CüMŞÜd nuriyev



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə5/32
tarix08.07.2018
ölçüsü0,8 Mb.
#54483
1   2   3   4   5   6   7   8   9   ...   32

11 

 

Azərbaycan ən yaxın qonşusu olan Gürcüstanla iqtisadi əməkdaşlıq sahəsində münasibətlərin qurmağa 



başlayır. Yeri gəlmişkən bir şeyi qeyd edək ki, 1918-20-ci illərdə Ermənistanla iqtisadi əməkdaşlıq barədə heç 

bir sənəd yoxdur. Ancaq Azərbaycanın Ermənistana humanitar yardımı haqqında bir arxiv materialı vardır ki, 

bu barədə sonra məlumat verəcəyik. 

1919-cu il martın 2-də Tiflis şəhərində Azərbaycan və Gürcüstan hökumətlərinin birgə  yığıncağı 

keçirilir. Yığıncağın protokolunda göstərilir ki, əsas məsələ “Azərbaycanla Gürcüstan arasında ticarət-gömrük 

sazişi”dir. İclasa rəhbərliyi Gürcüstanın Maliyyə naziri edir. 

Yığıncaqda Gürcüstan tərəfdən hal mübadiləsi üzrə komitənin sədri, Gürcüstan Baş Gömrükçüsünün 

köməkçisi, Azərbaycan tərəfdən Maliyyə Nazirliyinin Gömrük şöbəsinin rəis  əvəzi (A.P, Lebedev), Gömrük 

bölməsinin müdir əvəzi (A.A.Molçanov) və Bakı Gömrük İdarəsinin rəisi (L.İ,Budanski) iştirak etmişdir. 

Gürcüstanın Maliyyə Naziri Sazişin layihəsini təqdim etdikdən sonra, müzakirələr zamanı razılaşdırılır ki, 

ölkələrin iqtisadi inkişafına 2 hal mənfi təsir göstərir: 1) malların ixracının qadağan olunması; 2) gömrük 

ödənişlərinə cəlb olunmanın müxtəlif xarakterli olması. 

Qarşılıqlı razılaşma əsasında tərəflər razılığa gəlir və saziş imzalanır. 

Gördüyünüz kimi, kifayət qədər problemləri olan Azərbaycan Respublikası iqtisadi əməkdaşlığa və 

iqtisadi inkişafa xüsusi önəm vermişdir. Hakimiyyətə gəldikdən qısa bir müddət sonra, yəni 1918-ci ilin oktyabr 

ayında gömrük işçilərinin aylıq əmək haqqı, tutduqları müvafiq vəzifələrə uyğun olaraq 1,5-2 dəfə artırılmışdır. 

Bəzən bu artım daha böyük olmuşdur. Məsələn,  əgər Bakı Gömrük İdarəsinin rəisi 1918-ci ilin mart ayında 

3900 rubl alırdısa, bu rəqəm həmin ilin oktyabrında 6600 rubl, 1919-cu ildə isə daha iki dəfədən çox artırılaraq 

14100 rubla çatdırılmışdır. Gömrük nəzarətçiləri dərəcəsindən asılı olaraq, 1918-ci ilin oktyabr ayında 5400-

6000 rubl alırdısa, 1919-cu ildə məvacib 10466-12125 rubl arasında dəyişirdi. Tərcüməçilər isə müvafiq olaraq 

1918-ci ildə 4800 rubl. 1919-cu ildə isə 9432 rubl əmək haqqı alırdı. Baş mühasibin əmək haqqı 5-ci dərəcəli 

gömrük nəzarətçisinin məvacibi ilə eyni idi (10466 rubl). 1919-cu ildə Bakı gömrükxanasında 9 nəfər nəzarətçi, 

4 nəfər mühasibat işçisi, bir tərcüməçi, bir gəmi  yoxlayıcısı, bir pakarauz yoxlayıcısı, 15 nəfər pakqauz və gəmi 

yoxlayıcılarının köməkçiləri, 25 nəfər dəftərxana məmuru, 90 nəfər isə gömrük yoxlayıcısı var idi. 

Ümumiyyətlə, Bakı gömrükxanasının şəxsi heyəti 155 nəfərdən ibarət idi. 

1919-cu ildə Azərbaycan Respublikasının Gürcüstanla sərhədində  aşağıdakı gömrük təşkilatları 

fəaliyyət göstərirdi: 

1) Poylu Gömrükxanası - II dərəcəli Azərbaycan dəmir yolunun Poylu stansiyasında 24 avqust 1918-ci 

ildən fəaliyyət göstərirdi. Rəisi Q.N.Popov idi; 

2) Saloğlu Gömrük postu - Elisavetpol quberniyası Qazax uyezdinin Saloğlu kəndində 1 dekabr 1918-

ci ildən fəaliyyətdə olub. Rəisi İ.İ.Qoliuski idi; 

3)  Şıxlı Gömrük postu - Elisavetpol (Gəncə) quberniyasının Qazax yezdinin Şıxlı  kəndində 1 

dekabr1918-ci ildən fəaliyyətdə idi. Rəisi V.Q.Xersonski olmuşdur; 

4) Balaxanı Gömrükxanası - II dərəcəli, Zaqatala quberniyasının Balakən kəndində 1.12.1918-ci ildən 

fəaliyyətdə olmuşdur. Rəisi Y.F.Kuppe idi; 

5) Maqalo Gömrükxanası - III dərəcəli, Zaqatala quberniyasının Maqalo kəndində 01.12.1918-ct ildə 

açılmışdır. Rəisi S.M.Voronin idi; 

6) Qabaqçöl Gömrük postu - Zaqatala quberniyasının Qalaqçöl (sənəddə Kovaxçöl kimi qeyd olunub - 

müəllif) kəndində 01.12.1918-ci ildə açılmışdır. Rəisi Q.İ.Fedrov idi; 

7) Marınçay Gömrük postu - Zaqatala quberniyasının Marınçay kəndində 01.12.1918-ci ildə 

açılmışdır. Rəisi M.A.Qadomski olmuşdur. 

Bu siyahını verməkdə iki məqsədimiz var. Birincisi, gördüyümüz kimi müstəqilliyini qazanan ADR 

qısa bir zaman ərzində, təxminən 4 aydan sonra Rusiya, Gürcüstan və Ermənistanla sərhəd bölgəsində 50-dən 

çox Gömrükxana, gömrük postu və karantin-nəzarət postu açmışdır. Bunlardan 18-i Gürcüstanla sərhəddə, 20-si 

Ermənistanla sərhəddə, qalanı isə Rusiya ilə  sərhəddə açılmışdır. Eyni zamanda 10-dək gömrük orqanı İranla 

sərhəddə açılmışdır. Bunlar barədə daha ətraflı məlumatlarla sonra tanış olacaqsınız. 

İkincisi, 100 ildən çox Rus İmperiyasının tərkibində olan Azərbaycanda qəsdən bir dənə də olsun milli 

gömrük işçisi yetişdirilməmişdir. Məhz ona görə  də Azərbaycan Cümhuriyyəti dövründə bütün gömrük 

təşkilatlarına qeyri-türklər rəhbərlik edirdi. Bu isə həm gömrük işinin təşkilində ciddi problemlər yaradırdı, həm 

gömrük işinin türkcə aparılmasını istisna edirdi, həm də hakimiyyətdə olan Müsavat Partiyasının imicinə ciddi 

ziyan vururdu. Daha doğrusu,  İmperiya həm ölkə daxilində, həm də ölkədən kənarda hakimiyyətdəkilər 

haqqında bacarıqsız təcrübəsizlər kimi bir fikir formalaşdırırdı. M.Ə.Rəsulzadənin devrilməsinin  əsas 

səbəblərindən biri də, rus təfəkkürlü və rus dilli dövlət məmurlarının hakimiyyətdə həddən çox təmsil olunması 

olmuşdur. Bütün bu çətinliklərə baxmayaraq, gömrük işinin təşkili sahəsində bir çox işlər görülürdü. 

Azərbaycandan aparılan mallar üçün müvəqqəti tarif qüvvəyə minmiş, xaricdən gətirilən  əsas  əmtəələr isə 

gömrük rüsumlarından azad edilmişdir. 




12 

 

21 oktyabr 1918-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq olunan 



“Müvəqqəti Tarif” cədvəlinə görə ölkədən çıxarılan aşağıdakı mallar ixrac gömrük rüsumuna cəlb olunurdu. 

1. Düyüdən başqa digər taxıl 

məhuslları, o cümlədən kartof, 

noxud və paxlalılar 

 

  - 


hər puda görə 

  20 


rub. 

2. Düyü 


 

 

 



 

 

 



 

 

 



30 rub. 

3. Un və hər 

cür 

yarmalar 



      30 

rub. 


4. Çörək, bişirilmiş   

 

 



 

 

 



 

40 rub. 


5. Mal, qoyun və digər piylər   

 

 



 

 

 



20 rub. 

6. Pendir, hər cürəsi   

 

 

 



 

 

 



20 rub. 

7. Yumurta hər 100 ədədinə görə 

 

 

 



 

 

10 rub. 



8. İnək və qoyun yağı, hər puda görə    

 

 



 

20 rub. 


9. 

Kürü          100 

rub. 

11. Balıq, qurudulmuş, duzlu və s. 



 

 

 



 

 

15 rub. 



12. Ev heyvanları: 

At    


 

 

 



 

- hər başa görə 

  20 

rub. 


İri 

buynuzlu 

mal-qara 

       25 

rub. 

Xırda 


buynuzlular 

       15 

rub. 

13. Tərəvəz, hər 



cürü 

 

  - 



hər puda görə 

  2 


rub. 

14. Meyvə və giləmeyvə, təzəsi  

 

 

 



 

 

2 rub 



     qurudulmuşu 

 

 



 

 

 



 

 

 



5 rub. 

15. Qoz, şabalıd  

 

 

 



 

 

 



 

 

3 rub. 



16. 

Çay          200 

rub. 

17. Tütün 



 

 

 



 

 

 



 

 

 



40 rub. 

18. 


Papiros 

 

   - 



hər ədədə görə 

 

 



2 qəpik. 

19. Qənd, 

bal 

 

   - 



hər puda görə 

  100 


rub. 

20. Araq, konyak  

 

 

- hər butulkaya görə  



rub. 


21. Çaxır 

 

 



 

 

 



 

 

 



 

50 qəp. 


Çəlləklə olduqda  

 

 



- hər vedrəyə görə 

  1 


rub. 

22. Sirkə 

 

 

 



 

 

 



 

 

 



3 rub. 

23. Duz  

 

 

 



 

- hər puda görə 

  1 

rub. 


24. Balıq yağı 

        100 

rub. 

25. Buynuz və dırnaqlar 



 

 

 



 

 

 



 

1 rub. 


26. Tüklər, 

 

   - 



hər cürəsi 

 

 



 

10 rub. 


27. Lələk və digər tüklər  

 

- hər puda görə 



  10 

rub. 


28. Yastıq və tük balışlar 

 

 



 

 

 



 

5 rub. 


29. 

Piy 


(vosk) 

        20 

rub. 

30. Şomular 



 

   - 


hər cürəsi  

 

 



 

80 rub. 


31. Dərilər: aşılanmamış  

 

 



 

 

 



 

10 rub. 


     aşılanmış   

 

 



 

 

 



 

 

40 rub. 



32. Dəri məmulatları 

       120 

rub. 

33. Gön çarıqlar 



 

 

 



 

 

 



 

 

40 rub. 



34. Rezin məmulatları 

        


100 

rub. 


Siyahıdan göründüyü kimi, Azərbaycandan xaricə təxminən 40-dan çox adda mal çıxarılmış. Bu həm 

ötən  əsrin  əvvəllərində ölkədən ixrac olunan malların çeşidləri haqqında təsəvvür yaradır, həm də dövlətin 

iqtisadi ticarət siyasətindən milli maraqları qoruması barədə kifayət qədər məlumat verir. 

Ölkəyə rüsumsuz gətirilən malların çeşidləri də çox müxtəlifdir: 

1. Taxıl və taxıl məhsulları, kartof, noxud, düyü 

2. Un, vermişel və makaronlar 

3. Hər cürə meyvə və tərəvəzlər 

4. Şirniyyat 

5. Çay, qənd, bal 

6. Yağ, pendir 

7. Tütün 

8. Duz, sabun - hər cürəsi 

9. Heyvan və heyvan məhsulları 

10. Şam, dəri və hər cür dəri məmulatları 

11. Meşə materialları və onlardan hazırlanmış məhsullar 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə