CüMŞÜd nuriyev



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə3/32
tarix08.07.2018
ölçüsü0,8 Mb.
#54483
1   2   3   4   5   6   7   8   9   ...   32

 

yaradılmış Bakı Karantin-Gömrük dairəsinə tabe edilmişdir. Dairənin idarə edilməsi üçün 3 (Dairənin rəisi, 



tapşırıq üçün məmur və katib) ştat ayrılmışdır. 

Bakı Karantin-Gömrük kontoru 1-ci dərəcəli hesab edilməklə  bərabər, 18 ştat (rəis, karantin üzrə 

direktor-həkim, katib-xəzinadar, 2 rüsum yığan, nəzarətçi, tərcüməçi, gəmi baxıcısı  və 10 gömrükxana 

yoxlayıcısı) ayrılmışdır. 

Həmin  Əsasnamənin 4-cü paraqrafına görə Naxçıvan sahəsində  aşağıdakı gömrük təşkiləatları tabe 

edilmişdir: 

1. Naxçıvan Baş Karantin-gömrük Kontoru və Culfa Karantin gömrükxanası; 

2. Şərur Karantin-gömrük Zastavası - ikinsi dərəcəli

3. Ordubad Karantin-gömrük Zastavası - ikinsi dərəcəli; 

4. Ayırıcı karantin-gömrük Postları:  

Şahtaxtı postu; 

Naxçıvn postu; 

Ordubad postu; 

Aladərə postu; 

Bazar postu. 

5. Erivan Tranzit Postu. 

Əsasnamənin 5-ci paraqrafına görə Bakı Karantin-gömrük Dairəsi iki sahəyə ayrılır: 

1. Cəbrayıl - Erivan Quberniyasından İran sərhəddi boyu Astara çayına qədər olan məsafə buraya aid 

edilir; 

2. Bakı - Bakı Quberniyasının Xəzər dənizinin sahili boyu Astara çayından başlayaraq Dağıstan 

Vilayətinə qədər olan sərhəd məsafəsi buraya aid edilir.  

Cəbrayıl sahəsinə aşağıdakı gömrük təşkilatları daxil edilir: 

1) Cəbrayıl Karantin-gömrük Kontoru, ikinci dərəcəli; 

2) Biləsuvar Karantin-gömrük Zastavası, birinci dərəcəli; 

3) Ayırıcı karantin-gömrük Postları:  

Dağlıq Bəhramtəpə postu; 

Aslandüz postu; 

Maralyan postu; 

Xudafərin postu. 

Bakı sahəsinə aşağıdakı gömrük təşkilatları daxil edilir:  

1) Astara Karantin-gömrük Zastavası - birnci dərəcəli; 

2) Nizova Karantin-gömrük Zastavası - üçüncü dərəcəli; 

3) Karantin-gömrük Zastavası - üçüncü dərəcəli: 

Kür deltası zastavası; 

Salyan zastavası; 

Pereval zastavası; 

Lənkəran zastavası. 

4) Apşeron Daimi karantin-gömrük Postu; 

5) Bakı ayırıcı karantin-gömrük Postu. 

Əsasnamənin 11 bölməsində Naxçıvan Baş Karantin-gömrük Kontoru və Culfa Karantin 

 

gömrükxanasına  gömrük işlərini həyata keçirmək və karantin işlərini təşkil etmək üçün 150 ştat ayrılmışdır. Bu 



ştatlardan yalnız 12-si (bunlardan 9 nəfəri gömrükxana işçisi, 3 nəfəri isə karantin işçisidir) Erivan tranzit 

postuna ayrılmışdır. Bakı sahəsi üçün isə 255 ştat (bunlardan 200 nəfəri gömrük məmuru kimi, 55 nəfəri isə 

karantin xidmətinin işçisi kimi nəzərdə tutulmuşdur) ayrılmışdır. 

Arxiv sənədlərini araşdırarkən başqə bir məsələdə diqqətimizi çəkdi. Belə ki, Rus İmperiyasının 

əvvələr və Sovetlər  şəklində  fəaliyyət göstərdiyi vaxtlarda  mərkəz tərəfindən təsdiq edilmiş bütün ştat 

cədvəllərində üstünlük həmişə qeyri-türklərə verilmişdir. 17 may 1861-ci ildə Qafqaz Canişinin Tiflis Şəhərində 

imzaladığı  Əmrdə Bakı Karantin-gömrük idarəsinin rəisi Avtonomovu, digər bir rus Triroqov əvəzlədiyi 

göstərilir. Sonuncu Bakıya Tiflis gömrükxanasından göndərilir. Cəbrayıl Karantin-gömrük kontoruna 

Zaqafqaziya Karantin-gömrük darirəsindən Şamxarov, Astara karantin-gömrük Zastavasına isə Xanjalov təyin 

edilir. 


1868-ci liin aprel ayında tərtib olunmuş Bakı  və Naxçıvan Karantin-Gömrük Dairələrində çalışan 

dövlət məmurlarının siyahısına baxanda da, bir daha buna əmin oluruq. Bakı Karantin-Gömrük dairəsinin bütün 

rəhbərliyi ruslardır (Dairənin rəisi Savenkov, Bakı kontorunun rəisi isə Dolinindir). Bütün heyətin tərkibində 

yeganə türk olan və mirzəlik edən Rza Qulu Əliyev işdən çıxarılmışdır. Bakı kontorunda isə  cəmisi 2 türk 

(Zeynalabadan Əliyev və Nəsrulla İmam Əliyev) köməkçi vəzifəsində çalışmışdır. 



 

Azərbaycan  ərazisində olan digər gömrük təşkilatlarının - Astara Zastavsının (Smirnov), Lənkəran 



Zastavasının (Mixaylov), Salyan Zastavasının (Kolomski, cəmi bir türk-Mirzə  Məmməd Nağıyev işləyib), 

Nizova Zastavasının (Qonorski), Qızılağac Zastavasının (Rulev), Cəbrayıl Karantin-gömrük Kontorunun 

(Veselyanov, bir türk – Mirzə  Əvəz Bəy Məmmədov), Biləsuvar Karantin-gömrük Zastavasının (Pavlenko), 

Aslandüz postunun (Qriqoryev), Xudafərin postunun (Zlotov), Maralyan postunun (Qrişin), Bəhramtəpə 

postunun (Atabəyov), Naxçıvan Baş Karantin-gömrük Kontorunun (Karakuşin), Culfa Karantin 

gömrükxanasının (Kondratiç), Şərur Karantin-gömrük Zastavasının (Arutyunov), Ordubad Karantin-gömrük 

Zastavasının (Ostolnov, 2 türk – Taitiyev və Şamlarov çalışıb), Şahtaxtı postunun (Nuvarov), Ordubad postunun 

(Yelstratov), Aladərə postunun (Abbasov), Bazar postunun (Vartanov), Erivan Tranzit Postunun (Arakelov) 

rəisləri (cəmi ikisi – Bəhramtəpə və Aladərə istisna olmaqla) və işçi heyəti (350 nəfər işçidən cəmisi 8-i türk 

olmuşdur) tamamilə ruslardan və qismən ermənilərdən ibarət olmuşdur. Hətta 3 gömrük təşkilətının rəisləri belə 

ermənilər təyin olunmuşdur.  Bu siyasət 1970-ci ilə  qədər davam etmişdir.  İmperiyanın  əsas məqsədi yerli 

peşəkar kadrların yetişməsinin qarşısını almaq olmuşdur və etiraf edək ki, onlar həmin müddət  ərzində 

məqsədlərinə tam nail ola bilmişlər.      

Rusiya imperiyası Maliyyə nazirliyinin Gömrük yığımları Departamentinin 30 noyabr 1888-ci il tarixli 

21896 saylı göndərişində bildirilirdi ki, 9 dekabr 1846-cı ildən qüvvədə olan 12 saylı qərara dəyişiliklər edilir. 

Yeni düzəlişə görə Departamentə ancaq qanunsuz silahlar deyil, həm də müsadirə olunmuş bütün mallar təhvil 

verilməlidir.   

Yeni ərazilərin işğalı hesabına Rusiyanın iqtisadi İnkişaf potensialı artdığı üçün yeni təkmilləşdirilmiş 

“Gömrük tarifi” (1891) və “Gömrük nizamnaməsi” (1892) qəbul olundu. Yeni nizamnaməyə görə Rusiyanın 

Avropa və Asiya hissəsində gömrük işlərinin tənzimlənməsində vahid qaydalar tətbiq olundu. Eyni zamanda, 

sahil zonası və dəniz sahilindən 3 dəniz milində yerləşən sular da gömrük zonası elan edildi. 

1897-ci il dekabr ayının 8-də “Rusiyanın Avropa hissəsi və Qafqazda gömrük təşkilatlarının ştatları” 

barədə qanuna əsasən Bakı Karantin - Gömrük kontoru Bakı Gömrük dairəsi idarə heyəti tabeliyində Bakı 

gömrükxanasına çevrilir.  

XX  əsrin  əvvəllərində, Rusiya dövlətinin gəlirləri içərisində gömrük yığımları spirtli içkilərin 

ticarətindən  əldə olunan gəlirlərdən sonra ikinci yeri tuturdu. Bu dövrdə rusiyada inqilabı  hərəkat gücləndiyi 

üçün gömrük orqanlarının işi ikiqat artmışdır. Bakı inqilab şəhəri olduğu üçün İmperiyanını diqqəti Bakıya 

yönəlmişdir. Bunu əldə etdiyimiz gömrük sənədləri də təsdiq edir. 31 Dekabr 1901-ci ildə gömrük işçilərinin 

imzaladığı protokolda yazılırdı: 

 

"AKT 



Biz, aşağıdı imza edənlər, bu protokolu ona görə tərtib etdik ki, bu gün bəyannamə üzrə S.Ginzburqun 

adına göndərilən posılkanın dibində, ikiqat karton təbəqələrin arasında Sosial-demokratların qəzeti olan 

"İskran"nın çap klişelərini aşkar etdik və götürdük. Bakı Gömrük idarəsi rəisinin göstərişi ilə S.Ginzburqun 

adına gələn digər posılkalar da açılanda, oradan sildlənmiş  şəkildə olan dövri jurnalları  aşkarladıq. 

Gördüklərimizi imzalarımızla təsdiq edirik. 

 

Mütəxəssis: 



  Tiqunov 

Dəftərxana məmuru: Baykov 

Gömrük yox 

lyıcısı:  

Konişev" 

 

Arxiv sənədlərinə  əsasən müəyyənləşdirmək olur ki, təxminən Bakı gömrükxanasından hər ay orta 



hesabla 700-750 nəfər keçirmiş. Məsələn, 1902-ci ilin Aprel ayı  ərzində Bakı gömrükxanasından aşağıdakı 

ölkələrin vətəndaşları keçib getmişlər: Avstriya-Macarstan -2; Belçika -4; Buxara - 2; Böyük britaniya - 7; 

Almaniya - 2; Yunanstan - 7; İran - 619; Rusiya - 84; Türkiyə - 5; Fransa - 12; İsveçrə - 1. 

Bakı gömrükxanası 1 iyun 1911-ci ildə Tiflisdəki Qafqaz Gömrük dairəsinin idarəçiliyinə tabe 

etdirilir. 1911-ci ildən 1918-ci ilə qədər Bakı Gömrüyü Senat tərəfindən 21 yanvar 1911-ci ildə təsdiq edilmiş 

“Rusiya İmperiyası Gömrüklərinin Nizamnaməsi” əsasında fəaliyyət göstərmişdir. Bu dövrdə gömrükxana idxal 

və ixrac mallarının gömrük müayinəsini, gömrük rüsum və  yığımlarının tutulmasını, gömrük anbarlarında 

gömrük sərhədini keçən malların müvəqqəti saxlancını, malların keçirilməsinə  nəzarəti həyata keçirirdi. 

Gömrüyün funksiyalarına həm də, yoluxucu xəstəliklərin müəyyən edildiyi tədbirdə bütün sərnişinlərin və gəmi 

heyətinin sahildə müəyyən olunmuş müddətlərdə təcrid edilməsi də daxil idi.  

Sizlərə Culfa gömrükxanasının 30 oktyabr 1917-ci ildə  tərtib olunmuş malların müsadirə Siyahısı 

qovluğunun  üz qabığını  təqdim edirik (Şəkil 6). Məqsədimiz Azərbaycan  ərazisində  fəaliyyət göstərən 

gömrükxanaların apardığı işlərin kefiyyəti və növləri barədə məlumatlandırmaqdır.  

    



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə