19
ləri saxlanan muzeydə H.K.Sanılının da qovluğu var-
dır. Burada bir sıra sənədlərlə yanaşı, Hacı Kərimin
fitri istedada, nümunəvi əxlaqa, gözəl mənəvi keyfiy-
yətlərə malik olduğunu göstərən xasiyyətnamələr və
seminariyanı müvəffəqiyyətlə bitirməsi haqqında
şəhadətnamə də saxlanılır.
Tələbəlik illərində Sanılı mütərəqqi rus və dünya
elmi, fəlsəfi, ədəbi-bədii fikrinin qabaqcıl nümayən-
dələri ilə yaxından tanış olur. Rus inqilabçı-demokrat-
ları – Belinski, Çernışevski, Dobrolyubov ilə tanışlıq
gənc Hacı Kərimin qəlbini xalqın azadlıq və müstəqil-
liyi uğrunda mübarizə eşqi ilə coşdurur.
H.K.Sanılı 1898-ci ildə seminariyanı bitirdikdən
sonra Nuxa qəzasının Xaçmaz kənd birsinifli məktə-
bində müdirlik və müəllimlik edir, şagirdlərə rus di-
lindən dərs deyir. 1902-ci ildə Gəncəyə qayıdan Sanılı
məscid məktəbinə müdir təyin edilir. Çox əzab-əziy-
yətdən, yazışmadan sonra o, həmin məktəbin ikisinifli
rus-tatar (türk — C.A;T.H.) məktəbinə çevrilməsinə
nail olur. Məhz onun təşəbbüsü ilə ilk dəfə burada
qızlar şöbəsi açılır. Lakin Sanılının bu mütərəqqi
meylləri mürtəce din xadimlərinin kəskin etirazına,
açıq düşmənçiliyinə səbəb olur. Onlar Sanılını kafir
adlandırır, onun ölümünə fitva verirlər. Bundan sonra
Gəncədə qalmağın mümkün olmadığını görən Sanılı
doğma kəndi Çaylıya qayıtmalı olur. Olduqca ağır
maddi ehtiyac içərisində yaşayan şair, nəhayət, 1905-
ci ildə Poylu kənd məktəbinə müəllim təyin edilir.
Sonralar Dağkəsəmən məktəbinə dəyişilən Sanılı ic-
timai-siyasi fəaliyyətini daha da gücləndirərək kəndli-
lərin hüququnu müdafiəyə yönəldən, yeniliyə və tə-
20
rəqqiyə çağıran müxtəlif çıxışlarda iştirak edirdi. Bü-
tün bunlara görə H. K.Sanılı 1906-cı ildə həbs edil-
mişdi. Bu, dövrün ziyalılarının etirazına səbəb olmuş,
onlar Sanılını müdafiəyə qalxmışlar. Görkəmli
maarifpərvər F.Köçərli yazırdı: «Paxıl və həsəd və if-
tira səbəbi ilə nahaq və bicərm məhbus olanlar həm
Qazax mahalında cənab Ağabəy Qiyasbəyov və müəl-
lim Hacı Kərim
Saniyevdir... Bunları güdaza verən
ancaq öz içimizdən törəyən xaric məslək mürtədlər
olubdur ki, divanbəyinin və uyezd naçalnikinin ətra-
fında quyruqlarını bulayıb dəyanət və rəzalətləri
ucundan... millət xadimlərini bad-fənaya verməyi öz-
lərinə böyük hünər və qərəz bilirlər»
1
..
Həbsdən azad olunduqdan sonra da H.K.Sanılı
inqilabi fəaliyyətini dayandırmır. O, gizli şəkildə
fəaliyyət göstərən «Müdafiə» partiyasının təşkilatçıla-
rından birinə çevrilir və həmin partiyanın müraciətna-
məsinin çap olunmasında, kütlələr arasında yayılma-
sında əlindən gələni əsirgəmir. Bundan qorxuya düşən
hakim dairələr dəfələrlə onu Qazaxdan uzaqlaşdırma-
ğa çalışırlar. Lakin Sanılı öz doğma yurd-yuvasında,
yaxından tanıdığı mühit və adamların arasında olmağı
üstün tutaraq, ona olunan təklifləri rədd edir.
1910-cu ilin iyununda H. K. Sanılı Qafqaz Təh-
sil Dairəsi direktorunun icazəsi ilə Sankt-Peterburq
müəllimlər institutunun nəzdində açılmış əl əməyi
kursuna ezam olunur. Peterburq həyatı sonralar Sanı-
lının ictimai-siyasi cəhətdən formalaşmasında, yeni-li-
1
«İrşad» qəzeti, 10 aprel, 1906
21
yə doğru inkişafında, ardıcıl mübariz vətənpərvər ol-
masında çox mühüm rol oynayır.
Kursu bitirdikdən sonra böyük cəhdlər göstərmə-
sinə baxmayaraq uzun müddət əl əməyindən dərs de-
mək ona müyəssər olmur. Nəhayət 1915-ci ildə Sanılı
Qazax seminariyasında müvəqqəti olaraq qrafika
incəsənəti müəlliminin köməkçisi təyin olunur.
1917-ci ildə H.K.Sanılı Tiflis hümmətçilərinə
qoşularaq həmin partiyanın fəal üzvlərindən biri olur.
O, kəndliləri mübarizəyə çağırır, kütlələrin nümayi-
şində iştirak edir, yığıncaq və mitinqlərdə nitqlər söy-
ləyirdi.
1918-ci ildə Qazaxdakı kəndli üsyanları tədricən
ciddi, mütəşəkkil inqilabi hərəkata çevrilir. Kəndlilər
mülkədar torpaqlarını tutaraq onların üzərində xalq
hakimiyyətini elan edirlər. Qazax qəzasının idarə edil-
məsi Hacı Kərim Saniyevə tapşırılır.
1918-ci ilin noyabrında Tiflis menşevik hüm-
mətçiləri öz nümayəndələrini Bakıya—müsavat parti-
yasının parlamentinə yola salırlar. Həmin nümayəndə-
lər içərisində S.Ağamalıoğlu, Ə.Qarayev, Ə.Pepinov
kimi peşəkar inqilabçılarla yanaşı H.K.Sanılı da var
idi. Tiflis hümmətçiləri müsavat parlamentində sosia-
listlər fraksiyasına daxil olurlar. H.K.Sanılı sorğu ko-
missiyasının tərkibinə seçilir.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan
sonra H.K.Sanılı iki il Qazax qəzasının xalq hakimi
vəzifəsində işləyir. Lakin onun qəlbi maarif işi ilə,
ədəbiyyatla döyünürdü. Buna görə də o öz arzusu ilə
Bakıya gələrək 1922-ci ilin mayından 1924-cü ilin so-
22
nuna kimi Yeni Türk Əlifba Komitəsinin açdığı kurs-
larda dərs deyir.
Bu illərdə H.K.Sanılı bir-birinin ardınca dövri
mətbuat səhifələrində çıxış edərək kənd məktəblərin-
də təhsilin keyfiyyəti, həyatla, təsərrüfatla əlaqəsi ba-
rədə kütlələr arasında təbliğat aparır, maarifin, elmin
əhəmiyyətindən, yeni həyat qurmaqda onların rolun-
dan ehtirasla söz açırdı.
H.K.Sanılının pedaqogika tarixində böyük xid-
mətlərindən biri də yüksək keyfiyyətli dərsliklər ya-
ratmaq sahəsində səmərəli fəaliyyət göstərməsidir.
Onun «Böyüklər üçün əlifba kitabı» (1924), «Türk
əlifbası» (1927), «Üçüncü il» (1927), (təkrar nəşrləri
1929, 1930), «Türk əlifbası» (1930) və s. dərslikləri
xalqın maariflənməsi işində müstəsna əhəmiyyətə ma-
lik olmuşdur.
H.K.Sanılı sovet dövründə bir sıra məsul və mü-
hüm vəzifələrdə çalışmışdır: «Yeni kənd» jurnalının
məsul katibi, Bakı xalq maarif şöbəsinin inspektoru,
Azərbaycan Kooperativ məktəbləri birliyində dərs
hissə müdiri, Politexnik institutunda və digər institut
və texnikumlarda müəllim.
Sanılı ömrünün sonunadək sevdiyi pedaqoji iş-
dən ayrılmasa da, hər şeydən əvvəl bir şair olaraq ta-
nındı, xalqın məhəbbətini qazandı, ədəbi tənqid tərə-
findən etiraf olundu. Haqqında Ə.Nəzmi, B.Çobanza-
də, A. Musaxanlı, H. Zeynallı kimi görkəmli ədəbiy-
yatşünas və tənqidçilər dəyərli fikirlər söylədilər. La-
kin 1937-ci ilin dəhşətli kabusu xalqımızın bir sıra di-
gər layiqli oğulları kimi H.K.Sanılının da başının üs-
tünü aldı və şairin yaratmaq eşqi ilə dolu olan qəlbini
Dostları ilə paylaş: |