Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə30/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   26   27   28   29   30   31   32   33   ...   91

səviyyəsini  xeyli  üstələməklə  kifayətlənməyib,  həm  də  ölkənin 
imkanlarını  üstələyirdi,  ən  başlıcası,  onun  təhlükəsizliyin, 
çiçəklənmənin  və  ərazi  bütövlüyünün  təmin  edilməsi  kimi  köklü 
strateji məqsədlərinə və həqiqi mənafelərinə uyğun gəlmirdi. 
Raket-nüvə  silahının  köməyi  ilə  «çəkindirmə»  strategiyasının 
həyata  keçirilməsi  dünya  siyasətinin  dinc,  sülhün  etibarlı  olmasına 
səbəb olmadı. «Nüvə çəkindirməsi» strategiyasından ən geniş istifadə 
dövründə beynəlxalq təhlükəsizliyin səviyyəsini belə bir fakt göstərir 
ki, həmin dövrdə dünyada qurbanlarının sayı milyonlara çatan 25-dən 
çox silahlı münaqişə baş vermişdir. 
Müasir şəraitdə «yeni nüvə dövlətləri»nin münaqişəli davranış 
strategiyasım  seçməsi  və  reallaşdırması  xüsusi  əhəmiyyət  kəsb  edir. 
Ümid  etmək  istərdik  ki,  Çin,  Hindistan,  Pakistan  kimi  ölkələr  20-ci 
əsrdə  nüvə  dövlətləri  arasında  münaqişənin  idarə  edilməsi 
təcrübəsindən dərs götürəcəklər. 
Münaqişənin idarə olunması strategiyası nə nüvə çəkindirməsi, 
nə də hərbi güclə təhdid etmə ilə məhdudlaşmır. Hələ nüvə silahı ilə 
sürətlə  silahlanmanın  qızğın  çağında  görkəmli  dövlət  xadimi  və 
beynəlxalq  münasibətlər  sahəsində  mütəxəssis  H.Kissincer  «Milli 
strategiyanın  problemləri»  mübarizələr  kursuna  girişdə  vurğulayırdı 
ki,  güc  obyektiv  amillərdən  olduğu  kimi,  psixoloji  amillərdən  də 
asılıdır. Müasir silahın ilkin məqsədi qorxutma olsa da, qorxutmanm 
özü yalnız hərbi deyil, həm də psixoloji problemdir. 
Bu  gün  dünya  səhnəsində  siyasi  məqsədlər  çox  vaxt  qan 
axıdılmaqla, nəhəng orduların hesabına deyil, ilk növbədə, intellektlə, 
elmlə, qabaqcıl hərbi texnika və informasiya vasitələri ilə əldə olunur. 
Sülh  və  təhlükəsizlik,  hərbi  güc  və  müdafiə  sənayesi  getdikcə  daha 
artıq  dərəcədə  elm  və  texnologiya  amili  üzərində  cəmləşir.  Lakin 
işlənib  hazırlanan  və  həyata  keçirilən  siyasi  strategiyaların  heç  də 
hamısı  qoyulmuş siyasi  məqsədlərin  məzmununun  formalaşdırılması 
və  səmərəli  şəkildə  reallaşdırılması  üçün  elm  və  texnologiyanın 
əhəmiyyətinin  artdığını  göstərmir.  20-21-  ci  əsrlərin  qovuşuğunda 
beynəlxalq  münaqişələrin  idarə  olunması  strategiyalarmm  təhlili 
göstərir  ki,  seçilmiş  strategiyanın  real-  laşdınlmasma  əvvəlki  tək 
əhalinin  milli  tərkibi,  onun  dini  mənsubiyyəti  və  s.  kimi  ənənəvi 
amillər təsir göstərir. Bu amillərin tam nəzərə alınması münaqişənin 
idarə olunması strategiyasının 
90 


düzgün  seçilməsi  və  uğurla  reallaşdırılması  ehtimalını  yüksəldir.  Bu 
zaman  çəkindirmə  strategiyası  heç  də  uzaq  keçmişdə  qalmamış, 
müasir şəraitdə aradan qalxmamışdır. 
Beynəlxalq  aləmdə  siyasi  qarşıdurma  beynəlxalq  siyasi 
münaqişənin iştirakçılarının mənafelərinin müəyyənedici təsiri altında 
baş  verir.  Bu,  beynəlxalq  münasibətlərin  spesifikliyindən:  mərkəzi 
hakimiyyətin  -  legitim  məcburetmə  inhisarına  malik  ali  orqanın 
mövcud 
olmamasından, 
«suverenliklər 
plüralizmi»ndən, 
qeyri-müəyyənliyin  qalmasından  irəli  gəlir.  Təcrübə  göstərir  ki,  bu 
şəraitdə  münaqişə  iştirakçıları  beynəlxalq  hüquq  normalarının 
birtərəfli  şərhindən  və  birbaşa  pozulmasından  çəkinmirlər,  öz 
məqsədləri  naminə  mənəvi-əxlaqi  kateqoriyalarla  manipul-  yasiya 
edirlər. 
Beynəlxalq münasibətlər sahəsində hüquqi və əxlaqi normalar 
mühüm xüsusiyyətlərə malik olub, mürəkkəbliyi ilə xarakterizə olunur 
və elmdə fərqli təfsirlər doğurur. Tədqiqatçılar, bir tərəfdən, dünyada 
hüquqi  və  mənəvi  şüur  səviyyəsinin  ümumi  artımını,  beynəlxalq 
hüququn  yaradılması,  inkişafı  və  fəaliyyəti  prosesində  mənəviyyatın 
rolunun  yüksəlməsini  qeyd  edir,  digər  tərəfdən  isə  həm  beynəlxalq 
hüququn,  həm  də  beynəlxalq  əxlaqın  dövlətlərin  və  xalqların 
münasibətlərinin xarakterinə təsirinin nisbətən az irəlilədiyini və buna 
görə  də  belə  qarşılıqlı  fəaliyyətin  səmərəli  tənzimləyicisi  qismində 
nəzərdən keçirilə bilinməyəcəyi- ni göstərirlər. 
Beynəlxalq  münasibətlərdə  hüququn  və  əxlaqın  tənzimləyici 
rolunun  birmənalı  qiymətləndirilməməsi  heç  də  bu  rolun  nəzərə 
alınmaya  biləcəyini  ifadə  etmir.  Beynəlxalq  siyasi  münaqişələrin 
iştirakçıları arasında fərqlər nə qədər böyük olsa  da, müasir şəraitdə 
onların hamısı bu və ya digər dərəcədə beynəlxalq münasibətlərin əsas 
prinsiplərinin təsirini hiss edirlər. 
Beynəlxalq  münasibətlərin  əsas  prinsipləri  dedikdə 
beynəlxalq  münasibətlərin  mövcud  səviyyəsini  və  vəziyyətini, 
onların  xarakterik  əlamətlərini  ifadə  edən  və  beynəlxalq 
aktorların  davranışına  ən  yüksək,  imperativ  təsir  qüvvəsinə 
maUk,  tarixən  şərtlənən,  hamı  tərəfindən  qəbul  edilmiş  əsas 
normalar başa düşülür. 
Əsas  prinsiplər  müasir  beynəlxalq  münasibətlər  sisteminin 
dayaqlarının normativ ifadəsini təmsil edir. Onlar beynəlxalq hüququn 
sosial sistemlərlə, ilk növbədə, siyasi münaqişənin çər 
91 


çivələri daxilində cərəyan etdiyi beynəlxalq münasibətlər sistemi iəl 
qarşılıqlı təsir mexanizminə müəyyənedici təsir göstərirlər. 
Bu  prinsiplər  aşağıdakılardır:  dövlətlərin  suveren  bərabərliyi, 
gücün,  yaxud  güclə  hədələmənin  tətbiq  olunmaması,  sərhədlərin 
toxunulmazlığı, dövlətlərin ərazi bütövlü)m, mübahisələrin dinc yolla 
nizama  salınması,  bir-birinin  daxili  işlərinə  qarışma-  ması,  insan 
hüquqlarına və əsas azadlıqlara hörmət, hüquq bərabərliyi və xalqların 
öz müqəddəratını təyin etmə hüququ, dövlətlər arasında əməkdaşlıq, 
beynəlxalq hüquq üzrə öhdəliklərin vicdanla yerinə yetirilməsi. 
Bu prinsiplərin bəziləri bir-birinə zidd olub, beynəlxalq aləmdə 
siyasi  ziddiyyətləri  tənzimləyən  normalardan  daha  çox  münaqişə 
iştirakçılarının  iddialanmn  qanuniliyinin  əsaslandırılması  üçün 
istifadə  olunur.  Belə  ki,  xalqların  öz  müqqədəratını  təyin  etmə 
prinsipindən  müxtəlif  dövlətlərin  separatçı  hərəkatları  tərəfindən 
onların milli suverenlik istəyinin əsaslandırılması üçün istifadə olunur. 
Öz növbəsində, bu dövlətlərin rəhbərliyi ərazi bütövlüyü, sərhədlərin 
toxunulmazlığı  prinsiplərinə  müraciət  edir.  Göstərilən  prinsiplərdən 
belə münaqişəli istifadəyə misal kimi Çeçenistan, Tibet, Yuqoslaviya 
hadisələrini göstərmək olar. 
Beynəlxalq  hüquq  yalnız  müstəqil  surətdə  beynəlxalq 
münasibətlərin  iştirakçısı  qismində  çıxış  edə  bilən  subyektlərin 
qarşılıqlı  münasibətlərini  tənzimləyir.  O,  dövlətdaxili  münasibətləri 
tənzimləmir  və  bilavasitə  tənzimləyə  bilməz.  Beynəlxalq  siyasi 
münaqişələrin tənzimləyicisi qismində istifadə olunan hüquq və əxlaq 
normalarının spesifik xüsusiyyətlərini nəzərdən keçirərkən, aşağıdakı 
amilləri nəzərə almaq zəruridir. 
Birincisi,  hüquq  normaları  müvafiq  beynəlxalq  sazişlərdə, 
müqavilələrdə  və  normativ  əhəmiyyətə  malik  digər  sənədlərdə 
təsbitini  tapmışdır.  Hüququn,  o  cümlədən  beynəlxalq  hüququn 
institusional  xarakteri  bununla  şərtlənir:  o,  dövlət  institutları  və 
hökumətlərarası  təşkilatlarla  sıx  surətdə  bağlıdır  (BMT  və  onun 
orqanları, Avropa Şurası, digər regional təşkilatlar). Beynəlxalq hüquq 
sistemi hüquq şüuru, hüquq normaları, hüquq münasibətləri və hüquq 
institutları  kimi  elementləri  ehtiva  edir.  Ondan  fərqli  olaraq, 
beynəlxalq 
səhnədə 
qarşıdurmanın 
mənəvi 
tənzimlənməsi 
mexanizmində institutlar yoxdur. 
İkincisi, beynəlxalq əxlaq və beynəbcalq hüquq özünün fəa 
92 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə