Cümşüdlü Vüqar Səyyad magistr dissertasiyasi mövzu: «Azərbaycan Respublikasında büdcə gəlirlərinin formalaşması xüsusiyyətləri və inkişaf yolları»


İqtisadi böhran şəraitində inkişaf etmiş ölkələrin vergi-büdcə siyasəti



Yüklə 0,54 Mb.
səhifə5/6
tarix21.04.2018
ölçüsü0,54 Mb.
#39850
1   2   3   4   5   6

İqtisadi böhran şəraitində inkişaf etmiş ölkələrin vergi-büdcə siyasəti.

Maliyyə böhramnın milli iqtisadiyyatlara etdiyi təsir haqqında fikir yürüdərkən ilk növbədə böhrandanqabaq iqtisadi durum, sonra isə böhran zamanı makroiqtisadi siyasətdə sahibkarlıq mühitində mövcud dəyişikliklər və onlara ölkə hahimiyyətinin, sahibkarların, ev təsərrüfatlarının reaksiyası qiymətləndirilməlidir. Dünya iqtisadiyyatında böhrandan qabaq vəziyyət eləcədə İEÖ maliyyə sektorunda və fond bazarında normal və harmonik fəaliyyətin pozulması, artım tempinin aşağı düşməsi və iqtisadiyyatda iş yerlərinin itirilməsi ilə səciyyəvi olmuşdur. 2008-ci ilin mayında İEÖ ipoteka banklarında yaranmış problemlər, istehlak xərclərinin investisiyaların azalmasında öz əksini tapmışdır. Növbəti ilin ilk aylarında dünyanın əksər İEÖ iqtisadi eniş baş vermiş ÜDM kəskin azalmış, əmtəə birjalarında və bazarlarında qiymətlər, fond və maliyyə bazarlarında iqtisadi indekslər aşağı düşmüş, işsizlik problemləri yaranmışdır. Bu şəraitdə bu qəbildən olan ölkələrdə yumuşaq pul-kredit siyasəti aparılmış, dovlət büdcəsinin xərcləri və kəsirləri artırılmış, maliyyə sistemi sahəsində nəzarət gucləndirilmişdir. Bu məqsədlə məcmu tələbi artırmaq məqsədi ilə olkələrdə əlahiddə maliyyə sabitliyi və iqtisadiyyata kömək tədbirləri həyata keçirilmişdir.

Maliyyə böhranı, postindustrial ölkələrə ABŞ-a, AB-yə, Yaponiya kimi inkişaf səviyyəsi yüksək olan ölkələrin iqtisadiyyatlarına, İEOÖ müqayisədə daha yüksək tərzdə təsir etmişdir. İEÖ-ə edilən ixracatın həcmi azalmışdır. Məsələn, 2009 ilin ilk rübündə İEÖ ixracat edən ölkələrdə orta böyümə sürəti %-6,7-yə qədər azalarkən, İEOÖ-ə ixracat edən ölkələrdə bu göstərici %-1,7 səviyyəsində qərarlaşmışdır. Beləliklə, beynəlxalq ticarətdəki geriləmə qlobal maliyyə böhraı dövründə də bu qəbildən olan ölkə iqtisadiyyatlarına mənfi təsirsiz ötüşməmişdir. Göründüyü kimi iqtisadiyyatında ixracın payı yüksək olan ölkələrdə artım sürəti aşağı olan ölkələrlə nisbətdə daha çox geriləmişlər. Qlobal böhran xarici ticarətlə dünya iqtisadiyyatlarına etdiyi təsiri, ixrac məhsullarında da göstərmişdir.

Hər bir iqtisadi böhran zamanı İEÖ sahibkarlıq fəaliyyətini stimullaşdırır. Onların fəaliyyətlərini aktivləşdirir və bununla bağlı tədbirlər planları işləyib hazırlayırlar. Beləliklə bunun üçün fiskal alətlərin köməyindən istifadə edərək iqtisadi tənəzzülü dayandıraraq iqtisadi artıma nail olurlar. İEÖ vergi məcəllələrində dəyişiklik edir (vergi stavkaları aşağı salınır, vergi güzəştləri tətbiq edilir), büdcədən ayrılan sosial xərclər azaldılır, iqtisadi xərclər artırılaraq vergi nəzarəti sərtləşdirilir.

Posindusturial ölkələr bir çox məhsullara yönələn ƏDV-nin (Böyuk Britaniya, Fransa) mənfəətdən vergi (Yaponiya, Hollandiya) dərəcələrini aşağı salmışlar. Mənfəət vergisinin azaldılması sahibkarlarln vergi yükünün azaldılmasına və onların fəaliyyətinin stimullaşdırılmasına istiqamətlənmişdirdsə, ƏDV-nin stavkasının azaldılması məhsullara tələbatın artırılması məqsədi güdür.

Bununla belə böhran şəraitində biznes fəaliyyətini canlandırmaq məqsədi ilə sürətləndirilmiş ammortizasiya siyasəti aparılır. Bu tədbirləri əsasən İsveçrə, Fransa, Almaniya, Böyuk Britaniya və Amerika Birləşmiş Ştatlarında həyata keçirmişlər. Bu kimi həyata keçirilən tədbirlər investisiya fəallığını canlandırmaq və kapital qoyuluşları etmək üçün aparılmışdır.19

İveçrə də digər ölkələr kimi qlobal maliyyə böhranının fəsadlarından qaça bilməmişdir. İsveçrənin iqtisadiyyatı böhran ilində 2,5% aşağı enmiş, ökədə işsizlik artaraq fəal əhalinin 3%-niəhatə etmişdir.

İsveçrə qlobal iqtisadi böhranın mənfi təsirindən 2 əsas bir-biri ilə əlaqəli məsələyə görə qaça bilməmişdir: I səbəb İsveçrə iqtisadiyyatı dünya iqtisadiyyatına qədərincə çox inteqrasiya olunmuşdur. İsveçrə əsasən ixrac ölkəsidir. Bu ölkənin ixracının həcmi ÜDM-yə nisbətən 50%-dən çoxdur. Ölkədə sənayenin bəzi sahələrində ixracatın miqdarı 80-90% qədərindədir. Dəqiq avadanlıqlar,alətlər, dərmanlar, saatlar ixracda qabaqcıl mövqedədir. Məhsullarının əsasböyük hissəsini Avropaya və ABŞ-a ixrac edir.

Bu ölkələrdə əhalinin tələbatının aşağı düşməsi İsveçrənin istehsal məhsullarının ixracat həcmini aşağı salmışdır. II səbəb İsveçrə dünyanın maliyyə mərkəzlərindən biridir. İsveçrənin iri “Ю-Би-Эс” bankı ilk olaraq ABŞ-ın kredit bazarında yaşanan böhrandan xeyli pul vəsaiti itirmişdir. Çünki “Ю-Би-Эс” bankı ABŞ ipoteka kredit bazarında iri həcmdə vəsait yerləşdirmişdir. Həmin banka dövlət öz dəstəyini verilməsəydi, və Sinqapur fondundan 11 mlrd dollar dəyərində istiqraz almasaydı müflisləşə bilərdi. İsveçrənin II iri bankı “Kredit Suiss” riskli qiymətli kağızlara pul vəsaitləri yerləşdirmişdir ki, ona görədə xeyli vəsait itirmişdir. Nəzərdən keçirilən bu iki amil – vəziyyəti dərinləşdirmişdir. İsveçrə hökuməti aşağıdakı istiqamətlərdə tədbirlər həyata keçirmişlər:

1. iqtisadi tədbirlərin həyata keçirilməsinə;

2. İqtisadiyyatın stimullaşdırılmasına yönəldilən tədbirlərin işlənib hazırlanmasına;

3. Xarici iqtisadi fəaliyyətin stimullaşdırılmasına yönəldilən siyasətin aparılmasına.

Ölkədə həyata keçirilən iqtisadi tədbirlər planlarına aşağıdakılar daxil edilmişdir:

1. İqtisadi yüksəlişin stimullaşdırılması məqsədlərinə 1.7 milyard frankın ayrılması həmin dövr üçün planlaşdırılmışdır. Aparılan antiböhran iqtisadi tədbirləri üç fazaya ayrılmışdır: I fazada büdcə xərclərini 350 mln franka qədər artırmışlar. Bu vəsaitlər müxtəlif sosial-infrastruktur layihələrinə sərf olunmuşdur.

II fazada Hökümət antiböhran tədbirləri məqsədi ilə maliyyələşdirmənin 2-ci transını 750 mln. frank həcmində ayırmışdır. Bu pul vəsaitlərinin 550 milyonu infrastruktur layihələrinin maliyyələşdirilməsinə ayrılmışdır.

2. Antiböhran tədbirinin III fazası vergi dərəcələrinin aşağı salınması əhalinin alıcılıq qabiliyyətinin artırılmasını nəzərdə tutur.

3. Xarici-iqtisadi fəaliyyətin əsas məqsədi əmtəə ixracatçıların dünya bazarlarına qeyri-şərtsiz çıxmasıdır.

İsveçrə hökümətinin antiböhran idarəetmə tədbirləri başqa ölkələrin siyasətinə üyğundur. Bu ölkələrin əksəriyyəti bank sektorunun dirçəlməsi istehsalın stimullaşdırılmasına yönəldilən tədbirlər planlaşdırmışlar.

Digər İEÖ həyata keçirdikləri antiböhran tədbirləri əsasən vergi-büdcə, səmərəli ammortizasiya siyasəti ilə məhtudlaşmır. Məsələn ƏDV 5,5 faizə endirilmişdir və ƏDV-in aylıq ödənilməsi qərara alınmışdır. Almaniyada əsas fondlara 25%, biznes strukturlarına sürətləndirilmiş ammortizasiya tətbiq edilmişdir. Təşkilatlarda ƏDV-nin tətbiqi illik daxilolmanın 250 min yevrodan 500min yevroya qədər yüksəltmişlər. İngiltərədə islahatlar 2007-ci ildə başlamışdır. ƏDV 17,5 %-dən 15 %-ə endirilmişdir.

Deyilənlərdən belə nəticə çıxarmaq olur ki, İEÖ ölkələrdə iqtisadi enişi dayandırmaq üçün dövlət öz xərclərinin həcmi artır və vergilərin dərəcələrini aşağı salır, bu dövrdə vergi güzəştləri tətbiq olunur. Hökumətin xərclərinin stimullaşdırıcı təsir göstərməsi üçün onlar vergi hesabına deyil dövlət krediti hesabına maliyyələşdirilir. Vergi dərəcələrinin yüksəlməsi işgüzar fəallığa olan stimulu heçə endirir, bəli bu istehsalın həcminin aşağı düşməsinə gətirib çıxardır.



İqtisadi böhran şəraitində inkişaf etməkdə olan ölkələrdə vergi-büdcə siyasəti.

Ölkələrin inkişafının hər mərhələsində büdcə-vergi siyasətinin öz məqsəd və hədəfləri mövcuddur. Bu gün inkişaf etmiş ölkələrdə yeridilən siyasətlə inkişaf etməkdə olan və ya zəif iqtisadiyyata malik ölkələrin yeritdiyi büdcə-vergi siyasəti tamamilə fərqlənir. Dövlət iqtisadi siyasətdə qarşısına qoyduğu məqsədlərdən asılı olaraq büdcə-vergi siyasətini müəyyən edir.

Dünya maliyyə-iqtisadi böhranı bir çox ölkələrin fiskal modelini əsaslı şəkildə dəyişdirmişdir. Məsələn, maliyyə böhranı ilə üzləşmiş Şərqi Avropa ölkələri vergi sahəsində sərtləşdirmələr aparır, vergi yükünü artırır, əksər sahələrdə güzəştlərin ləğvinə, dolayı və istehlak vergilərinin artımına gedirlər. Avrostatın hesablamalarına görə, böhranla əlaqədar yaranmış büdcə kəsirlərini azaltmağa çalışan Avropa İttifaqına üzv dövlətlərin yarısı son 3 ildə ƏDV-nin dərəcəsini artırmağı üstün tutublar. Eyni zamanda, yarana biləcək növbəti böhran dalğasından sığortalanmaq üçün hazırda Avropada maliyyə əməliyyatlarına xüsusi verginin tətbiqinə və mümkün böhran dövrü üçün maliyyə ehtiyatlarının yaradılmasına çalışırlar.20

İnkişaf etməkdə olan dövlətlərdə sosial-iqtisadi problemlərin həlli, o cümlədən iqtisadi inkişafın stimullaşdırılmasında maliyyə-vergi siyasətinin düzgün qurulmasının əhəmiyyəti böyükdür. Son illərin təcrübəsi göstərdi ki, qlobal iqtisadi sabitsizlik istisnasız olaraq bütün iqtisadi sistemlərə, xüsusən də dünya iqtisadiyyatına inteqrasiyanı dərinləşdirən milli iqtisadiyyatlara neqativ təsir göstərir və bundan tam sığortalanmaq mümkün deyildir. Milli maliyyə ehtiyatları iqtisadiyyatı bir müddət böhrandan qorumaq imkanındadır, lakin iqtisadiyyatın sabitliyi, böhranlara qarşı dayanıqlığı, iqtisadi təhlükəsizliyin təmin edilməsi dövlətin daxili potensialından, real sektorunun inkişaf vəziyyətindən asılıdır. İqtisadi cəhətdən güclü potensial üstündə qurulmuş sistemlərin böhranlara müqavimət qabiliyyəti yüksəkdir. Bu kimi ölkələrdə iqtisadi siyasətin əsas məqsədi real sektoru belə dövrlərdə böhranla üz-üzə qalmaqdan qorumaq, onun inkişafını stimullaşdırmaq üçün maliyyə dəstəyi göstərmək və müəyyən güzəştlər sistemindən istifadə etməkdir.21

Son maliyyə böhranı zamanı inkişaf etməkdə olan ölkələrin rəhbərliyinin məhz bu mövqeyi sayəsində daxili bazarın aktivliyinin saxlanması məqsədilə daxili investisiyaların həcmi artırılmış, özəl sektorun kreditləşdirilməsi davam etdirilmiş, vergi yükünün azaldılması istiqamətində qanunvericiliyə dəyişikliklər edilmişdir. Bu ölkələrdə mənfəət vergisinin dərəcəsi, fiziki şəxslər üçün gəlir vergisinin dərəcəsinin maksimal həddi, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün gəlir vergisi əhəmiyyətli dərəcədə aşağı salınmışdır. Postböhran dövrü inkişaf etməkdə olan ölkələrdə özünəməxsus milli inkişaf modeli formalaşır. Vergi yükünün azaldılması müəyyən həcmdə büdcə gəlirlərinin özəl sektorda qalmasını şərtləndirdi, şirkətlərin daha sabit fəaliyyəti, onların mənfəətinin və gəlirlərinin artması üçün şərait yarandı. Bu gün vergitutma subyektlərindən vergi daxilolmalarının təhlili göstərir ki, dərəcələrin azalması vergitutma bazasının genişlənməsinə, bu da nəticə etibarilə vergi daxilolmalarının səviyyəsinə öz müsbət təsirini göstərmişdir.

Fikrimizi yekunlaşdıraraq qeyd etmək olar ki, qlobal qeyri-sabitlik şəraitində büdcə-vergi siyasəti ilk növbədə real sektorun dəstəklənməsinə yönəlməli, stimullaşdırıcı, investisiya siyasətini və iqtisadi rəqabət qabiliyyətinin qorunmasında təşviqedici xarakter daşımalı, elastik olmalı, innovasiya sahələrinin inkişafına dəstək verməlidir.



İqtisadi böhran və keçid iqtisadiyyatlı ölkələrdə vergi-büdcə siyasəti.

Makromaliyyə sabitliyi keçid iqtisadiyyatın da bilavasitə maliyyə siyasətindən asılıdır. Belə ki, vergi dərəcəsi, maliyyə aləti, büdcə, güzəştlər, fondlar və s. iqtisadi siyasətin həm mahiyyəti, həm də sosial yönümü ilə əlaqəyə malikdir. Maliyyə siyasətinin mahiyyətinin bu cür müəyyən edilməsi onun müasir məqsədlərinə də cavab verir. Bunlar aşağıdakılardır: 1) maliyyə resurslarının həcminin və ondan istifadənin səmərəliyinin artırılması; 2) iqtisadiyyatın sağlamlaşdırılması və strukturun yenidən qurulması; 3) sənayenin və kənd təsərrüfatı sahələrinin inkişafı əsasında əhalinin normal həyat səviyyəsinə nail olunması. 22

Makromaliyyə sabitliyini təmni etmək məqsədilə strateji və cari dövrlərin tələbatına uyğun gələn iqtisadi məqsədlər seçilib bir-biri ilə uzlaşdırılmalıdır. İqtisadi məqsədlərin mövcud imkanlara uyğun seçilməsi tədrici iqtisadi müvazinətin ən uğurlu pirinsipi hesab oluna bilər. Çünki onlar real resurs təminatına uyğun olmasa, gələcəkdə nəinki tədrici müvazinəti pozacaq, eləcə də ona nail olmaq imkanlarını məhdudlaşdıracaqdır.

Bazar iqtisadiyyatına keçid şəraitində cəmiyyət üzvlərinin sosial rifahının yaxşılaşdırılmasında, iqtisadiyyatda irimiqyaslı makromaliyyə proqramlarının həyata keçirilməsində büdcə resursları və büdcə tənzimləyiciləri əhəmiyyətli rol oynayır.

Transformasiya prosesini yaşayan keçid iqtisadiyyatlı ölkələrdə dövlətin vergi-büdcə siyasəti hər şeydən öncə təsərrüfatçılığın bazar prinsiplərinə müvafiq dayanıqlı iqtisadiyyata keçilməsi, bazar iqtisadiyyatı dinamikasına adekvat olan mülkiyyət strukturları əsasında təsərrüfatçılığın səmərəli formalarının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Vergi-büdcə siyasəti iqtisadiyyatda zəruri struktur dəyişikliklərinin həyata keçirilməsi, investisiyaların reallaşdırılması məqsədilə maliyyə resurslarının yığılmasını, həmçinin iqtisadi subyektlərin rentabelliyinin artmasını və xərclərin azalmasını təmin etməlidir. Vergi-büdcə siyasəti, xarici investisiyaların milli iqtisadiyyata cəlb edilməsi üçün də əlverişli şərait yaradılmasını özündə əks etdirməlidir. Vergi-büdcə siyasəti, yuxarıda qeyd etdiyimiz hədəfərə nail olunması ilə yanaşı, eyni zamanda cəmiyyətdə sosial davamlılığı və xüsusilə vacib sosial məsələlərin həllini təmin etmək, inkişafın ümumdövlət sosial-iqtisadi inkişaf proqramlarını həyata keçirmək üçün kifayət edə bilən mərkəzləşdirilmiş maliyyə resursları fondlarının yaradılmasını, iqtisadi böhranın təzadlarının aradan qaldırılmasınıda öz üzərinə götürür.

Həmçinin vergi mexanizmi vasitəsilə inkişafın prioritet istiqamətlərinin stimullaşdırılması və vergi proteksionizmi şəraitinin yaradılması keçid iqtisadiyyatı ölkələri üçün xüsusilə mühüm əhəmiyyət kəsb edir. Yaponiya, Tayvan, Cənubi Koreya və digər ölkələr məhz belə bir siyasətin həyata keçirilməsi nəticəsində iqtisadiyyatda yüksək uğurlara nail olmuşlar. Qeyd etmək lazımdır ki, adı çəkilən siyasət Çin Xalq Respublikasında daha fəal şəkildə tətbiq edilir. 23

Hazırda keçmiş sovet respublikalarında vergi sisteminin sərtliyi, ilk növbədə əhalinin və müəssisələrin gəlirlərindəkı yüksək dərəcəli vergi tutulması vasitəsilə büdcənin kəsirliliyinin aradan qaldırılması məqsədinə yönəldilməsi ilə səciyyələnir. Bu respublikaların əksəriyyətində vergi sistemi hələ də iqtisadi fəaliyyətin real məqsədləri üçün kifayət qədər qarşılıqlı səmərəli nəticələrə nail olunmasına imkan vermir. Bunun nəticəsidir ki, həmin ölkələrdə müəssisələr ağır maliyyə vəziyyətinə düşür və onlar istehsalın inkişafı üçün zəruri olan kapital resurslarını daxili imkanlar hesabına əldə edə bilmir. Vergi sistemi bazar iqtisadiyyatının subyektləri olan müəssisələr və korporasiyalarla birbaşa əlaqəyə malik deyildi. Bu cür qarşılıqlı əlaqənin itirilməsi isə ona gətirib çıxarır ki, vergi sistemi daha çox fiskal məsələlərin həlli ilə məşğul olduğu üçün vergilərin iqtisadiyyatın ümumi inkişafına səmərəli təsiri hiss olunmur. Odur ki, postsovet respublikalarında sənaye müəssisələrinin təxminən 2/3-si məhz maliyyə müflisləşməsinə yaxın olan ağır maliyyə vəziyyəti yaşamaqdadır. Qüvvədə olan hazırkı vergi sistemi şəraitində müəssisələr yüksək vergi tutmalarından yayınaraq minimum mənfəət əldə etməkdə maraqlıdır. Vergilərin fiskal funksiyalarının daha çox reallaşdırılması nəticə etibarilə iqtisadiyyatda vergi yükünün artmasına gətirib çıxarır. Azad qiymətqoyma şəraitində inhisarların mövcudluğu, inflyasiya xərclərinin üstünlüyü də nəticə etibarilə bu situasiyanın yaranmasına əhəmiyyətli dərəcədə köməklik göstərir. Bu vəziyyət iqtisadi böhran şəraitində daha da kəskinləşir.

Böhran qlobal səviyyədə investorlara böyük itkilərlə-trilyon dollarla başa gəldi və milyonlarla iş yerləri itirildi. Qlobal maliyyə böhranının yaratdığı çətinliklər nəinki inkişaf etmiş ölkələrin iqtisadiyyatının real sektoruna həm də dünya iqtisadiyyatına az inteqrasiya etmiş keçid iqtisadiyyatlı ölkələrin də iqtisadi durumuna ciddi təsir göstərməklə, iqtisadi artım templərinin aşağı düşməsinə , iqtisadi artım tempinin enməsinə səbəb olmuşdur.

Ən çox iqtisadi geriləmə Ukraynada (14,1 %), Rusiyada (10,1 %), Gürcüstanda (4,9 %), Avrozonada (4,1%), ABŞ-da (2,4%), İsraildə (0,3%) olmuşdur. 24

Qlobal maliyyə böhranının vurduğu zərbələrindən və mənfi təsirlərindən qorunmasını təmin etmək məqsədilə dövlətlər tərəfindən təxirəsalınmaz tədbirlərdən biri və ya ən birincisi kimi bankların və digər maliyyə institutlarının dəstəklənməsi və onların bankrot olmasına yol verilməməsi üçün vaxtaşırı mövcud imkanlardan yararlanmaqla likvidlik problemlərinin həll edilməsinə köməklik göstərməkdir. Çünki bank sektoru iqtisadiyyatın bütün sahələri ilə bilavasitə əlaqədə olduğuna görə, həmin banklarda baş verə biləcək ödəməqabiliyyəti böhranlı bankların əsas strateji tərəfdaşlarına da tez bir zamanda təsir göstərir.

Böhran şəraitində Rusiya Federasiyasının ÜDM-lu 10,1 faiz , sənaye məhsulu 18,2 faiz, əsas kapitala investisiya qoyuluşları 14,8faiz geriləmişdir. Neftin qiymətinin dünya bazarında enişi bu vəziyyəti daha da acınacaqlı vəziyyətə gətirib çıxarmışdır. Rusiya dünya iqtisadi böhranını böyük dövlət valyuta ehtiyyatları ilə qarşılamışdır. Lakin bank sistemindəki vəziyyət o qədər də ürəkaçan deyildir. Pubulun kursunun digər dönərli valyutalara nisbətdə aşağı düşməsi bankların kreditləri yerli valyuta ilə deyil xarici valyuta ilə vermələrinə şərait yaratmışdır. Dövlət bank sektorunu aktiv müdafiə edirdi.25

Dövlət real sektorun inkişafı üçün vergi dərəcələrini aşağı salmağa başlamışdır. Əsasən də mənfəət vergisinin dərəcəsi aşağı salınmışdır. Sürətləndirilmiş ammortizasiya siyasəti həyata keçirilmişdir.

Lakin vergi siyasəti böhran şərairində ayrı-ayrı ölkələrdə həmişə eyni effekti vermir. Buna görədə Rusiya Federasiyasıyasındavergi güzəşləri ilə yanaşı məcmu tələbin artırılması, rəqabətqabiliyyətinin artırılması və sair bu kimi tədbirlər planı da həyata keçirilmişdir.

Ukrayna bu böhranamaliyyə rezervi olmadan girmişdir. Ona görə də bu iqtisadi böhran Ukrayna iqtisadiyyatina daha çox zərbə vurmuşdur. Belə ki, MDB dövlətləri arasında iqtisadi eniş üzrə ön sıralarda dururdu. Sənaye istehsalı 31,1 faiz, UDM isə bu ərəfədə 15,0 faiz aşağı eniş etmişdir. 26 BVF dan stend-bay kreditinin alınması böhranla mübarizənin əsas şərtlərindən biri olmuşdur. Həmin dövrdə böhranı qarşılamaq məqsədi ilə Ukrayna hökuməti 16,4 mlrd dollar kredit almışdır.

Moldova Respublikası böhrandan əziyyət çəkən dövlət kimi Ukraynadan sonra ikinci yerdə qərarlaşmışdır. 2009-cu ilə Moldovada sənaye istehsalı 24,9%, hasilat sənayesi 41%, emal sənayesi isə 27,3% aşağı düşmüşdür. Bu enişə səbəb yerli və xarici bazarda öz alıcılarının itirilməsi olmuşdur. Kommersiya banklarının iflasa uğramaması üçün Mərkəzi Bank 10% dərəcəsi ilə həmin banklara kredit vermiş və bu kreditlər daxili bazarda 14% dərəcəsi ilə real sektora verilmişdir. Bu dövr ərzində stimullaşdırıcı vergi siyasəti həyata keçirilməmişdir.27

Beləliklə keçid iqtisadiyyatlı ölkələrdə böhrandan çıxış yolları eyni olmamışdır. Əsasən digər sahələrdə məcmu tələbin artırılması ilə əlaqədar infrastruktur layihələrinin həyata keçirilməsi olmuşdur ki, bu da rəqabətqabiliyyətliliyi artırmışdır. Bəzi sahələrin inkişafı üçün dövlət dəstəyi subsidiya, dövlətin güzəşli kreditləri şəkilində həyata keçirilmişdir.


3.2Azərbaycan Respublikasının büdcə-vergi siyasəti və onun təkmilləşdirilməsiistiqamətləri

Dünyada olan bütün dövlətlər əhalinin həyat səviyyəsi üzrə onların maraqlarını nəzərə alaraq müxtəlif iqtisadi, sosial, hərbi və sair sahələrdə siyasət hazırlayaraq onu həyata keçirirlər. Bu isə dövlər tənzimlənməsində bilavasitə maliyyə sahəsində maliyyə mexanizmi vasitəsilə həyata keçirilir.

Vergi siyasəti maliyyə siyasətinin strategiyasına uyğun həyata keçirilir və onun əsas tərkib hissəsi sayılır. Maliyyə siyasətinin müddəalarını həyata keçirmək üçün səmərəli işlək vergi sisteminin yaradılması vacib şərtlərdən biridir. Vergilər dövlət tənzimlənməsinin vacib ünsürlərindən biri sayılır.

Vergi siyasəti dedikdə hökumət tərəfindən hazırlanmış dövlətin qarşısında duran vəzifələrin həyata keçirməyə istiqamətlənmiş tədbirlər başa düşülür.

Dövlət bir tərəfdən idarəedən tənzimləyici digər tərəfdən isə özü istehsal proseslərinin aktiv iştirakçısı kimi çıxış edərək dövlətin vergi siyasətini müəyyən edir. Dövlət həm iqtisadi həmdə sosial sahədə qarşısına qoyduğu məqsədlərə çatmaq üçünvergi siyasətini müəyyənləşdirir və onun formalaşdırılmasında bu parametrləri nəzərə alır.

Vergi siyasətinin qarşısında duran əsas məqsədlər vergilərin mahiyyəti və həyata keçirəcəyi funksiyalarla səciyyələnir ki, bu da UDM bir hissəsinin dövlətin xeyrinə alınmasından və büdcə vəsaitləri kimi pul gəlirlərinin sahələrarası və ərazi vahidləri arasında yenidənbölüşdürülməsini həyata keçirir. Hər il dövlətin büdcə qanunu qəbul edilərkən vergi siyasətinə yenidən baxmaq lazım gəlir. Vergi siyasətinin tam yerinə yetirilməsi üçün yeni normativ aktlar və qanunvericilik bazasında dəyişikliklər adətən qaçılmaz olur.

Azərbaycan Respublikasının Prezidenti I. Əliyevin başçılığı altında müstəqillik yolu ilə gedən Azərbaycanda bazar iqtisadiyyatının formalaşması, ölkənin dünya iqtisadiyyatına inteqrasiyası zamanı məqsədyönlü iqtisadi, sosial siyasət çevik səmərəli vergi siyasətinin həyata keçirilməsini tələb edir.

Ölkəmizdə aparılan fiskal siyasət vergi stavkasının və vergi güzəştlərinin minimuma endirilməsi hesabına vergitutma bazasının artırılmasına, iqtisadiyyata kapital qoyuluşunun həvəsləndirilməsinə, hüquqi şəxslərlə fərdi sahibkarların vergi yükünün bərabər olmasına, kiçik və orta biznes fəaliyyəti, sahibkarlıq fəaliyyəti üçün münbit şəraitin yaradılmasına və sonda mövcud iqtisadi potensialın yüksəlişinə, əhalinin maddi rifah halının artırılmasına yönəldilmişdir.

Qeyd edək ki, vergi-büdcə siyasəti həmişə bir yerdə baxılıb və büdcə gəlirlərinin formalaşması zamanı büdcə xərcləri nəzərə alınmaya bilməz.

Azərbaycan Respublikasında müasir büdcə siyasəti aşağıdakı istiqamətlərdə aparılır:



I istiqamət büdcə məsrəflərinin istehsal həcminin artımına yönəldilməsi, II istiqamət büdcə məsrəflərinin yığım həcminin çoxaldılmasına yönəldilməsi, III istiqamət isə büdcə məsrəflərinin maliyyə vəziyyətinin sağlamlaşdırılmasına istiqamətlənməsi yolu ilə həyata keçirilir.

Büdcə siyasətinin deyilən bu üç istiqaməti büdcənin formalaşmasında iki prinsipinə əsaslanır:



  • daxili imkanlara əsaslanan büdcə (kəsirsiz );

  • tələbata əsaslanan büdcə (iri büdcə kəsiri).

I prinsipə əsaslansaq büdcənin formalaşdırılması mövcud imkanlar daxilində dövlətin bütün mənbələr üzrə mədaxilin cəmi hesabına, II prinsipə görə tələbata uyuğun– pul emissiyasını nəzərə almaqla həyata keçirilir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında həyata keçirilən vergi siyasətinin əsas istiqamətlərini özündə birləşdirən Vergi Məcəlləsi iqtisadi bazisin inkişafını stimullaşdırmaq, rəqabətə davamlı məhsullar istehsal edən müəssisələrin vergi yükünü azaltmaq, müxtəlif üsullarla kapital qoyuluşunu cəlbedici etmək istiqamətində islahatların həyata keçirilməsi geniş imkanlar açır.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi ölkənin mövcud vergi sistemini, vergilərin müəyyən edilməsini, vergitutumanın əsas şərtlərini, ödənilməsi və yığılması qaydalarını, vergi tədiyyələri ödəyicilərinin, umumdövlət vergi orqanlarının, habelə digər iştirakçılarının vergitutma məsələləri onların hüquq və vəzifələrini, vergi nəzarəti forma və metodlarını, vergi qanunvericiliyinə riayət olunmasını onların məsuliyyəti, vergi orqanlarının, vəzifəli şəxslərin hərəkətlərindən şikayət edilməsi qaydasını müəyyənləşdirir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin mühüm vəzifələri aşağıdakılardır:



  • ədalətli və sabit vergi sisteminin müəyyən olunması, müəyyən sərhəd çərçivəsində onun bütün elementlərinin və qarşılıqlı münasibətlərin hüquqi mexanizmlərinin yaradılması;

  • sahibkarların və dövlətin prioritet təşkil edən maraqlarının nəzərə alınması;

  • vergilərin vahid hüququ bazasının yaradılması, vergi hüquq pozuntularına görə məsuliyyət sisteminin təkmilləşdirilməsi.

Vergi Məcəlləsi vergi orqanları ilə vergi ödəyiciləri arasındakı qarşılıqlı vergi münasibətlərini keyfiyyətcə yeni səviyyəyə çıxaran bütün prosessual halları nəzərdə tutur.

Vergi Məcəlləsindən kənarda digər növ vergilər tətbiq edilməməlidir. Umumdövlət vergilərinin hər yeni il üçün tətbiq olunan stavkaları məcəllədə nəzərdə tutulan dərəcələrdən yüksək ola bilməz.

Respublikada vergi siyasəti aşağıdakı bu prinsiplər nəzərə alınmaqla həyata keçirilir:


  • vergi sisteminin normativ ona uyuğun – hüquqi bazasının yaradılması;

  • vergi mədəniyyətinin formalaşdırılması, təkmilləşdirilməsi istehsal – mülkiyyət sistemi əsasında dayanıqlı iqtisadi artım üçün mühitin yaradılması;

  • vergi ödəyicilərinin fəaliyyəti üçün asan əlverişli şəraitin yaradılması və onların hüquqlarının qorunması;

  • vergi yükünün optimallaşdırılması;

  • dövlət vergi xidməti orqanları işçilərinin əlverişli fəaliyyəti üçün şəraitin yaradılması, onların sosial müdafiəsinin qorunmasının təmin olunması;

  • sadə və vergi ödəyicisi tərəfindən anlaşıqlı olan vergi sisteminin yaradılması;

Yuxarıda göstərilən prinsiplər əsasında həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri aşağıdakılardır:

  • Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə istiqamətlənən tədbirlərin həyata keçirilməsi;

  • Ölkənin ixrac potensial imkanlarının genişlənməsinin təmin edilməsi;

  • Ölkənin güclü iqtisadi potensialının yaradılması üçün daxili və xarici investisiyaların daha lazımlı sahələrə cəlb edilməsi məqsədi ilə əlverişli vergi mühitinin yaradılması;

  • vergi və qeyri – vergi gəlirlərinin yığılması səviyyəsinin artırılması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi;

  • vergi ödəyicilərinin gəlirləri üzərində effektli nəzarət mexanizminin tətbiqi;

  • vergi ödəyicilərinin məlumatlandırılması istiqamətində vergi təbliğatının aparılması.

Büdcə-vergi siyasəti ölkənin ortamüddətli maliyyə siyasətinin tərkib hissəsidir. Bu siyasət dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasına onun proqnoz göstəricilərinə, “Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramına (2004-2008-ci, 2009-2013, 2014,2018 illər)”, antiinflyasion tədbirlərinin gücləndirilməsi, iqtisadiyyatın, neft və qeyri-neft sektorunun, biznesin inkişafını təmin edən və bir çox digər dövlət proqramlarına müvafiq olaraq hazırlanmışdır.

2017-ci il üzrə büdcə-vergi siyasətini əsas istiqamətlər üzrə makroiqtisadi göstəricilərin daha sürətli iqtisadi artımını əldə etmək, büdcəyə yeni daha çox daxilolma mənbələrinin müəyyən edilməsini, ölkə iqtisadiyyatının tənzimlənməsində büdcənin birbaşa rolunun və təsirinin artırılmasını, ciddi maliyyə intizamının gücləndirilməsini və şəffaflığının təmin edilməsini, həyat səviyyəsinin yüksəldilməsini və yoxsulluğun azaldılmasını, ünvanlısosial yardımın tətbiqinin səmərəliliyinin artırılmasını və regionların inkişafı üçün maliyyə resurslarının yaradılmasını özündə əks etdirir.

Büdcə-vergi siyasətinin əsas hədəfləri əhalinin yaşayış səviyyəsinin artırılması onların maddi rifah halının yüksəldilməsi, əhalinin gəlirlərinin artırılması, məşğulluğun səviyyəsinin yüksəldilməsi ölkə iqtisadiyyatının dinamik inkişafına nail olmaq, büdcə gəlirlərini əsas maliyyə mənbəyinə çevirməkdir.

Büdcə-vergi siyasətində əsas məqsədlərdən biri də əhalinin maddi-rifah halının yaxşılaşdırılması, əhalinin gəlirlərinin və məşğulluq səviyyəsinin yüksəldilməsi, ölkə iqtisadiyyatının idarə olunması və onun dinamik inkişafının stimullaşdırılması üçün dövlət büdcəsini əsas maliyyə mənbəyinə və iqtisadi alətə çevirməkdir.

Ölkədaxili istehsal potensialının genişləndirilməsinə, rəqabətə tab gətirəcək iqtisadiyyatın, infrastrukturun yaradılmasına maliyyə təminatı vermək, iqtisadiyyata cəlb olunacaq kapitallarda ölkənin daxili resurslarının payını çoxaltmaq, vəsaitlərin qısa və ortamüddətli proqramlar vasitəsilə bölgüsünə dövrü mərhələlərlə keçmək mümkün olacaqdır.

Beynəlxalq təcrübəyə əsasən vergi güzəştlərinin minimuma salınması, vergi tədiyyə ödəyicilərinin dairəsinin genişləndirilməsi öndə olan məqsədlərdən biridir.

Ölkənin sosial-iqtisadi inkişafında keyfiyyət göstəricilərinə əsasən yeni mərhələyə qədəm qoymuş respublikamızda büdcə-vergi siyasəti istiqamətində mühüm məsələlərdən biri də minimum yaşayış səviyyəsi həddinin tələblərini gözləməklə ayrı-ayrı sahələrdə əmək haqları gəlirləri arasında olan fərqin tədricən minimuma endirilməsi regionlarda əmək ehtiyatlarından, insan resurslarından, təbii və iqtisadi potensialdan effektli istifadə etməklə regionların iqtisadi sabitliyinin təmin edilməsinə nail olmaq, belə ki, onların iqtisadi gücünü artırmaq, sosial sahədə problemlərin həllini sürətləndirməkdir.

Kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, qeyri-neft, qeyri-xammal sənaye sahələrinin, həm emal sənayesinin həm digər infrastruktur obyektlərinin, ölkədə turizmin inkişafını təmin etmək, əhalinin məşğulluq səviyyəsini yüksəltmək kimi məsələlər qarşıda duran prioritetlər sırasındadır.

Qeyri-neft sektorunun və özəl bölmənin inkişafını stimullaşdırmaq məqsədilə qeyri-neft ticarəti, investisiyalar üçün ümumi biznes mühitinin yaxşılaşdırılmasına, kommunal sektorun tənzimlənməsinə və tarif siyasətinin inkişaf etdirilməsinə üstünlük veriləcəkdir.

Dövlət əsaslı vəsait qoyuluşunun strukturunu təkmilləşdirmək, həmin vəsaitdən effekti istifadəyə nəzarəti gücləndirmək, dövlət qarantiyası ilə iqtisadiyyata cəlb olunan və dövlət büdcəsində dövlət investisiya məsrəfləri üzrə nəzərdə tutulmuş pul vəsaitin istiqamətlər (sahələr) üzrə bölgüsünün vahid prinsiplərinə və prioritetlərinə nail olmaq, dövlət investisiya siyasəti ilə müvafiq inkişaf proqramları ilə əlaqələri möhkəmləndirmək mühüm vəzifələr sırasındadır.

Dövlət sektorunun səmərəli fəaliyyətinin təmin edilməsi və strukturunun təkmilləşdirilməsi ilə yanaşı, dövlət mülkiyyətinin özəlləşdirilməsi yolu ilə qeyri-dövlət sektorunun əhatə dairəsinin genişləndirilməsi istiqamətində də iş davam etdiriləcəkdir.

Göstərilən tədbirlərin həyata keçirilməsi, yoxsulluğun azaldılması, iqtisadiyyatda struktur islahatlarının davamı, büdcə gəlirlərinin artırılması, büdcə xərclərinin sosial və investisiya yönümlüyünün təmin edilməsi, xərclərin şəffaflığının və səmərəli idarə olunmasının yüksəldilməsi ilə müşayiət olunacaqdır.

Ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına və ortamüddətli maliyyə proqramına uyğun olaraq, iqtisadiyyatın inkişafını və nəzərdə tutulan maliyyə siyasətinin həyata keçirilməsini təmin etmək üçün 2017-ci ildə büdcə-vergi siyasəti sahəsində aşağıdakı tədbirlərin reallaşdırılması nəzərdə tutulur:


  • qeyri-neft sektorunda iqtisadi inkişafa nail olmaq və büdcə gəlirlərinin yığım əmsalının yüksəldilməsi;

  • yerli istehsalın inkişafını stimullaşdırmaq məqsədilə idxal rüsumlarının dərəcələrinin optimallaşdırılması istiqamətində işləri davam etdirmək;

  • potensial gəlirlərin büdcəyə daxilolma əmsalının əhəmiyyətli yüksəldilməsi;

  • vergi borclarının azaldılması istiqamətində mühüm işlərin görülməsi;

  • vergitutma bazasının təkmilləşdirilməsi, vergidən yayınma hallarını minimuma endirilməsi və vergi qanunvericiliyini təkmilləşdirmək;

  • dövlət mülkiyyətinin özəlləşdirilməsinin sürətləndirilməsi və özəlləşdirmədən daxilolmaların artımına nail olmaq;

  • vergidən yayınma hallarının qarşısının alınması məqsədilə müvafiq müəssisələrdə sadələşdirilmiş vergini tətbiq etmək;

  • vergi ödəyicilərinin vergi yükünü azaltmaq və vergiqoyma məsələləri üzrə normativ hüquqi sənədləri sadələşdirilmək.

  • Qeyri-neft gəlirlərinin qeyri-neft UDM-də və büdcə gəlirlərində çəkisinin artırılması;

  • DNF-dən dövlət büdcəsinə transfertin tədricən azaldılması;

  • Vergi ödəyicilərinin gəlirlərinin artırılması üçün investisiya mühitini daha da yaxşılaşdırmaq;

  • vergi yükünün azaldılması və optimallaşdırılması vasitəsi ilə qeyri neft sektorunda vergi daxilolmaların artırılmasına nail olmaq;

  • Vergi bazasının genişləndirmək və vergi uçotunun təkmilləşdirilməsi;

  • səmərəli vergi nəzarəti mexanizmminin qurulması;

  • səhmlərində dövlətin payı olan müəssisələrdən həmin qoyuluşa görə dövlət büdcəsinə dividendlərin daxil olması istiqamətində işləri gücləndirmək;

  • şəhər və rayonları üzrə yerli gəlir və xərcləri tarazlaşdırılmasına nail olmaq;

  • Gömrük tarifləri sisteminin təkmilləşdirilməsi istiqamətində daha azpilləli sistemə keçidin təmin edilməsi;

  • Dövlət torpaqlarının icarəyə verilməsindən dailolmaların əmsalının artırılması;

Xərclər üzrə:

- perspektiv proqnozlaşmanı genişləndirməklə, büdcə xərclərinin


proqramlar əsasında tərtibinə mərhələlərlə nail olmaq;

- adambaşına maliyyələşdirilmə prinsipi əsasında proqnozlaşdırmaya


başlamaq;

- xərclərin investisiya və sosiallığına üstünlük vermək;



- “Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət
Proqramı (2004-2008-ci, 2009-2013, 2014,2018 illər)” və ölkə iqtisadiyyatını və dövlət orqanlarının fəaliyyəti işini stimullaşdıran, sahibkarlıq fəaliyyətinin inkişafını təmin edən və digər dövlət tədbirlər planında dövlət büdcəsinin vəsaitilə həyata keçirilməsi nəzərdə tutulmuş tədbir və planların maliyyələşdirilməsini təmin etmək;

  • qeyri-neft sahəsinin inkişafını ön plana çəkməklə, bu sahələrə bütün əsas mənbələr üzrə maliyyə təminatını artırmaq, əldə ediləcək real pul vəsaitləri hesabına büdcə xərclərinin neft gəlirlərindən asılılığının mərhələlərlə azaldılmasına nail olmaq;

  • ölkənin müdafiə qüdrətinin daha da gücləndirilməsini və təhlükəsizliyini təmin etmək məqsədilə bu sahənin maliyyələşdirilməsini təkmilləşdirmək;

  • elmi potensialın inkişafını proqramlar əsasında həyata keçirmək, onun maliyyələşdirilməsi prinsiplərinin təkmilləşdirilməsi istiqamətində işləri gücləndirmək;

  • aqrar sektorun inkişaf etdirilməsini, rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalını, istehsalçıların ixrac yönümlü fəaliyyətinin stimullaşdırılmasını, emal və yeyinti sənayesinin xammala, əhalinin isə ərzaq məhsullarına olan tələbatının yerli məhsullar hesabına ödənilməsini təmin etmək üçün büdcə vasitəsilə bu sektora dövlət yardımını artırmaq;

  • sosial siyasətin ardıcıl həyata keçirilməsi üçün mərhələlərlə yoxsulluğun aradan qaldırılmasına, aztəminatlı əhali, uşaqlar və əlillər üçün ünvanlı sosial müavinətlərin, pensiyaların artırılmasına üstünlük vermək;

  • büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının mərhələlərlə artırılması, əməyin ödənişi sisteminin təkmilləşdirilməsi, əhalinin real xərclərinin istehlak səbətinin tələblərinə uyğunlaşdırılması istiqamətində işləri davam etdirmək;

  • əhalinin sosial rifahı ilə bağlı olan təhsil, səhiyyə, turizm, idman, mədəniyyət, sosial sığorta və sosial yardım sistemi sahələrində islahatları davam etdirmək, onların inkişaf istiqamətlərini stimullaşdırmaq;

  • dövlət idarəetmə sistemində struktur islahatlarını davam etdirməklə idarəetməni daha da təkmilləşdirmək, dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək, inzibati (cari) xərclərin azaldılmasına yönəldilmiş tədbirləri həyata keçirmək;

  • dövlət maraqları məqsədilə həyata keçirilən satınalmalara nəzarəti təmin etmək üçün normativ bazanın təkmilləşdirilməsi istiqamətində işləri davam etdirmək;

  • dövlət əsaslı vəsait qoyuluşunun strukturunu daim təkmilləşdirməklə bu məqsədlər üçün ölkənin daxili maliyyə ehtiyatlarının daha çox cəlb edilməsinə, regionların inkişafına, infrastruktur obyektlərin tikintisinə və bərpasına üstünlük vermək, vəsaitdən səmərəli istifadə üçün tədbirlər görmək;

- ayrı-ayrı kommunal xidmətləri üzrə tətbiq olunan tariflərin təkmilləşdirilməsi üçün məqsədyönlü işləri davam etdirmək;

- dövlət borclarının idarəetmə mexanizmini təkmilləşdirmək, dövlət zəmanəti ilə kredit alan təşkilatların maliyyə fəaliyyəti üzərində ciddi nəzarət mexanizmini təşkil edərək, kreditlərə xidmət xərclərinin həmin təşkilatların vəsaitləri hesabına həyata keçirilməsinə nail olmaq;



  • dövlət vəsaitindən səmərəli istifadəni, büdcə xərclərinin strukturunun təkmilləşdirilməsi və şəffaflığının artırılmasını təmin edən qanunvericilik bazasının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində işləri davam etdirmək;

  • dövlət vəsaitinin təyinatı üzrə xərclənməsi üzərində maliyyə nəzarətinin daha da yaxşılaşdırılması üçün tədbirlərin görülməsini davam etdirmək, xəzinə nəzarətini gücləndirmək, büdcə təşkilatlarında borclanma prosesini çevik idarə etmək.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə