CüMŞÜd nuriyev



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə2/32
tarix08.07.2018
ölçüsü0,8 Mb.
#54483
1   2   3   4   5   6   7   8   9   ...   32

 

dövləti  ərazisində, həm də  əvvəllər Ağqoyunlular dövlətinin tərkibində olmuş Osmanlı imperiyasının  şərq 



vilayətlərində də qüvvədə idi.  

1475-ci ildə Rusiyanın knyazı III İvan öz nümayəndəsi Markı Uzun Həsənin yanına ticarət və 

diplomatik münasibətləri genişləndirmək üçün göndərmişdi.  

Səfəvi dövlətinin hökmdarı I Təhmasib sənətkarlığın və ticarətin inkişafını genişləndirmək məqsədilə 

1565-ci ildə vilayətlərin hər birindən alınan 80 min tümənlik tamğa vergisini ləğv etdi. 

Şamaxıdan Rusiya, İran, Suriya ölkələrinə və İrəvan şəhərinə tranzit ticarət yolları gedirdi. 

XVI əsrdə Şamaxıda daimi İngiltərə-Moskva şirkəti təşkil edilmişdi. 

XVI  əsrdə  Cənubi Qafqazda ipək istehsalı  əsas yer tutmuş  və ticarətin hamısı  Şamaxı  və  Ərəşdə 

cəmləşmişdi. 

XVI-XVII əsrlərdə Azərbaycan Moskva dövləti, Avropa və Asiya ölkələri ilə iri miqyaslı xarici ticarət 

aparırdı. Azərbaycandan Moskva dövlətinə və digər ölkələrə parçalar, xalçalar, neft, duz, zəfəran, düyü, boyaq 

maddələri, soyuq silah ixrac edilirdi. Qızıl və gümüş  məmulatları, ləl-cəvahirat,  ədviyyat,  ətir və s. isə idxal 

edilirdi.  

Azərbaycan XVIII əsrin sonu, XIX əsrin əvvəllərinə qədər, yəni Azərbaycan Çar Rusiyası tərəfindən 

işğal olunana qədər sərbəst vergi və gömrük siyasəti yetirmişdir. Vergi və rüsumların yığılması vəzifəcə naibin 

səlahiyyətə daxil idi. 

 

 



 

AZƏRBAYCANIN RUS İMPERİYASININ TƏRKİBİNDƏ 



OLDUĞU MÜDDƏT ƏRZİNDƏKİ GÖMRÜK TARİXİ (1807-1918) 

 

XVIII  əsrin sonu XIX əsrin  əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqazda daşa fəal siyasət 



yeritməsi 1801-ci il Şərqi Gürcüstanın Rusiyaya birləşməsi ilə  nəticələndi. Rusiyanın niyyəti Azərbaycanı 

tutmaq idi. General Sisyanovun bu işğal planında ilk hədəf Car-Balakən oldu (1803-cü il). Sonra Gəncə xanlığı 

(1804-cü il), Qarabağ xanlığı (1805-ci il), Bakı xanlığı (1806-cı il), Quba xanlığı (1806-cı il), Talış xanlığı 

(1809-cı il) Rusiya imperiyasının tərkibinə qatılır. 1804-cü ildə başlamış Rusiya-İran müharibəsi 1813-cü ilin 

oktyabr ayının 12-də Qarabağın Gülüstan kəndində sülh müqaviləsinin imzalanması ilə başa çatdı. Gülüstan 

müqaviləsi Azərbaycanın Rusiya və  İran arasında iki yerə bölünməsinin başlanğıcını qoydu. 1828-ci ildə 

bağlanan "Türkmənçay" myqaviləsindən sonra Azərbaysanın  şimal  ərazisi Rusiyanın, cnub ərazisi isə  İranın 

tərkibində qaldı. İndiyə qədər də bu tarixi haqsızlıq davam edir.  

Azərbaycanı  işğal edən Rus imperiyası  İran və Türkiyə ilə  həmsərhəd olan əraziləri tam nəzarətə 

götürmək üçün təcili tədbirlər planı hazırladı. Həmin tədbirlər planında Bakı şəhərində gömrükxananın açılması 

məsələsi də göstərilmişdir.  

Bakı şəhərində gömrükxana İmperator 1 Aleksandr tərəfindən Rusiya İmperiyası Senatına 25 yanvar 

(9 fevral) 1807-ci il traixində  təqdim olunmuş "Bakı  şəhərində gömrükxananın təsis edilməsi barədə" 22,434 

saylı  Fərmanı ilə  təsis edilmiş  və  Həştərxan gömrük dairəsinin tərkibinə daxil edilmişdi. Həmin fərmanda 

gömrükxananın  ştatı  təsdiq olunmuş, Bakı limanına gətirilən mallardan rüsum tutularkən 1751-ci ildə  qəbul 

olunmuş rüsum dərəcələrindən istifadə olunması haqqında qərar qəbul edilmiş, habelə  işçilərin  əmək 

haqqlarının yığılacaq gömrük ödənişləri hesabına həyata keçirilməsi barədə göstəriş verilmişdir (Şəkil 1). 

5 mart 1807-ci ildə Davıdov-Voronçsov  İmperator Fərmanın surətini Bakı gömrükxanasına 

göndərmişdir. Fərmanda göstərilir ki, Zati-aliləri  İmperator 1 Aleksandr Kommersiya Naziri, Senator, Qraf 

N.Q.Rumyançsovun Bakı şəhərində gömrükxananın açılması haqqındakı təklifini qəbul edərək Fevral ayının 9-

da icra olunmaq üçün Sizə göndərilən bu fərmanı imzalamışdır. Fərmanda aşağıdakılar göstərilmişdir: "Qraf 

Nikolay Petroviç! Gürsüstan sərhədləri müəyyənləşdirilənə  qədər Senata təqdim olunmuş Gürsüstanda 

Gömrükxananın yaradılması haqqındakı 26 oktyabr 1803-cü il tarixli və gömrük rüsumlarının yığılması 

haqqındakı 4 mart 1804-ci il tarixli Fərmanları qüvvədən düşmüş hesab edilsin". 

Əldə etdiyimiz başqa bir arxiv sənəddə, artıq 1809-cu ilin Sentyabr ayında Bakı gömrükxanası "Bakı 

liman və sərhəd gömrükxanası" adlanırdı (Şəkil 3).  

"Gülüstan" (1813) və "Türkmənçay" (1828) müqavilələrindən sonra Azərbaycanda Rusiyanın 

gömrüklə bağlı  qərarları qüvvəyə mindi. Həmin vaxt Rusiya ərazisində 1811-ci ildə  qəbul olunmuş gömrük 

tarifləri qüvvədə idi. Rusiya imperiyasının Maliyyə nazirliyinin 26 fevral 1812-ci il tarixli 2235 saylı qərarında 

göstərilirdi ki, "həmin ilin Yanvar ayının 1-dən qüvvədə olan Əsasnamənin 31-ci və 32-ci maddələrində 

göstərilən, qadağan olunmuş malları ölkəyə  gətirən tacirlərlə  bərabər, onları buraxan gömrük işçiləri də 

məsuliyyətə  cəlb olunacaq". Bu Rusiya imperiyasının gömrük qaçaqmalçılığının qarşısının alınması haqqında 

qəbul etdiyi ilk sənəd idi. 

1813-cü ildə Bakı gömrükxanasında reyestr üzrə  aşağıdakı gömrük kitablarında qeydiyyatlar 

aparılırdı: 

1) dəniz ilə gətirilən mallar və tutulan rüsumların yazıldığı kitab; 

2) quru yolu ilə gətirilən mallar və tutulan rüsumların yazıldığı kitab;  

3) dəniz ilə aparılan mallar və tutulan rüsumların qeydiyyatı kitabı; 

4) quru yolu ilə aparılan mallar və tutulan rüsumların qeydiyyat kitabı; 

5) dəniz gəmiləri ilə gələn sərnişinlərin qeydiyyat dəftəri; 

6) quru yolu ilə gələnlərin qeydiyyatının aparıldığı dəftər və s.  

5 mart 1815-ci ildə  İmperiyanın Maliyyə Nazirliyindən Bakı gömrükxanasına göndərilən 1533 saylı 

məktubda göstərilirdi ki, "1811-ci ildə qəbul olunmuş ticarət haqqındakı Əsasnamədə dəyişiliklər edilir və yeni 

maddələr  əlavə olunur". Bu əlavələr dəniz və quru sərhədlərindən qanunsuz yolla keçirilən malların məhv 

edilməsi ilə əlaqədar idi.  

Bakı gömrükxanası "Qafqaz və Zaqafqaziyada gömrük idarəetməsi barədə Əsasnamə”yə görə, 31 iyul 

1831-ci il tarixindən Zaqafqaziya gömrük dairəsinin tabeliyinə verilmiş və 1832-ci ildən etibarən “Bakı anbar 

gömrükxanası” adını almışdır.  

Bakı gömrükxanası 4 may 1847-ildə Zaqafqaziya Karantin  - Gömrük dairəsinin tabeliyində olan Bakı 

Karantin-Gömrük idarəsinə çevrilir. 

Qafqaz canişini – General-Feldmarşal Knyaz Baryatinski tərəfindən 31 mart 1861-ci ildə  təsdiq 

edilmiş “Qafqaz və Zaqafqaziyada Karantin - gömrük hissəsinin yenidən təşkili və idarə edilməsi barədə 

Əsasnamə”yə görə, Bakı Karantin - Gömrük idarəsi Bakı Karantin-Gömrük kontoruna çevrilmiş  və yeni 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə