Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə3/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   2   3   4   5   6   7   8   9   ...   74

 
10 
ğu  hadisə  və  insanlar  haqqında,  yaradıcılıq  zamanı 
düşünərkən müəyyən cəhətlərdən, lüzumsuz təfərrüat-
dan sərf-nəzər edir, onu daha çox maraqlandıran key-
fiyyət və xassələri canlandırmağa çalışır. Ona görə də 
çox  zaman  obrazı  fərdiliklə  ümumiliyin,  konkretliklə 
mücərrədliyin  vəhdəti  adlandırırlar.  Doğrudan  da, 
obrazda həm ümumi, həm fərdi, həm konkret, həm də 
mücərrəd xüsusiyyətlər vəhdət halında birləşmiş olur. 
Obraz  öz  fərdi  xüsusiyyətləri  ilə başqalarından əsaslı 
surətdə seçildiyi kimi, bir sıra ümumi cəhətlərinə görə 
müəyyən  dünyagörüşünə,  ictimai  şüura  malik  olan 
adamları təmsil etməlidir. Sənətkar bədii obraz, yaxud 
tip  yaradarkən  həmin  bu  cəhətlərə  xüsusi  diqqət 
yetirir.  Engelsin  fikrincə,  şəxsiyyət  yalnız  bir  işi 
görməsi ilə deyil, həm də necə görməsi ilə xarakterizə 
edilir. 
Qorki  demişdir:  «Tamamilə  eyni  adamlar  yox-
dur. Hər kəs həm zahirən, həm də daxilən nə isə özü-
nünkünə malikdir». Obrazda iki əsas keyfiyyət — fər-
dilik  və  ümumilik,  konkretlik  və  mücərrədlik  də  real 
həyatdan  gəlir.  Çünki  həyatın  özündə  də  bu  iki  key-
fiyyət  bir-biri  ilə  qırılmaz  surətdə  bağlıdır.  Odur  ki, 
bədii  obraz  yaradan  yazıçı,  insanın  ümumi  cəhətləri 
ilə  bərabər,  fərdi  xüsusiyyətlərini  də  verməlidir.  Mə-
sələn,  Hacı  Qara  xəsis  obrazıdır.  Bu,  onun  ümumi 
cəhətidir.  Çünki  həyatda  xəsis  adamlar  vardır  və 
bütün  xəsislərin  ideal  və  məqsədi  birdir:  varlanmaq, 
çoxlu sərvət toplamaq. 
«Lakin  ədib  bu  obrazı  yaradarkən  onun  fərdi 
xüsusiyyətlərini göstərməsəydi, Hacı Qara dünya ədə-
biyyatında tanıdığımız xəsislərdən nə ilə fərqlənərdi? 


 
11 
Deməli, obraz  yaradıcılığında fərdiləşdirmə  mə-
sələsi başlıca amildir. Məhz bunun sayəsində Şekspi-
rin  Şeyloku,  Molyerin  Qarpaqonu,  Puşkinin  Xəsis 
cəngavəri,  Qoqolun  Plyuşkini  və  M.  F.  Axundovun 
Hacı  Qarası  bir-  birindən  əsaslı  surətdə  fərqlənirlər. 
Belinskinin dili ilə desək: «Xəsisin idealı birdir, tiplə-
ri isə nəhayətsiz, müxtəlifdir». 
Yazıçı  bol  həyat  materiallarından  müəyyən  icti-
mai əhəmiyyətli cəhətləri seçib toplayır və onu sənə-
tin dilinə çevirir, ona bədii don geydirir. Lakin bunun 
özü asan yol ilə başa gəlmir. Çünki yazıçı sadəcə ola-
raq «uydurmur», çeşni çıxarmır, yaradır, kəşf edir. Bu 
mənada  obraz  bir  hadisə  və  predmetin,  şəxsin  surəti 
deyil,  böyük  yaradıcı  əməyin,  geniş  bədii  tədqiqatın 
nəticəsidir. 
Bədii obraz,
 
xarakter sənətin müxtəlif növlərində 
müxtəlif şəkildə müəyyən priyom və vasitələrlə yara-
nır. Yazıçı, obraz yaradarkən ümumiyyətlə insanı de-
yil, müəyyən konkret bir insanı nəzərdə tutur. Onu öz 
təsəvvüründə  canlandırır,  uzun  müddət  onunla  yaşa-
yır,  onun  hiss  və  həyəcanlarına  şərik  olur;  bir  növ, 
özünü  qələmə  aldığı  obrazın  yerində  təsəvvür  edir. 
Fransız  realist  ədibi  Flober  obraz  yaradıcılığından 
bəhs  edərkən  yazmışdır:  «Mən  Emma  Bovarinin  zə-
hərlənməsini təsvir etdiyim zaman ağzımda əsil zəhər 
dadı var idi, mən özüm də zəhərlənmişdim». 
Bədii obraz yaradıcılığında bir məsələni də qeyd 
etmək  lazımdır.  Bu  da  yazıçının  təsvir  obyektinə, 
yaratdığı  obrazlara  münasibəti  məsələsidir.  Sənətkar 
bəzən  qələmə  aldığı  obyektə  öz  münasibətini  aydın 
bildirmir.  O,  bədii  lövhələr,  surətlər  yaradaraq,  bizə 


 
12 
təqdim  edir,  nəyin  pis,  nəyin  yaxşı  olması  haqqında 
hökm verməyi oxucuların öhdəsinə buraxır. Lakin ya-
zıçı  təsvir  obyektinə  laqeyd  münasibət  bəsləyə  bil-
məz, onun tendensiyası bu və ya başqa yolla öz təza-
hür formasını tapmalıdır. Ona görə də çox zaman ya-
zıçı qələmə aldığı əsərdə təbliğ etdiyi idealın tərəfində 
durur, onu açıqdan-açığa oxuculara da aşılamağa çalı-
şır.  O,  obraz  vasitəsi  ilə  nəinki  öz  fikirlərini,  hətta 
hisslərini  də  verir.  Belə  hallarda  obraz  bir  növ  sənət-
karın carçısına çevrilir ki, ona bəzən rezonyor surət də 
deyirlər. 
Obrazın  yaradılmasında  prototiplərin  də  xüsusi 
əhəmiyyəti vardır. Yazıçı öz təxəyyülündə obrazı xə-
yalən  düşündüyü  zaman  real  həyatda  gördüyü  insan 
xarakterlərini nəzərdə tutur ki, bu da prototip adlanır. 
Lakin yazıçı prototipi hazır şəkildə, olduğu kimi 
alıb əsərinə daxil etmir, onu öz bədii yaradıcılıq süz-
gəcindən  keçirir,  görmək  istədiyi  bəzi  gözəl  keyfiy-
yətlərlə,  əlavələrlə  zənginləşdirir,  xoşuna  gəlməyən 
cəhətlərini isə atır. Nəticədə prototipdən fərqlənən ka-
mil bədii obraz meydana çıxır. Prototipin obraz yara-
dıcılığında  əhəmiyyəti  ondadır  ki,  o  yazıçı  xəyalını 
daim real varlığa yaxınlaşdırır. Prototip həmişə sənət-
karın  gözləri  önündə  olur.  Yazıçı  yaratmaq  istədiyi 
obrazı  sanki  mütəmadi  olaraq  onunla  müqayisə  edir, 
tutuşdurur  və  bununla  da  özünün  düzgün  və  ya  səhv 
hərəkət etdiyini müəyyənləşdirir. Məsələn, C.Cabbarlı 
obrazlarının  həyatda  konkret  prototiplərə  malik 
olması hamıya məlumdur. 
Ədəbiyyatşünaslıqda obraz  məfhumundan başqa 
xarakter, tip, qəhrəman, surət, personaj, iştirakçı və s. 


 
13 
işlədilir.  Bu  istilahlar  bir-birinə  yaxın  olsalar  da, 
tamamilə  eyni  məzmun  ifadə  etmirlər.  Məsələn, 
xarakter sözünü o zaman işlədirik ki, təhlil etdiyimiz 
əsərdə  surət  kifayət  qədər  işlənmiş,  müəyyənləşmiş, 
bir şəxsiyyət kimi formalaşmış olsun. Epik əsərdə bir 
neçə iştirakçı personaj ola bilər, lakin bunların hamısı 
xarakter  səviyyəsinə  yüksələ  bilməz.  Tip  isə  ən  çox 
inkişaf etmiş, tipikləşmiş xarakterdir. 
Tip  xarakterin  daha  bədii  ümumiləşdirmə  yolu 
ilə verilmiş forması da sayıla  bilər. Təsadüfi deyildir 
ki,  bəzən  ədəbi  əsərlərin  təhlili  zamanı  xarakter,  tip, 
personaj məfhumu qəhrəman sözünün mənasını tama-
milə ifadə edə bilmir. Məsələn, Elxan qüvvətli surət-
dir  əvəzinə,  Elxan  qüvvətli  xarakterdir,  —  deyirik. 
Yaxud  «Sevil»  surətlər dramıdır əvəzinə,  «Sevil» xa-
rakterlər dramıdır — işlədirik. 
Cəmiyyətin  müxtəlif  inkişaf  mərhələlərində  ob-
raz anlayışının özü də müxtəlif olmuşdur. Bu mənada 
obrazın tarixiliyi məsələsi meydana çıxır. Aydındır ki, 
antik  dövrdə  yaranan  surətlərin  yeni  ədəbiyyatda  ol-
duğu  qədər  bütöv  və  tam,  hərtərəfli  xarakteristikası 
verilə bilməzdi. Antik dövrün ən görkəmli sənətkarla-
rı:  Homer,  Sofokl,  Esxil,  Evripid  və  başqaları  yarat-
dıqları obrazların ən çox əxlaqi cəhətlərini verirdilər, 
onlar psixoloji anları hələ şərti şəkildə duyurdular. 
Buradan  belə  nəticə  çıxır  ki,  həyata  baxış  ayrı-
ayrı  dövrlərdə  cəmiyyətin  ümumi  inkişaf  səviyyəsin-
dən  asılıdır.  Həyatın  obrazlı  inikası  bir  də  sənətkarın 
özünün  varlığı  nə  dərəcədə  dərk  etməsi  ilə  əlaqədar-
dır. Bu isə öz növbəsində həmin yazıçının yaşadığı ta-
rixi şəraitin əsas xüsusiyyətləri ilə bağlıdır. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə