Aberdeen : norway : dubai : singapore : mexico



Yüklə 91,94 Kb.
Pdf görüntüsü
tarix02.01.2018
ölçüsü91,94 Kb.
#19132


www.monitor-systems-engineering.com

Monitor Systems



ABERDEEN : NORWAY : DUBAI : SINGAPORE : MEXICO 

 


          

Mündəricat

Giriş

Keyfiyyət



Gəmi İdarəetmə Sistemi (GİS)

Ballasta Nəzarət və Çənin Ölçülməsi

Gəmi Dibinin Ölçülməsi və Nəzarət

Estakada Faza Differensialı Monitorinqi (EFD)

Ərazidə Tədqiqat, Təmir, Dizayn və Tikinti 

Səpmə Yükü Çəninə Nəzarət və Monitorinq

Tullayışa Qarşı Preventor (TQP) nəzarəti

Su Keçirməz Qapının Monitorinqi və Nəzarət

Burğu və Boşluqda Sızıntı Aşkarlama

Dəyərlər


Lövbər Braşpili Monitorinqi 

Avadanlıq Həyəcan Siqnalı Monitorinqi

Yanğın Əleyhinə Arakəsmələrin Monitorinqi Sistemi 

Qazma Məlumatının Əldə Olunması

Quyuya Nəzarət (HPHT) 

Yenilikçi Mühəndislik

Əks Osmos Suhazırlayıcıları

Helikopter Sahəsi və Ətraf Mühit Monitorinqi 

Kran və Sifariş Əsasında Hazırlanan Yük Monitorinq

Piratçılıq Əleyhinə Mexanizm və Dənizdə Təhlükəsizlik

Layihə İdarəetməsi 

Mənbə və Təchizat

04 - 05

06 - 07


08 - 09

10 - 11


12 - 13

14 - 15


16 - 17

18 - 19


20 - 21

22 - 23


24 - 25

26 - 27


28 - 29

30 - 31


32 - 33

34 - 35


36 - 37

38 - 39


40 - 41

42 - 43


44 - 45

46 - 47


48 - 49

50 - 51


www.monitor-systems-engineering.com

02 - 03


Giriş

M

onitor  Systems  Scotland  Limited,  1997-ci  ildə  Aberdində  açıq 

dənizdə  qazma  buruqları  və  platformalarında  etibarlı,  keyfiyyətli, 

fərdiləşdirilmiş  təhlükəsizlik  avadanlıqlarına  nəzarət,  eləcə  də 

təhlükəli  və  təhlükəsiz  mühitlərin  müşahidəsi  məhsullarına  artan 

tələbatı ödəmək üçün təsis olunmuşdu.

Təsis  olunandan  bəri,  Monitor  Systems  özünü  bir 

çox  sənaye  sahələrini  təmsil  edən  kiçik  və  çoxmillətli 

təşkilatlar üçün sifariş əsasında hazırlanan təhlükəsizlik 

üzrə  elektrik/elektron  nəzarəti  və  müşahidə  alətlərinin 

aparıcı  təchizatçısı  kimi  doğrultmuş,  inkişafa  görə 

artıq  üçüncü  dəfədir  ki,  Deloitte  Technology  Fast  50 

mükafatına layiq görülmüşdür.



www.monitor-systems-engineering.com

04 - 05


Keyfiyyət

M

onitor  Systems  prosedurları  daim  nəzarətdə  saxlamaqla,  mütəmadi 

keyfiyyət  proqramına  sadiqdir.  Biz,  BS  EN  ISO  9001  və  First  Point 

sertifikatlarına  malikik.  Monitor  Systems,  müştəriləmizin  dünya  səviyyəli 

məhsullar  və  xidmətlərə  olan  tələbatını  ödəmək  üçün  tələb  olunan, 

fəaliyyətlərin  və  proseslərin  tamamını  əhatə  edən  keyfiyyətə  nəzarət 

sistemindən istifadə edir. Təhlükəsizliyə çox böyük önəm verməklə yanaşı, 

Monitor  Systems,  öz  işçiləri  və  podratçılarının  yerinə  yetirdikləri  bütün 

fəaliyyətləri müəyyən edən təhlükəsizlik prinsipləri toplusunu qəbul etmişdir.

Şirkət,  göstərilən  xidmətlərin  və  hazırlanan  məhsulların  keyfiyyətinin  ən  yüksək 

standarta,  yerli  və  beynəlxalq  standartlara  uyğun  olmasını  və  müştərinin 

ehtiyaclarına və müqavilə tələblərinə cavab verməsini təmin etməkdə qərarlıdır. 

Monitor  Systems,  Keyfiyyətə  Nəzarət  Sistemimizə  uyğun  olaraq  səmərəli  iş 

keyfiyyəti üçün bacarıqlı, ixtisaslı mühəndislərimizin və işçi heyətimizin mütəmadi 

olaraq müşahidə və nəzarət olunmasını təmin edir.

www.monitor-systems-engineering.com

06 - 07



Gəmi 

İdarəetmə

(GIS)

B

izim Gəmi İdarəetmə Sistemimiz bütün gəmidə müxtəlif sistemləri və prosesləri 

müşahidə və onlara nəzarət etmək üçün tərtib olunub.  Ballast, Səpmə Yükünü 

Ötürmə, Gəmi Dibi, Yanacaq Ötürməsi, Təmiz Su, Yağlı Su Ayırıcıları, Avadanlıq 

Həyəcan  Siqnalı  Sistemləri,  eləcə  də  Ziyansızlıq  və  Sabitlik  üzrə  Proqram 

Təminatı tək Nəzarət Sisteminə inteqrasiya oluna bilər.

Ərazidə  sınanmış  sensorlar  və  avadanlıq  ilə  yanaşı,  rezerv  emal  qurğusunun  və 

proqram təminatının istifadəsi vasitəsilə etibarlılıq təmin olunur. Nəzarət Stansiyaları 

gəmidə müxtəlif yerlərdə yerləşdirilə bilər. HMİ-lar fərdi sistem nəzarətini və göstəricini 

təmin etmək üçün yerli stansiyalara inteqrasiya oluna bilər. Tam və ya məhdud nəzarət 

funksiyaları ilə çoxsaylı nəzarət stansiyaları qurula bilər. Məlumatlar real vaxt rejimində 

qiymətləndirilə bilər və ya ixrac və kənar təhlil üçün bərk diskdə saxlanıla bilər.

www.monitor-systems-engineering.com



08 - 09


BALLASTA

NƏZARƏT VƏ

ÇƏNİN

ÖLÇÜLMƏSİ

M

onitor  Systems  bütün  dünyada  yarım-sualtı  qurğular  üçün  Ballasta  Nəzarət 

Sistemlərinin və Özüqalxan Platforma üçün Yükləmə Öncəsi Çən Ölçülməsinin dizaynı, 

layihə idarəetməsi, quraşdırma və işə salınması üzrə sınanmış keçmişə malikdir. Bizim 

Ballasta  Nəzarət  Sistemi,  ballast  çəni  səviyyəsinin  dəqiq  ölçüsünü  verməklə  Çən 

Ölçməsini ehtiva edir. Ballast Nasosları, Ballast Klapanları və Ötürücülərinə nəzarət 

operatora bütün Ballast Sisteminə nəzarət imkanı verir. Əməliyyatları gücləndirmək üçün 

axın sürəti və boşalma təzyiqi müşahidə oluna bilər. Düyməyə basmaqla əməliyyatçının 

müvafiq həcmi doldurması və ya boşaltmasına şərait yaratmaq üçün avtomatlaşdırılmış 

doldurma və boşaltma şablonları əlavə oluna bilər.

Bizim  Çən  Ölçmə  Sistemimiz  Ballastda,  Dizel  Yağında,  Mədən  Suyu  Yağında,  Mədən 

Məhlulunda, Drenaj Suyunda, İçməli Suda və Qazma Su Çənində suyun həcminin müşahidə 

və qeyd olunması üçün etibarlı və sadə bir metod təmin edir.  Çən səviyyəsinin mütəmadi 

olaraq  ölçülməsi  çətin  manual  zondla  tədiq  etmə  zərurətini  aradan  qaldırır.  Çən  Həcmi  və 

Çəkisi, Çən Səviyyəsindən əldə olunur və HMİ ekranlarında qrafiki şəkildə nümayiş olunur.

www.monitor-systems-engineering.com

10 - 11



Gəmi

Dibinin

Monitorinqi

və Nəzarət

G

əmi  Dibinin  Monitorinqi,  gəmi  dibi  suyunun  uzaqdan  sadə  və  səmərəli 

monitorinqini  təmin  edir.  Əməliyyatçı  sahəsində  yerləşən  HMİ-lar  bütün  gəmi 

dibi çənlərinin statusunu aydın göstərir, eləcə də su basması barədə xəbərdarlıq 

etmək üçün səsli həyəcan siqnalları buraxır.

Gəmi Dibi Nəzarəti, artıq suyu təhlükəsiz şəkildə çıxarmaq üçün ejektorlara və klapanlara 

nəzarət etmək üçün asanlıqla Gəmi Dibinin Monitorinqi sisteminə inteqrasiya oluna bilər.

Tam əvəzedici rezerv sistemi təmin olunur. Gəmi dibi sensorları, çox səmərəli aşkarlama 

sistemini  təmin  etmək  məqsədi  ilə  həm  mütəmadi  xəta  müşahidəsi  cihazı  həm  də 

uzaqdan idarə olunan sınaq avadanlığıdır, beləliklə də istismar və sınaq üçün əlçatmaz, 

uzaq yerlərə girmək ehtiyacı aradan qalxmış olur.

Gəmi Dibi Nəzarət Sistemləri mövcud gəmi dibi klapanlarına asanlıqla birləşdirilə bilər və 

ya yeni işə salınmış klapanlar təchiz oluna bilər.

www.monitor-systems-engineering.com



12 - 13


Estakada

Faza 

Differensialı 

Monitorinqi 

(EFD) 

(RPD)

Y

ükqaldırma  əməliyyatları  zamanı  Estakada  Faza  Differensialının  monitorinqi 

mümkün  dayağın  həddən  artıq  yüklənməsi  barədə  öncədən  məlumat  verə  bilər. 

Yükqaldırma  əməliyyatları  zamanı  mütəmadi  manual  Estakada  Faza  Ölçməsinin 

yerinə  yetirilməsi  həm  çətindir,  həm  də  xəta  ehtimalı  böyükdür.  Estakada  Faza 

Differensialı Monitorinq Sistemi hər bir dayaqda Estakada Faza Fərqini qeydə almaq 

və ölçmək üçün dəqiq elektron/mexaniki sistem təmin edir. 

Monitoring  Systems  M1000  Estakada  Faza  Differensialı  Monitorinq  Sistemi,  dayağın 

işə  salınmasının  avtomatlaşdırılmış  real-vaxt  monitorinqini  təmin  etməklə,  müntəzəm 

manual ölçmə ehtiyacını əvəz edərək işə salma vaxtını böyük ölçüdə azaldır. EFD (R.P.D) 

Monitorinq  Sistemi  EFD  xətalarını  aşkar  edir  və  xətaları  dayandırmaq  üçün  lazım  olan 

korrektiv tədbirləri yönləndirir.  EFD (R.P.D.)  Monitorinq Sistemi həmçinin Rezerv Dayağı, 

Gövdədən Aşağıda olan Dayaq, Uca Qədər Olan Məsafə və Dayağın Penetrasiyası kimi 

parametrləri təmin etməklə dayaq mövqeyini izləyir və bu barədə məlumat verir.

www.monitor-systems-engineering.com

14 - 15



Açıq Dənizdə Özüqalxan 

Platformalar, Yarım-sualtı qurğular, 

FPSO-lar və platformalar üçün

Təhlükəsizliyə Nəzarət və 

Monitorinq Sistemlərinin 

          yerində Tədqiqatı, Təmiri, 

Dizaynı və Quraşdırılması

... etdiyimiz hər şey

missiyamız, dəyərlərimiz və gələcəyə

baxışımızdan ilhamlanır.

www.monitor-systems-engineering.com

16 - 17



Səpmə

Yük Çəninə 

Nəzarət və 

Monitorinq

B

izim  Səpmə  Yük  Çənini  Monitorinq  Sistemimiz,  Qazma  Mayesi  və 

Sement Qarışdırma Əməliyyatları üçün Səpmə Yükünün (Barit, Bentonit, 

Sement və s.) miqdarını ölçür. Müvafiq Çənə uyğun olması üçün müxtəlif 

sensorlardan istifadə oluna bilər. İdarə Olunan Dalğa Radarı ən çox istifadə 

olunan  ölçmə  metodu  olsa  da,  Hidravlik  Yük  Sensoru,  Deformasiya 

Sensoru, Həcmə Əsaslanan Sensorlar və s. istifadə oluna bilər.

