Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə4/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   2   3   4   5   6   7   8   9   ...   74

 
14 
Sənətin hələ lazımınca inkişaf etməmiş aşağı pil-
lələrində  həyatı  əksetdirmə  vasitələri  olan  obraz  da, 
obrazlılıq  da  aşağı  səviyyədə  idi.  Lakin  zaman  keç-
dikcə  bunlar  tarixi  bir  kateqoriya  kimi  öz  inkişafında 
daima dəyişmə, təkmilləşmə prosesi keçirmişdir. 
M.F.Axundovun,  N.B.Vəzirovun,  Ə.Haqverdi-
yevin,  C.Məmmədquluzadənin  və  başqalarının  yarat-
dıqları  şahbaz  bəylər,  şair  hacı  nurular,  fəxrəddinlər, 
fərhadlar,  isgəndərlər  və  s.  konkret  olaraq  müəyyən 
bir dövrün adamları olmaqla, eyni zamanda müəyyən 
sinfin nümayəndələridir. Bu obrazlar Azərbaycan tari-
xinin sonrakı mərhələlərində, məsələn, müasir dövrdə 
yaranan obrazlarla müqayisəyə gəlməzlər. Çünki keç-
miş ədəbiyyatdakı obrazların hamısı şəxsiyyət etibarı 
ilə nə qədər cəsur və qəhrəman olsalar da, yenə tarixi 
məhdudluq  üzündən  nəinki  böyük  ictimai  qayə  və 
məqsədləri  həyata  keçirə  bilmirdilər,  habelə  öz  şəxsi 
talelərini həll etməkdə də aciz idilər. Buna o zamankı 
mühitin, cəmiyyətin inkişafı, obrazların özlərinin şüur 
dərəcəsi də imkan vermirdi. 
Çox zaman deyirik ki, Şekspirin Hamleti, Puşki-
nin Onegini, Cabbarlının Elxanı epoxa surətləridir. Bu 
o  deməkdir  ki,  bu  surətlərin  hər  biri  daha  geniş  bir 
dövrü təcəssüm etdirir. Bu obrazlara əsasən biz onla-
rın fəaliyyət göstərdikləri dövrün iqtisadi-siyasi həya-
tını öyrənə bilərik. Bu obrazların hər biri öz dövrünün 
fəlsəfi baxışını, şüur səviyyəsini, mənsub olduğu xal-
qın, yaxud sinfin ideologiyasını və bir sıra başqa spe-
sifik xüsusiyyətlərini özündə cəmləşdirir. 
1963 
 


 
15 
 
 
SƏMƏD VURĞUN VƏ FOLKLOR 
JANRLARI 
 
  S.Vurğunun  zəngin  bədii  və  ədəbi-tənqidi  ir-
sində folklorun bir sıra mühüm problemlərinə dair el-
mi-nəzəri  baxımdan  ümumiləşdirici  səciyyə  daşıyan, 
son  dərəcə  dərin  və  tutumlu,  bu  gün  də  aktual  səslə-
nən sistemli, bütöv bir təlim səviyyəsinə yüksələn fi-
kir və mülahizələr vardır. 
  Bu problemlərdən biri şairin şifahi xalq ədəbiy-
yatının növ, forma və janrlarına münasibəti məsələsi-
dir. Folklorun növ və janrlarından, demək olar ki, ha-
mısı  barədə  şairin  həm  nəzəri  görüşlərində,  həm  də 
bilavasitə özünün bədii yaradıcılığında onların praktik 
tətbiqi nümunələrinə rast gəlmək olar. 
  Böyük  şairin  yaradıcılıq  təbiətinin  ənginliyə, 
vüsət və genişliyə doğmalığı onun şifahi ədəbiyyatda 
epik  növün  ən  tutumlu,  möhtəşəm  janrı  olan  dastana 
sevgi və münasibətini şərtləndirən başlıca amillərdən-
dir. Ona görə də şairin elmi-nəzəri məqalələrində, mə-
ruzə və çıxışlarında, ayrı-ayrı bədii əsərlərində dastan 
janrının bilavasitə məzmun, problematika və forması-
na dair müəyyən mühakimələr yürütdüyünü görürük. 
  S.Vurğun  Azərbaycan  dastanları  «Kitabi-Dədə 
Qorqud», «Koroğlu», «Aşıq Qərib», «Novruz», «Ley-
li və Məcnun», türkmən dastanı «Manas», gürcü das-
tanı  «Abasalomi  və  Eteri»  və  ya  «Tariyel»,  kalmık 
dastanı  «Canqar»  və  ya  dünya  xalqlarının  bir  sıra 
müştərək  folklor  abidələrinə  dair  ya  həqiqi  tədqiqat 


 
16 
əsərləri yazmış, yaxud elmi-nəzəri fikri hərəkətə gəti-
rə biləcək mülahizələr yürütmüşdür. 
  Dastan  janrının  şairin  bilavasitə  öz  yaradıcılı-
ğında  tətbiq  etdiyi  örnəklər  bu  cəhətdən  daha  əla-
mətdar  sayıla  bilər.  Onun  həmişə  epik  poemalar, 
mənzum  romanlar  yaratmaq  çağırışları  da  bu  fikri 
təsdiq etməkdədir. 
  Şairin  bədii  yaradıcılığı  bu  mənada  daha  bol 
material verməkdədir. Təsadüfi deyildir ki, şair bəzən 
tədqiqatlarının konkret adlarını bu janrla eyniləşdirir: 
«Bakının dastanı»-  «Gəncliyin dastanı» («Komsomol 
poeması»), «Muğan dastanı» («Muğan») və s. 
  Folklorun  epik  növünün  nağıl,  əfsanə,  əsatir, 
atalar sözü,  məsəllər və s. və i.a janr hüdudları, məz-
mun-mahiyyət spesifikliyi, konflikt-fabula kəsimliyi,   
perepetiyalı dönümlər dinamizmi, süjet və hadisələrin 
əfsanə-əsatir  örtüyü  və  digər  məsələlər  barədə  şairin 
qənaətləri  müasir  və  aktualdır.  Bu  mənada  müəllifin 
«Balalarımız  üçün  gözəl  əsərlər  yaradaq»  məqaləsi 
xüsusilə konseptual xarakter sayılır. 
  Folklorun lirik növünün sadə, ritmik, ahəngdar, 
axıcı janrlarından bayatı üstündə işlənən xalq mahnı-
ları,  laylalar,  ağılar,  oxşamalar,  qoşma,  gəraylı  və  s. 
musiqi ünsürünün fəal iştirakı, onun məzmunu ilə es-
tetik vəhdəti kimi problemlər də həmişə şairin diqqəti-
ni çəkmişdir. 
  Aşıq poeziyasının, demək olar ki, bütün forma 
və janrları şairin bu sahədəki axtarışlarının əsas cazibə 
mərkəzi olmuşdur. O, Azərbaycan şəraitində aşıq poe-
ziyasını şifahi xalq ədəbiyyatının ən qüvvətli qolların-
dan biri hesab edərək, onun zəngin məzmun və mün-


 
17 
dəricəsini, rəngarəng bədii formalarını, musiqi ahəng-
darlığını  xüsusi  vurğu  ilə  qiymətləndirərək,  aşıq  poe-
ziyasını mükəmməl poeziya nümunələri adlandırırdı. 
  S.Vurğun aşıq qoşmalarının əsas formalarından 
özünün yaradıcılıq prosesində həmişə mayalanmış, bu 
səpgidə  gözəl  poetik  nümunələr  yaratmışdır.  S.Vur-
ğun  belə  hesab  edirdi  ki,  aşıq  şeirinin  formaları  da 
onların  məzmunu  kimi  son  dərəcə  təbii,  həyati,  sadə 
və bənzərsizdir. 
 
1991 


 
18 
 
 
HACI KƏRİM SANILININ HƏYAT VƏ 
YARADICILIĞINA DAİR 
 
  Yaradıcılığının  xəlqi  ruhu,  folklora  yaxınlığı, 
milli  özünəməxsus  koloriti,  dil  sadəliyi,  təbiət  təsvir-
lərindəki  ustalığı  ilə  seçilən,  kənd,  köç,  elat  həyatını 
incədən-incəyə  bilən  H.K.Sanılı  poeziya  aləminə  Fü-
zuli, Vidadi, Vaqif, Zakir kimi sənətkarların yaradıcı-
lığının,  xüsusilə  aşıq  şeirinin  təsiri  ilə  gəlmişdir. 
1878-ci  ildə  Qazax  mahalının  Çaylı  kəndində  çoban 
ailəsində doğulan bir körpə sonralar sadə, səmimi ço-
ban  həyatının romantikasını, onun zəhmət və  məşəq-
qətli  dünyasını  poeziyamıza  gətirən  bir  şair  kimi  ye-
tişdi. 
Atası  Kərbəlayı  Hüseyn  varlı  mülkədarların  qo-
yununu,  mal-qarasını  otarar,  ailəsini  böyük  ehtiyac 
içərisində  dolandırardı.  Hacı  Kərim  uşaqlıqdan  atası 
ilə  qoyun  otarmağa  gedər,  maldarların,  əkinçilərin 
ağır əməyini öz gözləri ilə görərdi. O, Azərbaycan tə-
biətinin vurğunu idi. Başı buludlardan nəm çəkən vü-
qarlı, əzəmətli dağlar, zümrüd yamaclar, buz bulaqlar, 
səfalı yaylaqlar, dibsiz dərələr, geniş düzlər onu məf-
tun etmişdi. Sonralar Azərbaycan təbiətinin rəngarəng 
lövhələri  Sanılı  poeziyasında  öz  parlaq  ifadəsini  tap-
mışdır. 
H.K.Sanılı Dağkəsəməndə ikiillik  məktəbi bitir-
dikdən sonra 1893-cü ildə Zaqafqaziyanın böyük təh-
sil ocağı olan Qori seminariyasına daxil olur. Tbilisi-
də,  vaxtı ilə Qori seminariyasını bitirənlərin  şəxsi iş-


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə