Cümşüdlü Vüqar Səyyad magistr dissertasiyasi mövzu: «Azərbaycan Respublikasında büdcə gəlirlərinin formalaşması xüsusiyyətləri və inkişaf yolları»


Müasir şəraitdə büdcə gəlirlərinin formalaşması üsulları



Yüklə 0,54 Mb.
səhifə2/6
tarix21.04.2018
ölçüsü0,54 Mb.
#39850
1   2   3   4   5   6

1.2 Müasir şəraitdə büdcə gəlirlərinin formalaşması üsulları.

Büdcə gəlirləri ölkənin büdcə fondunun formalaşmasında dövlətlə müəssisələr arasında, təşkilatlar və vətəndaşlar arasında baş verən iqtisadi münasibətləri əks etdirir. Bu iqtisadi münasibətlər müəssisələrin, təşkilatların və əhalinin ödəmələri ilə ifadə olunur. Bundan əlavə büdcə gəlirləri öz funksiyalarını yerinə yetirmək üçün dövlətin mərkəzləşdirilmiş maliyyə resurslarının bir hissəsidir.

Dövlət quruluşundan asılı olaraq büdcə gəlirləri quruluşunda müəyyən fərqlər formalaşıb. Belə ki, unitar dövlətlərdə mərkəzi (dövlət) büdcə və yerli büdcələrin gəlirlərindən təşkil olunubsa, federativ dövlətlər də yuxardakılara federasiya üzvlərinin gəlirləri əlavə olunur.

Azərbaycan Respublikasının dövlət büdcəsi gəlirlərdən və xərclərdən ibarət olmaqla iki hissədən ibarətdir. Dövlət büdcəsinin gəlirlər sistemi 3 əsas qrupa bölünür:

1. vergilər

2. qeyri-vergili tədiyələr

3. rüsumlar

Bu qruplar içərisində əsas yeri vergilər tutur.Adətəndövlətin inkişaf səviyyəsindən aslı olaraq dövlət büdcəsi gəlirlərinin tərkibində vergilərin xüsusi çəkisi 75 faizdən çox olur.Vergilər milli gəlirin məcburi mərkəzləşdirilən hissəsidir.Vergilərin qeyri-vergili tədiyələrdən fərqi ondan ibarətdir ki, onlar tutularkən vəsait üzərində mülkiyyət forması dəyişir.Qeyri-vergili tədiyələrdə isə büdcəyə vəsait tutularkən mülkiyyət forması dəyişmir.Məsələn, dövlət tabeçiliyində olan müəssisələrdən mənfəət vergisi, yaxud ƏDV tutularkən mülkiyyət forması dəyişmir.Çünki müəssisə dövlətin olduğundan onun bütün vəsaitinə sərəncamı dövlət verir, büdcəyə köçürülən hissəyə də sərəncamı dövlət verir.Beləliklə, burada mülkiyyət forması dəyişmir.

Rüsumların digər daxilolmalardan fərqi ondan ibarətdir ki, rüsum tutularkən dövlət onun müqabilində müəyyən xidmət göstərir.

Dövlət gəlirlərinin tərkibinə aşağıdakı gəlirlər daxildir: dövlətin sərvətindən istifadəyə görə alınan gəlirlər, vergilər, vergi təbiətli dövlət gəlirləri, borclanmalardan gələn gəlirlər və xəzinənin imkanlarından istifadə etməklə əldə edilən gəlirlər. Bu gəlirlərdən dövlətin sərvətindən istifadə gəlirləri, vergilər, vergitəbiətli dövlət gəlirləri həqiqi dövlət gəlirləri hesab olunur.Xəzinə imkanlarından istifadə etməklə əldə edilən gəlirlər isə fövqaladə dövlət gəlirləri adlanır.Fövqaladə dövlət gəlirləri dövlətə şübhəsiz ki, xeyli gəlir gətirir.Lakin bu gəlirlərin qeyri-həqiqiliyi ondadır ki, bu gəlirlərin əvəzi gələcəkdə həqiqi dövlət gəlirləri ilə ödənilməli və ya qaytarılmalıdır.Çünki xəzinənin buraxdığı dövlət qiymətli kağızları və alınmış borc gələcəkdə mütləq ödənilməlidir.

Hər bir büdcə sistemi həlqəsi özünün qanunvericiliklə müəyyən olunan və “Büdcə haqqında” Qanunla hər il təsbit olunan digər mənbələrinə malikdir. Qanunvericiliyə görə milli gəlirin və milli varidatın hansı hissəsinin büdcə vasitəsilə yenidən bölüşdürəcəyi hər il büdcə haqqında qanunda elan edilməldir. Milli gəlirin büdcə gəlirlərinin yeganə mənbəyi olmasına baxmayaraq onun büdcəyə cəlb olunması forma və metodları çox müxtəlifdir.Büdcə sistemi gəlirlərinin tərkibində həm hüquqi və həm də fiziki şəxslərin bu və ya digər büdcə həlqəsinə ödədiyi tədiyələr vardır. Bu gəlirləri aşağıdakı şərtlər daxilində təsnifləşdirmək olar:

1. sosial-iqtisadi əlamətlərinə görə;

2. büdcəyə köçürülmə qaydalarına və şərtlərinə görə;

3. hüquqi formalarına görə.

Sosial-iqtisadi əlamətlərinə görə gəlirlər aşağıdakı növlərə bölünür:

a) müəssisələrin təsərrüfat fəaliyyətindən əldə etdikləri gəlirlərdən daxilolmalar;

b) xarici iqtisadi əlaqələrdən daxilolmalar;

v) aksizlər;

q) broker xidmətlərindən və müəssisələrə göstərilən digər vasitəçilik xidmətlərindən daxilolmalar;

d) rüsumlar;

e) bank və sığorta fəaliyyətindən əldə edilən gəlirlərdən daxilolmalar;

s) özəlləşdirmədən daxilolan vəsaitlər;

z) vətəndaşlardan daxil olan gəlirlər;

i) sair gəlirlər (o cümlədən sıradan çıxmış əmlakın satışı, sahibsiz malların müsadirəsi və s.)

Büdcə sistemi gəlirlərinin göstərilən əlamət üzrə bölgüsü zəruriyyəti bu gəlirlərin alınması üzrə mənbələrin müxtəlifliyi, onların sosial-iqtisadi əhəmiyyətinin fərqi və s.-dir.

Azərbaycan Respublikasında kommersiya fəaliyyətinin güclənməsi, getdikcə bura çox subyektlərin cəlb edilməsi, özəlləşdirmə proqramının işlənib hazırlanması və yerinə yetirilməsi büdcənin indiyədək mövcud olmayan yeni gəlir mənbələrinin yaranmasına gətirib çıxarmışdır.Bu broker və digər vasitəçilik xidmətlərindən gəlirlər və özəlləşən müəssisələrin satışından əldə edilən gəlirdən ayırmalardır.

Son illərdə yaranan qeyri-qənaətbəxş ekoloji vəziyyət ətraf mühitin qorunmasını, təbii resurslardan səmərəli və düzgün istifadə edilməsini dövlətin mühüm vəzifələrindən birinə çevrilmişdir. Bu vəzifənin yerinə yetirilməsində büdcə sisteminin resurslardan gəlirləri-birinci növbədə torpaq vergisi, meşə gəlirləri, su haqqı, təbii resursların satışından daxilolmalar əsas rol oynayır. Dövlətin sərvətindən istifadəyə görə tutulan gəlirlər dövlətin sahib olduğu daşınar və daşınmaz sərvətlərin istifadəsindən götürülən gəlirlərdi. Meşələrdə odun satışından və ya istifadəsindən, balıq ovundan, çöldəki ovdan, həmçinin dövlət əmlakının istifadəsindən gələn pul vəsaitləri bu gəlirlərə aiddir. Bu gəlirlər vergidən fərqlənir. İndiki dövrdə bu gəlirlər həcm və xeyli artsa da, ümumiyyətlə götürdükdə dövlət büdcəsində çox az yer tutur. Bu payın aşağı olmasının ən mühüm səbəblərindən biri vergi obyektlərinin genişləndirilməsi və vergilərin ən əsas dövlət gəlirlərinə çevrilməsidir.

Büdcə gəlirlərinin formalaşdırılmasında fiziki şəxslərdən tutulan vergilər də mühüm rol oynayır. Əhalidən tutulan vergilər içərisində əsas yeri gəlir vergisi təşkil edir. Əhalinin real gəlirlərinin artmasına uyğun olaraq gəlir vergisinin həcmi ildən-ilə artır. Son dövrlərdə əmlak vergisi, lisenziya ilə tutulan vergi, nəqliyyat vasitələrinə görə və digər tutulmalar hesabına əhalidən tutulan vergilərin xüsusi çəkisi xeyli yüksəlmişdir. Xarici ölkələrdə tətbiq edilən vərəsəlik və hədiyyə vergisinin tətbiqi üçün hazırlıq görülür.

Sosial-iqtisadi xarakterinə görə büdcə sisteminin sair gəlirləri içərisində dövlət mülkiyyətində olan əmlakın istifadəsi, satışı və icarəyə verilməsindən gələn gəlirləri də göstərmək vacibdir. Bələdiyyə mülkiyyəti mövcud olduqda onun əmlakının da satışı və icarəyə verilməsindən gəlir bu gəlirdən olan tədiyələrin tərkibinə daxil ediləcəkdir.

Köçürülmə qaydalarına və şərtlərinə görə büdcə gəlirləri təhkim olunmuş və nizamlaşdırıcı gəlirlərə, dotasiya, subvensiya və subsidiyaya, xüsusi və borc alınmış vəsaitlərə bölünür.

Təhkim olunmuş gəlirlər vergi və ya büdcə qanunvericiliyi ilə müəyyən edilir.

Nizamlaşdırıcı gəlir dövlət hakimiyyəti və ya yerli icra hakimiyyəti tərəfindən onların büdcələri təsdiqlənərkən yuxarı büdcə həlqələrindən aşağı büdcə həlqələrinə ayırmalar şəklində verilən ödəmələrdir. Yəni nizamlaşdırıcı gəlirlər bölüşdürülən gəlirlərdir. Onların faizi büdcə haqqında Qanunda göstərilir.

Nizamlaşdırıcı gəlirlərin bölgüsü hər il müəyyən edilir, elə buna görə də onlar təhkim olunmuş gəlirlərdən fərqlənirlər.

Nizamlaşdırıcı gəlirlərin köçürülməsivə müəyyən edilməsi üçün hüquqi əsas yuxarı səviyyəli büdcəsi həlqəsinin təsdiqi haqqında hüquqi aktlardır. Məsələn: Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiqi prosesində - Milli məclis tərəfindən kənd, qəsəbə büdcələrinə ayrımlar üçün yerli büdcələrin təsdiqi prosesində yerli özünüidarəetmə orqanları tərəfindən (icra hakimiyyəti, bələdiyyə şüarları və s.).

Büdcənin gəlirləri həmçinin dotasiya və subvensiya şəklində təşkil oluna bilər. Dotasiya, subsidiya və subvensiya yuxarı büdcədən aşağı büdcə həlqəsinə maddi köməkdarlıq formasındap daxil olan vəsaitdir.

Azərbaycan Respublikasının büdcə quruculuğu haqqında Qanuna əsasən təhkim olunmuş və nizamlaşdırıcı gəlirlər birlkidə büdcənin xüsusi gəlir mənbəyi hesab edilir. Ancaq bəzi hallarda xüsusi vəsait mənbələrindən, başqa borc vasitələrindən istifadə etməklə büdcə gəlirləri təşkil edilə bilər. Borc vəsaitlərinin xüsusi vəsaitlərdən fərqi ondan ibarətdir ki, dövlət və yerli hakimiyyət orqanları bu vəsaiti büdcə büdcə xərclərinin ödənməsinə qaytarılmaq şərtləri ilə xərcləyirlər.

Borc vasitələrinə zərurət o zaman yaranır ki, büdcə kəsirinin çox olması hesabına xüsusi vəsait mənbələri büdcə xərclərini örtmək üçün kifayət etmir. Borc vəsaitlərinə aiddir:

1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq ərazilərdə investisiya məqsədi üçün buraxılan və əzali arasında yayılan istiqrazlar.

2. Kommersiya banklarından və milli bankdan alınan qısamüddətli ssudalar (faizli və faizsiz).

3. Milli Məclisin qərarı və ya prezidentin xüsusi fərmanı ilə müəyyən edilən digər mənbələr (məsələn, büdcədənkənar fondlardan müvəqqəti istifadə, prezident fondundan ayırmalar edilməsi, neft şirkətinə yönəldilən bonusdan istifadə və s.)

Hüquqi formalarına görə büdcə gəlirləri vergilərə, qeyri-vergili tədiyələrə və rüsulara bölünür.

Ümumiyyətlə vergi sistemindən söhbət gedərkən qeyd etmək lazımdır ki, üç cür vergi sistemi var:

1. Proqressiv (mütərəqqi) vergi sistemi.

2. Reqressiv (qeyri-mütərəqqi) vergi sistemi.

3. Qarışıq vergi sistemi.

4. Proporsional vergi sistemi.

Hər bir ölkədə bu vergi sistemlərindən biri qəbul olunmuş və fəaliyyəti təmin edilir.Dünya ölkələri üzrə ən keniş istifadə olunan vergi sistemi proqressiv (mütərəqqi) vergi sistemidir. Proqressiv vergi sisteminin mahiyyəti ondan ibarəttir ki, vergi mükələfləri olan fiziki və hüquqi şəxslərin gəlirləri artdıqca gəlir vergisinə tətbiq edilən vergi də artırılır. Bu sistemin tətbiq şəraitində dövlət minimum və maksimum vergi faizləri dərəcəsini müəyyən edir. İstehsalçılar və digər gəlir sahibləri üçün stimullaşdırılmış olmayan belə vergi sisteminin tətbiqi dövlətin gəlirinin artırılmasını tə’min edir. Yəni iqtisadi inkişaf səviyyəsində iqtisadiyyata şəxslər tərəfindən daha çox pul qazanılmasını və bu qazancın artırılmasını nəzərə alsaq proqressiv vergiinin tətbiq olunmasının dövlətə gətirdiyi mənfəətin xeyli artması tam aydın olur. Bu sistem şəraitində hər bir dövlət nə qədər gəlirdən neçə faiz vergi tutulmasını ayrıca müəyyən edir.Yəni bu faiz dərəcəsi ölkələr üzrə müxtəlifdir.Bu sistem müassir dünya iqtisadiyyatında keniş tətbiq edilir.

İkinci vergi sistemi reqressiv vergi sistemidir ki, buda mahiyyət etibarı ilə proqressiv vergi sisteminin əksidir. Yəni reqressiv vergi sistemində şəxslərin gəliri artdıqda tətbiq edilən gəlir vergisinin faizi aşağı salınır. Bu vergi sistemi istehsalı və şəxsi gəlir artımını həvəsləndirsə də, müasir inkişaf etmiş ölkələrdə bu sistemi tətbiq etmirlər. Bu sistemin tətbiqilə dövlət vergiqoymada və gəlir bölgüsündə bərabərlik prinsiplərini həyata keçirə bilir.Lakin bu sistemin müsbət xüsusiyyətləri var. Bu sistem ən çox zəif inkişaf etmiş ölkələrdə tətbiq edilir.

Üçüncü vergi sistemi isə qarışıq vergi sistemidir ki, gəlirin artıb azalmasından asılı olmayaraq vergi faizi ya dəyişilir və bütün gəlir vergiləri bu faizlə toplanılır, ya da müəyyən həddə qədər və sonra azalır, yaxud bunun əksinə olur.Əgər gəlirlər artıb azalmasından asılı olmayaraq vergi dərəcələri dəyişirsə bu halda vergi sisteminə proporsional sistem deyilir ki, bu da sonuncu vergi sistemidir.

Yüksək inkişafa malik olmuş ölkələrin vergi sistemləri ilə zəif inkişaf etmiş ölkələrin vergi sistemləri bir–biri ilə xeyli fərqlənir. Zəif inkişaf etmiş ölkələrdə istehsal milli gəlir norması aşağıdır.

Bu ölkələrin istehsal proporsionalı az şəxslərin xərcləri içərisində vergiyə cəlb oluna biləcək xərclərin payı əhəmiyyətsizdir. Zəif inkişaf etmiş ölkələrdə həmçinin milli gəlir şəxslər bölmələr və bölkələr arasında qeyri bərabər bölünmüşdür.Ona görədə zəif inkişaf etmiş ölkələrdə gəlir vegisinin ümumi vergi gəliri içərisindəki payı çox azdır.Belə olan halda orta milli gəlir normasının aşağı olması və adambaşına düşən milli gəlirin azlığı dövlət tərəfindən verginin toplanmasına əsasən olur. Deməli zəif inkişaf etmiş ölkələrdə güclü vergi siyasətinin olması belə bir vəziyyət yaranmasına gətirib çıxarır

Maliyyə sisteminin tərkib hissəsi olmaqla vergi siyasətinin formalaşdırılması və həyata keçirilməsi ümumiqtisadi şərtlərdəndir.Ona görə də vergi işinin təşkilində inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edilməsi və mükəmməl vergi siyasətinin formalaşdırılması çox vacibdir. Vergi siyasəti nəticə etibarı elə bir vergi sisteminin formalaşdırılmasına gətirib çıxarmalıdır ki, bu sistem iqtisadi tənzimləmə funksiyasını normal şəkildə həyata keçirə bilsin.

Vergi tətbiqinin prinsipləri ilə vergi tətbiqində əsas götürüləcək məsələlər, həyata keçiriləcək və ya ifadə olunacaq normalar və reallaşdırılacaq məqsədlər əhatə edir.Vergiqoymanın prinsipləri məsələsində də maniyəçilər arasında müxtəlif fikirlər mövcud olmuşdur.Bu prinsiplərin məqsədi vergiqoymada dövləti mümkün qədər çox gəlirlə tə’min etməkdir.Buna iqtisadi ədəbiyyatda verginin maliyyə məqsədi deyirlər.Verginin meydana gəlməsinin və mövcud olmasının əsas səbəbi dövləti gəlir və gəlir mənbələri ilə təmin etməkdir.Dövləti gəlirsiz təsəvvür etmək olmadığı kimi dövlətin də vergilərini vergisiz təsəvvür etmək mümkün deyil.

Hər bir tətbiq olunan vergi növü vətəndaşların mükəlləflərinin artırılmasına gətirib çıxarır.Vergi tətbiqi nəticəsində meydana gələn ictimai mükəlləfiyətin vergi obyektləri arasındakı münasib və adil bir şəkildə bölüşdürülməsi vergiqoymanın ədalət prinsipini təmin edir.Verginin demokratikliyi və mükəmməlliyinin əsas göstəricisi vergilərin obyektlər arasında necə bölündürülməsidir.

Bazar iqtisadiyyatının inkişaf etməsi ilə vergi tətbiqində gözlənilməsi vacib olan bir sıra prinsiplər meydana çıxır.

Bazar iqtisadiyyatında ədalət prinsipi özünü əsas etibarilə vergi mükəlləflərinin gəlirlərindən alınan vergi mükəlləflərinin gəlirlərindən alınan vergi faizində göstərir.Bu prinsipə görə mükəlləflərin gəlirləri dəqiq müəyyənləşir və bu gəlirlərə ciddi şəkildə eyni bir vergi faizi tətbiq edilir.Ədalət prinsipinə iki baxış meydana çıxmışdır.Bu vergiqoymada bərabərlik (riyazi ədalət) və vergiqoymada şəxsi ədalət baxışlarıdır.Bərabərlik ədalət prinsiplərinin ən mühüm tərkib hissəsidir.Lakin hər şeydə bərabərlik heç də ədalətlik demək deyildir.Belə ki bərabərlik bütün vergi mükəlləflərinin eyni vergi ödəmələrini tələb edir.Yəni illik gəliri 1 milyon manat olan vergi mükəlləfləri 100 min. İllik gəliri 10 milyon manat vergi ödəyəcək.Belə olan halda vergi qoyularkan mükəlləflərin şəxsi vəziyyətləri mütləq nəzərə alınmalıdır.

Vergi mükəlləfinin əldə etdiyi gəlir artdıqca vergi dərəcəsi yüksəldikcə, ödənən verginin gəlirə olan nisbəti artırsa onda bu vergi mütərəqqidir.

Qeyd etdəyiniz kimi vergiqoymada ən mühüm prinsiplərdən biri səmərəlilik prinsipidir.Bəzi maliyyəçilərin fikrincə vergilərin səmərəli olması üçün üç əsas xüsusiyyət özündə əks etdirməsi vacibdir.Vergilər öz məzmunlarına uyğun olaraq xərc, sərvət və s. alınır.

Vergiqoymada səmərəlilik prinsipinin daxili xüsusiyyətlərindən digəri davamlılıq sabitlik və ya möhkəmlik prinsipləridir.Vergiqoymada sabitlik prinsipi vergi toplanması mexanizmindəki dalğalanmanın qarşısının alınmasının və bu mexanizmin sabit fəaliyyətini ifadə edir.Verginin yığılması iqtisadiyyatın inkişaf, durğunluq və nisbətən böhranlı mərhələlərində dəyişilirsə deməli vergi yığılması sabitdir.

Vergiqoymanın səmərəliliyinin başqa bir prinsipi elastiklik prinsipidir.Vergiqoymada elastiklik prinsipi vergi faizindəki hər hansı artmanın həyata keçirilməsi zamanı vergi normasının buna reaksiya göstərilməsidir.Əgər vergi faizinin artması ilə əlaqədar olaraq vergi həcmində bir azalma baş verirsə, deməli vergi elastikdir.Vergi sistemində bu prinsiplərin qorunması və maliyyə siyasətində nəzərə alınması dövlətin gəlirlərinin sabitliyini təmin edir.

İqtisadiyyatda vergi sisteminin inkişafı bu sistemi tənzimlənməsində əsas götürüləcək digər mühüm bir prinsipi meydana gətirmişdir.Bu prinsip müdaxilə prinsipidir və onunla iqtisadiyyatın normal fəaliyyəti təmin olunur, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyətin sür’ətləndirməsi və zəiflədilməsi işi təşkil edir.

Ümumiyyətlə vergi tətbiqində əsas etibarilə izahedilən bu üç prinsipin vergiqoymada ədalət, səmərəlilik və müdaxilə prinsiplərinin həyata keçirilməsi ilə vergi sisteminin fəaliyyəti tam təmin oluna bilər.Lakin onu da qeyd edək ki, vergiqoymanın tarixi olaraq bir sıra prinsipləridə mövcuddur.

Vergiqoymada ədalət prinsipi.

Vergiqoymada müəyyənlik prinsipi.

Vergiqoymada uyğunluq prinsipi.

Vergiqoymada yığım prinsipi.

Vergi ilk növbədə büdcə gəlirlərinin mənbəyi kimi deyil, əsas etibarilə iqtisadiyyatın tənzimlənmə aləti, iqtiisadiyyata müdaxilə vasitəsi kimi qiymətləşdirilir.Vergilər vasitəsilə iqtisadiyyata müdaxilənin yolları çoxdur.

a) Vergilərin artırılması və ya azaldılması ilə iqtisadiyyata müdaxilə edilməsi. Burada vergilər artırılır və azaldılır. Bu halda iqtisadi sahədə inkişaf daha tez hiss edilir. Vergilərin azadılması satılan malların qiymətini aşağı salır (başqa amillər dəyişmirsə).Bu hal başqa bir tərəfdən şəxslərin gəlirlərini artıraraq iqtisadiyyatda məcmu tələbin səviyyəsini yüksəldir.Buna müvafiq dolayı vergilərdə artım baş verərsə satılan malların qiymətlərini yüksəldir və mükəlləflərin bu mallara olan tələblərin istehlaklarını azaldırlar.

b) Ayırma yolu ilə iqtisadiyyata müdaxilə edilməsi. Bu zaman dolayı və birbaşa vergilər bütövlükdə artırılıb-azaldılmır, dolayı və birbaşa vergilərin bir qismi azaldilaraq iqtisadiyyata müdaxilə olunur.İndi vergi sistemində ayırma fərqləndirmə siyasətindən istifadə olunması çox geniş yayılmışdır.

s) Yenidən bölgü yolu ilə iqtisadi və sosial həyata müdaxilə edilməsi. Bu müdaxilə dövlətin daha yüksək gəlirləri vergi yolu ilə ələ gətirmək, aşağı gəlirlərə maliyyə yardımı göstərmək subsidiyalar və ya eyni yardımlara müdaxilə etmək yolu ilə həyata keçirilir.



FƏSİL II Müasir şəraitdə Azərbaycanda büdcə gəlirlərinin formalaşması mənbəyi və onun elmi statistik təhlili

    1. Azərbaycan Respublikasi dövlət büdcəsinin gəlirlərinin formalaşmasında vergilərin rolu.

Müasir şəraitində dövlət büdcəsinin gəlirlərinin tədqiqi ən önəmli məsələlərdən biridir. Büdcə gəlirləri dövlət gəlirlərinin bir hissəsidir. Büdcə gəlirləri dövlət gəlirləri ilə müqisədə daha dar məna kəsb edir. Dövlət gəlirlərinin yaranmasından biri də büdcə metodudur. Büdcə gəlirlərindən başqa dövlət gəlirlərinə büdcədənkənar fondlar və dövlət müəssisələrinin vəsaitləri də daxildir.

Büdcə gəlirləri – Azərbaycan Respublikasının (NMR və yerli özünü idarəetmə orqanlarının) müvafiq qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada dövlət büdcəsinə (NMR büdcəsinə və yerli büdcələrə) daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalardır.8 Azərbaycan Respublikasının Konstitusiyası, “Dövlət büdcəsi haqqında”qanun və digər qanunvericilik aktları ilə müəyyən edilir.

Dövlət quruluşundan asılı olaraq büdcə gəlirlərini unitar mərkəzi büdcənin və yerli büdcələrin gəlirlərini təşkil edir.

Büdcə gəlirlərinin yaranmasında, ictimai istehsal prosesində yeni yaranan ÜDM bir hissəsinin dövlətin və bələdiyyələrin xeyrinə bölüşdürülməsi baş verir. Bununla da dövlət və bələdiyyə orqanları ilə vergi ödəyiciləri arasında maliyyə münasibətləri yaranır. Büdcə gəlirlərinin əsas maddi mənbəyini milli gəlir təşkil edir ki, milli gəlir kifayət etmədikdə, milli sərvətin bir hissəsi də maliyyə sferasına cəlb edilə bilir. Büdcənin gəlirləri vergi ödəyicilərinə, vergi tutma obyektlərinə, alınması üsullarına, ödəniş müddətinə və digər xüsusiyyətlərinə görə fərqlənir. Bununla belə onların ümumi cəhətləri də vardır ki, bu da müxtəlifsəviyyəli büdcələrin gəlir hissəsinin təşkil edilməsidir. Bu gəlirlərin pul formasında həm də nağdsız formada daxil olması bütün büdcə səviyyələri üçün xas olan ümumi cəhətlərdən biridir.

Dövlətə bir sıra tədbirləri həyata keçirmək üçün lazimi miqdarda maliyyə vəsaitləri lazım olur. Dövlətin xərclərinin tam maliyyələşdirilməsini üçün maliyyə vəsaiti lazımdır. Belə aydın olur ki,, büdcə gəlirləri dövlətin öz funksiyalarını yerinə yetirilməsi üçün mərkəzləşdirilmiş pul vəsaitləridir. Bu baxımdan büdcə gəlirləri çox mühüm əhəmiyyətkəsb edir. Onlar pul vəsaitləri fondunun formalaşması prosesində yaranmış iqtisadi münasibətləriözündə əks etdirir ki, bu da müxtəlif səviyyəli hakimiyyət orqanlarının fəaliyyətinin həyata keçirilməsinə xidmət edir.

Bazar iqtisadiyyatı şəraitində cəmiyyətin bir sıra problemlərinin həlli mövcud mexanizmlər baxımındanqeyri-mümkündür və bu problemlərin həlli büdcə vəsaitləri hesabına reallaşa bilir.

Büdcə gəlirləri iqtisadiyyatın inkişafının müəyyən olunmasında əsas mənbə kimi çıxış edir. İqtisadi inkişafın təminin olunmasında büdcə gəlirlərinin rolu bundan ibarətdir ki, iqtisadiyyatın nisbətən zəif inkişaf etmiş sahələrinə büdcə vəsaitləri vasitəsi ilə dövlətin müdaxiləsi nəticəsində həmin sahələrdə inkişafa nail olmaq olar.

“Büdcə sistemi haqqında” Azərbaycan Respubllikası Qanununun IX maddəsinə əsasən büdcə gəlirləri aşağıdakı bölmələr hesabına formalaşır:



  • “Vergilərdən daxilolmalar”

  • “Vergi olmayan gəlirlər”

  • “Əsaslı gəlirlər”

  • “Rəsmi qaydada alınan vəsaitlər(transfertlər)”9

Vergiləri daxilolmaları büdcə gəlirlərinin əsas hissəsini təşkil edir. Vergilər ümumiyyətlə dövlətlərin yarandığı vaxtdan mövcud olmuşdur.Müasir iqtisadi şəraitdə bütün ölkələrdə vergilər tətbiq olunur. Dövlətlər vergisiz öz funksiyalarını yerinə yetirməyə qadir deyillər. Vergilərin ümumi xarakteristikasını büdcə sistemi şərtləndirir ki, buna da səbəb mərkəzləşdirilmiş pul vəsaitləri büdcə vasitəsilə yaranır. Beləliklə, vergitutmanın maliyyə sistemində əhəmiyyətinin böyükrol oynadığı müəyyən olunur.

Hər bir dövlət büdcə gəlirlərini artırmaq, xərclərini müəyyən edilmiş səviyyəyə çatdırmaq üçün mütamadi olaraq vergi daxilolmalarını artırmağa çalışır. Gəlirləri artırmaqla iqtisadi inkişaf stimullaşır, xalqın rifahı yüksəlir. Ona görə dəbütün bunlar büdcə-vergi siyasətinin və iqtisadi siyasətin başlıca vəzifəsidir.

Vergi siyasəti – dövlət tərəfindən işlənib hazırlanmış, vergi sahəsində cəmiyətin qarşısında duran vəzifələri həyata keçirməyə yönəldilmiş tədbirlər sistemidir.10

Uzun müddətdə hazırlanan vergi siyasəti vergi strategiyası, yaxın zamanda həyata keçirilən vergi siyasəti isə vergi taktikasıdır.

Azərbaycan Respublikası qədim dövlət olduğundan respublikamızda vergilərin tətbiqi çox qədim zamanlara təsadüf edir. Dövlət quruluşu və inkişafı ilə əlaqədar olaraq Azərbaycanın vergi sistemi zaman-zaman dəyişikliklərəməruz qalmışdır.. İnzibati-amirlik şəraitində vergi bazası demək olar ki, yox səviyyəsində idi. Həmin dövrdə büdcə gəlirlərini əsasən dövlət müəssisələri yaradırdı. Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq respublikamızda vergilər yenidən tətbiq olunmağa başladı və 2001-ci ildə Vergi Məcəlləsi qəbul edildi. İlkin vaxtlarda Azərbaycan Respublikasında ÜDMnin 17-20 faizi hal hazırda isə 35-40 faizi vergilər basitəsi ilə bölüşdürülür.

Vergilər – dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatını təmin etmək məqsədi ilə müəssisələrin pul vəsaitlərinin mülkiyyətinin dövlət xeyrinədəyişməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişlərdir.

Büdcə kimi vergilərin mahiyyətini bilmək üçün onun funksiyalarına diqqət yetirmək lazımdır.


  • Bölgü funksiyası

  • Fiskal funksiyası

  • Nəzarət funksiyası

  • Tənzimləyici funksiya11

Vergilərin ödənilməsində vergi elementlərindən istifadə olunur. Vergi elementləri verginin subyekti, vergitutma obyekti, vergitutma bazası, vergi dövrü, vergi dərəcəsi, vergi güzəşti və sanksiyasından ibarətdir.

Vergi yükü vergitutmada əsas kateqoriyalardan biridır. Vergi yükünün yuxarı həddinin bütün ölkələr üçün eyni olması mümkün deyil. Vergi yükü ölkənin sosial-iqtisadi vəziyyətindən, dövlət quruluşundan və sair amillərlə müəyyən olunur. Vergi yükünü azaltmaqla iqtisadi canlanma yaratmaq və iqtisadi artım əldə etmək olar bununlada vergi bazasını genişləndirmək və büdcə daxilolmalarını artırmaq olar. Vergi yükünü azaltmaq üçün vergidə yığım əmsalını yüksəltmək lazımdır. Vergi yükünün, onun ödənilmə imkanından yüksək olması vergidən yayınmalara gətirib çıxara bilər.

Son illər mütamadi olaraq vergi qanunvericiliyində islahatlar aparılır. İslahatların aparılmasında məqsəd dövlətin iqtisadi fəallığa nail olmaqdır.

Vergilər siyasi, ideoloji, etnik və sair kriteriyalarından asılı olmayaraq tətbiq edilir və Azərbaycan Respublikasının vergi sisteminə nəzərdə tutulmayan vergilər tətbiq edilə bilməz. Vergilər cəmiyyətin və dövlətin inkişafının maliyyə təminatıdır. Qanunvericiliyə uyğun olaraq hər bir fiziki və hüquqi şəxs vergi ödəməyə borcludur.

Vergitutma obyektinə görə birbaşa və dolayı vergilərə bölünür.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə