BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə66/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   61   62   63   64   65   66   67   68   69

245
Azərbaycan Prezidenti 
Heydər Əliyevin yekun sözü
– Hesab edirəm ki, biz ətraflı fikir mübadiləsi apardıq. 
Bütün  fikirlər  dinlənildi.  Bu  cürbəcür  fikirlər  xüsusən  bu 
dairələrdədir. Əhalidə, xalqımızın içində bu qədər fikir ay-
rılığı yoxdur. Mən belə hesab edirəm. Bunlara baxmayaraq 
biz hər bir ziyalının, alimin və xüsusən dil – ədəbiyyat sahə-
sində böyük işlər görmüş şəxslərin fikirlərini dinləməliyik 
və onlarla hesablaşmalıyıq. Güman edirəm ki, biz son qə-
rarı konstitusiya komissiyasının gələn iclasında qəbul edə-
rik. Bu gün burada konstitusiya komissiyanın üzvlərindən 
savayı dəvət olunmuş şəxslər də var. Onlar hamısı dəvət 
olunub ki, biz ictimai fikri və xüsusən bizim elm sahəsində, 
ədəbiyyat sahəsində olan mütəxəssislərin fikrini öyrənək. 
Bunları öyrənəndən, biləndən sonra konstitusiya komissi-
yasının gələn iclasında biz son qərara gəlirik və bunu mü-
zakirə edərik.
Ancaq bu müzakirəni sona çatdıraraq öz tərəfimizdən 
onu bildirmək istəyirəm ki, bizim dilimiz əsrlər boyu ya-
şayıb.  Biz  dövlət  müstəqilliyimizi  1918-ci  ildə  əldə  etdik. 
Qısa bir müddətdən sonra bu dövlət müstəqilliyi əldən get-
di. Dörd il bundan öncə dövlət müstəqilliyi yenidən əldə 
olundu.  Keçmiş  tariximizi  yüksək  qiymətləndirərək,  eyni 
zamanda XX əsrdə xalqımızın həyatında, tarixində böyük 
nailiyyətlər əldə olunmasını və böyük dirçəlişi, böyük irə-
liləməni xüsusi qiymətləndirməliyik. Əgər keçmişdə bizim 
ayrı – ayrı dahi şəxsiyyətlərimiz orta əsrlərdən tutmuş in-
diyə qədər xalqımızın adını qaldırıblarsa, XX əsrdə və xü-


246
susən son dövrdə, – XX əsrin əvvəlindən götürsək, 1918-ci 
ildə bizim ilk müstəqil respublikamızın yarandığı vaxtdan 
götürsək və nəhayət 1920-ci ildə sovet respublikası yaran-
dığı dövrdən götürsək, – bu dövrdə əldə edilən nailiyyət-
lər Azərbaycan xalqının tarixində heç vaxt olmayıbdır. Biz 
bunu nəinki qeyd etməliyik, biz bununla fəxr edə bilərik və 
mən şəxsən özüm fəxr edirəm. Mən XX əsrin əvvəllərində 
doğulmuşam, indi XX əsrin sonuna qədər yaşayıram. Mə-
nim həyatım bu dövrdə keçibdir və çox şeylərin şahidiyəm. 
Ona görə də mən bilirəm, görmüşəm və tarixi də oxumu-
şam ki, bizim xalqımız bu dövrdə böyük bir inkişaf dövrü 
keçibdir. İndi bu populist sözlər çoxdur ki, imperiya belə 
eləyibdir, imperiya elə eləyibdir. Bizim xalqımızı, nə bilim, 
parçalayıblar o vaxt, filan eləyiblər, peşməkan eləyiblər.
Bunlar  tarixi  həqiqətdir. Ancaq  nəticəsi  nədən  ibarət-
dir? Nəticəsi ondan ibarətdir ki, bizim xalqımızın mədəniy-
yəti  yaranıbdır,  böyük  ədəbiyyatı  yaranıbdır.  Əgər  keçən 
əsrlərdə biz iki – üç şəxsiyyətin adını çəkə biliriksə, indi XX 
əsrdə görün nə qədər şəxsiyyətlərin adlarını çəkirsiniz. El-
mimiz yaranıb, ədəbiyyatımız yaranıb, mədəniyyətimiz ya-
ranıb,  musiqimiz  yaranıb,  rəssamlıq  məktəbimiz  yaranıb, 
tariximiz  yaranıb.  Dünyada  məşhurlaşmışıq.  Müstəqillik 
almazdan əvvəl də biz məhşurlaşmışdıq, amma müstəqil-
lik əldə edəndən sonra artıq dünyada məşhurlaşmışıq. Gö-
rün nə qədər böyük bir yol keçmişik biz! İndi biz Birləşmiş 
Millətlər Təşkilatının 50 illiyini qeyd eləyirik. 1945-ci ildə 
BMT yaranarkən dünyada cəmisi 50 dövlət onun tərkibinə 
daxil idi. İndi, 50 ildən sonra Birləşmiş Millətlər Təşkilatına 
184 dövlət daxildir. Onlardan biri də müstəqil Azərbaycan 
Respublikasıdır, Azərbaycan dövlətidir.


247
Bizim  xalqımız  savadlanıbdır.  Mən  başqa  xalqlarla 
müqayisə  edib  kimin  hansı  səviyyədə  olduğunu  demək 
istəmirəm. Ancaq  indi  sərhədlər  açılıb,  dünya  açılıb.  Ha-
mınız getmisiniz, gəzmisiniz, görmüsünüz. Mənim özüm 
də əvvəl gördüklərimdən indi daha çox görmüşəm. Mən 
görürəm hansı ölkədə xalqın ümumi savadı hansı səviyyə-
dədir. Bunu görürük. Qonşu ölkələrdə də görürük. Asiya 
ölkələrində  də  görürük.  Afrika  ölkələrində  də  görürük. 
Avropa ölkələrinin bəzilərində də görürük. Azərbaycanda 
xalqın ümumi savad səviyyəsi, ümumi mədəniyyət səviy-
yəsi haradadır? Nə qədər Azərbaycan vətəndaşı indi xarici 
ölkələrdə  gedib  yüksək  səviyyəli  mütəxəssis  kimi  işləyir. 
Düzdür, bizim üçün bəlkə də bu, mənfi cəhətdir ki, ağıllı 
adamlarımız,  böyük  mütəxəssislərimiz,  incəsənət  xadim-
lərimiz,  mədəniyyət  xadimlərimiz  gedirlər  başqa  ölkələr-
də  işləyirlər.  İndi  respublikamızın  belə  vəziyyətinə  görə. 
Amma bunun müsbət cəhəti də var. Müsbət cəhəti ondan 
ibarətdir ki, demək, xalqımızın dili, mədəniyyəti, elmi sə-
viyyəsi o qədər yüksəkdir ki, bizim adamlarımız – bu mü-
hitdə yetişmiş adamlar gedib başqa ölkədə müəllimlik edə 
bilirlər, professorluq edə bilirlər, dərs deyə bilirlər, başqa 
sahələrdə böyük mütəxəssis kimi işləyə bilirlər. İndiyə qə-
dər bu səviyyə yaranmasa idi, bu ola bilərdimi?!
Avropada  vaxtilə  cürbəcür  ölkələrdən  gedib  fəhləlik 
edirdilər.  Xatirimdədir,  Sovetlər  İttifaqı  zamanı  Yuqosla-
viya  ilə  bizim  əlaqələrimizlə  bağlı  mən  bir  neçə  dəfə  on-
larla  görüşmüşdüm.  Orada  nümayəndə  heyətləri  ilə  ol-
muşdum.  Yuqoslaviyanın  əhalisinin  bir  milyondan  çoxu 
gedib Almaniyada fəhləlik eləyirdi. Mən onların rəhbərləri 
ilə mübahisə aparırdım ki, bəs siz nə cür buraxırsınız ki, 


248
adamlarınız gedib Almaniyada fəhləlik eləyirlər? Deyir, biz 
bundan xeyir götürürük? Nə xeyir götürürsünüz? Birinci, 
onlar burada yaxşı yaşaya bilmirlər, orada isə fəhlə olaraq 
buradan yaxşı yaşayırlar. İkincisi isə, onlar orada pul qaza-
nırlar, o pulu banklara keçirirlər, o da bizim banka keçirir 
və maliyyə vəziyyətimiz yaxşılaşır. Yuqoslaviya kimi ölkə-
dən, başqa ölkələrdən də siz bilirsiniz ki, nə qədər adam 
gedib Avropa  ölkələrində  fəhləlik  eləyib.  Bəli,  daha  mən 
onun adını çəkmək istəmirəm, qonşumuzdur, o biri qonşu 
ölkələrdən. Amma bizim adamlarımız gedib universitetlər-
də dərs deyirlər, gedib Türkiyədə yüksək incəsənət sahələ-
rində  müəllimlik  eləyirlər,  musiqi  öyrədirlər,  bəstəkarlıq 
öyrədirlər, başqa işlər görürlər. İndi görün bizim xalqımız 
bu dövrdə, bu XX əsrdə, xüsusən bax, bu dövrdə nə qədər 
inkişaf edibdir.
Bu  gün,  əlbəttə,  ötən  dövrün  repressiyaları  haqqında 
demək olar, insanlara edilmiş zülm haqqında demək olar, 
ədalətsizlik haqqında demək olar. Bunları demək olar. Bu 
bizim tariximizdir. Tarixi həqiqəti həmişə demək lazımdır. 
Ancaq bununla yanaşı, əldə olunan nailiyyətlərimizi niyə 
unudursunuz? Bu nailiyyətlərin içərisində - burada deyil-
di  və  mən  də  bunu  təsdiq  edirəm;  bu,  şəxsən  mənim  də 
fikrimdir, - Azərbaycan dili, indi bunu nə adlandırırsınız– 
adlandırın, Azərbaycan dili bütün tarixdə bu qədər zəngin-
ləşməyibdir,  nəinki  bu  60  ilin  içərisində  bu  qədər  inkişaf 
etməyib, Azərbaycan  dilində  bu  qədər  kitablar,  bu  qədər 
romanlar, bu qədər zənginləşib, bu qədər şeirlər, bu qədər 
hekayələr yazılmayıbdır. Bu bizim tarixi yolumuzdur, bu 
bizim tarixi nailiyyətimizdir. Müstəqil Azərbaycan Respub-
likası deyəndə biz Azərbaycan Respublikası deyirik. Buna 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə