Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?



Yüklə 2,43 Mb.
səhifə1/25
tarix22.03.2018
ölçüsü2,43 Mb.
#33142
  1   2   3   4   5   6   7   8   9   ...   25

Terapiya

1) Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?
A) İltihab əleyhinə preparatların

B) Hərarətsalıcı preparatların

C) Öskürək əleyhinə preparatların

D) Ağrıkəsicilərin

E) Mukolitiklərin, surfaktant sistemin stimulyatorlarının
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
2) Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin II mərhələsində (bəlğəm ifrazı başlandıqdan sonra) hansı qrup dərman preparatları təyin olunmur?
A) Bəlğəmi durulaşdıran preparatların (mukolitiklər)

B) Öskürək əleyhinə preparatların

C) Antibakterial preparatların və antiseptiklərin

D) İltihab əleyhinə preparatların

E) Hayxırmanı stimullaşdıran vasitələrin
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
3) Kəskin bronxit zamanı hansı halın mövcudluğu dərhal antibakterial terapiyanın keçirilməsinə göstəriş deyil?
A) İrinli bəlğəmin əmələ gəlməsi

B) Xəstəliyin ağır kliniki gedişatı

C) Ağır intoksikasiya

D) Təngnəfəsliyin əmələ gəlməsi

E) Hərarətin yüksəlməsi
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
4) Xırda bronxların selikli qişasının zədələnməsi ilə müşayiət olunan xroniki bronxitin aparıcı simptomu hansıdır?
A) Təngnəfəslik

B) Bəlğəmli öskürək

C) Dodağın selikli qişasının sianozu

D) Güclü üzücü quru öskürək

E) Leykositoz və EÇS - nin artması
Ədəbiyyat: Г. В. Трубников. «Руководство по клинической пульмонологии» 2001г.
5) Bronxial astma aşağıdakılardan hansı ilə müəyyən edilir?
A) Bronxoskopiya

B) Ağciyərlərin rentgenoqrafiyası

C) Qanın tərkibindəki qazların tədqiqi

D) Angiopulmonoqrafiya

E) Spiroqrafiya, pnevmotaxoqrafiya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
6) Bronx ağacının reseptorlarına təsir edən və ən az əlavə təsir verən bronxospazmı aradan götürən xolinolitik hansıdır?
A) Propantelin bromid

B) Atropin

C) Metasin

D) Aprofen

E) İpratropium bromid
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
7) Uzun təsir müddətli metilksantin qrupuna aid bronx genişləndirici preparat hansıdır?
A) Teopek

B) Teofedrin

C) Ventolin

D) Eufillin

E) Teofillin
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
8) Bronxial astmanın müalicəsində istifadə olunan əsas dərman preparatlarına hansı aid deyil?
A) Qlükokortikoid hormonlarının inhalyasiyası

B) Membranstabilləşdirici preparatlar

C) Metilksantinlər

D) β2 - adrenoreseptorların blokatorları

E) β2 - adrenoreseptorların aqonistləri
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
9) Salbutamol (ventolin) bronxları hansı yolla genişləndirir?
A) Bilavasitə bronxların saya əzələsinə təsir edir

B) Bronxların β2-adrenoreseptorları selektiv oyandırır

C) Azan sinirin tonusunu azaldır

D) Histamin ifrazını blokada edir

E) Bronxial ağacın α-reseptorlarını blokada edir
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
10) Astmatik statusun I mərhələdən II mərhələyə keçməsini göstərən əsas klinik əlamət hansıdır?
A) Başlanğıcda ağciyərlərdə eşidilən quru xırıltıların yox olması

B) Taxikardiya

C) Təngnəfəsliyin artması

D) Arterial təzyiqin yüksəlməsi

E) Sianozun artması
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
11) Xəstəxanadan kənar pnevmoniyanın törədiciləri adətən hansıdır?
A) Stafilokok

B) Bağırsaq çöpü

C) Streptokok

D) Klebsiella

E) Pnevmokok
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
12) Qazanılmış immun defisiti sindromu olan xəstələrdə pnevmoniya törədicisi hansı ola bilər?
A) Mikoplazma

B) Pnevmokok

C) Bağırsaq çöpü

D) Klebsiella

E) Pnevmosista
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
13) Mikoplazmalı pnevmoniya zamanı nə təyin etmək lazımdır?
A) Penisillin

B) Seporin

C) Levomisetin

D) Eritromisin

E) Streptomisin
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
14) Pnevmoniyanın antibiotiklərlə müalicəsi nə vaxt dayandırılır?
A) Ağciyərlərdə xırıltılar yox olandan sonra

B) Müalicəyə başlayandan 1 həftə sonra

C) EÇS - nin normallaşmasından sonra

D) Bədən hərarətinin normallaşmasından 2 gün sonra

E) Xəstəliyin kliniki və rentgenoloji əlamətlərinin itməsindən sonra
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
15) Aşağıdakılardan hansı ağciyər xərçənginə şərait yaradır?

A) Psixo - emosional gərginlik

B) Xroniki soyuqdəymə

C) Alkoqolizm və məişət sərxoşluğu

D) Narkomaniya və toksikomaniya

E) Tütün çəkmə


Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
16) Ağciyər xərçəngi çox vaxt aşağıdakılardan birindən əziyyət çəkən xəstələrdə müşahidə olunur?
A) Bronxial astma

B) Şəkərli diabet

C) Xroniki alkoqolizm

D) Mədə və 12-barmaq bağırsağın xora xəstəliyi

E) Ağciyərlərin xroniki qeyri-spesifik xəstəliyi
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
17) 40 yaşından yuxarı kişilərdə ağciyərlərdə simptomsuz kölgəliklərin əmələ gəlməsi zamanı həkim ilk növbədə hansı xəstəliyi istisna etməlidir?
A) Ağciyər tuberkulomasını

B) Ağciyərin periferik xərçəngini

C) Pnevmosirrozu

D) Plevriti

E) Ocaqlı pnevmoniyanı
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
18) Vezikulyar tənəffüs nə vaxt eşidilir?
A) Nəfəsvermədə

B) Nəfəsalmada və nəfəsvermənin birinci üçdə birində

C) Nəfəsalmada və nəfəsvermənin ikinci üçdə ikisində

D) Nəfəsalmada

E) Bütün nəfəsalmada və nəfəsvermədə
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001г.
19) Bronxial tənəffüs nə vaxt eşidilir?
A) Bütun nəfəsalmada və nəfəsvermədə

B) Nəfəsalmada

C) Nəfəsalmada və nəfəsvermənin birinci üçdə birində

D) Nəfəsvermədə

E) Nəfəsalmada və nəfəsvermənin birinci üçdə ikisində
Ədəbiyyat: А. Л. Гребенев. «Пропедевтика внутренних болезней» 2001г.
20) Amforik tənəffüs nə zaman müşahidə olunur?
A) Ocaqlı pnevmoniyada

B) Ağciyər absesində

C) Bronxial astmada

D) Bronxitdə

E) Ağciyərin emfizemasında
Ədəbiyyat: А. Л. Гребенев. «Пропедевтика внутренних болезней» 2001 г.
21) “Auqmentin” preparatının tərkibi nədir?
A) Amoksisillin + Klavulan turşusu

B) Ampisillin + Klavulan turşusu

C) Ampisillin + Oksasillin

D) Oleandomisin + Tetrasiklin

E) Ampisillin + Na sulbaktam
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
22) İrinli xoşa gəlməz iyi olan bəlğəm hansı xəstəlik üçün xarakterikdir?
A) Ağciyər xərçəngi

B) Ağciyərin qanqrenası

C) Krupoz pnevmoniya

D) Bronxial astma

E) Bronxit
Ədəbiyyat: А.Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
23) Bəlğəmdə elastiki liflər hansı xəstəliklər zamanı aşkar edilir?
A) Ağciyər ürəyi

B) Krupoz pnevmoniya

C) Ağciyər absesi

D) Bronxial astma

E) Xroniki bronxit
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
24) Ağır gedişli ağciyərlərin xroniki obstruktiv xəstəliyi zamanı rast gəlməyən simptomlar hansılardır?
A) Aşıq - baldır oynağının ödemi

B) Öskürək nəticəsində qabırğaların sınığı

C) İnspirator təngnəfəslık

D) Çəkinin azalması, anoreksiya

E) Öskürək bayılmaları (sinkope)
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
25) Ev şəraitində eksudativ plevrit diaqnozu müəyyən olunmuş, lakin etiologiyası tam aydınlaşdırılmayıb, xəstənin ümumi vəziyyəti nisbi kafidir. Sizin taktikanız nədən ibarətdir?
A) Ev şəraitində geniş spektrli antibiotiklərlə müalicənin aparılması və xəstələri nəzarətdə saxlamaq

B) Pasiyenti növbə ardıcıllığı ilə terapiya şöbəsinə hospitalizasiya etmək

C) Plevra boşluğuna plevral punksiya ilə antibiotiklərlin yeridilməsi ilə ambulator müalicə

D) Pasiyenti təcili olaraq pulmonologiya şöbəsinə hospitalizasiya etmək

E) Ev şəraitində geniş spektrli antibiotiklər və kortikosteroid hormonlarla müalicənin aparılması
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
26) Aşağıdakılardan hansı ağciyərlərin xroniki obstruktiv xəstəliyinin müalicəsinin məqsədlərinə aid deyil?
A) Simptomların yüngülləşdirilməsi

B) Xəstəliyin inkişaf etməsinin qarşısının alınması

C) Fiziki gərginliyə tolerantlığın artması

D) Xəstəliyin tam müalicəsi

E) Ölüm hallarının azaldılması
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
27) Ağciyərlərin xroniki obstruktiv xəstəliyinin müalicəsində istifadə olunan qısamüddətli β2-aqonistlərə hansı aid deyil?
A) Fenoterol

B) Formoterol

C) Terbutalin

D) Levabuterol

E) Salbutamol
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
28) Xəstəxanadan kənar pnevmoniya xəstəliyinin diaqnozu qoyulması üçün simptomların başlanmasından neçə gün əvvəl pasiyentin xəstəxanada olmaması şərtdir?
A) 5 gün

B) 10 gün

C) 2 gün

D) 14 gün

E) 7 gün
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
29) Plevra boşluğuna mayenin evakuasiyasından sonra təkrar tez yığılması hansı xəstəlik üçün xarakterik əlamət sayılır?
A) Ağciyərlərin vərəmi

B) Plevranın şişləri

C) Bronxların adenokarsinoması

D) Qırmızı qurd eşənəyi

E) Xroniki qandövranı çatışmazlığı
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
30) Xəstəxanadan kənar pnevmoniyanın müalicəsi zamanı antibakterial müalicənin müddəti minimum neçə gün tövsiyyə edilir?
A) 5 gün

B) 2 gün


C) 15 gün

D) 7 gün


E) 10 gün
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
31) Aşağıdakı klinik formalardan hansı birincili vərəmə aiddir?
A) Fibroz kavernoz ağciyər vərəmi

B) İlkin vərəm kompleksi

C) Tuberkuloma

D) İnfiltrativ vərəm

E) Uşaq və yeniyetmələrdə vərəm intoksikasiyası
Ədəbiyyat: Перельман М. И., Корякин В. А. «Туберкулез» 1990 г.
32) Кəskin respirator infeksiyaların və qripin müalicəsində əsas rol nə oynayır?
A) Аntibakterial terapiya

B) Virus əleyhinə terapiya

C) Vitaminoterapiya

D) Immunokorreksiya

E) Simptomatik terapiya
Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik proyokol”, Bakı 2008
33) Kəskin respirator infeksiyaların müalicəsində antibiotiklər nə zaman təyin olunur?
A) Xəstəlik başlanan kimi

B) Burundan irinli ifrazat olarkən

C) Bakterial fəsadlaşma olduqda

D) Xəstəliyin 2 - ci günü

E) Hərarət 38 ° C yuxarı olduqda
Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik proyokol”, Bakı 2008
34) Hansı dərman virus əleyhinə deyil?
A) Zаnаmivir

B) Rimantadin

C) Оseltamivir

D) İnterferon

E) Аmаntаdin
Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik protokol”, Bakı 2008
35) Hansı auskultativ dəyişikliklər pnevmoniya üçün xarakterik deyil?
A) Lokal xırıltılar

B) Quru xırıltılar

C) Bronxial tənəffüs

D) Zədələnmiş nahiyədə tənəffüsün zəifləməsi

E) Кrepitasiyalar
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
36) Nazokomial pnevmoniya nə deməkdir?
A) Аspirasion pnevmoniya

B) Durğunluq pnevmoniyası

C) Хəstəxana dахili pnevmoniya

D) İmmun sistemi zədələnmiş pasiyentlərdə pnevmoniya

E) Хəstəxanadan kənar pnevmoniya
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
37) Pnevmoniya üçün əsas diaqnostik müayinələr hansılardır?
A) Fizikal müayinə, pulsoksimetriya, rentgen

B) Rentgen, qanın ümumi və biokimyəvi analizi

C) Аnаmnеz, fizikal müayinə, rentgen

D) Аnаmnеz, fizikal müayinə, qаnın ümumi analizi

E) Аnаmnеz, fizikal müayinə, bəlğəmin bakterioloji müayinəsi
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
38) Hаnsı simptom (lar) pnevmoniya üçün xarakter deyil?
A) Оynaqlarda ağrı, hərəkətin məhdudlaşması

B) Yоrğunluq, baş ağrısı, ürəkbulanma, qarın ağrısı, mialgiya

C) Yеni öskürəyin əmələ gəlməsi

D) Hərarət +/- titrətmə

E) Döş qəfəsində plevral ağrıların olması
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
39) Vərəmlə pnevmoniyanın differensasiyasında hansı müayinə daha vacibdir?
A) Bəlğəmin bakterioloji müayinəsi

B) Rеntgen

C) Qаnın ümumi analizi

D) Маntu tеsti

E) ЕКQ
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
40) Hansı müalicə prinsipi pnevmoniyada tövsiyyə olunmur?
A) Öskürək supressorlarından istifadə

B) Hipoksemiya hallarında oksigenlə müalicə

C) Аdеkvat hidratasiya

D) Həcmi çox olan plevral ekssudatın xaric olunması

E) Аğrını və yüksək hərarəti azaltmaq üçün adekvat analgeziya
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
41) Pnevmoniyanın müalicəsində antibiotiklərin ilkin təyini adətən necə olur?
A) Хəstənin vəziyyətindən asılıdır

B) Xəstəlik başlanandan 3 sutka sonra təyin edilir

C) Еmpirik olur

D) Xəstənin yaşından asılıdır

E) Törədicinin verifikasiyasından sonra olur
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
42) Əvvəl sağlam olmuş və Streptococcus pneumoniae qarşı rezistentlik riski olmayan pasiyentlərə hansı qrup antibiotiklərin təyini tövsiyə olunur?
A) β - laktamlar + mаkrolidlər

B) β - laktamlar + ftorxinolonlar

C) Маkrolidlər (аzitromisin, klaritromisin və s.) və ya β - laktamlar (аmоksisillin, sefotaksim və s.)

D) Ftorxinolonlar

E) β - laktamlar + аminoqlikozidlər
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
43) Аğırlaşmamış pnevmoniyalarda müalicədən neçə gün sonra təkrar rentgenoloji və laborator (qanın ümumi analizi) müayinə aparılmalıdır?
A) 7 - 10 gündən sonra

B) 3 - 5 gündən sonra

C) 14 - 16 - cı gün

D) 1 аydan sonra

E) 18 - 20 - ci gün
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
44) Xəstəxanadan kənar yoluxmuş metisillin-rezistentli Staphylococcus aureus infeksiyası zamanı hansı qrup antibiotiklər daha effektivdir?
A) Aminoqlikozidlər

B) Ftorxinolonlar

C) Makrolidlər və sefalosporinlər

D) Vankomisin və lizenolid

E) Qorunmuş penisillinlər
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
45) Pseudomonas (göy irin verici çöplər) infeksiyası zamanı antibiotiklərin hansı kombinasiyası istifadəsi istifadəsi tövsiyyə edilmir?
A) Seftazidim + siprofloksasin

B) İpinem + aminoqlikozidlər + antipnevmokok ftorxinolonlar

C) Seftazidim + aminoqlikozidlər

D) Ampisillin sulbaktam + tetrasiklinlər

E) Sefepim + levofloksasin
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
46) Pnevmosist pnevmoniyası zamanı hansı preparatların istifadəsi tövsiyyə olunur?
A) Biseptol

B) Virus əleyhinə preparatlar

C) Antifunqal preparatlar

D) Sitostatiklər

E) Antibiotiklər
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
47) Aspergillyoz xəstəliyinin törədicisi hansı qrup mikroorqanizmlərə aiddir?
A) Viruslara

B) Bakteriya və ibtidai kompleksinə

C) İbtidailərə

D) Mikozlara

E) Bakteriyalara
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
48) Aspergilyozun müalicəsində hansı preparat effektlidir?
A) Biseptol

B) Levofloksasin

C) İntrakonazol

D) Trixopol

E) Albendazol
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
49) Kəskin obliterəedici bronxitlərdə əsas etioloji faktor hansıdır?
A) Mikozlar

B) Staphilococcus aurogenosae

C) Pseudomonas aureginosae

D) Mycoplazma pneumoniae

E) Respirator sinsital virus
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
50) Obliterəedici bronxiollitlərin diaqnostikasında daha dəqiq məlumat verən müayinə üsulu hansıdır?
A) Bəlğəmin sitoloji müayinəsi

B) Kompüter tomoqrafiya

C) Yüksək görüntülu (imkanlı) kompüter tomoqrafiya

D) Bronxoskopiya

E) Rentgen tomoqrafiya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
51) Ağciyər arteriyasının tromboemboliyası üçün əsas risk faktorlarına hansı aid deyil?
A) Nefrotik sindrom

B) Eroziv qastrit

C) Aşağı ətrafların travması

D) Cərrahi müdaxilə

E) Hamiləlik
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
52) Ağciyər arteriyasının tromboemboliyasını yaradan tromb 85% qədər hallarda hansı istiqamətdən gəlir?
A) Yuxarı boş vena sistemindən

B) Ürəyin sağ hissəsindən

C) Daxili yuxu arteriyasından

D) Aşağı boş vena sistemindən

E) Xarici yuxu arteriyasından
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
53) Ağciyər arteriyasının tromboemboliyasının əsas və daha tez-tez rast gəlinən klinik təzahürləri hansılardır?
A) Yüksək hərarət, irinli bəlğəmlə öskürək, döş qəfəsində ağrı

B) Təngnəslik, döş qəfəsində ağrı, taxikardiya, qanhayxırma

C) Quru öskürək, xışıltılı tənəffüs, boğulma tutması

D) Döş qəfəsində və qarın nahiyəsində ağrı, hərarət

E) Yüksək hərarət, qanhayxırma, taxikardiya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
54) Hansı klinik simptom ağciyər arteriyasının tromboemboliyası diaqnozunu təstiqləmək üçün spesifik sayılır?
A) Təngnəslik

B) Ağ ciyər arteriyasının tromboemboliyası diaqnozunu təsdiqləmək üçün spesifik simptom yoxdur

C) Qanhayxırma

D) Döş qəfəsində ağrı

E) Taxikardiya və ürəyin ritm pozğunluğu
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
55) Hansı müayinə metodu ağciyər arteriyasının tromboemboliya diaqnozunun təsdiqində hələ də “qızıl standart” hesab olunur?
A) Angiopulmonoqrafiya

B) Exokardioqrafiya

C) Rentgengrafiya

D) Kompüter tomoqrafiyası

E) Perfuzion stsintiqrafiya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
56) Ağciyər arteriyasının tromboemboliyası zamanı baş verən qanhayxırmanın müalicəsində hansı preparatın istifadəsi tövsiyyə olunmur?
A) Heparin

B) Streptokinaza

C) Kleksan

D) Aminokapron turşusu

E) Fibrinolizin
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
57) Ağ ciyər arteriyasının tromboemboliyası zamanı hansı pnevmoniya yarana bilər?
A) Kazeoz pnevmoniya

B) Krupoz pnevmoniya

C) İnterstisial pnevmoniya

D) İnfarkt pnevmoniya

E) Ocaqlı pnevmoniya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
58) Bronxial astmalı xəstələrdə adətən hansı əlamət müşahidə olunmur?
A) Fışıltılı xırıltıların təkrarlanması

B) Тənəffüs çətinləşməsinin təkrar еpizodları

C) Əsasən gecə vaxtı güclənən öskürək

D) Döş qəfəsində ağri hissinin təkrarlanması

E) Döş qəfəsində sıxılma hissinin təkrarlanması
Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
59) Bronxial astmaya şübhə olduqda hansı ilkin diaqnostik müayinədən istifadə edilməlidir?
A) Pikfloumetriya

B) İmmunoloji müayinə

C) Qаnın ümumi analizi

D) Rentgenoqrafiya

E) Spirometriya
Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
60) Bronxial astmanın tutması zamanı ilk yardım kimi hansı qrup dərmanlardan istifadə etmək lazımdır?
A) Кrоmоnlаr

B) İnhalyasion kortikosteroidlər

C) Sürətli təsirə malik β2 аqоnistlər

D) Теоfillinlər

E) Uzunmüddətli təsirə malik β2 аqоnistlər
Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
61) Bronxların hiperreaktivliyini və obstruksiyanı təyin edən müayinə hansıdır?
A) Аllerqoloji sınaqlar

B) Rеntgenoqrafiya

C) İmmunoloji müayinə

D) Pikfloumetriya

E) Spirometriya
Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
62) Bronxial astmaya nəzarət edən əsas dərmanlar hansılardır?
A) İnhalyasion kortikosteroidlər

B) Теоfillinlər

C) Кrоmоnlаr

D) Sürətli təsirə malik β2 аqоnistlər

E) Uzunmüddətli təsirə malik β2 аqоnistlər
Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
63) Astmanın müalicəsində dərman vasitələrinin hansı qəbul formasına üstünlük verilir?
A) Həblərə

B) Məlhəmlərə

C) İnhalyasion preparatlara

D) Siroplara

E) Parenteral preparatlar
Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
64) Astmanın müalicəsində hansı dərman preparatlarının istifadəsi tövsiyyə olunmur?
A) Кrоmоnlar

B) Теоfillinlər

C) Аntileykotriyenlər

D) Kortikosteroidlər

E) Аntibiotiklər
Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
65) Astmanın ağır kəskinləşməsi zamanı auskultasiyada xırıltı eşidilmədikdə hansı tədbir görülməlidir?
A) Хəstə bir neçə saat ərzində nəzarət altında qalmalıdır

B) Хəstə təcili hospitalizasiya olunmalıdır

C) Dərmanların dozası azaldıla bilər

D) β2 аqonistlərin dozası artırılmalıdır

E) Хəstə evə gedə bilər
Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə