CüMŞÜd nuriyev



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə6/32
tarix08.07.2018
ölçüsü0,8 Mb.
#54483
1   2   3   4   5   6   7   8   9   ...   32

13 

 

12. Çini və şüşə məmulatlar 



13. Rezin və hər cürə rezin məmulatları 

14. Gübrələr, göydaş 

15. Kibrit 

16. Mektal və metal məmulatları 

17. Açılma maddələri 

18. Dəryaz, oraq və digər biçici alətlər 

19. Müxtəlif instrumentlər 

20. Maşın və cihazlar 

Cədvəllərə müqayisə  şəkildə baxsaq, bir daha əmin olarıq ki, gömrük rüsumlarına cəlb elmə  və 

rüsumlardan azad etmə taktikası, o zaman üçün çox uğurla seçilib. Maraqlı olan başqa bir fakt da vardır. 1918-ci 

ilin dekabr ayından ölkəyə gətirilən tütün məmulatları və papiroslar aksiz vergisinə cəlb olunurdu. Əgər tütün 

üçün aksiz dərəcəsi 20% müəyyən edilmişdirsə, bu rəqəm papiros üçün 26% idi. Ölkədə gömrük rüsumlarının 

təkmilləşdirilməsi sahəsində  işlər davam etdirilirdi. Belə ki, 23 aprel 1919-cu ildə Azərbaycan Respublikası 

Hökumətinin “Balıq və balıq məhsullarına yeni ixrac gömrük rüsumlarının qoyulması barədə” qərarı oldu. 

Qərarda göətsrilirdi: 

Maliyyə Nazirinin balıq və balıq məhsullarının Azərbaycanın sərhədlərindən kənara çıxarılması lüzrə 

yeni rüsumların qoyulması barədə çıxışına qulaq asaraq yeni düzəlişləri qəbul etməyi qərara aldı: 

1) qızıl balığın 

kürüsü 

   - 


hər puduna görə 

 

  100 



rub. 

2) qızıl balığın yağı 

       30-50 

rub. 


3) kütüm, təzəsi və duzlanmışı       20-50 

rub. 


4) başqa balıqlar 

 

 



 

 

 



 

 

 



2-5 rub. 

Təklif bəyənilsin və təsdiq edilmək üçün Maliyyə Naziri tərəfindən Parlamentə təqdim olunsun. 

Sənədlərin içərisində biri həddən artıq maraqlı olduğu üçün onu olduğu kimi Sizlərin diqqətinə 

çatdırırıq (şəkil 14). 

Maliyyə Nazirliyinə  Mərkəzi Qaçqın Komitəsi tərəfindən ünvanlanan müraciətdə (12.V.1919-cu il) 

qədirbilməz qonşularımıza - Haylara olan yardımdan söhbət gedir: 

 

Zati-aliləri cənab Maliyyə Nazirinə  



 

Bakıdakı  Mərkəzi Qaçqın Komitəsi Ermənistanın ölən  əhalisinə yardım etmək üçün 25 nəfər 

personaldan ibarət tibb dəstəsi göndərir. 

Ticarət, Sənaye və  Səhiyyə nazirlərinin icazəsi ilə  dəstəylə birlikdə bir miqdar ərzaq və tibbi 

ləvazimatlar göndərilir. 

Qaçqın Komitəsi məqsədin xoşməramlı olmasını  və vasitələrin kasadlığını  nəzərə alaraq, cənab 

Nazirlərin 335 və 3138 saylı icazələrini əlavə edərək Siz Zati-alilərindən tibbi ləvazimatları və ərzaqları gömrük 

rüsumlarını ödəmədən buraxmamızı xahiş edir. 

Haşiyə çıxaraq qeyd etmək lazımdır ki, keçən əsrin əvvəllərində edilən bütün pisliklərə baxmayaraq, 

biz bir millət kimi öz böyüklüyümüzü və insansevərliyimizi göstərmişik. Eyni xeyirxah addımı 1988-ci ildə 

bizim soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərə və kütləvi soyqırımına baxmayaraq, Ermənistanda baş verən 

zəlzələ zamanı da atdıq. Nəticəsi nə oldu? Qarı düşməndən dost, söyüddən ağac olmaz.  

Azərbaycan Hökuməti sərhədlərin möhkəmləndirilməsi və gömrük işinin təşkilini yaxşılaşdırmaq 

məqsədi ilə 23 may 1919-cu ildə daha 2 qərar qəbul edir. Birinci qərar gömrüklə bağlı sərhədlərin qorunmasının 

təşkili ilə əlaqədar idi: 

Maliyyə Nazirinin Azərbaycan Respublikasında sərhəd xidmətinin təşkili barəsindəki Qanun layihəsi 

bəyənilsin və Parlamentin təsdiqinə təqdim edilməsi onun özünə tapşırılsın. 

Hökumətin ikinci qərarından çıxarışda göstərilir: 

Mərkəzi Qaçqın  Komitəsinin Maliyyə Nazirinə müraciəti 

Maliyyə Nazirinin Bakı gömrükxanasının ştatlarının artırılması barəsindəki Qanun layihəsi bəyənilsin 

və Parlamentdə təsdiq olunması üçün təqdim olunması ona həvalə edilsin. 

Burada maraqlı bir faktı da qeyd etmək yerinə düşərdi. ADR-in hakimiyyəti müddətində (çox təəssüf 

ki, cəmisi 23 ay yaşaya bilmişdi) Hökumətin iqtisadi siyasətlə bağlı qəbul etdiyi bütün qərarlar təsdiq olunmaq 

üçün Parlamentə - Milli Məclisə təqdim olunurdu. 

25 iyun 1919-cu ildə Azərbaycan Respublikasının Hökuməti Azərbaycanın şimal sərhəddində idxal və 

ixrac rüsumlarının tətbiqi barədə qərar qəbul etdi. Qərarda göstərilirdi: 

Maliyyə Nazirinə tapşırılsın ki, ölkənin şimal sərhəddində quru və dəniz yolu ilə aparılan və gətirilən 

bütün mallar, respublikanın digər sərhədlərində tutulan idxal və ixrac rüsumlarına uyğun  şəkildə gömrük 

rüsumlarına cəlb edilsin. 



14 

 

Hökumətin bu qərarından sonra Azərbaycan Respublikasının Parlamenti Qanun qəbul etdi: 



Azərbaycan Respublikasının sahi gömrük məntəqələrində  Gəmi yığımlarının tutulması haqqında 

Qanunu (14 iyul 1919-cu ildə qəbul olunmuşdur): 

1. 14 dekabr 1912-ci ildə  təsdiq olunmuş Ticarət Nizamnaməsinin 6531 və 6537 maddələrində (XI 

cild, II bölmə) və xüsusi Təlimatdakı müddəalara  əsasən, Azərbaycan Respublikasının sahil gömrük 

məntəqələrində, gəminin yük tutumundan asılı olaraq hər tona görə 50 qəp. gəmi yığımı ödənilir.  

2. 14.XII.1912-ci ildə təsdiq olunmuş Ticarət Nizamnaməsinin 6537  maddəsinin 3-cü, 4-cü və 7-ci 

bəndləri istisna olmaqla, qalan bütün bəndləri, xüsusi Təlimatın 35-ci paraqrafı, 3-cü, 5-ci və 8-ci punktlar 

istisna olmaqla, qalan hissələri öz hüquqi qüvvəsini saxlayır. 

3. 14.XII.1912-ci ildə təsdiq olunmuş Ticarət Nizamnaməsinin 6537 maddəsinin 3-cü və 7-ci (XI cild, 

II bölmə) və Xüsusi Nizamnamənin 3-cü və 8-ci puntları ləğv olunur. 

4. 14.XII.1912-ci ildə  təsdiq olunmuş Ticarət Nizamnaməsinin 6537-maddəsinin (XI.c.II.b.) 4-cü 

punktu və müvafiq olaraq xüsusi Təlimatın 5-ci punktu aşağıdakı redaksiyada verilsin; Azərbaycan limanlarının 

tabeçiliyinə verilmiş və yük tutumu 10 tondan az olan gəmilər gəmi yığımlarından azad edilir. 

Parlamentin sədrinin yerinə: 

Böyük Yoldaş Həsən bəy Ağayev 

 

Katib:  



 

 

Əhməd-Cevdət 



Dəftərxana müdiri: 

Vəkilov 


16.VII.1919 

№6320 


Çox maraqlı haldır ki, müstəqilliyinin 15 illiyini qeyd edən Azərbaycan Respublikası 1995-ci ilə qədər 

gömrük tarifi ilə bağlı, 1997-ci ilə qədər isə gömrük işinin təşkili ilə bağlı (“Gömrük Məcəlləsi” qəbul olunana 

qədər) keçmiş SSRİ-nin qanunlarından istifadə etməli olmuşdur. Ancaq əsrin  əvvəllərindəki müstəqil 

Azərbaycan Hökuməti gömrük işinin təşkili ilə bağlı qanunvericilik bazasını daha sürətlə formalaşdırmağa nail 

olmuşdur. 

Azərbaycan Respublikasının 28 iyul 199-cu ildə Ticarət, Sənaye və Ərzaq naziri A.Aminov (bəlkə də 

Əminov - red.) tərəfindən imzalanmış Hökumət Sərəncamı gömrük işinin təşkili və idarə edilməsi sahəsində 

hüquqi cəhətdən indiki Gömrük Məcəlləsi səviyyəsində bir sənət idi. Sərəncamda  əsas diqqət aşağıdakı 

məsələlər yönəldilmişdir: 

Ticarət, Sənaye və  Ərzaq Nazirliyi Nazirlər Sovetinin təsdiqi ilə edilmiş  aşağıdakı  əlavə  və 

dəyişiklikləri hamının nəzərinə çatdırır: 

1. Azərbaycan ərazisindən çıxarılması qadağandır: 

a) çörək və taxıl məhsulları; 

b) ğenzin və digər məhsulları çıxartmaq üçün istifadə olunan bidonlar istisna olmaqla, hər cür dəmir 

və mis məmulatları, polad; 

c) çay, qənd, sabun, kibrit və xam parça; 

ç) əzcəxana malları; 

e) dəmir yolu, poçt-teleqraf və telefon malları; 

i) gündəlik istifadə üçün istifadə olunan məmulatlar (saat, zəncir, qolbağ, üzük, baş sancağı, köynək 

qol sancağı (zaponki) və s.) istisna olmaqla; qızıl, gümüş və platindən hazırlanmış məhsullar; 

j) kağız və karton. 

Sərəncamın sonrakı hissəsində bu malların ölkədən çıxarılması şərtləri və onları qanunsuz çıxartmaya 

görə  nəzərdə tutulan cəzalar göstərilmişdir. Eyni zamanda Bakı limanından istifadə edən Xəzərətrafı ölkədən 

gətirilən və tranzit yolla yük aparan gəmilərin daşıdığı yüklərin gömrük ödənişlərinə  cəlb olunması  şərtləri, 

habelə tranzit yüklərinin gömrük anbarında saxlanması qaydaları müəyyən edilmişdir. Belə ki, Azərbaycan 

Respublikasının bağladığı ikitərəfli sazişlərdə  nəzərdə tutulan hallar istisna olmaqla, gömrük anbarlarında bir 

aydan artıq qaban yüklər, anbardan çıxarılarkən gömrük dəyərinin 1,5 miqdarı həcmində gömrük ödənişlərinə 

məruz qalır. Azərbaycan  ərazisinə  təmizlənmək üçün gətirilən çəltik, ölkə  ərazisindəki düyü təmizləmə 

dəyirmanında təmizləndikdən sonra, yalnız 50%-i ölkədən çıxarıla bilər. Qalan 50%-i isə təmizləmə haqqı kimi 

ölkədə qalmalıdır. Yarımfabrikat düyü məhsullarının isə 80%-i ölkə  sərhədlərindən kənara aparıla bilərdi. 

Düyünü təmizləyən dəyirman sahibləri isə, zəhməthaqqı kimi aldıqları düyünün 10%-i Ticarət, Sənaye və Ərzaq 

Nazirliyinə təhvil verməli idi. 

Hökumət sərəncamına görə ölkəni tərk edən vətəndaşlar özləri ilə rüsum ödəmədən aşağıdakıları apara 

bilərdilər: 

Şəxsi işləri ilə əlaqədar ölkə sərhədini keçən hər bir sərnişin özü ilə aşağıdakı ərzaq məhsullarını apara 

bilər: çörək - 10 funta qədər; pomidor - 2 funta qədər; qurudulmuş meyvələr - 10 funta qədər; təzə meyvələr - 15 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə