Cümşüdlü Vüqar Səyyad magistr dissertasiyasi mövzu: «Azərbaycan Respublikasında büdcə gəlirlərinin formalaşması xüsusiyyətləri və inkişaf yolları»



Yüklə 0,54 Mb.
səhifə6/6
tarix21.04.2018
ölçüsü0,54 Mb.
#39850
1   2   3   4   5   6

Nəticə

Müasir dünyada büdcə-vergi siyasəti dövlətin makro-iqtisadi sabitliyin təmin olunmasında əsas faktor kimi özünü göstərir. Çevik və dəyişən büdcə-vergi siyasəti həyata keçirmədən bazar iqtisadiyyatı şəraitində makro-iqtisadi sabitliyi həyata keçirmək qeyri-mümkündür.

Effektli büdcə-vergi siyasətinin həyata keçirilməsi milli iqtisadi inkişafın təmin olunmasında başlıca şərtdir. Müstəqilliyin ilk illərində iqtisadiyyatda baş verən iqtisadi böhran; işsizlik, inflyasiya, ÜDM-dəki geriləmələr yeni milli iqtisadi inkişaf modelinin yaradılmasını zəruri etmişdir. Bu nöqteyi-nəzərdən böhran şəraitində büdcə-vergi siyasətinin iqtisadiyyatdakı rolu elmi cəhətdən əsaslandırılmış tətbiqi ən vacib iqtisadi məsələ kimi dövlətin qarşısında duran vəzifələrdən biridir. Qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrində büdcə-vergi siyasətinin kompleks şəkildə tətbiqi ilə və maliyyə siyasətinin makro-iqtisadi sabitliyin tətbiq olunmasında oynadığı əhəmiyyətlə bağlı dünya iqtisad elmində konkret tədqiqatlar aparılmışdır. Bu tədqiqatlar daha çox formalaşmış bazar sistemli ölkələrin timsalında həyata keçirilmişdir.

Bu nöqteyi-nəzərdən dünya ölkələrin böhran şəraitində makro-iqtisadi sabitliyi təmin etmənin əsas şərti büdcə-vergi siyasətinin tətbiq olunma səviyyəsindən çox asılıdır. Bu siyasətlərin tətbiqinin tarixi kökləri vardır. Klassik iqtisadi məktəb sabitliyin təmin olunmasına büdcə-vergi siyasətinin mexanizmlərindən istifadəni qəbul edirdilər. Belə ki, Keynsin iqtisadi prinsiplərində dövlət makro-iqtisadi sabitliyi təmin etmək üçün büdcə-vergi siyasətindən istifadəni irəli çəkilir. XX əsrin 70-ci illərindən sonra neoklassik iqtisadi prinsiplər inkişaf etmiş ölkələrdə makro-iqtisadi sabitliyin təmin olunmasında əsas postulata çevrildi. Bu iqtisadi məktəbin davamçıları makro-iqtisadi sabitliyin təmin olunmasında pul-kredit və büdcə-vergi siyasətinin kompleks və proporsional tətbiqini müdafiə edirdilər. Lakin müasir şəraitdə maliyyə siyasətinin mexanizmlərinin hər birinin tətbiqinin həddini meyarlarını və sintezləşmə səviyyəsini üzə çıxarmaq olduqca vacibdir. Tarix göstərir ki, böhran şəraitində uğurlu makro-iqtisadi sabitlik proqramlarının büdcə-vergi timsalında tətbiqi qısa bir müddətdə işsizliyin azalmasına inflyasiyanın bir rəqəmli səviyyəyə endirilməsinə və istehsalın inkişafına rəvac verir.

Dövlətin maliyyə siyasəti aşağıdakı istiqamətlərdə aparılır: a)Vergitutma və dövlət xərclərinin quruluşunun tənzimlənməsi, b)Büdcənin tənzimlənməsi. Fiskal siyasətin başlıca vasitələri vergi dərəcələrinin, vergitutma obyektlərinin və vergilərin növlərinin dəyişdirilməsidir.Bu siyasətin əsas məqsədi işsizliyi və inflyasiyanı aradan qaldırmaqdan ibarətdir; Dövlətin həyata keçirdiyi fiskal siyasətlə yanaşı iqtisadi tsiklin müxtəlif dövrlərində vergilər hesabına daxilolmaların dəyişməsi, işsizlik üzrə müavinətlərin verilməsi, sosial ödəmələr, əhalinin az təminatlı hissəsinin mü-dafiəsi proqramları və başqa sabitləşdirici amillərdə fəaliyyət göstərir. Bunlar istehsalın həcmi azaldığı dövrdə ümümi tələbin aşağı düşməsinin qarşısının alınmasında müsbət rol oynayırlar; Dövlətin büdcə siyasəti dedikdə, büdcənin gəlir və xərclərinin, habelə büdcə kəsirinin idarə edilməsi ilə əlaqədar olaraq dövlətin həyata keçirdiyi tədbirlər nəzərdə tutulur.

Vergilər ilk növbədə iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinə ən mühüm aləti və büdcə gəlirlərinin formalaşması mənbəyi olmaqla yanaşı regionların sosial-iqtisadi inkişafın dirçəlməsi, ölkənin ixrac potensialının artırılmasında stimullaşdırıcı vasitə kimi geniş istifadə olunur.



Ayrı ayrı dövlətlərin böhran şəraitində və antiböhran tədbirlərinin aparılmasını araşdıraraq belə nəticələrə gəlmək mümkündür:

  1. İnkişaf etmiş ölkələrin təcrübəsindən görünür ki, iqtisadi aktivliyin artırılması üçün vergi dərəcələri aşağı salınır (mənfəət vergisi və ƏDV) iqtisadi sahələrin inkişafını stimullaşdırmaq üçün büdcə vəsaitləri vasitəsi ilə iri məqsədli proqramlar maliyyələşdirilir;

  2. Makroiqtisadi stabilləşdirmə zamanı dövlətin ortamüddətli büdcə-vergi siyasəti məcmu tələbin tənzimlənməsinə yönəldilir.

  3. Depressiya şəraitində milli iqtisadiyyatı stimullaşdırmaq üçün büdcə-vergi siyasətinin əsas istiqamətləri prioritet sahələrin inkişafı və dəstəklənməsi ilə əlaqədardır ki, burada dövlət vergi güzəştləri, vergi krediti, büdcə xərclərinin artırılması kimi tədbitlər planı həyata keçirir;

  4. Vergilərin aşağı salınması və ondan azad olmalar investisiya fəallığını artırır (müəssisələrin qabaqcıl texnologiyalar almalarına şərait yaradır). İnvestisiya vergi krediti dünya praktikasında geniş istifadə olunur (Böyük Britaniya və Almaniya təcrübəsi);

  5. İqtisadi tsiklin yüksəlişi zamanı dövlət vergi dərəcələri adətən artırır, bu tədbir büdcə gəlirlərini artırır və müvafik olaraq büdcə xərclərinin artımına səbəb olur;

  6. İqtisadi eniş zamanı büdcə xərcləri və büdcə kəsiri artır. Yüksəliş zamanı isə xərclər azaldılır, əlavə yaranmış vəsait büdcə kəsirinin yaratdığı dövlət borcunun örtülməsinə yönəldilir;

  7. Antiböhran tənzimlənməsi zamanı sürətləndirilmiş ammortizasiya siyasətindən də istifadə olunur. Sürətləndirilmiş ammortizasiyanın tətbiqi müəssisələrin investisiya fəallığını artırır. Belə ki, sürətləndirilmiş ammortizasiyanın tətbiqi vergitutma bazasını azaldır və müəssisələr daha çox mənfəət əldə edirlər ki, onun da bir qismini kapital qoyuluşlarına sərf olunur;

  8. Böhran zamanı vergiqoymanın əsas prioritet istiqamətlərindən biri daxili və xarici investisiyaları stimullaşdıran vergi siyasəti olmalıdır;

Azərbaycanda anti-böhran tədbirlərinin həyata keçirilməsi üçün aşağıdakıları təklif edirik:

  1. Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin sərt limitləşdirilməsinə ehtiyac vardır; Böhran dövründə bu limitin olmaması özünü daha qabarıq büruzə verdi. (Norveç təcrübəsi).

  2. Kiçik və orta sahibkarlara (xüsusən satış və ya istehsal dövriyyəsi azalan) dövlət köməyinin artırılması, regional və sektoral vergi güzəştlərinin tətbiqi, qeyri-neft sektoru üzrə ixracın stimullaşdırılması hökumətin böhran dövründə fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmalıdır;

  3. İxracatla məşğul olan sahibkarlara köməyin daha da gücləndirilməsi (dövlətin güzəştli kreditləri, dövlət subsidiyaları, vergi güzəştlərinin tətbiqi və s.);

  4. İqtisadiyyatın real sektorunun dəstəklənməsi. İstehsala qabaqcıl texnika və texnologiyanın tətbiqi təşviq edilməli, mənfəətin ən müasir texnikanın alınmasına yönəldilən hissəsi vergidən azad edilməli, eləcə də ölkəyə gətirilən müasir texnika və texnologiya gömrük rüsumlarından azad edilməlidir. Azərbaycanın innovasiyalı inkişaf yoluna keçməsindən ötrü ölkədə islahatların yeni mərhələsi başlanmalı, elm tutumlu və rəqabət qabiliyyətli məhsul istehsalı hərtərəfli təşviq edilməlidir.

  5. Bununla yanaşı iqtisadi fəallığı artırmaqdan ötrü vergilərin azaldılması, o cümlədən mənfəət vergisinin 20%-dən 18%-ə, əlavə dəyər vergisinin (ƏDV) 18%-dən 14%-ə, sosial sığortaya ayırmaların işəgötürənlər tərəfindən ödənilən hissəsinin tədricən azaldılması istiqamətində tədbirlər görülməlidir.

Qeyri-neft sektorunun inkişafı ilə əlaqədar perspektivli sahələr üçün vergi kanikullarının tətbiq edilməsi məqsədəuyğun olardı, çünki bu istiqamətdə tədbirlərin sistemli şəkildə həyata keçirilməsi, bu sektoru Azərbaycan iqtisadiyyatının lakomativinə çevirər. Bu da böhran şəraitində iqtisadiyyatı risklərdən azad edər.

Azərbaycanın aqrar məhsullara olan tələbatının daxili istehsal hesabın ödənilməsi həm ölkəmizin aqrar təhlükəsizliyi baxımından, həm də idxaldan asıllığın azaldılması baxımından əhəmiyyətlidir. Bütün ölkələrdə qlobal böhranın ən çox təsir göstərdiyi sektorlardan biri məhz kənd təsərrüfatıdır. Bu baxımdan Azərbaycan Respublikasında da aqrar sektorda anti-böhran tədbirlərinin həyata keçirilməsi olduqca vacibdir.



İstifadə olunmuş ədəbiyyat siyahısı

  1. Azərbaycan Respublikası Vergi Məcəlləsi.

  2. Azərbaycan Respublikasının Büdcə Sistemi Haqqında Qanunu, Bakı, 2006.

  3. Azərbaycanın Statistik Göstəriciləri, Azərbaycan Dövlət Statistika Komitəsinin statistik məcmuəsi, Bakı,2010- 2016-cı illər

  4. Azərbaycan Respublikası regionlarının 2004-2008, 2009-2013, 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı

  5. Azərbaycan Respublikasının Mərkəzi Bankının İllik hesabatı. 2010- 2016-cı illər

  6. Azərbaycan Respublikası Sənaye və İqtisadiyyat Nazirliyi “Azərbaycan respublikasının 2016-cı il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”

  7. Abduləzimov A. Ə. Müasir maliyyə sisteminin formalaşmasının nəzəri-metodoloji məsələləri. Bakı, 2006. Elm nəşriyyatı

  8. Abdullayev H. “Milli iqtisadiiyatın dövlət tənzimlənməsi” Bakı.2007 Çap evi nəşriyyatı

  9. Allahverdiyev D. İ. Büdcə-vergi siyasəti və iqtisadi təhlükəsizlik, Bakı. 2009

  10. ArasO. N. Pul Tələbi İkaməsi və Maliyyə İnkişaf, Qafqaz Universiteti Yayınları: Bakı, 2000.

  11. Ataç Beyhan «İstikrarın Sağlanmasında Çağdaş Makroekonomik Tartışmalar».

  12. Ataç Beyhan. Maliyyə Siyasəti. 1991.

  13. Bədəlov Ş.Ş. “Büdcə sistemi” Dərs vəsaiti Bakı 2008 Elm nəşriyyatı

  14. Vəliyev D. RəhimovM. Beynəlxalq Maliyyə. Bakı: Azərbaycan Universiteti Nəşriyyatı, 2000.

  15. Qurbanov B. Ş. İqtisadiyyatın Bazar münasibətlərinə Keçilməsi və Maliyyə. Bakı, 1998.

  16. Ə. C. Muradov «Интеграция переходной экономики в систему мирового хозяйства» monoqrafiya Kiev 1997 il

  17. Əhmədov V. İqtisadi Nəzəriyyə. Bakı, 2001. İqtisad universiteti nəşriyyatı

  18. Ə.Babayev və b. “İqtisadi nəzəriyyə” B.2008 İqtisad universiteti nəşriyyatı

  19. Ə.Əlirzayev “Azərbaycanın iqtisadi inkişafının konsepsiyası və proqramı” B.1999

  20. Meybullayev M. X. Müstəqil Respublikaların Sosial və İqtisadi Əsasları, Bakı: Azərnəşr, 2000.

  21. Məmmədov Ə. Vergiyə giriş Dərslik, Bakı -2014 Şərq Nəşriyyatı

  22. Mehdiyev A. Büdcə işi. 2006. İqtisad universiteti nəşriyyatı

  23. Musayev A. F. Vergi siyasətinin iqtisadi problemləri. Bakı, Şərq Nəşriyyatı,2004

  24. Famil F. Mustafayev Keçid iqtisadiyyatında dövlət tənzimlənməsinin makroiqtisadi aspektləri Monoqrafiya Bakı ELM 2008

  25. Şəkərəliyev A. “Dövlətin iqtisadi siyasəti” monoqrafiya Bakı-2011.

  26. Sadıxov M. Stimullaşdırıcıvergi sistemlərinin formalaşması məsələləri Dərs vəsaiti Bakı 2006

  27. Səfərov S. Büdcə Sistemi və onun idarə olunması. Bakı, 2002. İqtisad Universiteti nəşriyyatı

  28. Видяпин В.И. Экономическая теория Учебник. Москва: ИНФРА –М 2007

  29. Виссарионов А. «Уроки кризиса» // Экономист, 1999, №2

  30. Зоидов К.Х. Экономические кризисы причины и пути выходы Москва, ИПР РАН 2004

  31. Короткова Э.Антикризисное управление: Учебник пoд редакцией М.2010

  32. Кондратев Н.Д. Длинные экономические волны (циклы) Москва: Экономика. 2002




1 Azərbaycan Respublikası «Büdcə səstemi haqqında”qanunu

2 Ş.Bədəlov Büdcə sistemi dərs vəsaiti Bakı 2008 səh.156

3 Ş.Bədəlov Büdcə sistemi dərs vəsaiti Bakı 2008 səh.160

4 Azərbaycan Respublikası «Büdcə səstemi haqqında”qanunu


5A.D. BabiçПроблемы и перспективы внутреннего рынка государственных долговых обязательств.

6Q.B.Polyak. «Региональная политика в странах рыночной экономики», Москва, 1998.

7Maykl MeksonGovernment Budget Forecasting: Theory and Practice, AUERBACH Press, 2008


8Azərbaycan Respublikasının büdcə sistemi haqqında qanunu

9Azərbaycan Respublikasının büdcə sistemi haqqında qanunu səh 45

10Azərbaycan Respublikasının vergi məcəlləsi haqqında qanunu səh 56

11D. Bağırov M. Həsənli “Maliyyə” dərs vəsaiti Bakı 2010 səh 145

12Azərbaycan Respublikasının vergi məcəlləsi haqqında qanunu səh 112

13Azərbaycan Respublikasının vergi məcəlləsi haqqında qanunu səh 113


14Azərbaycan Respublikasının büdcə sistemi haqqında qanunu

15Azərbaycan Respublikasının büdcə sistemi haqqında qanunu

16AR vergi məcəlləsi səh. 156

17 AR Büdcə sistemi haqqında qanunu

18 Musayev A. F. ,Vergi siyasətinin iqtisadi problemləri, Bakı, 2004,s. 66


19 Albert Jaeger, «The Political Economyof Government Debt».,2010, Amsterdam,pp 58

20Виссарионов А., «Уроки кризиса», Экономист, 1999, №2, с.15-22.

21a.g.ə.s 15-22

22Famil F. Mustafayev,Keçid iqtisadiyyatında dövlət tənzimlənməsinin makroiqtisadi aspektləri, Monoqrafiya, Bakı, ELM, 2008 s.257

23 Морозов В, Анатомия кризиса – политика отсроченной инфляции, Вопросы экономики, 2009. - №9. - с. 26-40.


24a.g.ə. c. 26-40

25 Перламутров В., «Кризис экономики и хаос цен в России» , Проблемы теории и практики управления, 2011, №6, с.20-24.

26a.g.ə., s., 26-40.

27 a.g.ə., s.20-24.



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə