Əli Abasov Rəna Mirzəzadə
QENDERƏ GİRİŞ
(Cəmiyyətdə cinslərin sosial rolları və qarşılıqlı münasibəti problemləri)
MÜNDƏRICAT
Giriş
1. Qender: tarix, ideya və nəzəriyyələr.
2. Qender: tarix və nəzəriyyə
3. Feminizm, qadın hərəkatı, qender
4. Qender və mədəniyyət.
5. Cəmiyyətin feminist tənqidi.
6. Qenderin Azərbaycanda təşəkkülü və qender statistikası
7. Nəticə
8. Tədris proqramlar
9. Kiçik ensiklopediya
10. Əlavələr
GIRIŞ
XX əsrin son qərinəsində idrakda yeni istiqamətlərin yaranması müşahidə edilir. Bu
istiqamətlər ayrı-ayrı fənlərin çərçivəsinə yerləşmir, istər təbiət, istərsə də humanitar
xarakterli elmləçrin geniş sahələrinin ümumiləşməsini iddia edir. Təbii ki, bu da paralel
olaraq metodoloji dünyagörüşü və ümumi fəlsəfi problemlərə də toxunur. Eyni zamanda,
onlar bizim yaşadığımız dünya, bəşəriyyətin yaratdığı sivilizasiya və müəyyən sistemə
salınmış idrak üsulları haqqında qərarlanmış təsəvvürlərimizə də öz dəyişmələrini gətirir.
Bu baxımdan qlobal və sosial ekologiyanı, sistemli tədqiqatları, müasir inforomasiya
nəzəriyyəsini, sinergetikanı və bir sıra digər sahələri də buraya daxil etmək olar. Bu gün bu
istiqamətlərə son otuz ildə getdikcə daha çox aktuallıq kəsb edən, özünün nəzəri və
praktiki tətbiqini genişləndirən qender tədqiqaitlarını tam hüquqla daxil etmək olar. Təqdim
olunan dərslik respublikamızda qender tədqiqatilarına – «cinslərin qarşılıqlı münasibətinin
fəlsəfəsi»nə, mədəni ən'ənələrin təsiri altında cəmiyyətdə qadın və kişinin sosial
vəziyyətlərinə, onların rolları tədqiq edən istiqamətə həsr olunan ilkin tədqiqat yönümlü
kitabın (bax: Əli Seyd Abas oğlu və Rəna Seydrza qızı «Qender tədqiqatları», B., 1999)
yenidən işlənmiş nəşridir.
Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur. Qeyd
edək ki, MDB ölkələrində 10-15 il əvvəl dəbə düşüb, dünya praktikasında isə bu
tədqiqatların yaranmasının yaşı 30-dan artıq deyil. Qender tədqiqatlarının qaynaqlarında
əsasən qadınlar dururdu və buna görə də bəziləri səhvən, bəziləri isə bilərəkdən qender
mövzusunu qadın problemi ilə paralel müstəviyə gətirirlər. Bəs bu anlayışın tarixi haqqında
nə bilirik? Nə üçün Qərbdə bu problem belə aktualdır? «Qender nədir?» kimi sualların
cavabını axtararkəndə çox vaxt feminizmin «qenderi» əvəz etməsinə gəlib çıxırıq.
2
Kitabda mövzunun bir sıra əsas probleminin qoyuluşunu, tarixi-fəlsəfi yönümdə
izahını, klassifikasiyasını müəyyən araşdırmalarla verməyə çalışmışıq.
Burada əks olunan ümumi və xüsusən də respublikamıza aid problemlər kompleksi
qeyd olunan sahənin daha yeni və tədqiqata ehtiyacı olan məqamları ilə bağlıdır. Artıq bu
gün «qender» anlayışı ilə bərabər «qender elmi», «qender tədqiqatları» adlanan xüsusi bir
tədqiqat istiqamətləri də formalaşmaqdadır. Bir önəmli cəhəti nəzərinizə çatdıraq ki, artıq
Qərbdə qender problemləri üzrə sırf elmi mütəxəssislər hazırlanır, dərsliklər, kitablar nəşr
edilir. Dünya şöhrətli Oksford universitetində qender problemi üzrə dissertasiya işləri
yazılır, geniş həcmdə tədqiqat işləri aparılır. Sizə təqdim etdiyimiz kitab populyar xarakter
daşıyır və oxucuları qender problemlərin əsası ilə tanış etmək məqsədi güdür. Bu kitabda
ümumi «Qenderə giriş» tədris kursuna əhatə edən altı mühazirə mətni, iki tədris proqramı
verilmişdir. Qeyd edək ki, mühazirələr ya 12 saat və ya 20 saatlıq mühazirə kursları üçün
nəzərdə tutulmuşdur.
3
1. QENDER ANLAYIŞI HAQQINDA
ÜMUMI MƏLUMAT
•
Problemin mahiyyəti.
•
«Qender» anlayışı haqqında.
•
Qadın məsələsinə baxış.
•
Kişi və qadın stereotipiləri.
XX əsrin 60-cı illərindən etibarən Qərb ölkələrinin sosial elmlərində (antropologiya,
tarix, psixologiya, fəlsəfə və s.) işlədilən «qender» anlayışı qadın probleminin ələlxüsus,
cəmiyyətdə qadın və kişi münasibətlərinin təhlili ilə əlaqələndirilir. Qadın və kişi
münasibətlərinin adekvat təhlili üçün bioloji amillərin kifayət olması fikri də bu dövrə
təsadüf edir.
1
XX əsrin 70-ci illərindən qərb ədəbiyyatında, əsasən ingilisdilli ədəbiyyatda, sonralar
isə müxtəlif ölkələrdə, hazırda Azçərbaycanda da qender anlayışı haqqında müəyyən
tədqiqat cəhdləri və mülahizələri ilə rastlaşırıq.
Müasir dövrdə «Qender münasibətləri» dedikdə şərti olaraq cinslərin ancaq sosial-
mədəni sahədəki olan qarşılıqlı münasibətləri nəzərdə tutulur. Hərçənd bu baxış yekdilliklə
qəbul edilməyib
2
.
Uzun illər ərzində keçmiş SSRİ-də qadın probleminə dair hər hansı elmi görüşlərin
meydana çıxmasına, inkişafına keçirilməsinə imkan verilmirdi. Qərb isə belə hesab edirdi
ki, bu mövzu ilə bağlı keçmiş SSRİ məkanında heç bir ciddi tədqiqat işi aparılmadığından
və bu işə istiqamət verə biləcək xüsusiləşdirilmiş tədqiqat mərkəzləri olmamışdır. Qeyd
etmək yerinə düşər ki, yalnız «qadın məsələsi» mövzusuda araşdırmalar olmuşdur. Bu
təsadüfi deyildir. Uzun illər keçmiş Sovetlər İttifaqının təbliğat aparatı bütün dünyaya sübut
etməyə çalışmışdır ki, «bizim ölkədə» qadın məsələsi birdəfəlik həll edilmiş, qadınlarla
kişilərin bərabər hüquqluluğuna tam nail olunmuşdur. Məlum Sovet Hökuməti 1981-ci ildə
«Qadınlara münasibətdə ayrı-seçkilik ləğv olunması haqda Konvensiyaya» imza atmışdır.
İlk dəfə isə 1991-ci ildə Moskva şəhərində «Qender tədqiqatları: vəziyyəti və
prespektivləri» problemlərinə dair dünyanın qabaqcıl alimlərimnin iştirakı ilə Beynəlxalq
görüş keçirilmişdir.
Əksər qərb ölkələrində «feminist tədqiqataları», «qender tədqiqataları» və «qadın
problemləri tədqiqatı» məfhumları çox vaxt sinonim kimi işlədilmişdir. Lakin, elmi
praktikada ənənəvi anlayış kimi bu deyim «qadın problemlərinin tədqiqatı» məzmununda
qəbul edilir. Bu istiqamət «qadın probleminin elmi qolunun» həm nəzəri tədqiqetmə, həm
də təcrübi-öyrədən hissəsi kimi təhlil edilir. Tədqiqat bu baxımdan qadınların
ictimailəşməsinin tarixi prosesini əks etdirir, onun tərkib hissəsini, cinslərin mühüm
xüsusiyyətlərini araşdırır.
Qender – qadınların fəaliyyət proqramı olan Pekin Platformasında «cinsi
xüsusiyyətləri nəzərə alan elm» kimi xarakterizə olunur. Belə ki, Pekin Bəyannaməsinin 3-
cü Platformasında deyilir: «bütün dünyyada qender bərabərliyinə nail olmaqla bağlı
qadınların qarşısında qoyulan məsələlər ancaq kişilərlə tərəf-müqabillik əsasında həll
oluna bilər».
Qender tədqiqatları – bu, ilk növbədə cinsin sosial psixoloji və sosial mədəni
xüsusiyyətləri aspektindən öyrənilməsidir. Əlbəttə, burada iqtisadiyyat, siyasət və sosial
mühit də nəzərə alınır. «Qender tədlqiqatları» anlayışı bizdə nə elmdə, nə də içtimai
həyatda özünə yer tapmamışdırsa da, o öz predmetinə görə fəlsəfi və sosioloji tədqiqatlara
daha yaxındır. Bu baxımdan qadın hərəkatları inkişafının və qadınların vəziyyətinin sosial-
fəlsəfi aspektinin öyrənilməsini qeyd etmək olar. Lakin, bu tədqiqatların nəzərə çarpacaq
1
Бах: Р.Ибращимбяйова. «Эендер эцнцн тялябидир» мягаляси, Б., 1998.
2
Бах: И.Кон. «Введение в сексологии». М., 1989.