Müxtəlif proses klapanlarını idarə etmək üçün Səpmə Yükü Çəninə Nəzarət, 

Səpmə Yükünün Monitorinqi Sistemlərinə inteqrasiya oluna bilər. Tarazlaşdırıcı 

Çən  Çəkisi,  mövcud  Hidravlik  Yük  Sensorlarından  əldə  oluna  bilər.  Səpmə 

Yükünün Ötürülməsi sürətinə proporsional drossel (tənzimləyici) klapanlarından 

istifadə etməklə nəzarət oluna bilər.

www.monitor-systems-engineering.com

18 - 19



Tullayışa 

Qarşı

Preventor

a Nəzarət

(TQP)

(BOP)

M

onitor Systems TQP Nəzarət Sistemi, həm bizim təkrarsız incə basma düyməsi 

panel dizaynı, həm də yüksək riskli ərazilərdə işləmək üçün tam rezervli PLC nəzarət 

vasitəsilə  quyuya  nəzarət  üçün  müştərilərini  etibarlı,  fərdiləşdirilmiş  interfeys  ilə 

təmin edir.

Yüksək riskli sahə üzrə Qazma Qurğularına Nəzarət Panelləri və Diverter Panelləri, basma 

düyməsinə  nəzarət  və  bütün  blok  funksiyaları  ilə  bağlı  LED  indikatoru  ilə  təmin  olunur. 

Sistem Təzyiqi Qığılcım Təhlükəsi Olmayan Ölçü Cihazlarında göstərilir.  Axın sürəti və 

həyəcan siqnalı da təmin edilir.

Qazma Ustası İmitatoru panelləri də tam və ya məhdud funksiyalar ilə təchiz oluna bilər. 

Fövqəladə Hala Nəzarət Panelləri də Təxliyyə Çıxışı və Xilasedici Qayıq Stansiyalarında 

həlledici funksiyalar üçün təchiz olunub.  Fərdiləşdirilmiş Təzyiq Düyməsi, Təzyiq Sensoru 

və Solenoid Panellər, bütün fərdi tələblərə cavab verməsi üçün Koomey bölməsinə birbaşa 

bağlantı ilə təmin oluna bilər.



Qazma Ustası Paneli                                           Qazmaçı Paneli

www.monitor-systems-engineering.com



20 - 21


Sukeçirməz

Qapı

Monitorinqi

və Nəzarət

S

ukeçirməz/Havakeçirməz  Qapı  və  Lyukların  idarə  olunması  gəminin 

toxunulmazlığını və stabilliyini saxlamaq üçün çox vacibdir. Sistem bütün qapı və 

lyukların mütəmadi monitorinqini və qeydə alınmasını təmin edir.

Ekranlar  hər  bir  qapının  və  lyukun  statusunu  və  yerini  göstərir,  beləliklə  əməliyyatçı 

hansının açıq və ya qapalı olduğunu müəyyən etməkdə çətinlik çəkmir. Müəyyən edilmiş 

vaxtdan sonra hər hansı qapının açıq qalması durumunda həyəcan siqnalı qurula bilər.

Sistem  ayrıca  istifadə  oluna  bilər  və  ya  Gəmi  İdarəetmə  Sisteminə  inteqrasiya  oluna 

bilər. Əgər tələb olunarsa, lokal indikatorlar və lokal səsli həyəcan siqnalları da ayrı-ayrı 

qapılarda quraşdırıla bilər.

www.monitor-systems-engineering.com



22 - 23


Burğu və 

Boşluqda 

Sızıntı 

Aşkarlama

B

urğu və Boşluqda Sızıntı Aşkarlama Sistemimiz gəminin sukeçirməzliyinin mütəmadi, 

avtomatik monitorinqini aparır.

Yüksək rezerv səviyyəsi, SİL təsdiqli sensorlar ilə birgə çox effektiv və etibarlı bir sistemi təmin 

edirlər. Tam gəmi sukeçirməzliyini müşahidə etmək üçün sızıntı aşkarlama detektorları Burğulara, 

Gəmi Dibi Qablarına və ya Boşluqlara sonradan yerləşdirilə bilər.

Sızma sensorları, çox səmərəli aşkarlama sistemini təmin etmək məqsədi ilə həm mütəmadi 

xəta müşahidəsi cihazı həm də uzaqdan idarə olunan sınaq avadanlığıdır, beləliklə də istismar 

və sınaq üçün əlçatmaz, uzaq boşluqlara girmək ehtiyacı aradan qalxmış olur.

Monitor  Systems-in  Burğu  və  Boşluqda  Sızıntı Aşkarlama  Sistemi  üstün  funksionallığı  təmin 

etmək məqsədi ilə bizim Gəmi Dibinə Nəzarət Sistemi ilə asanlıqla inteqrasiya oluna bilər.

www.monitor-systems-engineering.com



24 - 25




Məqsədlərimiz

aşağıdakılara görə müştəriləmiz tərəfindən 

tanınmağımızdır:

°

 



əla mühəndislik

°

 



xidmətimizin keyfiyyəti

°

 



işçilərimizin təcrübəsi

°

 



innovasiya və mükəmməlliyin ən yaxşı forması

°

 



mühəndislik üzrə bazarda aparıcı iş keyfiyyəti

°

 



ROİ (investisiyaya görə mənfəət) əsaslı layihə

      idarəetməsi

°

 



inteqrasiya olunmuş təchizat sistemlərinə sadiqlik

°

 



təklifimizin rəqabətliliyi

°

 



insanların və aktivlərin təhlükəsizliyi

.... iş keyfiyyətinin ölçülməsi vasitəsilə ilbəil 

təkmilləşdirmələr.”

Dəyərlər

Mədəniyyətimizin özəyini 

mütəxəssis dəniz alətləri 

üzrə öncül mühəndislik 

şirkəti olmaq barədə 

qətiyyətimiz təşkil edir. 

www.monitor-systems-engineering.com



26 - 27


Lövbər 

Braşpilinin 

Monitorinqi

B

izim Lövbər Braşpilinin Monitorinqi Sistemi bucurqad növlərinin monitorinqi üçün 

istifadə  oluna  bilər.  Sistem,  əsasən  lövbər  zəncirinin  Yüklənməsini,  Uzunluğunu  və 

Sürətini  müşahidə  etmək  üçün  istifadə  olunsa  da,  tələb  olunarsa  əyləclərə  nəzarət, 

fövqəladə hallarda söndürmə funksiyaları da əlavə oluna bilər.

Hər  bir  bucurqad  köşkündə  olan  lokal  HMİ  stansiyaları  əməliyyatçıya  istənilən  bucurqad 

barədə məlumatları görmək imkanı verir, beləliklə də təhlükəsizlik barədə məlumatlılığı artırır. 

İstifadəçilərə xəbərdarlıq etmək üçün bucurqad barədə bütün məlumatlar nəzarət otağındakı 

mərkəzləşdirilmiş  HMİ-ya  ötürülə  bilər.  Məlumatlar  qeyd  olunur  və  kənar  təhlil  üçün  ixrac 

oluna bilər.

Lövbər Bucurqadının Monitorinqi Sistemi, Yük Sensoru, Yük Ölçmə Sancağı, Şifrələyici və ya 

Yaxınlıq Sensoru kimi mövcud və ya yeni sensorlarla bağlantı qura bilər. Biz həmçinin Lövbər 

Bucurqadının Monitorinqi Sistemlərimiz üçün tam kalibrasiyanı da təmin edə bilərik.

www.monitor-systems-engineering.com



28 - 29


Avadanlıq 

Həyəcan 

Siqnalı

Monitorinqi

B

izim Avadanlıq Həyəcan Siqnalı Monitorinqi Sistemimiz, mühərriklərin, 

nasosların, ventilyatorların və digər elektro-mexaniki vasitələrin əməliyyat 

statusunu əhatə edən görüntülü və səsli idarəetmə alətidir.

Buruq  avadanlıq  və  cihazlarında  sürət,  temperatur,  yağ  təzyiqi,  vibrasiya, 

tullantı qaz, su soyuducu, dayaq temperaturu və s. kimi əsas funksiyaları ölçür.

İdarəetmə məlumatı, tələbə əsasən Nəzarət Otaqlarında, Mühərrik Otaqlarında, 

Seminarlarda  və  digər  yerlərdəki  toxunuşlu  ekrana  malik  HMİ  panellərinə 

ötürülür. Bütün həyəcan siqnalları və əsas parametrlər qeyd olunur və kənar 

təhlil üçün ixrac oluna bilər. Proqram təminatı tərtibatı müvafiq yerlərdə müvafiq 

həyəcan siqnalının işə salınmasını təmin edir.



30 - 31

www.monitor-systems-engineering.com



30 - 31


Yanğın 

Əleyhinə 

Arakəsmələ

rin (Damper) 

Monitorinq

Sistemi

Y

anğın  Əleyhinə  Arakəsmələrin  statusunun  monitorinqi  əməliyyatçılar 

tərəfindən yanğının və qazın yayılmasının qarşısının alınması baxımından 

vacibdir  və  xüsusilə  fövqəladə  hal  zamanı  təhlükəsiz  sığınacaqların 

qorunması  üçün  önəmlidir.    Yanğın  Əleyhinə  Arakəsmələrin  statusu 

fövqəladə hallarda çıxış marşrutlarının planlaşdırılması üçün çox önəmli 

ola bilər.

Bizim  Yanğın  Əleyhinə  Arakəsmələrin  Monitorinqi  Sistemimiz  bütün  vacib 

yanğın  arakəsmələrinin  dəqiq,  mütəmadi  real-vaxt  rejimində  monitorinqini 

aparır.


Əsas  məlumat  Nəzarət  Otaqlarında  və  Təhlükəsiz  Sığınacaq  Yerlərində 

yerləşən HMİ-larda aydın şəkildə göstərilir. Yanığın Arakəsməsi məlumatı təhlil 

və təlim məqsədilə qeyd oluna bilər.

30 - 31

www.monitor-systems-engineering.com



32 - 33


Qazma 

Məlumatının 

Əldə 

Olunması

B

OHR  İnstrument  Systems  BV  ilə  əməkdaşlıq  çərçivəsində  Monitor 

Systems  şirkəti  Tam  Qazma  Məlumat  Sistemi  olan  Drill-Pro-nun  təchiz 

olunmasını,  quraşdırılmasını  və  işə  salınmasını  təmin  edir.        Monitor 

Systems 1998-ci ildən bəri BOHR-un distribusiya əməkdaşıdır və sistem 

satışlarını,  quraşdırma  və  dəstəyi,  zavodda  təlim  görmüş  texnikləri, 

ehtiyat hissələrini və istehlak mallarını təmin edir.

Drill-Pro  (Qazma  Məlumatının  Əldə  Edilməsi  Sistemi)  qazma  əməliyyatları, 

qazma  prosesi  və  digər  mədən  məhluluna  həssas  fəaliyyətlər  zamanı  vacib 

qazma  parametrləri  barədə  vaxtında,  dəqiq  məlumat  təmin  edir.  Drill-Pro, 

qazmaçı  heyəti  kompakt  19  düym  TFT  monitoru  vasitəsilə  vacib  qazma 

məlumatı ilə təmin edir.

Sistemin Tam Satışı və ya Kirayəsi təklif olunur.

30 - 31

www.monitor-systems-engineering.com



34 - 35


Quyuya

Nəzarət

(HPHT)

B

izim Quyuya Nəzarət panelləri və pultları ötən zaman ərzində etibarlı 

dizayna malik, yüksək keyfiyyətli məhsul olduqlarını sübuta yetirmişlər.

Monitor Systems müştərinin tələblərinə cavab verən, inteqrasiya olunmuş həll 

variantı olan elastik dizayn təklif edir. Bütün panellər yüksək-riskli Zona 1 və 

2-də, həm də Təhlükəsiz Sahədə işləmək üçün dizayn oluna və hazırlana bilər. 

Biz öz üzərimizə HPHT Monitorinqini, Qlikol İnjectorunu, Manifold Təzyiq və 

Tempratur  Monitorinqini,  Hidravlik  Sürgü  Monitorinqi,  Göyərtə  Üstü  Klapana 

Nəzarət, TQP (Tullayışa Qarşı Preventor) Tədqiqi, Nasos Gediş Sayğacı və 

Ştruser Nəzarətini götürürük. 



16

30 - 31

www.monitor-systems-engineering.com



36 - 37


Yenilikçi 

Mühəndislik

... Neft və qaz, dənizçilik sahələrində 

sifariş əsasında hazırlanmış 

təhlükəsizliyə nəzarət və monitorinqin 

idarə olunması sistemi üzrə 

mütəxəssislər

30 - 31

www.monitor-systems-engineering.com

38 - 39


Əks Os-

mos Su 

Hazırlayıcıları

C

’Treat  Watermakers-in  eksklüziv  Avropa  distributor  əməkdaşı 

olduğumuza  görə  çox  qürurluyuq.  1980-ci  ildə  təsis  olunmuş  C’Treat, 

innovativ  dizayn,  ərazidə  sınaqlar  və  əks  osmos  sahəsində  ən  son, 

sınanmış texnologiya ilə yenilikləri birləşdirərək sürətli inkişafı təmin edir.

Monitor Systems açıq dənizdə neft və qaz sənayesi üçün ən sadə, etibarlı və 

qənaətcil istifadəsi olan əks osmos su hazırlayıcılarını təchiz edə bilər.

Əlavə olaraq, Monitor Systems-də 24/7/365 gün rejimində əks osmos duzdan 

arındırma suhazırlayıcılarını quraşdıran, xidmət göstərən və işə salan (zavodda 

təlim görmüş) mühəndisləri var.



30 - 31

www.monitor-systems-engineering.com



40 - 41


Helikopter 

Sahəsi və Ətraf 

Mühitin

Monitorinqi

M

onitor  Systems  açıq  dənizdə  çoxçeşidli  gəmilər  üçün  helikopter 

sahəsi  və  ətraf  mühitin  meteoroloji  monitorinqi  sistemlərinin  təcrübəli 

təchizatçısıdır.

Helikopter  Sahəsi  Monitorinq  Sistemləri,  helikopter  əməliyyatlarının 

təhlükəsizliyini artırdığına görə açıq dəniz mühiti üçün xüsusilə əhəmiyyətlidir. 

Təchiz  olunan  bütün  Helikopter  Sahəsi  Monitorinq  Sistemləri  CAA  CAP437 

daxil olmaqla, dünyadakı bütün qayda və qanunlara uyğundur.

Ətraf Mühit Monitorinq Sistemləri vacib meteoroji və hava proqnozu məlumatını 

təmin  edir.  Külək,  Temperatur,  Barometrik  Təzyiq,  Dəniz  Cərəyanı,  Dalğa 

Hündürlüyü,  Aşağı/Yuxarı  İstiqamətlər  və  Rotasiya,  Görüntü  və  Bulud 

Hündürlüyü  dəqiqliklə  ölçülə  bilər  və  istifadəçi  üçün  asan  anlaşılan  şəkildə 

təqdim oluna bilər.



30 - 31

www.monitor-systems-engineering.com



42 - 43


Kran və 

Fərdiləşdirilmiş 

Yük Monitorinqi

B

iz  istənilən  çəki  sistemləri  və  əməliyyatları  üçün  monitorinq  sistemlərini  təmin 

edə bilərik. Tipik sistemlərə braşpil xəttinin, Kanatın, Gəmi Lövbər Yüklənməsinin, 

Yanalma  Üzgəci  Yüklənməsinin,  Gəmi  Yedəkləmə  Yüklənməsinin,  Modul  üzrə 

Tərəzidə  Çəkmənin,  Dənizaltı  Şumlamanın  və  Kabel  Bərpa  Sistemlərinin  yük 

monitorinqi daxildir.

Kran Üçün Təhlükəsiz Yük indikatorları Çıxışsız Yük Sensorları, Kanat Tenzometrləri, Yük 

Sancaqları, Kranın Oxunun Uzunluğu Sensorları, Kranın Oxunun Bucağı Sensorları, İkili 

Blok  Əleyhinə  Qurğu,  və  Küləyin  Sürətinin  Müşahidəsi  Cihazı  kimi  müxtəlif  opsiyalarla 

təchiz oluna bilər. Bizim Təhlükəsiz Yüklənmə İndikatorlarının tamamlayıcısı olaraq, Monitor 

Systems Kran CCTV sistemlərini də təklif edə bilər.

Monitor Systems, bütün yük monitorinqi avadanlığı üçün tam satış, təchizat, quraşdırma 

və işə salma xidmətini təmin edir. Bizim təcrübəli  texniki, elektron və elektrik mühəndisləri 

heyətimiz məhsul çeşidinə tam bələddirlər və bütün düynayada çoxlu müştərilər üçün sifariş 

əsasında hazırlanan sistemləri quraşdırmış və işə salmışlar.



30 - 31

www.monitor-systems-engineering.com



44 - 45


Piratçılıq 

Əleyihinə 

Mexanizm 

və Dənizdə 

Təhlükəsizlik

M

onitor Systems Dənizdə Təhlükəsizlik Aşkarlama Sistemlərini dizayn, təchiz edir 

və quraşdırır. Bizim sistemimiz, gəmilərin işlədiyi istənilən yerdə gəmiləri, buruqları, 

platformaları  və  boruları  terror  akları,  girov  götürmə,  piratçılıq  və  digər  təhlükələrə 

qarşı xəbərdar edən göyərtə üstü təkmil həyəcan siqnalına malik əhatəli, çoxsəviyyəli 

təhlükəsizlik yanaşması ilə təmin edir.

Perimetr  sensorları,  infra-qırmızı  izləmə,  gün/gecə  görüntülü  kameralar  və  göyərtə  üstü 

radar avadanlığından istifadə etməklə, bizim aşkarlama sistemimiz gəmidən kənar hissələri 

də əhatə edən təhlükəsiz perimetr şəbəkəsini təmin edir.



30 - 31

www.monitor-systems-engineering.com



46 - 47


Layihə 

İdarəetməsi

S

abit və uğurlu layihə icrası tam öhdəlik tələb edir.   Monitor Systems 

şirkəti  olaraq  biz,  layihə  riskini  azaltmaqla  və  investisiyaya  görə 

mənfəəti artırmaqla, gündəlik olaraq bu öhdəliyi nümayiş etdirən Layihə 

İdarəetməsi sistemini təmin edirik.

Müştərilərimizin ehtiyaclarını başa düşmək və mümkün və dəqiq layihə planları 

hazırlamaq, eyni zamanda layihələri həm vaxtında həm də büdcəyə görə bütün 

dünyada çatdırmaq üçün tələb olunan resursları toplamaqda böyük təcrübəmiz 

var.

30 - 31

www.monitor-systems-engineering.com



48 - 49


Mənbə



Təchizat

M

onitor Systems dünyanın istənilən yerinə keyfiyyətinə zəmanət verilən, 

neft  və  dənizçilik  sənayesi  avadanlığını,  ehtiyat  hissələrini  və  istehlak 

mallarının sürətli və səmərəli “tək mənbədən” təchizatını təmin edir.

Monitor Systems bir çox OMİ (orijinal məhsul istehsalçıları) şirkətləri ilə uzun-

müddətli təchizat müqavilələrinə malikdir və neft və dənizçilik mühitində işləyən 

müştərilərinin tələblərinə cavab verməkdə çox səriştəlidir.

Bizim iri xidmət və istehsal şirkətləri ilə “distributor müqavilələri” və “alqı-satqı 

müqaviləri”miz var.



30 - 31

www.monitor-systems-engineering.com



50 - 51


Monitor Systems Scotland Limited

3 Merkland Road East

Aberdeen, AB24 5PS

Scotland, UK



www.monitor-systems-engineering.com

Monitor Systems S.E. Asia Pte Ltd

Level 26, PSA Building

460 Alexandra Road

Singapore, 119963



www.monitor-systems-asia.com 

Yüklə 91,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə