9
AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASININ GÖMRÜK TARİXİ (28 MAY 1918-Cİ İLDƏN
28 APREL 1920-Cİ İLƏDƏK)
Azərbaycan Xalq Cümhuriyyəti (ADR) hakimiyyətə gəldikdən sonra gömrük işinin təşkilində ciddi
dəyişiklik baş vermədi. Azərbaycan Demokratik Respubllikasının (1918-1920-ci illər) vaxtında bu sahədə
konkret bir iş görülməsə də, dövlətçilik baxımından bütün siyasi addımlar atılmışdı. Bütün vergi siyasətinə
maliyyə naziri Nəsib bəy Yusifbəyli rəhbərlik etmişdir.
Yalnız gömrük idarəsi Maliyyə Nazirliyinin tabeçiliyinə verilmiş və dəftərxana işlərində müəyyən
dəyişiklik edilmişdir. Belə ki, əgər 1918-ci ilin mart ayında tərtib olunan dəftərxana materialları 9-cu şəkildə
göstərilən qovluqda cəmləşdirildisə, artıq 19 avqust 1918-ci ildə bu materiallar yeni qovluqda toplanırdı (şəkil
10). Düzdür qovluğun üstündə Maliyyə Nazirliyinin adı rus dili ilə bərabər ərəb qrafikası ilə azəri türkcəsində
də yazılmışdır. Amma yenə sənədləşmə rus dilində aparılmışdır. Bu bəlanın əsas səbəbi isə əvvəlki dövrlərdə
yerli kadrların qəsdən hazırlanmaması və hüquqi bazanın ancaq rus dilində olması idi. Eyni problemlə
Azərbaycan müstəqilliyin ilk illərində də qarşılaşmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti (ADR) hakimiyyətə gəldikdən sonra gömrük işinin təşkilində ciddi
dəyişiklik baş vermədi. Yalnız gömrük idarəsi Maliyyə Nazirliyinə tabe edilmiş və dəftərxana işlərində
müəyyən dəyişiklik baş vermişdir. Belə ki, əgər 1918-ci ilin mart ayında tərtib olunan dəftərxana materialları №
şəkildə göstərilən qovluqda cəmləşdirilərsə, artıq 19 avqust 1918-ci ildə bu materiallar yeni qovluqda toplanırdı
(şəkil 11). Düzdür, qovluğun üstündə Maliyyə Nazirliyinin adı Rus dili bərabər ərəb qrafikası ilə azəri
türkcəsində də yazılmışdır. Amma yenə də sənədləşmə rus dilində aparılmışdır. Bu bəlanın əsas səbəbi isə
əvvəlki dövrlərdə yerli kadrların qəsdən hazırlanmaması və hüquqi bazanın ancaq rus dilində olması idi. Eyni
problemlə Azərbaycan müstəqilliyin ilk illərində də (1991-1996-cı illər arası) qarşılaşmışdı.
ADR hakimiyyəti ilk aylarında mövcud vəziyyəti araşdırmaq, problemlərlə tanış olmaq, ölkənin milli
maraqlarına uyğun olan iqtisadi siyasət formalaşdırmaq, gömrük vergi və rüsumlarına yenidən baxmaq, yeni
gömrükxanalar və gömrük postları açmaq, ölkənin Rusiya, Gürcüstan və Ermənistan olan dövlət sərhədlərini
nəzarətə götürmək, gömrük orqanı işçilərinin sosial vəziyyətini yaxşılaşdırmaq, ölkədən çıxarılan milli
sərvətlərin və tarixi əsərlərin qaçaqmalçılığının qarşısını almaq, keçmişdən miras qalmış üsul-idarəni
dəyişdirmək, ölkənin dünya ölkələri tərəfindən tanınmasını təşkil etmək, milli maraqlara cavab verən
qanunvericilik bazası yaratmaq, sərhəd zastavalarını artırmaq və onları milli kadrlarla təmin etmək, ölkədaxili
hərcmərcliyi aradan qaldırmaq, dövlət büdcəsinin formalaşdırılması üçün yeni mənbələr tapmaq, ölkənin
müstəqilliyini qorumaq üçün milli ordunu formalaşdırmaq, müstəqill milli şüur və milli ideologiyanın
yaradılması üçün milli konsepsiyalar hazırlamaq və s. məsələlərlə məşğul olmağa başladı. Problemlərin çoxluğu
və çətin həll olması ilk vaxtlar ciddi çətinliklər yaratsa da, tədricən məsələlər bir-bir həll edilməyə başladı.
Dövlət gömrük işinin təşkili və idarə edilməsi ilə bağlı bəzi tədbirləri həyata keçirməyə qərar verdi.
Belə ki, dövlət orqanlarının tapşırığı ilə Azərbaycanın gömrük işinin təşkili ilə bağlı arayışlar hazırlandı. Belə
arayışların birini sizlərə təqdim edirik.
Dövlət Nəzarəti İdarəsinin direktoruna
İdarənin baş müfəttişi Vasiliyevin
Raportu
Sizin Zati-alilərin bu ilin 27 yanvarda verdiyimiz tapşırıq əsasında Gömrük idarəsində şəxsən oldum.
Araşdırma apardım və aşağıdakıları çatdırmağı özümə şərəf bilirəm:
1) Azərbaycan Respublikasının sərhədləri heç kəs tərəfindən qorunmur və qaçaq malın keçirilməsi
üçün tam şərait vardır; 2) sərhədi qorumağa heç kim yoxdur və hələ ki, onun qorunması üçün heç bir tədbir
görülməyib; 3) Azərbaycan Hökumətinin yarandığı gündən indiyə qədər qaçaq mal tutulması hadisəsi qeydə
alınmayıb; 4) gömrük orqanının şəxsi heyəti yalnız gömrükxanaların yerləşdiyi ərazilərdə gömrük baxışı
keçiriblər; 5) deyilənlərə görə, Azərbaycan Hökuməti sərhəd xidmətini təşkil etmək üçün 400 nəfər şəxsi
heyətdən ibarət 3 atlı alayı təşkil etmək istəyir, lakin hansısa tədbirin görülməsi barədə heç bir məlumat yoxdur.
Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Gömrük İdarəsi Rəisinin izahatına görə, Hökumətin qərarı ilə
onun funksiyaları əlindən alınmışdır. O yalnız gömrük müfəttişi qismində fəaliyyət göstərir.
31 yanvar 1919-cu il. Bakı şəhəri.
10
Şəxsən Baş müfəttiş Vasiliyev imzaladı.
İmzanı təsdiq edirəm.
Gömrük orqanlarının işinin düzgün təşkil olunmadığı və onların şəxsi təhlükəsizliyinin təmin
olunmadığı barədə digər bir arxiv sənədində ətraflı məlumat vardır. İndi də həmin sənədlə tanış olaq:
Maliyyə Nazirliyi
Ümumi şöbə.
8 fevral 1919.
№549
Bakı ş.
Cənab Daxili İşlər Naziri
Gömrük İdarəsinin rəisi tərəfindən imzalanmış müraciətdən görünür ki, gömrükxanalara basqınlar və
oğurluq halları çoxalmışdır. Dövlətin maraqlarını qorumalı olan gömrük işçiləri, əliyalın silahlı dəstələrə qarşı
heç bir müqavimət göstərə bilmədiklərinə görə, vəzifələrini icra etməkdən imtina edirlər.
Xahiş edirəm yuxarıda göstərilənləri nəzərə alıb, görüləcək tədbirlər barədə Bizə də məlumat verin.
Məktubun altında əlyazması ilə qeyd olunub ki, 1918-ci ilin 25 dekabrında Zaqatala gömrükxanasına
basqın edilmiş, soyğunçuluq və oğurluq adi hala çevrilmişdir.
Sərhədlərin qorunmasının təşkil olunmaması, gömrük işçilərinin təhlükəsizliyinin təmin edilməsi
sahəsində müvafiq tədbirlərin görülməməsi, qaçaqmalçılığın çoxalmasına təkan verir. Ölkədən qaçaq yolla
çıxarılan neft məhsulları Ermənistana və Gürcüstana keçirilir. Burada bir haşiyə çıxmaq istəyirəm. Keçən əsrin
əvvəllərində və axırlarında iki dəfə müstəqillik əldə edən ölkəmiz qonşu Ermənistanla bağlı eyni səhvə yol
vermişdir.
İkinci dəfə buraxılan səhv, sovet ideologiyasının bizlərə aşıladığı kosmopolit vətən sevgisi və ADR-in
tarixi ilə tanış olmamağımızdır. Çünki həmin tarixi dəqiq bilsəydik düşmənimizi yaxşı tanıyar və ona qarşı
mübarizəmizi apara bilərdik.
Sənədin surətini sizlərə təqdim edirik (şəkil 12). Gömrük İdarəsi tərəfindən Maliyyə Nazirliyinə
ünvanlanan (08.03.1919, №1457) müraciətdə göstərilir ki, Ərzaq Nazirliyi və Gərcə Quberniyasının
əməkdaşları ilə birlikdə yaradılan komissiyanın üzvləri müəyyən etdik ki, Akstafa gömrükxanasından
Ermənistana və Gürcüstana qaçaq yolla, Qazax ərazisindəki aralıq yollarla kerosin keçirilir (çox təəssüf ki,
keçən əsrin 90-cu illərində də Ermənistana və Gürcüstana neft məhsulları eyni məntəqədən, ancaq sisternalarla
keçirilirdi. Sovet ideologiyasının millətimizə vurduğu ən böyük ziyanı burada görmək olur. Bu səhvlərimizdən
dərs almağın vaxtı çatmayıbmı? Haylar bizə daha nə kimi pisliklər etməlidilər ki, bir ayılaq - müəllif).
Əgər adi vaxtlarda, gündəlik tələbat üçün Akstafa stansiyasına hər ay 2 sisterna kerosin və yarım
vaqon neft gəlirdisə, 198-ci ilin dekabr ayında 37 min pud (təxminən 7 sisterna) 1919-cu ilin yanvar ayında isə
42 min pud (təxminən 8 sisterna) kerosin gətirilmiş, hamının gözü qabağında bidonlara boşaldılmış və dəvələrə
yüklənərək naməlum istiqamətdə aparılmışdır.
Həyat şəraitinin çətinləşdiyi indiyi zamanda bu bəla ilə mübarizə aparmaq həddən artıq çətindir.
Diqqəti cəlb edən digər məsələ isə, Akstafaya mühafizənin rəisinin qardaşı Muradovun ünvanına göndərilmiş
900 pud düyüdür. Bu düyünün hara aparıldığını müəyyən etmək mümkün olmadı...
Şərhə ehtiyac görmürük.
Məhz gömrük işçilərinin bu yoxlamasından 2 gün sonra Azərbaycan hökuməti 10 mart 1919-cu ildə
göndərdiyi 258 saylı sürklyar poçt teleqramında deyilir:
Neft məhsullarının daşınması və ixracı haqqında mövcud qaydaların ləğv olunması ilə bağlı, dəmir
yolu ilə maşınların tənzimlənməsi Bürosunun hazırladığı AR Nazirlər Sovetinin 26.02.1919-cu ildə təsdiq etdiyi
neft məhsullarının daşınması və ixracı qaydaları 12 martdan qüvvəyə minir. Aşağıdakı qaydalar dəqiq yerinə
yetirilməlidir: 1) neft məhsulları ixrac etmək istəyənlər Ticarət və Sənaye Nazirliyindən icazəni 3 nüsxədə
almalıdır: nüsxələrdən biri Gömrük İdarəsinə, ikincisi Neft sənayeçiləri Qurultayının Şurasının Bürosuna,
üçüncüsü isə Azərbaycan Dəmir Yolu İdarəsinin dəmir yolu daşınmalarını tənzimlənməsi Bürosuna təqdim
olunur; 2) malgöndərən neft sənayeçiləri Qurultayının Şurasının razılığını aldıqdan sonra, göndərilən yükün
miqdarını, alıcının ünvanını və təyinat stansiyasının qeyd olunduğu ərihə ilə dəmir yolu daşınmalarının
tənzimlənməsi Bürosuna müraciət etməlidir; 3) Büro ərizəni qeyd etməli və yük göndərənə yazılı şəkildə
növbəsinin vaxtı haqqında məlumat verməlidir; 4) növbəsi çatdıqda Büro stansiya rəisinə vaqon və ya sisternin
doldurulması üçün yer barədə göstəriş verir; 5) bu göstərişi alan stansiya rəisi vaqon və sistern doldurulduqdan
sonra, təyinat məntəqəsinə göndərir.
Surəti İstilik Sənayesi, Ərzaq, Maliyyə Nazirliklərinə, Neftsənayeçilərinin Qurultay Şurasına, Baş
Gömrük İdarəsinə və Poylu gömrükxanasına göndərilir