19
... Gürcüstanla sərhəddə 8 gömrük təşkilatı var ki, bu da yetərlidir.
... Təşkilatın şəxsi heyəti qanedici deyil. Bakı gömrükxanasından başqa, bütün gömrük təşkilatları
əsasən tatarlardan ibarətdir ki, bunlar da başqa qurumlara xidmət etməyəcəklər.
Gömrük təşkilatlarında işlər rus dilində aparılır. Rusiya Gömrük Nizamnaməsi rəhbər götürülsə də,
gömrük tariflərində çoxlu dəyişikliklər edilmişdir. Bu islahat ölkəyə çoxlu gəlir gətirir ki, nəticədə iqtisadi
çətinliklər aradan qaldırıla bilər.
... 1920-ci il üçün gəlir və xərclərin smetası, daxil olan gömrük rüsumları, mal dövriyyəsi, gömrük
təşkilatlarının miqdarı və tərkibi barədə məlumatlar 6 əlavədə təqdim olunur.
Podpolkovnik
A.Snejkov.
6 sentyabr 1920-ci il.
Rostov-Don şəhəri.
Raportdan göründüyü kimi, Moskva canişinini narahat edən digər gömrükxanalarda çalışanların
əksəriyyətinin türk olmasıdır. Düzdür, o türk yerinə tatar okəlməsi işlədir, bu da mərkəzin
həyata keçirdiyi
siyasətin nəticəsidir. Türklə tatarı eyniləşdirməkdə əsas məqsəd rusların tatarlara olan genetik nifrətinin, türklərə
də şamil edilmək istəyi ilə bağlıdır.
Digər mühüm bir məsələ N.Nərimanovla bağlıdır. Bizim bəzi "milli" tarixçilərimiz" onu Azərbaycanın
maraqlarını satmaqda, Rusiyaya işləməkdə ittiham edirlər. Amma bu gizli raport bu iddianın yalan olduğunu
üzə çıxarır.
Eyni zamanda Naxçıvanla bağlı hissədə xüsusi diqqətə layiqdir. Belə ki, Naxçıvanın Azərbaycana
məxsusluğunu qeyd etməklə bərabər, onun blokada da olduğunu və Ermənistanla sərhəddə tez-tez
toqquşmaların baş verdiyini bildirir. Həmin tarixdən 70 il sonra da Naxçıvan blokadaya düşüb və 17 ildir ki,
Ermənistan tərəfindən terrora məruz qalır. Bütün bu çətinliklərə baxmayaraq Naxçıvan düşmən qarşısında
nəinki baş əyməyir, əksinə, bu torpağın qəhrəman övladları xalqımızın nə qədər qürurlu və mərd olduğunu hər
gün haylara sübut edir.
Bu Reportdan sonra Xarici Ticarət Komissarlığının cənub Gömrük Dairəsi İdarəsindən Moskvaya
çoxsaylı teleqramlar göndərilmişdir. Bunlardan biri 9 sentyabr 1920-ci il tarixli 1558 saylı teleqramdır:
Baş Gömrük Nəzarəti İdarəsinə BGNİ-nin bu ilin 6.VII tarixli "Azərbaycanın İran və Gürcüstanla
sərhədində gömrük nəzarətinin təşkil edilməsi barədə"" 1385 saylı qərarı ilə A.S.Snejkov Bakıya ezam
olunmuşdur.
... 22 iyulda 1007 saylı məlumatımda A.Snejkovun raportunun surətini də BGNİ-nə göndərmişəm. Bu
raportdan görünür ki, Azərbaycanın indiki Hökuməti nəinki federasiyaya meyllidir, əksinə, gömrük məsələləri
ilə bağlı Sovet Rusiyasından tamamilə ayrılmaq istəyirlər. Ona görə də, Moskvada Azərbaycan nümayəndə
heyəti ilə iqtisadi müqavilənin bağlanması haqqında razılıq alınmasa, onda Azərbaycanla sərhədə Qızıl Ordunun
qüvvələrini çəkmək və Petrovsk gömrükxanasını gücləndirmək lazımdır.
... Aşağıdakı yerlərdə gömrük nəzarəti yaratmaq lazımdır: Temir-Xan-Şure; Kaşkarçay dərəsi; İlisu-
Sarıbaş; Murkam; Car; Katex; Balakən.
Sonra yenə də məlumat verəcəm.
Dairənin rəisi:
P.Andreyev
Komissar:
V.Karpenko
Rostov-Don, Nikolski dön. 20.
Bu cütlüyün sonrakı təklifləri daha təhlükəli və araqarışdırıcıdır. Həmin ilin 22 sentyabrında
göndərdikləri 1692 saylı teleqramda deyilirdi:
9 sentyabr 1558 saylı məlumatıma əlavə olaraq, mühüm praktiki əhəmiyyətə malik bir məsələni
diqqətinizə çatdırıram.
Bu Azərbaycanla münasibətləri həll etməyə kömək edəcəkdir.
Vladiqafqaz dəmir yolu idarəsindən sorğu ilə (17.09.1820, №2403) aldığımız məlumata görə
Azərbaycandan çıxarılan yüklər Petrovsk dəmir yolu stansiyası vasitəsi ilə həyata keçirilir.
C.Q.Qorçakov İrandan qayıdarkən mənə bildirdi ki, dəmir yolunun bu hissəsi Azərbaycan tərəfinə
Markovun (əgər səhv etmirəmsə Nəqliyyat Xalq Komissarı L.Trotskinin müavinidir) şifahi razılığı əsasında
verilib. Həmin hissə Bakı şəhərinin 14 verstliyində olan Biləcəri stansiyasında qurtarır. Bu isə "Yalama"
stansiyasından 163 verst təşkil edir. İndi federasiyaya daxil olmaq istəməyən yeni yaranmış bir dövlətə bu qədər
güzəşt edilmişdir.
.. . Markovun belə bir səlahiyyəti varmı?
... Bizim üçün 2 sual aydınlaşdırılmalıdır:
20
1) Azərbaycan Rusiya Sovet Federativ Sosialist Respublikasına onun bir tərkib hissəsi kimi daxil
olmaq istəyirmi?
2) Yoxsa müstəqil qalmaq istəyirlər?
Əgər ikinci halı seçirlərsə, onda Azərbaycana verilən dəmir yolu qanundurmu?
Siz şantajın miqyasına baxın. Ölkə ərazisinin böyük bir hissəsinin ilhaqını sanksiyalaşdırmaq
istəyirlər. Çox təəssüf ki, bu təhdidlər qısa müddət ərzində öz nəticəsini verdi. Hələ tam möhkəmlənməmiş
Azərbaycan Respublikasının rəhbərliyinin başqa seçim şansı yox idi.
30 sentyabr 1920-ci il tarixli 354/1262/II saylı məktubda göstərilirdi ki, Azərbaycan RSFSR-in
tərkibinə daxil olmasa da, Azərbaycanla vahid gömrük sərhədinin müəyyənləşdirilməsi ilə bağlı iqtisadi ittifaq
haqqında saziş imzalanmışdır. Odur ki, cənub Gömrük Dairəsi təcili olaraq Azərbaycanın İran və Gürcüstanla
olan sərhədlərində gömrük nəzarəti təşkil etsin. Azərbaycanı fakt qarşısında çıxılmaz vəziyyətə salaraq
30.IX.1920-ci ildə həm Saziş, həm də Hərbi-iqtisadi müqavilə imzalanır (Fond 413: Siyahı 14; saxlanma vahidi
68; vərəqə 11 və 12).
RSFSR vƏ ASSR HökumƏtlƏri arasında xarici ticarƏt mƏsƏlƏlƏri üzrƏ
Saziş
1. Başqa dövlətlərlə olan bütün iqtisadi əlaqələr, kənd təsərrüfatı və sənaye məhsullarının ixracı və
satışı, həmçinin xarici mal və məmulatların Rusiyadan idxalı, iqtisadi xarakterli müqavilələrin bağlanması
RSFSR XTXK tərəfindən müəyyənləşdirilmiş üsusi prinsip və qaydalar əsasında icra olunmalıdır.
2. Zaqafqaziya, İran və Türkiyə ilə ticarət münasibətlərini qurmaq Azərbaycan Respublikasının Xarici
Ticarətinə (Vneştorq) həvalə olunur, bu ölkələrlə mal mübadiləsinə neftdən başqa, Azərbaycanda olan qalan
mallar cəlb oluna bilər.
Daxili istifadə və mal mübadiləsi üçün neftin miqdarı RSFSR XKS və XTXK-nın razılığı ilə
razılaşdırılır.
3. Azərbaycanın digər ölkələrlə hər cür ticarət müqavilələri və sazişləri RSFSR XTXK ilə ilkin
müzxakirə və razılaşmadan sonra gündəmə gələ bilər.
4. İdxal-ixrac planı üzrə bütün əməliyyatlara görə qarşılıqlı hesablaşmalar əməliyyat ilinin sonuna
qədər həyata keçirilməlidir.
5. RSFSR Xarici Tİcarət Xalq Komissarlığı ASSR XKS-də özünün həlledici səsə malik olan
Səlahiyyətli Nümayəndəsini təyin edir.
30 sentyabr 1920-ci ildə Moskvada 2 nüsxədə imzalanır.
RSFSR Hökuməti adından
ASSR
Hökuməti adından
Qeorgi Çiçerin
B.Şahtaxtinski
Həmin gün Moskvada bir müqavilə də imzalanır (həmin fond - vərəqə 13).
Rusiya vƏ AzƏrbaycanın HƏrbi-İqtisadi İttifaqı haqqında MüqavilƏ
Bir tərəfdən RSFSR-nin Hökuməti, digər tərəfdən ASSR Hökuməti - Rusiya və Azərbaycanın
zəhmətkeş kütləsinin ümumi maraqlarını nəzərə alaraq, ümumi düşmən-imperialist burjaziyaya qarşı ağır
mübarizədə qələbə qazanmaq üçün iki qardaş respublikanın bütün qüvvələrini birləşdirmək üçün bu müqaviləni
bağlamaq qərarını qəbul edir və səlahiyyətli nümayəndələrini ayırır: RSFSR Hökuməti adından - Xarici İşlər
üzrə Xalq Komissarı Qeorqi Vasiliyeviç Çiçerin; ASSR Hökuməti adından - Ədliyyə Xalq Komissarı Behbud
Şahtaxtinski.
Səlahiyyətləri daxilində aşağıdakıları razılaşdırdılar:
1. Rusiya və Azərbaycan öz aralarında hərbi və maliyyə-iqtisadi ittifaq yaradırlar.
2. RSFSR və ASSR hökumətləri qısa müddət ərzində aşağıdakı sahələri birləşdirsinlər:
1) hərbi təşkilatlar və hərbi komandanlıq;
2) xalq təsərrüfatı və xarici ticarət üzrə orqanlar;
3) təchizat orqanları;
4) dəmiryol nəqliyyatı və poçt-teleqraf təşkilatları;
5) maliyyə.
3. Birləşmənin forma və qaydaları hər iki hökumətin xüsusi razılığı ilə müəyyənləşdirilir.
4. Bu müqavilə imzalandığı andan qüvvəyə minir və xüsusi ratifikasiyaya ehtiyac yoxdur. Hər iki
tərəfin səlahiyyətliləri imzaları və möhürləri ilə bu müqaviləni təsdiqləyirlər.