Cümşüdlü Vüqar Səyyad magistr dissertasiyasi mövzu: «Azərbaycan Respublikasında büdcə gəlirlərinin formalaşması xüsusiyyətləri və inkişaf yolları»



Yüklə 0,54 Mb.
səhifə3/6
tarix21.04.2018
ölçüsü0,54 Mb.
#39850
1   2   3   4   5   6

Birbaşa vergilər – vergi ödəyicilərinin gəlirlərindən və əmlakından dövlət tərəfindən alınan vergilərdir(gəlir, mənfəət, torpaq vəs.). Birbaşa vergilər özü də real və xüsusi vergilərə ayrılır.

  • Real vergilər – vergi ödəyiciləri maliyyə vəziyyətindən asılı olmayaraq ödəyirlər. Əmlakın, məhsulların və fəaliyyətin ayrı-ayrı növlərinə görə.

  • Xüsusi vergilər – vergi ödəyicisinin maliyyə vəziyyətindən asılı olaraq ödənilir.12

Vasitəli vergilər – məhsulların qiymətinə, məhsul satışı dörüyyəsinə, iş və xidmətlərin görülməsinə tətbiq edilir(ƏDV, aksiz və s.). Vasitəli vergilərə aşağıdakıları misal göstərə bilərik.13

  • Universal vasitəli vergiyə əlavə dəyər vergisi aiddir. Bu vergi bütün məhsullara, iş və xidmətlərə(Vergi Məcəlləsində qoyulmuş məhdudiyyətlər istisna olunmaqla) tətbiq olunur.

  • Fərdi vasitəli vergiyə aksizlər daxildir. Bu istehsalın müəyyən mərhələsində tətbiq olunur.

  • Fiskal inhisar dövlətin inhisarında olan mallara, istehsala tətbiq edilir. Fiskal inhisar tam və qismən olur. Dövlət kütləvi istehlak mallarının istehsalını və satışını öz əlində cəmləşdirir. Bu ağır vasitəli vergidir.

Dövlət büdcəsinə daxil olan vergili gəlirləri Vergi Məcəlləsində nəzərdə tutulmuş 9 dövlət vergisi təşkil edir.

  • Fiziki şəxslərin gəlir vergisi;

  • Hüquqi şəxslərin mənfəət vergisi;

  • Əlavə dəyər vergisi;

  • Aksizlər;

  • Hüquqi şəxslərin əmlak vergisi;

  • Hüquqi şəxslərin torpaq vergisi;

  • Yol vergisi;

  • Mədən vergisi;

  • Sadələşdirilmiş vergi.14

Azərbaycan Respublikasının bütün ərazisində dövlət vergilərinin ödənişi həyata keçirilir.

Naxçıxan Muxtar Respublikasının büdcəsinə isə yol vergisindən başqa bütün vergilər ödənilir.



Yerli büdcələrə aşağıdakı vergilər ödənilir:

  • Fiziki şəxslərin torpaq vergisi;

  • Fiziki şəxslərin əmlak vergisi;

  • Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;

  • Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.15

Aşağıdakı cədvəllərdə 2006-2010-cu və 2011-2015-ci illərdə dövlət büdcəsinə daxil olan vergili gəlirlər və onların xüsusi çəkiləri göstərilmişdir.
Cədvəl 1




2008

2009

2010

2011

2012

Gəlirlər-cəmi

10762,7

10325,9

11403,0

15700,7

17281,5

Fiziki şəxslərin gəlir vergisi

627,2

581,9

590,2

715,7

813,0

Hüquqi şəxslərin mənfəət vergisi

2862,3

1329,2

1429,9

2134,0

2252,0

Torpaq vergisi

30,6

26,2

35,3

35,3

30,6

Əmlak vergisi

112,9

66,2

101,8

103,9

105,1

Əlavə dəyər vergisi

1910,9

2012,8

2082,5

2222,7

2366,9

Aksiz vergisi

486,9

485,1

514,9

480,2

531,5

Mədən vergisi

147,7

121,9

130,1

129,8

125,8

Xarici iqtisadi fəaliyyətlə bağlı vergilər

449,7

418,1

291,8

433,1

592,5

Digər vergilər

96,8

86,8

90,3

140,6

157,6

Sair daxilolmalar

4037,7

5197,7

6136,2

9305,4

10306,5


Cədvəl 2

2011-2015 Dövlət büdcəsinin gəlirləri mln.man




2013

2014

2015

2016

2017

Gəlirlər-cəmi

19496,3

18400,6

17153,2

15566,4

15955,0

Fiziki şəxslərin gəlir vergisi

859,7

980,3

982,5

1080,0

1140,0

Hüquqi şəxslərin mənfəət vergisi

2374,8

2302,7

2211,1

1914,6

2068,0

Torpaq vergisi

33,1

35,4

48,7

50,2

50,0

Əmlak vergisi

125,1

141,3

148,2

174,3

178,0

Əlavə dəyər vergisi

2710,0

3119,6

3454,7

3336,0

4002,0

Aksiz vergisi

593,3

797,3

647,8

637,4

608,0

Mədən vergisi

121,5

116,2

116,1

107,2

111,2

Xarici iqtisadi fəaliyyətlə bağlı vergilər

675,2

684,7

934,5

856,1

876,4

Digər vergilər

161,5

192,7

247,7

128,4

202.3

Sair daxilolmalar

11842,1

10030,4

8706,7

8412,2

9021,2

2015-ci ildə dövlət büdcəsinin gəlirləri 19 milyard 438,0 milyon manat nəzərdə tutularaq 17 milyard 153,2 milyon manat o dövr üçün proqnozlaşdırılmışdırvə ya proqnoz 88,2 faiz yerinə yetirilmişdir.Büdcənin xərcləri proqnoza nisbətdə 83,9 faiz və yaxud 17 milyard 786,8 milyonmanat icra olunmuşdur.Ölkənin 2017-cı il dövlət büdcəsi haqqında” Qanununa əsasən 2017-ci ildə büdcənin gəlirləri 16255.0 mln. manat olması proqnozlaşdırılmışdır. Bu da, dövlət büdcəsinin 2015-ci ildə faktiki gəlirləri ilə müqayisədə 1243.0 mln. manat (yaxud 7.1 faiz), 2016-cı ilin dövlət büdcəsi gəlirinin təsdiq edilmiş gözlənilən göstəricisi ilə müqayisədə 567,0 mln. man. (yaxud 3,4 faiz) azdır. 2017-cı ildə dövlət büdcəsinin gəlirləri ÜDM-in 26,4 faizi qədər olması gözlənilir ki, bu da 2016-cı il üçün nəzərdə tutulan müvafiq göstəricidən 2.5 faiz bəndi, 2015-ci ilin faktiki qiymətindən 5,8 faizi qədər azdır.


Diaqramma1

2015-ci ildə Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 7 milyard 112,0 milyon man. proqnoza qarşı 7 milyard 118,3 mln. man pul vəsaitinin daxil olması təmin edilərək, proqnoza 100,1 % əməl edilmişdir. Bu dövr ərzində daxil olan vergilərin 5 milyard 28,4 mln. manatı və ya 70,6 % qeyri-neft sektorunun, 2,1 mlrd manatı və ya 29,4 % isə neft sektorunun payına düşür. Qeyri-neft sektoru üzrə daxilolmaların miqdarı 2014-cü ilin müvafiq dövrünə nisbətən 16,8 % (721,9 milyon manat) artmışdır. 2015-ci ildə vergi gəlirlərinin tədiyələr üzrə icrasını təhlil etdikdə görmək olar ki, cəmi vergi gəlirləri əsasən ƏDV və mənfəət vergiləri hesabına artmışdır. Bununla belə digər tədiyələrdə, məsələn gəlir vergisində baş verən artım ümumi vergi gəlirlərində öz təsirini göstərmişdir.

2015-ci il üzrə vergi gəlirlərinin proqnozu Vergilər Nazirliyi tərəfindən uğurla icraedilmişdir. 2013-cü ildə vergi daxilolması 6664,0mln.manat, 2014-cü ildə 7113,7 mln.manatolaraq artım müşahidə olunmuş 2015-ci ildə isə71183 mln. manat olaraq demək olar ki,sabit qalmışdır. Diaqramdan göründüyü kimi qeyri neft vergi daxilolmaları da illər üzrə artmışdır. Bu da son dövrlərdə aparılan uğurlu islahatların nəticəsidir.

Diaqramma 2



Cədvəl 3


Vergi gəlirlərinin iqtisadiyyatın sahələri üzrə basaq, 2015-ci ildə əvvəlki illə nisbətən sənaye, xidmət və tikinti sahələrindən başqa bütün sahələrdə artım olması müşahidə olunmuşdur. Bu yüksəliş daha çox bank və sığorta (50,6 faiz), nəqliyyat (41,9 faiz) və ticarət sahəsində (34,2 faiz) olmuşdur. Qeyd olunan artım göstəricisi bu iqtisadi inkişafın iqtisadiyyatın hər bir sahələrini əhatə etməsi və vergi gəlirlərininda buna uyğun olaraq bütünistehsal və qeyriistehsal sahələri üzrə proporsional surətdə artmasını özündə əks etdirir.

Cədvəl 4

İqtisadi sahələr üzrə vergi dailolmaları

2016-cı ilin büdcə gəlirlərinin strukturuna baxanda isə görünür ki, (Diaqramma 3) əsas yeri Dövlət neft fondunun transferləri tutur bu da gəlirlərin 47,4% qədərdir. İkinci yerdə AR Vergilər Nazirliyi 41,5%, GömrukKomitəsinin hesabına 9,3% və sair daxilolmalar isə 1,8%-dir. Beynəlxalq təcrübəyə nəzər yetirsək bu göstərici o qədərdə yaxşı sayıla bilməz. Çünki Norvegiyada Neft fondundan cəmi 4% dovlət büdcəsinə transfer olunur ki, vergilərdən dailolmalar büdcənin 80%-dən çoxdur. Vergilərdən dailolmaların xüsusi çəkisinin yüksək olması iqtisadi inkişafın yüksək olması deməkdir. Azərbaycanda vergi daxil olmalarının xüsusi çəkisinin artırılması istiqamətində daim müsbət işlər aparılır, dövlət proqramlarıqəbul edilir və s.



Diaqramma 3


Fiziki şəxslərdən alınan gəlir vergisi dövlətin gəlirlərinin formalaşma mənbələrindən biridir. Gəlir vergisi əhalinin gəlirlərinin müxtəlif təbəqələrini əhatə edir.1992 – ci il yanvarın 1- dən Azərbaycan Respublikasında fiziki şəxslərin gəlir vergisinin yeni sistemi yarandı. Hal – hazırda fəaliyyətdə olan fiziki şəxslərin gəlir vergisnin əsas prinsipi sosial və mənşəyindən asılı olmayaraq vergi ödəyicisinin bərabərliyi prinsipidir. Bu o deməkdir ki, vergi ödəyiciləri qanun qarşısında bərabərdir, müəyyən səviyyəli gəlir əldə edən vergi ödəyiciləri üçün vergi dərəcələri eynidir. Fiziki şəxslərin gəlir vergisinin dövlət büdcəsində xüsusi çəkisi yüksəkdir. Əhalinin gəlirləri artdıqca vergini bu növünün də xüsusi çəkisi artır.

Fiziki şəxslərdən alınan gəlir vergisi büdcə gəlirlərinin formalaşmasında müəyyən paya malikdir. Cədvəl 1-dən görünür ki, fiziki şəxslərdən alınan gəlir vergisi ildən-ilə artmışdır. Belə ki, fiziki şəxslərdən alınan gəlir vergisi 2013-cü ildə 859 mln. manat, 2014-cü ildə 980,3 mln. manat, 2015-ci ildə 982 mln. manat, 2016-cı ildə 1080,0 mln. manat, 2017-ci ildə isə 1140,0 mln. manat proqnozlaşdırılır. Fiziki şəxslərdən alınan gəlir vergisinin ildən-ilə artmasına baxmayaraq ümumi daxili məhsulda xüsusi çəkisi 2013-2017-ci illərdə demək olar ki, sabit qalmışdır. Beləki, 2013-cü ildə 1,9%, 2014-cü ildə 2,0%, 2015-ci ildə 2,5%, 2016-cı ildə 2,6% olmuşdur. 2017-ci ildə əvvəlki illərə nisbətən yüksələrək 2,7% proqnozlaşdırılır. qalxmışdır. Lakin büdcə gəlirləri içərisində 4,3 %-dən 7,1%-ə qalxmışdır ki, bu da son dövrlər aparılan iqtisadi islahatlar nəticəsində həm əhalinin gəlirlərinin artımı həm də yeni iş yerlərinin açılması ilə izah olunur.



Cədvəl 5.

Fiziki şəxslərin gəlir vergisinin ÜDM –da xüsusi çəkisi, faizlə

Göstəricilər

2013

2014

2015

2016

2017

Vergilərdən daxilolmalar

15,8

18,6

11.1

10.7

14.4

Xüsusi çəkisi %

4,3

5,2

5,6

6,4

7,1

Fiz.ş.g.v.

1,9

2.0

2.5

2.6

2.7

Mənfəət vergisi hər bir dövlətin vergi siyasətinin mühüm elementlərindən hesab edilir. Mənfəət vergisi büdcənin gəlir hissəsinin formalaşmasında yaxından iştirak edir. Mənfəət vergisinin vergi tutma obyekti mənfəət vergisi ödəyicisinin mənfəətidir. Mənfəət gəlirlərlə xərclər arasındakı fərqdir.Mənfəət vergisinin ödəyiciləri Azərbaycan Respublikasının rezident və qeyri-rezident müəssisələrdir.16

Əvvəllər mənfəətdən vergi müxtəlif faizlərlə ödənilirdi. Beləki, Bakı, Gəncə və digər iri şəhərlərdəki müəssisələr əldə etdiyi mənfəətin 25%-ni, digər rayonlardakı müəssisələr 15%-ni, dağlıq rayonlardakı müəssisələr isə 10%-ni dövlət büdcəsinə ödəyirdi. Hazırda Azərbaycan Respublikasında mənfəət vergisi müssisələrin mənfəətinin 20% dərəcəsilə ödənilir.Hal – hazırda yeni yaradılan müəssisələr hesabınba mənfəət vergisinin ÜDM –da xüsusi çəkisi artmaqdadır.

1992-ci ildən etibarən Azərbaycan Respublikasında mənfəət vergisi tətbiq olunmağa başlanmışdır. Mənfəət vergisi ƏDV-dən sonra dövlət büdcəsinin gəlirlərinin formalaşmasında ikinci yeri tutur. Mənfəət vergisində artım yox stabillik hiss olunur. Belə ki.2013-cu ildə 2374,8 mln. manat, 2014-cü ildə 2302,7 mln. manat, 2015-ci ildə 2211.1mln. manat 2016-cı ildə 1914,6 mln.manat 2017-ci ildə isə 2068,0 mln. manat mənfəət vergisi dövlət büdcəsinə daxil olması planlaşdırılır. 2016-cı ildəki azalma neftin qiymətinin xarici bazarlarda aşağı düşməsi və iqtisadiyyatda baş vermiş geriləmə ilə izah olunur.



Cədvəl 6.

Hüquqi şəxslərin mənfəət vergisinin ÜDM – da xüsusi çəkisi, faizlə

Göstəricilər

2013

2014

2015

2016

2017

Vergilərdən daxilolmalar

14,8

14,9

14.1

13.7

14.9

Xüsusi çəkisi %

12,9

12,5

12,6

11,4

13.0

Mənfəət vergisi

2,8

2,3

2.6

3.0

6.0

Mənfəət vergisinin xüsusi çəkisində artım çox olmamışdır. 2013-cü ildə 2,8% idisə 2014-cü ildə 2,3% , 2015 2,6 %, 2016-cı ildə 3,0% 2017-ci ildə isə 6,0% proqnozlaşdırılır. Bu da yeni yol xəritəsinin qəbulu ilə əlaqədardır.



Əlavə dəyər vergisi. Bu vergi növü 1954 – cü ildə fransız iqtisadçısı M. Lore tərəfindən təklif edilmişvə tez bir zamanda Qərbi Avropa ölkələrində geniş yayılmışdır. Azərbaycan Respublikasında ƏDV 1 yanvar 1992 – ci ildən tətbiq edilməyə başlanmışdır. Bu vergi növü vasitəli vergilər qrupuna daxildir. ƏDV – nin büdcə üçün müəyyən üstünlükləri vardır: bu gəlirlərin sabit və daimi mənbəyidir. O istehlakçı üçün onun ödənilməsindən yayınmasına çətinlik törədir. ƏDV – nin fiskal mahiyyəti böyükdür.

Əlavə Dəyər Vergisinin büdcə üçün müəyyən üstünlükləri vardır: bu gəlirlərin sabit və daimi gəlir mənbəyidir. O istehlakçı üçün onun yayınmasına çətinlik törədir. ƏDV işlərin görülməsinin, xidmətlərin göstərilməsinin və istehsalın bütün mərhələlərində ödənilir.

ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxs onun ödəyicisi olsada, verginin ağırlığı istehlakçıların üzərinə düşür. ƏDV-nin vergitutma obyekti malların istehsalı, işlərin görülməsi və xidmətlərin göstərilməsinin dəyəridir. Əlavə Dəyər Vergisi 18% dərəcəsilə büdcəyə ödənilir.

Cədvəl 7.

ƏDV –nin ÜDM –da xüsusi çəkisi, faizlə


Göstəricilər

2013

2014

2015

2016

2017

Vergilərdən daxilolmalar

15,8

18,6

11.1

10.7

15.9

Xüsusi çəkisi %

17,5

18,6

19,7

21,7

25,1

ƏDV

5,4

5,8

6.2

7.9

8.9

2008-2012-ci illərdə ƏDV büdcə daxil olmalarında sabit qalaraq 2000-2366 mln manat olmuş, lakin son dövrlər bu vergi növündə artım hiss olunmaqdadır. (bax Cədvəl 1)

Büdcə gəlirlərinin formalaşmasında ƏDV-nin xüsusi çəkisi həmişə digər vergi daxilolmaları ilə müqaisədə yüksək olmuşdur. Məsələn 2013-cü ildə 2710.0 mln. manat, 2014-cü ildə 3119.6 mln. manat, 2016-cı ildə 3336.0 mln. manat və 2017-ci ildə isə 4002.0mln. manat proqnozlaşdırılır. Təkcə bir il mənfəət vergisi o da 2008-ci ildə büdcə daxilolmalarında üstünlük təşkil etmişdir. ƏDV-ni büdcə gəlirlərində xüsusi çəkisi 2013-2016-cı illərdə müvafiq olaraq 17,5%-dən 21,7 %-ə yüksəlmiş 2017-ci ildə isə 25,1% nəzərdə tutulmuşdur.

Büdcəyə daxil olan gəlirlər arasında digər vasitəli vergi aksizlərdir, X-XI əsrlərdə yaranmışdır. Aksizlər malın qiymətini formalaşdırır. Aksiz vergisi aksizli mallardan( spirtli içkilərdən, tütün məmulatlarından və s.) tutulur. Aksiz vergisinin ödəyicisi aksizli malları istehsal edən və satan şəxslərdir. Lakin istehlakçılar bu verginin faktiki olaraq ödəyiciləridi. Aksiz vergisinin vergitutma obyekti aksizli malların dəyəridir. Məhsullara tətbiq olunan aksizlər bütövlükdə büdcəyə daxil olur.Azərbaycan Respublikası ərazisində aksizli malların istehsalı və ya idxalı ilə məşğul olan bütün müəssisələr və fiziki şəxslər aksizin ödəyiciləridir.Aksizli mallar aşağıdakılardır:



  • spirt, pivə, spirtli içkilərin bütün növləri;

  • tütün məmulatları;

  • neft və neft məhsulları.

AR – da aksiz dərəcələrinin iki növündən istifadə edilir:

1. Spesifik – bu dərəcələr malın hər vahidinə pulla ifadə edilmiş konkret vergi məbləği tətbiq olunarkən istifadə olunur. Məsələn, bir litr içməli spirtə 0,8 AZN

2. Advalor – bu dərəcələr isə vergitutma obyektinin dəyərinin müəyyən faiznin tutulmasını nəzərdə tutur. Məsələn, bir litr içməli spirtin dəyərinin 90 faizi

Cədvəl 8.

Aksiz vergisinin ÜDM –da xüsusi çəkisi, faizlə.


Göstəricilər

2013

2014

2015

2016

2017

Vergilərdən daxilolmalar

15,8

18,6

11.1

10.7

15.9

Xüsusi çəkisi %

3.1

3.5

3.7

3.8

3.8

Aksiz vergisi

1,5

1,6

1.7

1.7

1.8

Aksiz vergisinin büdcə daxilolmalarında çəkisi yüksək deyil. 2013-cü ildə 593.3 mln. manat aksiz vergisi daxil olmuş, 2014-cü ildə 797.3 mln. manata yüksəlmiş, 2015-ci ildə 647.8 mln. manata, 2016-cı ildə 637.4 mln. manata enmişdir. 2017-ci ildəisə 608.0 mln.manat proqnozlaşdırılır. Aksiz vergilərinin büdcədəki xüsusi çəkisi də demək olar ki stabil qalmaqdadır.

Büdcə gəlirlərində vergili daxil olmaladan biri də əmlak vergisidir. Əmlak vergisi müəssisənin balansında olan əsas vəsaitlər və avtonəqliyyat vasitələrinə görə ödənilən vergidir. Əmlak vergisinin vergitutma obyekti əsas vəsaitlər və avtonəqliyyat vasitələrinin orta illik dəyəridir. Əmlak vergisinin ödəyiciləri əsas vəsaitlərə və avtonəqliyyat vasitələrinə sahib olan rezident müəssisələrdir.Azərbaycan Respublikasının ərazisində əmlak vergisi 1992-ci ildən tətbiq olunmağa başlanmışdır. Əmlak vergisi hüquqi və fiziki şəxslərin əmlak vergisinə bölünür. Əmlak vergisi üzrə daxil olmalar aşağıdakı kimi olmuşdur. 2013-cü ildə 125.1 mln manat, 2014-cü ildə 141.3mln manat, 2016-cı ildə 174.3 mln manat 2017-ci ildə isə 178.0 mln. manat daxilolma proqnozlaşdırılır.

Torpaq vergisi torpaq mülkiyyətçilərinin(istifadəçilərinin) təsərrüfat fəaliyyətlərinə görə deyil torpaq sahəsinə görə hər il ödənilən vergidir. Torpaq vergisinin ödəyicisi torpaq sahibi, torpaq vergisinin vergitutma obyekti sitifadə olunan torpaqdır. Torpaq vergisinin dərəcəsi torpaqların münbitliyindən və yerləşməsindən asılıdır.

Tətbiq olunmağa başlandığı dövrdən torpaq vergisinin dövlət büdcəsinin gəlir hissəsinin formalaşmasında payı cüzi olmuşdur. Azərbaycan Respublikasında əmlak vergisi yüksək gəlirli vergi deyildir. Belə ki, büdcəyə 2013-cü ildə 33.1 mln. manat 2014-cü ildə 35.4 mln. manat, 2015-ci ildə 48,7 mln.manat 2016-cı ildə 50.2 mln manat və 2017-ci ildə isə 50.0 mln. manat proqnozlaşdırılır. Deyilənlərdən görünür ki, büdcə gəlirlərində əmlak vergisinin xüsusi çəkisi o qədər də böyük olmamasına baxmayaraq müvafiq illər üzrə artım müşahidə olmüşdur.

Mədən vergisi Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycana mənsub şelfindəki faydalı qazıntıların çıxarılmasına görə tutulur. Mədən vergisinin ödəyiciləri faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələrdir. Mədən vergisinin vergitutma obyekti faydalı qazıntılardır. Bu verginin dərəcələri faydalı qazıntıların növündən asılıdır. Mədən vergisi 1996-cı ildən etibarən faydalı qazıntılar fəal surətdə vergiyə cəlb edilməyə başlanmışdır.

Yerin təkindən çıxarılan faydalı qazıntıların növündən asılı olaraq mədən vergisi onları topdansatış qiymətinə təqdim edilməklə aşağıdakı müəyyənləşdirilir.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə