotrop hormonlar
Ədəbiyyat: Назаренко Г.И., Кишкун А.А. Kлиническая оценка результатов лабораторных исследований. Москва, «Медицина», 2002
956) Qanda histamin əsasən harada yerləşir?
A) Plazmada ferment ingibitorları var

B) Tosqun hüceyrələrdə

C) Eritrositlərdə

D) Trombositlərdə

E) Neytrofillərdə
Ədəbiyyat: Березов Т.Т., Коровкин Б.Ф. Биологическая химия. М., Медицина, 1998, 704 с
957) Aşağıdakılardan hansı katexolamin sayılır?
A) Histamin

B) Heparin

C) Serotonin

D) Süd turşusu

E) Dofamin
Ədəbiyyat: Березов Т.Т., Коровкин Б.Ф. Биологическая химия. М., Медицина, 1998, 704 с
958) Toyuq korluğu hansı vitaminin alimentar çatışmazlığı zamanı inkişaf edir?
A) C vitamini

B) A vitamini

C) D vitamini

D) B1 vitamini

E) B6 vitamini
Ədəbiyyat: Березов Т.Т., Коровкин Б.Ф. Биологическая химия. М.,Медицина, 1998,
959) Meqaloblastik anemiya hansı vitaminin çatışmazlığı zamanı inkişaf edir?
A) B12 vitamini

B) D vitamini

C) A vitamini

D) B1 vitamini

E) C vitamini
Ədəbiyyat: Маршалл В.Д. Клиническая биохимия, Москва 2000
960) Raxit hansı vitaminin çatışmazlığı zamanı inkişaf edir?
A) C vitamini

B) B12 vitamini

C) D vitamini

D) A vitamini

E) B1 vitamini
Ədəbiyyat: Маршалл В.Д. Клиническая биохимия, Москва 2000
961) Dermatit, stomatit və konyuktivit hansı vitaminin defisiti zamanı inkişaf edir?
A) E vitamini

B) D vitamini

C) A vitamini

D) B2 vitamini

E) C vitamini
Ədəbiyyat: Березов Т.Т., Коровкин Б.Ф. Биологическая химия. М.,Медицина, 1998
962) Hemorragik sindrom hansı vitaminin defisiti zamanı inkişaf edir?
A) E vitamini

B) K vitamini

C) B6 vitamini

D) B1 vitamini

E) D vitamini
Ədəbiyyat: Березов Т.Т., Коровкин Б.Ф. Биологическая химия. М.,Медицина, 1998
963) Beri - beri xəstəliyi hansı vitaminin alimentar çatışmazlığı zamanı inkişaf edir?
A) B1 vitamini

B) A vitamini

C) D vitamini

D) B5 vitamini

E) B6 vitamini
Ədəbiyyat: Березов Т.Т., Коровкин Б.Ф. Биологическая химия. М.,Медицина, 1998
964) Mioqlobin harada yerləşir?
A) Qaraciyərdə

B) Eritrositlərdə

C) Əzələlərdə

D) Sinir sistemində

E) Sümük iliyində
Ədəbiyyat: Клиническая биохимия (под редакцией В.А.Ткачука), Москва, 2004
965) İltihabın kəskin fazasının zülalı hansıdır?
A) Kollagen

B) Mioglobin

C) Protein C

D) Hemoqlibin

E) Anqiotenzin
Ədəbiyyat: Назаренко Г.И., Кишкун А.А. Kлиническая оценка результатов лабораторных исследований. Москва, «Медицина», 2002
966) Qatılığı 6 - 12 saat ərzində 100 - 1000 dəfə artan iltihab reaktantları hansıdır?
A) İgG, İgA, İgM, - makroqlobulin

B) Albumin, transferrin, prealbumin

C) Seruloplazmin, C 3, C 4 - komplementləri

D) C - reaktiv zülal, serumun amiloid A zülalı

E) Orozomukoid, a1 - antitripsin, qaptoqlobin, fibrinogen
Ədəbiyyat: Назаренко Г.И., Кишкун А.А. Kлиническая оценка результатов лабораторных исследований. Москва, «Медицина», 2002
967) C - reaktiv zülal nə zaman aşkarlanır?
A) Xroniki iltihab zamanı əmələ gəlir

B) Bakterial iltihab zamanı daha çox müşahidə olunur

C) Viruslu iltihab zamanı daha çox müşahidə olunur

D) Normada var, iltihab zamanı azalır

E) Əməliyyatdan sonraki dövrdə olmur
Ədəbiyyat: Назаренко Г.И., Кишкун А.А. Kлиническая оценка результатов лабораторных исследований. Москва, «Медицина», 2002
968) Hepatit «B» üçün spesifik test hansıdır?
A) Turş fosfatazanın aktivliyi

B) HBs - antigenin immunokimyəvi təyini

C) Transaminazaların aktivliyinin təyini

D) Sorbithidrogenazanın aktivliyi

E) Bilirubinin artması
Ədəbiyyat: Назаренко Г.И., Кишкун А.А. Kлиническая оценка результатов лабораторных исследований. Москва, «Медицина», 2002
969) Natriumi - oksibutiratın təsirinin xarakterik cəhəti nədən ibarətdir?
A) Uzunmüddətli yuxu törədir

B) Damar spazmını artırır

C) Güclü analgeziya edicidir

D) Orta terapevtik dozada tənəffüsü zəiflədir

E) Antihipoksik təsir göstərir
Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
970) Stranqulyasiyon asfiksiyada ölüm zamanı ilk yardım əsasən nədən ibarətdir?
A) Ürək - Ağciyər reanimasiyası

B) İnfuziyon terapiya tədbirlərinin aparılması

C) İntubasiyanın aparılması

D) Ağciyərlərin süni ventilyasiyası aparatına qoşulması

E) Traxeotomiyanın aparılması
Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
971) Aktivləşdirilmiş kömürün hər kiloqram bədən kütləsinə bir dəfəlik dozası hansıdır?
A) 2 qr

B) 1 qr


C) 3 qr

D) 4 qr


E) 5 qr
Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
972) Parasetamolla zəhərlənmə zamanı antidot hansıdır?
A) Asetilsistein

B) Nalokson

C) Atropin

D) Dipiroksim

E) Flumazenil
Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
973) Unitiol hansı zəhərlənmədə antidotdur?
A) Barbituratlar

B) Fosfor üzvi birləşmələr

C) Ağır metallar

D) Opiatlar

E) Fentanil
Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
974) Dipiroksim hansı zəhərlənmədə antidotdur?
A) Fentanil

B) Opiatlar

C) Fosfor üzvi birləşmələr

D) Ağır metallar

E) Barbituratlar
Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
975) Protamin sulfat hansı zəhərlənmədə antidotdur?
A) Fosfor üzvi birləşmələr

B) Heparin

C) Metil spirti

D) Etilen - qlikol

E) Atropin
Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
976) Naşatır spirti ilə zəhərlənmədə ilk yardım zamanı nə etmək olmaz?
A) Vena daxilinə kristalloid məhlullar

B) Mədə möhtəviyyatını nazik zondla sormaq

C) Vena daxilinə 10% albumin məhlulu

D) Qusma yaratmaq

E) Zəhərin konsentrasiyasını azaltmaq üçün çoxlu su içirmək
Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
977) Yanıqların təsnifatına hansı daxil deyildir?
A) Hipertermiki

B) Kimyəvi

C) Şüa

D) Termiki



E) Elektrik
Ədəbiyyat: Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı – 2009
978) Uşaqlarda termiki travmanın ağırlığını düzgün qiymətləndirmək üçün, tənəffüs yollarının yanığında ümumi zədələnmə sahəsinə neçə faiz əlavə edilir?
A) 10 - 12%

B) 4 - 5%

C) 13 - 15%

D) 2 - 3%

E) 7 - 8%
Ədəbiyyat: Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı – 2009
979) Bir yaşa qədər uşaqlarda başda yanıq sahəsi neçə faiz təşkil edir?
A) 17%

B) 11 %


C) 16 %

D) 20%


E) 10%
Ədəbiyyat: Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı – 2009
980) Beş yaşlı uşaqlarda başın yanıq sahəsi neçə faiz təşkil edir?
A) 20%

B) 13%


C) 15%

D) 11%


E) 17 %
Ədəbiyyat: Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı – 2009
981) Aşagıdakılardan hansı yanıq xəstəliyinin dövrlərinə aid deyil?
A) Koma dövrü

B) Bərpa (reabilitasiya )

C) Septikotoksemiya

D) Yanıq şoku

E) Kəskin yanıq toksemiyası
Ədəbiyyat: Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı – 2009
982) Yanıq şokunun müalicəsində birinci 8 saat ərzində hansı məhlulun vurulması məsləhətdir?
A) 5% - li qlükoza

B) Plazma

C) Jelatinol

D) 5% - li albumin

E) Poliqlükin
Ədəbiyyat: Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı – 2009
983) Hansı əlamət turşuların istifadəsi zamanı yaranan kimyəvi yanığın xarakterik əlaməti deyil?
A) Toxumalar susuzlaşır, kənarlarında iltihab zonası olur

B) Aydın sərhədlərə malik quru qasnaq əmələ gəlir

C) Zədələnmə çox vaxt dərin olur, iltihab zonası olur

D) Yaş nekroz törədir, qasnaq yumşaq olur

E) Toxuma zülallarının koaqulyasiyası yaranır
Ədəbiyyat: Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı – 2009
984) Yanıq xəstəliyinin ağırlaşmaları içərisində birinci yerdə hansı durur?
A) Böyrək, mərkəzi sinir sistemi disfunksiyası

B) Homeostaz dəyişiklikləri

C) Ürək - damar sistemi və tənəffüs sistemi pozğunluqları

D) Mədə - bağırsaq traktının pozğunluqları

E) Qaraciyər disfunksiyası
Ədəbiyyat: Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı – 2009
985) Hansı əlamət qeyri - stabil stenokardiyaya aid deyil?
A) Proqressivləşən gərginlik stenokardiyası

B) Mikard infarktının ilk 14 günündə əmələ gələn stenokardiya

C) 30 gün ərzində ilk dəfə əmələ gələn ağır gərginlik stenokardiyası

D) Sakitlikdə ilk dəfə əmələ gəlməsi

E) Anginoz tutmanın fiziki yükün səviyyəsindən asılı olması
Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
986) Aşağıdakılardan hansı stenokardiyanın klinik formasıdır?
A) Stabil və qeyri - stabil

B) Spontan və qeyri - stabil

C) Proqressivləşən spontan

D) Gərginlik və spontan

E) Gərginlik və qeyri - stabil
Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
987) Vazospastik stenokardiya zamanı effektli preparat hansıdır?
A) Nifedipin

B) Diltiazem

C) Propranolol

D) Verapamil

E) Nitroqliserin
Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
988) Anginoz tutma zamanı təcili yardım üçün aşagıdakılardan hansı vacib deyil?
A) Arterial təzyiq və ürək ritmini korreksiya etmək

B) Koronaroqrafiya etmək

C) Fiziki və emosional sakitlik yaratmaq

D) Dilaltına nitroqliserin qoymaq

E) Rahat yarım oturaq vəziyyət vermək
Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
989) Bayılmanın əsasında nə durur?
A) Dövr edən qanın həcminin azalması

B) Ürəyin hipoksiyası

C) Ürəyin işemik xəstəliyi

D) Anemiya

E) Beyinin hipoksiyası
Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
990) Xarici otitin klinik təsnifatına daxil deyil?
A) Diffuz

B) Abses


C) Seroz

D) Çiban


E) Nekrotik
Ədəbiyyat: Kəskin otitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009
991) Kəskin хarici otitin müalicəsində rol oynamır?
A) Analgetiklər

B) Antibiotiklər

C) Fizioterapiya

D) Steroidlər

E) Sedativ maddələr
Ədəbiyyat: Kəskin otitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009
992) Kəskin хarici otitin müalicə sxeminə hansı daxil deyil?
A) Su - duz mübadiləsinin korreksiyası

B) Analgetiklər

C) Karbohidrat mübadiləsinin korreksiyası

D) Flukonazol

E) Antibiotiklər
Ədəbiyyat: Kəskin otitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009
993) Kəskin orta otitin simptomları hansıdır?
A) Yüksək hərarət, eşitmə zəifliyi

B) Əsəbilik eşitmənin zəifləməsi, ümumi vəziyyətin pozulması

C) Normal hərarət, qulaqlarda küy

D) Qulaqlarda ağrı, yüksək hərarət

E) Kəskin qulaq ağrısı, qulaqlarda qaşınma, yuxunun pozulması
Ədəbiyyat: Kəskin otitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009
994) Kəskin appendisit zamanı xəstə yataqda hansı vəziyyətdə olur?
A) Sakit halda sol böyrü üstə uzanır

B) “Qurbağa” pozasında

C) Diz - dirsək vəziyyətində

D) Uzana bilmir, yalnız oturur

E) Sakit halda arxası üstə və ya sağ böyrü üstə uzanır
Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
995) Kəskin appendisitdə 3 - 5 yaşlı uşaqlarda hansı simptom üstünlük təşkil edir?
A) Sitkovski

B) Bartomye - Mixelson

C) Rizvaş

D) Krasnobayev

E) Promptov
Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
996) Kəskin appendisitdə Koxer - Volkovic simptomu hansıdır?
A) Ağrılar dərhal sağ qalça - çuxur nahiyəsində məhdudlaşır

B) Ağrı göbək nahiyəsindən başlayır, sonda sağ qalça - cuxur nahiyəsində toplanır

C) Ağrı epiqastral nahiyədən başlayır, 2 - 6 saatdan sonra sağ qalça - çuxur nahiyəsində toplanır, daimi qalır, heç bir yerə irradiasiya etmir

D) Ağrı bütün qarın üstü nahiyəsindən başlayır

E) Sağ ayağın xaricə rotasiyası zamanı sağ qalça - çuxur nahiyyəsində ağrılar güclənir
Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə