Cümşüdlü Vüqar Səyyad magistr dissertasiyasi mövzu: «Azərbaycan Respublikasında büdcə gəlirlərinin formalaşması xüsusiyyətləri və inkişaf yolları»



Yüklə 0,54 Mb.
səhifə4/6
tarix21.04.2018
ölçüsü0,54 Mb.
#39850
1   2   3   4   5   6

Cədvəl 9.

Faydalı qazıntının adı

Mədən vergisinin dərəcələri

Xam neft

26

Təbii qaz

20

Filiz faydalı qazıntılar:

- bütün növ metallar



3

Mədən vergisinin özü də bizim tərəfimizdən təhlil olunan illərdə sabit qalaraq aşağıdakı kimi olmuşdur. Belə ki. 2013-cü ildə 121.5 mln. manat, 2014-cü ildə 116.2 mln. manat, 2015-ci ildə dəyişməz qalaraq 116.2 mln. manat, 2017-ci ildə isə 111.2 mln manat proqnozlaşdırılır

Yol vergisi Azərbaycan Respublikası ərazisində sərnişin və yük daşıması ilə məşğul olan qeyri-rezident müəssisə və fiziki şəslərdən avtomobil yollarından istifadəyə görə tutulan vergidir. Yol vergisinin ödəyicisi Azərbaycan Respublikası ərazisinə daxil olan, sərnişin və yük daşıması üçün istifadə olunan avtonəqliyyat vasitələrinin sahibləridir.

Sadələşdiriımiş vergi tətbiq olunan ən sadə vergi növüdür. Sadələşdiriımiş vergi Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq 2001-ci ildən tətbiq olunur. Bu verginin ödənilməsində əsas məqsəd ilk növbədə kiçik biznesin nümayəndələri və fərdi sahibkarlıq üçün vergilərin hesablanması və büdcəyə köçürülməsi prosedurunu sadələşdirməkdir. Sadələşdirilmiş vergi Bakı şəhəri üzrə 4%, digər şəhər və rayonlar üçün 2% dərəcəsilə hesablanır. Sadələşdiriımiş vergilər üzrə daxilolmalar 2015-ci ildə 647.7 mln. manat, 2016-cı ildə 300.0 mln manat 2017-ci ildə isə 313,0 mln manat proqnozlaşdırılmışdır.


2.2. Dövlət büdcəsinin qeyri-vergili daxilolmaların büdcə gəlirlərində yeri

Büdcə gəlirlərinin formalaşmasında iştirak təkcə vergili gəlirlər deyil. Vergilərdən başqa qeyri-vergili gəlirlər də büdcə gəlirlərinin formalaşdırırlar. Qeyri-vergili ödənişlər dedikdə, dövlətin vergi sisteminə daxil olmayan, digər qanunvericiliklərlə müəyyən olunan ödənişlər hesab edilir. Qeyri-vergili gəlirlər də vergili gəlirlər kimi məcburi xarakter daşıyır, qəbul edilmiş qanunvericiliklə müəyyən olunmuş qaydada tutulmasıdır.

Qeyri-vergili daxilolmalardan xüsusi çəkiyə malik gəlirlərdən rüsumları göstərmək olar. Rüsum vergi və yığım kateqoriyalı ödəniş növüdür. Rüsum ödəyiciləri müvafiq dövlət orqanları ilə və insanlarla müəyyən iqtisadi münasibətlərə girən şəxslərdir. Rüsumların vergilərdən fərqli cəhəti vardır. Beləki, vergilər əvəzi ödənilmədən həyata keçirilən ödəniş növüdür. Yığım və rüsumlar isə qanunla müəyyən edilmiş xidmətlərin göstərilməsi və müəyyən hüquqların verilməsindən ötrü dövlət və yerli orqanalr tərəfindən ödəniş növüdür. Ümumiyyətlə, yığım və rüsumların tutulmasında məqsəd yerinə yetirdikləri funksiyalar zamanı çəkdikləri xərcləri ödəməkdir. Yığım hər hansı fəaliyyətin yerinə yetirilməsi müqabilində alınan vəsatilərdir. Rüsumlar isə dövlət orqanalrı ilə hər hansı fəzliyyətin həyata keçirilməsi müqabilində vətəndaş və təşkilatlardan alınan vəsaitlərdir.

Dövlət rüsumu dedikdə, dövlət orqanlarının müəssisə, təşkilat və fiziki şəxslərə xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət büdcəsinə ödənilən məcburi ödəniş başa düşülür.

Azərbaycan Respublikası müstəqillik qazanmaqla öz gömrük sərhəddini müəyyənləşdirərək gömrük işini müstəqil həyata keçirməyə başladı. Gömrük işini təşkil edən əsas orqan Dövlət Gömrük Komitəsi yaradıldı. Gömrük işi haqqında Gömrük Məcəlləsi qəbul edildi.

Dövlət Gömrük Komitəsi tərəfindən yığılan vergi və rüsumlar büdcə daxilolmalarında xüsusi paya malikdir.

Gömrük rüsumuları – Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişlərdir. Gömrük rüsumları idxal, ixrac və tranzit gömrük rüsumalarına bölünür.

Dövlət büdcəsinin vergi olmayan gəlirlərinin növləri Azərbaycan Respublikasının dövlət büdcəsinin gəlirlərinin təsnifatında öz əksini tapmışdır.

Qeyri-vergili gəlirlərə aşağıdakılar aiddir:


  1. Mülkiyət vəsahibkarlıq fəaliyyətindən gəlirlər:

  • Büdcə təşkilatlarının xüsusi vəsaitlərinin daxil olması;

  • Maliyyə və qeyri-maliyyə müəssisə və idarələrindən vergi olmayan daxil olmalar;

  • Qeyri-maliyyə dövlət müəssisələrindən gəlirlər;

  • Qeyri-maliyyə dövlət müəssisə və təşkilatları tərəfindən alınmış büdcə ssudaları üzrə faizlərin ödənilməsi;

  • Qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividentlər;

  • Pul-şey lotoreyaları üzrə daxil olmalar;

  • Qeyri-maliyyə dövlət müəssisələrindən sair gəlirlər;

  • Maliyyə təşkilatlarından gəlirlər;

  • Azərbaycan Respublikasının Milli Bankının mənfəətindən daxil olmalar;

  • Maliyyə təşkilatları tərəfindən alınmış büdcə ssudaları üzrə faizlərin ödənilməsi;

  • Maliyyə təşkilatlarından alınan dividentlər;

  • Maliyyə təşkilatlarından sair gəlirlər.

  1. Xarici dövlətlərdən mülkiyyətlə bağlı gəlilər:

  • Xarici qeyri-dövlət strukturlarından mülkiyyətlə bağlı gəlirlər;

  • Daxili xüsusi sektordan daxil olan mülkiyyətlə bağlı gəlirlər;

  • Mülkiyyətdən daxil olan sair gəlilər.

  1. İnzibati tədiyyələr və rüsumlar:

  • Dövlət rüsumları;

  • Birdəfəlik rüsumlar;

  • Gömrük rüsumları.

4. Cərimə və sanksiyalar üzrə daxil olmalar. 17

Büdcənin qeyri-vergili gəlirləri büdcə gəlirlərinin 10-30%-ni təşkil edir.

Neft Fondundan 2016-cı il üzrə 8 milyard 130,0 milyon manat vəsait dövlət büdcəsinə transfer olunmuşdur. Bu da 2015-cü illə müqayisədə 1 milyard 207,0 milyon manat azolmuşdur. Belə demək olar ki, 2015-ci il üzrə Neft Fondunun icra göstəricisi həmin ildə 78,3 faizyerinə yetirilmişdir.Büdcə daxilolan pul vəsaitlərin strukturunda Neft Fondundan transferlərin mütamadi olaraqazalması müşahidə olunur. Belə ki, əgər 2014-cü ildə Neft Fondundan transferlərin büdcə gəlirlərində xüsusi çəkisi 51,2 faiz idisə, 2015-ci ildə bu rəqəm 3,4 faiz bəndi azalaraq 48,1 faiz təşkil etmişdir. Nazirilikdən daxil olan vəsaitlər büdcə gəlirləri arasında müsbət tendensiya davam etmiş və həmin dövrə nisbətdə4,6 milyon manat artmışdır.

10-cu cədvəldən göründüyü kimi, DGK üzrəgəlirlər 2016-cı illə müqayisədə 21,5% artımla planlaşdırılmışdır. Büdcə gəlirlərinin müqaisəli təhlili idxal olunan məhsullar üzrə ƏDV-nin həcminin 26,1%, idxal rüsumları üzrə gəlirlərin isə 17,1% artmı hesabına təmin edilməsini göstərir.

Onu da qeyd edək ki, istər dövlət büdcəsinin qeyri-neft vergi dailolmaları, istərsə də ümumən dövlət büdcəsinin qeyri-neft gəlirləri xərclərin tam həcmdə maliyyələşdirilməsi üçün bir sıra müsbət addımlar atılmış və atılmaqdadır.Yəni dövlət büdcəsinin xərcləri ilə qeyri-neft sektoru üzrə büdcə daxilolmalarının arasında fərq azaldılmaqda davam edir.

Növbəti illərdədə ümumi xərclərin məbləğinin Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin xətti ilə gəlirlərin həcminə bərabər olması planlaşdırılır.



Diaqramma 4

Cari xərclərlə, qeyri-neft dövlət büdcəsinin gəlirləri, qeyri-vergi gəlirlərinin həcmi, mln. manatla
2017-ci ildə dövlət büdcəsi dailolmaları ÜDM-ə nisbətinin 26,1% təşkil edəcəyi planlaşdırılmışdır. Onu da qeyd edək ki, 2018-2020-ci illərdə dövlət büdcəsinin gəlirlərinin ÜDM-ə nisbətinin 24,7%, 22,6% və 20,8% səviyyəsində azalması nəzərdə tutulur ki, bu da həmin illər üzrə büdcə dailolmalarının azalması ilə, ÜDM-in isə artımla planlaşdırılması hesabınadır.

Qeyri-neft vergi daxilolmaları Cari xərclər Dövlət büdcəsinin qeyri-neft daxilolmaları

2013 2014 2015

Mənbəə büdcə məlumatları əsasında hazırlanmışdır
Mənbə: Büdcə məlumatlar əsasında hazırlanmışdır.

2016

2017

Araşdırılmış məlumatlara görə 2017-ci ildə büdcə-vergi siyasətində daxilolmalar üzrə reallaşdırılacaq tədbirlərdə əsas məqsəd qeyri-neft gəlirlərinin qeyri-neft ümumi daxili məhsulda və büdcə dailolmalarında xüsusi çəkisinin artırılmasına, DNF-dan dövlət büdcəsinə transfertin mütamadi azaldılmasına, dövlət büdcəsinə gələcək vergilərin və sair gəlirlərin yığım %-nin artırılmasına, bundan qabaqkı illərdən qalmış borcların dövlət büdcəsinə köçürülməsinə, vergi ödəyicilərinin mövcud gəlirliliyini və investisiya mühitini daha da yüksəltmək məqsədilə vergiyükünü optimallaşdırmaqla qeyri-neft sahələrindən vergi daxilolmalarının yüksəlişinə nail olunmasına, sadələşdirilmiş verginin tətbiqi sahəsinin genişləndirilməsi istiqamətində islahatların davam etdirilməsinə, vergi bazasının artırılması və vergi uçotunun təkmilləşdirilməsi istiqamətində yeni daha səmərəli vergi nəzarəti mexanizminin qurulmasına və s. yönəldilməsi nəzərdə tutulur.








Bölmələr

2015- cı il

2016-cı il proqnoz

2017-ci il proqnoz

2015-ci ilmüqqaisə

2016-cı illəmüqaisə







məbləğ

xüsusi çək%

məbləğ

Xüsçək%

məbləğ

xüs çək %

fərq

faiz

fərq

faiz




Gömrük rüsumları

387379,8

2,2

388000,0

2,3

454000,0

2,8

66620,2

117,2

66000,0

117,0




Ölkədə istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxilitopdansatış qiyməti arasındakı fərqdən yığımlar daxilolmalar

183758,3

1,1

145000,0

0,9

194000,0

1,2

10241,7

105,6

49000,0

133,8




Xarici dövlətlərə verilmiş kreditlər üzrə dax.ol.

18625,6

0,1

36553,0

0,2

50815,0

0,3

32189,4

272,8

14262,0

139,0




Səhmlərindən dövlətin payı olan müəssisələrdən

alınan divid.



608,0

0,0

5290,0

0,0

5950,0

0,0

5342,0

978,6

660,0

112,5




A R Dövlət Neft Fondundan daxilolmalar

8130000,0

46,5

7615000,0

45,3

6100000,0

38,2

-2030000,0

75,0

-1515000,0

80,1




Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar



7606,8

0,0

7000,0

0,0

8000,0

0,1

393,2

105,2

1000,0

114,3




Dövlətmülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar

7491,9

0,0

6000,0

0,0

8000,0

0,1

508,1

106,8

2000,0

133,3




Aksiz markalarınınsatışındandaxilolmalar

4112,1

0,0

5000,0

0,0

5000,0

0,0

887,9

121,6

0,0

100,0




Dövlət rüsumu

94743,3

0,5

105000,0

0,6

105000,0

0,7

10256,7

110,8

0,0

100,0




Büdcə təşkilatlarının ödənişli xidmətlərindən dailolmalar

202202,6

1,2

305000,0

1,8

353000,0

2,2

150797,4

174,6

48000,0

115,7




Vergiqanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimə və sanksiyalardan daxilolmalar













90000,0

0,6

90000,0




90000,0







Sair daxilolmalar

424655,3

2,4

28157,0

0,2

22235,0

0,1

-402420,3

5,2

-5922,0

79,0


2015-2017-ci illər üzrə dövlət büdcəsinin qeyri vergili gəlirlərinin strukturu, min manatla Cədvəl 10

Cədvəldən göründüyü kimi gömrük rüsumları 2015-ci ildə 387379.8 mln manat büdcədə üsusi çəkisi 2.2%, 2016-cıildə388000.0 mln manat büdcədə üsusi çəkisi 2.3% olmuş və 2017-ci ildə isə 454000.0mln manatbüdcədə üsusi çəkisi 2.8% nəzərdə tutulmuşdur. Bu da 2015-ci illə və 2017-ci illə müqaisədə 117.0% olmuşdur.

Ölkədə istehsal edilən və qiymətləri tənzimlənən məhsulların (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili satış qiyməti arasındakı fərqdən yığımlar daxilolmalar 2016-cı ildə 145000mln manat dail olmuş 2017-ci ildə isə 194000 mln manat planlaşdırılır. Bu isə 2016-cı illə müqaisədə 49000 mln manat artaraq 1135 təşkil edəcəkdir.

Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar 2017-ci ildə 50815 mln manat proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqaisədə 105.6%, 2016-cı illə müqaisədə isə 139% artım təşkil edəcəkdir. Səhmlərdən dövlət payı olan müəssisələrdən gələn dividendlər 2017-ci ildə 660 mln manat təşkil edərək 112.55 artım proqnozlaşdırılmışdır.

Dövlət büdcəsində Neft fondundan dailolmalar 2015-ci ildə 8130000 mln manat, 2016-cı ildə 7615000 mln manat dail olmuş 2017-ci ildə isə 6100000 mln manat proqnozlaşdırılır ki, bu da müvafiq olaraq 2016-cı ildə 2030000 mln manat və 2017-ci ildə 1515000 mln manat azalması proqnozlaşdırılır.

Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaqların icarəyə verilməsindən daxilolmalar 2016-cı ildə 6000,0 mln manat 2017-ci ildə isə 8000.0 mln manat proqnozlaşdırılmışdır ki, bu da müvafiq illərlə müqaisədə 2000.0 mln manat çoxdur.

Vergi qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimə və sanksiyalardan daxilolmalar cari ildə 90000.0mln manat proqnozlaşdırılmış, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar 2015-ci ildə 7491.9 mln manat,2016-cı ildə 6000 mln manat daxi olmuş və 2017-ci ildə isə 8000.0 mln manat proqnozlaşdırılmışdırki, bu da əvvəlki illərdən q 508.1 və 2000.0 mln manat çoxdur.

Büdcə təşkilatlarının ödənişli xidmətlərindən dailolmalarda da cuzi də olsa artım müşahidə olunmaqdadır. Belə ki, 2017-ci ildə 2016-cı illə müqaisədə bu parametr üzrə 48000mln manat və ya 115.7% artım gözlənilir.



Diaqramma 5

"Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun 2016-2017-ci illər üzrə mədaxil mənbələri, min manatla

"Avtomobil Yolları" Məqsədli Büdcə Fondu üzrə 2017-ci ildə nəzərdə tutulmuşməbləğ 2016-cı il üçün təsdiq edilmiş məbləğələeynilik təşkil etməklə 261,0 mln manat planlaşdırılmışdır. Fondun mədaxilmənbələrinə əvvəlki illərləmüqaisədə ilk dəfə "iriqabaritli və ya ağırçəkili nəqliyyatvasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən ağırlıq parametrlərinə cavab verən tələblərin pozulmasına görə tətbiqedilmiş inzibati sanksiyalar" (1000,0 min manat)adlı yeni bəndin əlavə edildiyini, digər mənbələr üzrə proqnozlaşdırılmış vəsaitlərin həcminin eyni olmadığınıə göstərir (Diaqramma 5).

Beləliklə, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş dailolmalarından ayrılan pul vəsaiti və yol vergisi üzrə gəlirlərdən artım (müvafiq olaraq 2,5 dəfə və 2,2%),ölkəyə idxal olunan minik avtomobillərinə qoyulan aksizlər, idxal olunan avtonəqliyyat vasitələrinə qoyulan gömrük rüsumu və mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyata, sərnişin və yük daşımalarını həyata keçirən emitetlər tərəfindən ödənilən sadələşdirilmiş vergi üzrə gəlirlərdə azalma (36,8%, 38,1% və 31,0%) nəzərdə tutulmuş, Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobildaşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumunun və nəqliyyat vasitələrinin, belə ki, motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların texniki baxışdan keçirilməsi ilə əlaqədar tutulan dövlət rüsumunun məbləği 2016-cı ilin müvafiq göstəricisinə bərabər olmaqla proqnozlaşdırılmışdır.

2016-cı illə müqayisədə 2017-ci ildə dövlət büdcəsinin mədaxil mənbələri üzrə mütləq ifadədə əsas artımlar ƏDV üzrə 359000,0 min manat, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə 153400,0 min manat, gömrük rüsumları üzrə 66000,0 min manat, fiziki şəxslərin gəlir vergisi üzrə 60000,0 min manat, Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar üzrə 49000,0 min manat, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə 48000,0 min manat, xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar üzrə 14262,0 min manat, faiz ifadəsində isə xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar üzrə 39,0%, Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar üzrə 33,8%, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar üzrə 33,3%, gömrük rüsumları üzrə 17,0%, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə 15,7%, dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar üzrə isə 14,3% nəzərdə tutulmuşdur.

Gəlirlərdə isə əsas azalmalar mütləq ifadədə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan daxilolmalar üzrə 1515000,0 min manat, vergi qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimə və sanksiyalardan daxilolmalar üzrə 90000,0 min manat, aksizlər üzrə 29000,0 min manat, faiz ifadəsində vergi qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimə və sanksiyalardan daxilolmalar üzrə 50,0%, Dövlət Neft Fondundan daxilolmalar üzrə 19,9%, aksizlər üzrə 4,6% proqnozlaşdırılmışdır.

Deyilənlərdən belə nəticəyə gəlinir ki, aparılan islahatlar nəticəsində dövlət büdcəsinə daxilolmaların həm vergili həmdə qeyrivergili dailolmaları daim artmaqdadır. Lakin qeyri vergili gəlir sayılan Neft fondundan dövlət büdcədsinə edilən transferlər ilbə il azalmaqdadır ki, bu da dövlətin əsas strategiyası sayılır.




Fəsil III Böhran şəraitində büdcə-vergi siyasətində antiböhran tədbirləri və onların təkmilləşdirilməsi

3.1 İqtisadi böhranlarda tətbiq olunan antiböhran vergi-büdcə (fiskal) siyasəti.

Böhran şəraitində vergi-büdcə siyasəti dövlətin əsas ümdə iqtisadi siyasət istiqamətidir. Dövlət vergi alətlərindən səmərəli istifadə edir və iqtisadi prosesləri tənzimləyir.

Dövlər büdcəyə vergi vasitəsi ilə pul vəsaitləri cəlb edir. Bazar şəraitində vergi bir sıra vacib əlamətlərə malikdir ki, onlardan biri də iqtisadi proseslərin tənzimlənməsidir.

Dövlət müvafiq, gedən iqtisadi prosesləri dəyərləndirərək vergiləri, onun dərəcələrinimüəyyən etmək, vergi güzəştləri tətbiq və ya ləğv etmək, strukturunu və formasını dəyişmək və s. kimi tədbirlər həyata keçirərək investisiya qoyuluşlarını stimullaşdıra və ya məhtudlaşdıra bilər ki,bu da əhalinin həyat səviyyəsinə müsbət təsirini göstərə bilər.

Sahibkarlıq fəaliyyətinin fəallığı ilə verği stavkalarının arasındaki asılılıq Lafer əyrisində öz təsdiqini tapmışdır. Bu müəyyən həddi keçmək həm sahibkarlığın investisiya fəalləğını həmdə büdcə daxilolmalarını azalda bilər.

Müasir dövrdə bazar iqtisadiyyatı şəraitində dövlət fiskal və təzimləmə proseslərindən kənarda qala bilməz. Bu da əsasən dövlətin iqtisadiyyata müdailəsi ilə şərtlənir. İqtisadiyyata müdaxilə dövlət tətəfindən vergi mexanizmi vasitəsi ilə həyata keçirilir. Ona görə də vergilər əsas tənzimləyici alət kimi çıxış edir. Dövlət ölkədə səmərəli vergi sistemi tətbiq etməklə müvafiq maliyyə siyasətini həyata keçirir. Ona görədə vergi siyasəti maliyyə siyasətinin müstəqil bir istiqaməti kimi fəaliyyət göstərir.

Vergi siyasəti dedikdə, maliyyə resurslarının yenidən bölüşdürülməsi hesabına dövlətin və cəmiyyətin ayrı-ayrı sosial qruplarının maliyyə tələbatlarının təmin olunması və həmçinin ölkə iqtisadiyyatınin normal inkişaf etdirilməsi məqsədi ilə ölkənin vergi sisteminin formalaşdırılması üzrə dövlətin həyata keçirdiyi iqtisadi, maliyyə və hüquqi tədbirlərin məcmusu başa düşülür.18 Vergi siyasətini həyata keçirən dövlət vergilərin funksiyalarından qaynaqlanaraq bunu reallaşdırır. Vergi siyasətinin reallaşdırılması müvafiq alət və metodlardan istifadə edilərək həyata keçirilir.

Vergi siyasətinin aparılması metodlarından biri yüksək dərəcə vergi siyasətidir. Belə ki, dövlət yüksək vergi dərəcələri tətbiq edərək vergi güzəştlərini ləğv edir, onların sayını azaldır və vergi bazasının miqdarını artırır. Dövlətin bu istiqamətdə apardığı vergi siyasəti ölkə vətəndaşlarının gəlirlərini əlindən almış olur və onların həyat səviyyəsinin aşağı düşməsinə səbəb olur. Bu hallar fövqaladə hallarda, müharibə şəraitində və iqtisadi böhran şəraitində həyata keçirilir. Yüksək vergi siyasəti ölkəmizdə də müstəqillik dövrünün ilk vaxtlarında aparılmışdır. Lakin bu siyasət ölkədə iqtisadi və sosial zəminin olmasına baxmayaraq neqativ halların baş verməsinə səbəb olmuşdur. Bunlara aşağıdakiları misal göstərmək olar:



  • İqtisadiyyat ilbəil geriləmiş və dəyicilərin əlində sərbəst pul vəsaitləri azalmış və ya heç qalmamışdır geniştəkrar istehsal proseslərinə öz mənfi təsirini göstərmişdir. İqtisadi sahələrin hamısında geriləmə müşahidə olunmuşdur.

  • Vergidən yayınma halları geniş vüsət almış və büdcə daxilolmalarına öz mənfi təsirini göstərmişdir;

  • Bu tədbirlər “gizli iqtisadiyyat“ın genişlənməsinə şərait yaradaraq iqtisadiyyatda onun payını 25-40% intervalında qərarlaşdırmışdır.

Vergi siyasəti bütünlüklə iqtisadi inkişaf siyasətini reallaşdırmalıdır. Dövlət iş adamları üçün minimal vergi stavkası müəyyən etməklə vergi yükünü azaldır və sosial proqramlara yönəldilən xərc məsrəflərini azaldır. Vergi siyasətini təhlil edən zaman vergi siyasəti subyektlərini, vergi alətləri və metodlarını fərqləndirmək lazımdır.

Dövlət vergiqoyma bazasını təkmilləşdirərək mənfəəti və ya gəliri qismən və tam azad edərək iqtisadiyyatın prioritet sahələrinin canlanmasına nail olur. Bu da ölkədə və regionlarda sosial-iqtisadi inkişafa zəmin yaradır, orada investisiya fəaliyyətini stimullaşdırır. Öz gəlirlərinin tənzimlənməsi və onun artırılmasına dövlət vergi meanizmi vasitəsi ilə nail olur.

Vergi dərəcələri gəlirlərin tənzimlənməsində mühüm yer tutur. Vergi dərəcələrinə müəyyən dəyişiklik etməklə iqtisadi prosesləri tənzimləyən dövlət vergi qanunvericiliyinə dəyişiklik etmir. Dövlət vergi dərəcəsi siyasətini həyata keçirərək müxtəlif kategoriyalı vergi ödəyicilərinin gəlirlərini vergiyə cəlb edir və daha təminatlı vergi ödəyicilərindən çox az təminatlılardan az vergi toplayır. Vergi sistemi mərkəzi hakimiyyətin əlində olduğundan daha çevikdir. Vergi dərəcələrinə onlar tez tez dəyişiklik etmək imkanına malikdirlər. Dövlət iqtisadi konyukturanı nəzərə alaraq daha səmərəli vergi siyasəti yürüdə bilir.

Vergi güzəştləri səmərəli vergi siyasətinin bir metodudur. Hər bir hüquqi və fiziki şəxs dövlətin qəbul etdiyi bu vergi güzəştlərindən istifadə edə bilər ki, bu da iqtisadi tənzimləmənin həyata keçirilməsində böyük rol oynayır. Vergi güzəştləri dedikdəvergilərdən qismən və tam azadolmalar başa düşülür. Vergi güzəştləri iqtisadi rayonlara da şamil ediləbilər. Vergi güzəştləri mənfəətə, gəlirə dövrüyəyə və sair tətbiq edilə bilər.

Büdcənin tənzimlənməsi, onun planlaşdırılması və ona nəzarət müəyyən qanun və norma normativlər vasitəsi ilə həyata keçirilir. Vergi siyasəti iqtisadi cəhətdən əsaslandırılmalıdır çünki büdcə daxilolmalarının optimallaşdırılması ancab bunun vasitəsi ilə əldə oluna bilər. Lakin vergi siyasəti konkiret iqtisadi şərait nəzərə alındıqda səmərəli olur. Məqsəd və hədəflərə çatmaq üçün mütlər mövcud iqtisadi şərait nəzərə alınmalıdır. Bunları nəzərə almadıqda aparılan vergi siyasətinin heç bir səmərəsi ola bilməz. Aparılan vergi siyasəti bu zaman iqtisadi proseslərə mənfi təsirini göstərər və iqtisadiyyatda inkişaf əvəzinə böhran yaranar.

Budcə vergi siyasətinə fiskal siyasətdə demək olar.

Fiskal siyasət aşağıdakı növlərə bölünür:

- ekspansionist ;

- restriksionist .

Ölkədə iqtisadi vəziyyətin yaxşılaşdırılması zamanı vergitutma və büdcə məsrəflərinin tənzimlənməsi diskresion saiyasət adlanır. Iqtisadi inkişaf tsiklinin müxtəlif mərhələlərində tənzimləmə səviyyəsi də müxtəlif olur. Məsələn, böhran zamanı dövlət öz xərclərini artırmalı və vergi dərəcələrini azaltmalıdır ki, əhali tədiyyəqabiliyyətli olsun. əgər istehsalda artın inflyasiyon proseslərləmüşayət olursa büdcə xərcləri azaldılmalı vergi dərəcələri ilə artırılmalıdır. Lakin bu hər zaman effektli olmaya da bilər. Çünki bu işgüzarlıq fəaliyyətinin qarşısını alır. Yaxşı olar ki, həmin dövrdə ixrac yönlü siyasət həyata keçirilsin ki, artıq istehsal olunan məhsun xaricə ixrac olunsun. İqtisadi eniş zamanı tələbi stimullaşdırmaq lazımdır. Dövlətin apardığı diskrision siyasətlə büdcə xərcləri artırılır vergi dərəcələri azaldılır bu da büdcə kəsirinə gətirib çıxardır. Beləliklə, iqtisadi eniş zamanı dövlət öz xərclərini azaldır, iqtisadi sıçrayış zamanı isə öz məsrəflərini azaltmaqla inflyasion prosesləri azaldır və böhranın fəsadlarını yüngülləşdirərək istehsalın həcmini artırır.

Dövlət məsrəflərinin, vergilərin dövlət büdcəsinin balansınının avtomatik olaraq dəyişməsi avtomatik fiskal siyasət adlanır. Bu siyasət iqtisadi yüksəliş dövründə vergi daxilolmalarının həcminin artmasına və eniş zamanı isə azalmasına gətirib çıxardır. Avtomotik fiskal siyasət ozunutənzimləmə xüsusiyyətinə malikdir.

Avtomotik tənzimləyicilərə bunları aid etmək olar:



  • iqtisadi yüksəliş mərhələsində məcmu tələbi azaldan proqressiv vergi sistemi mövcud olur. Deməli əhalinin gəlirləri artdıqca daha yüksək dərəcə gəlirlərə tətbiq olunur. İqtisadi eniş zamanı isə gəlirlər azalır. Tətbiq olunan vergi dərəcələrinin aşağı salınması gəlirlərin artmasına səbəb olur. Bunun da məcmu tələb stimullaşdırılır.

  • iqtisadi böhran zamanı işsizlərin sayı artır, işsizliyə görə ödənilən müavinatların, və digər ödənişlərin həcmi yüksəlir. İqtisadi artım zamanı işsizliyin səviyyəsi aşağı olur, bu da öz növbəsində avtomatik olaraq həmin ödənişlərin azalmasına səbəb olur.

Avtomatik fiskal siyasətin önəmliliyi ondadır ki, iqtisadiyyatda şəraitin azacıq dəyişən kimi özünütənzimləyici mexanizm işə düşür. Mənfi cəhəti isə mane olan amilləri sıradan çıxarmır onu sadəcə olaraq hamarlayır.

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə