BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə64/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   61   62   63   64   65   66   67   68   69

237
baxmayaraq,  -  qanunçuluq    nöqteyi  –  nəzərindən,  dövlət 
quruculuğu  nöqteyi  –  nəzərindən  orada  bütün  qanunçu-
luq  prinsipləri  pozulubdur,  -  zorakılıqla  bu  Azərbaycan 
dili “türk dili” adlandırılıbdır. İndi o vaxtdan təxminən üç 
il keçir. Dekabr ayında üç il olacaqdır. Bu üç il müddətin-
də  o  qəbul  olunmayıbdır.  Mən  keçən  dəfə  dedim,  bizim 
məktəblərdə,  dərsliklərdə,  təzə  məktəbə  gələn  uşaqların 
dərsliklərində  ana  dili  “türk  dili”  yazılıb,  “Azərbaycan 
dili” yazılmayıb, belə buraxıblar. Ancaq buna baxmayaraq
mən hiss etmirəm ki, əhali, camaat haradasa deyir ki, bi-
zim ana dilimiz, dövlət dilimiz türk dilidir. Demək, o həm 
qanunvericilik  nöqteyi  –  nəzərindən,  konstitusiya  nöqte-
yi–  nəzərindən  qüvvəsiz  bir  qanundur,  həm  də  ki,  bunu 
xalq qəbul eləməyib. Yenə də deyirəm, bizim bu komissi-
yanın  üzvləri  də  bunu  müdafiə  etmirlər.  Baxmayaraq  ki,  
oktyabrın 31-də də, bu gün də bəzi çıxış edənlər bilmirəm, 
deyən  oldu,  deyən  olmadı,  amma  o  gün  dedilər  ki,  yox, 
“Azərbaycan dövləti”, “türk dili” yazılsın. Ona görə də mən 
hesab edirəm ki, bu, kənara qoyulmalıdır. Yəni 1992-ci ildə 
qəbul olunmuş qanun onsuz da qüvvədə deyil. Ancaq ayrı 
– ayrı adamların qeyri – qanuni hərəkətləri nəticəsində onu 
bəzi yerlərdə həyata keçiriblər. Bunun qarşısı alınmalıdır.
Güman  edirəm  ki,  noyabrın  12-də  qəbul  edəcəyimiz 
konstitusiya buna son qoyacaq. İndi qalır iki təklif: biri – 
“Azərbaycan  dili”,  o  birisi  çıxış  edənlər  –  “Azərbaycan” 
sözü qalsın, ya yazılsın: “Azərbaycan türkcəsi”, ya “Azər-
baycan (türk) dili”. Başqa şey başa düşmədim daha, mö-
tərizəsiz “türk dili”. Burada Bəxtiyar müəllim dedi ki, or-
taq bir şey tapmaq lazımdır. Bilirsiniz, bu belə məsələdir 
ki, mən öz fikrimi açıq demək istəyirəm. Burada bir ortaq 


238
şey, yəni buna “hibrid” deyirlər də. Ümumiyyətlə, hibrid 
bilirsiniz ki, mənşəyi olmayan şeydir. Alma ilə armudu elə-
yirlər hibrid, bilmirsən  bu almadır, ya armuddur. Yeyəndə 
alma dadı da verir, armud dadı da. İndi kimsə burada bir 
hibrid axtarır. İndi dilimizi də hibrid eləyək, millətin özü-
nün hamısını hibrid eləyək. Sonra insanlarımız da hibrid 
olarlar. (Gülüşmə). Mən həqiqəti deyirəm. Ya gərək o tərəf-
də duraq, ya gərək bu tərəfdə duraq.
Bizim tariximiz haqqında burada çox fikirlər söylənildi. 
Hətta bu gün “Millət” qəzetində yazıblar ki, Nizami deyib-
dir ki, mən türkəm, Xəqani belə deyibdir, nə bilim, Füzu-
li bunu deyibdir, ondan sonra gələnlər də bunu deyiblər. 
Bunlar hamısı doğrudur. Mən hesab edirəm ki, bütün mü-
zakirələrimiz və gedən bu mübahisələr heç vaxt o qərara 
gətirib çıxara bilməz ki, biz mənşəyimizi düzgün bilmirik. 
Biz bilirik mənşəyimizi. Biz türk mənşəli millətik və türk-
dilli xalqların dilinə mənsub olan dilimiz var. Elədirmi? 
yerdən səs: Elədir.
H.ə.əliyev: Bunu inkar edən yoxdur ki?
yerdən səs: Yoxdur.
H.ə.əliyev: Güman edirəm ki, bunu heç kəs şübhə al-
tına almamalıdır. Kimsə əgər başqa fikirdədirsə, o fikirdən 
çəkinməlidir. Yəni bizim mənşəyimiz məlumdur, bizim əc-
dadlarımız məlumdur. Biz dünyada mövcud olan, tarixən 
yaşamış və indi də mövcud olan dillər qrupuna mənsubuq, 
bu  da  məlumdur.  Biz  türkdilli  xalqların  dilləri  qrupuna 
mənsubuq. Vaxtilə rəhmətlik Turqut Özalın və Süleyman 
Dəmirəlin təşəbbüsü ilə belə bir dövlətlərarası qurum da 
yaranıbdır: türkdilli dövlətlərin başçılarının görüşü. Birinci 
dəfə İstanbulda keçirilib, ikinci dəfə də İstanbulda keçiril-


239
di, üçüncü dəfə Bişkekdə keçirildi, bu yaxın vaxtlarda. Mən 
birincisində  iştirak  etməmişdim,  o  vaxt  mən  burada  yox 
idim. Amma ikincisində İstanbulda, üçüncüsündə Bişkek-
də iştirak etmişəm. İstanbula gedəndə Bəxtiyar Vahabzadə 
o vaxt mənimlə idi. Bişkekə gedəndə gərək ki, Anar orada 
idi, Yusif də orada idi, sonra Zəlimxan Yaqub da orada idi. 
Bunlar bir yerdə idi.
Yəni bu məsələlər aydındır. Bu barədə bir çətinlik yox-
dur  və  mən Azərbaycan  Respublikasının  prezidenti  kimi 
türkdilli  xalqların  dövlətlərinin  yaratdığı  həmin  bu  bey-
nəlxalq qurumun , bu təşkilatın yaşamasının və daimi ol-
masının tərəfdarıyam və İstanbuldakı o zirvə görüşündə, 
Bişkekdəki zirvə görüşündə bu barədə öz fikirlərimi söy-
lədim. Baxmayaraq ki, bizim içimizdə də bəzi dövlət baş-
çıları var ki, bunun davamlı olmasının, yəni bu təşkilatın 
yaşamasının o qədər də tərəfdarı deyil, hətta bəzi bəyanat-
lar da verirlər. Bişkekdə belə bəyanatlar verən oldu. Yəni 
bunun tamam dağılması yox, amma bəzi şərtlər qoydular 
ki, bu olmasa, biz burdan çıxacağıq. Biz isə bu təşkilatda-
yıq, qurumdayıq və hesab edirəm ki, bu, Azərbaycan Res-
publikasının, müstəqil Azərbaycan dövlətinin mənafeyinə 
uyğundur. Bunlar hamısı aydındır.
İndi gəlir bizim bu dövlət dili. Dövlət dilinin adını ya-
zaq: “Azərbaycan (türk) dili”, millətimizin adını nə yazaq?
yerdən səslər: Ona toxunmayaq
H.ə.əliyev: Ona toxunmayaq? Bəs nə təhər ona toxun-
mayaq?  Əgər  toxunuruqsa,  gərək  hamısına  toxunaq  da. 
Burada  müşavirənin  əvvəlində  deyildi  ki,  1936-37-ci  ilə 
qədər milliyyətimiz yazılıbdır “türk”, rusca “tyurok”. Elə 
azərbaycanca da çox vaxt “tyurok” deyirdilər, “türk” de-


240
mirdilər. Amma bu “tyurok”la “türk”ün fərqi nədən ibarət-
dir? İndi “tyurok” deyəndə guya tamam o Anadolu türkləri 
kimi deyil, belə çıxır, “tyurok”. “Tyurok” demişdi axı, rus-
lar türklərə “turok” deyirlər. Amma bizimkilər 1936-cı ilə 
qədər  yazıblar  “tyurok”.  Azərbaycanca  göstərmədilər  bu 
kağızları, mən bilmədim. Yəqin yazıblar “türk”. Elədirmi?
yerdən səs: Bəli.
H.ə.əliyev:  Millətimizin  adı  olub  türk,  1918-ci  ildən 
1936-cı ilə qədər. Demək, 18 il müddətində, 60 ildir biz de-
yirik azərbaycanlıyıq, millətimiz azərbaycanlıdır, dilimizin 
adı Azərbaycan dilidir və azərbaycanlılığımızı biz dünya-
ya sübut eləmişik. Azərbaycan dilini də dövlət dili eləmək 
üçün  hansı  yollardan  keçmişik,  -  o  haqda  da  danışıqlar 
oldu, məlum oldu. İndi nə təklif eləyirsiniz?
yerdən səs: Azərbaycan dili
H.ə.əliyev: Oradan eşidirəm, deyirlər kompromis la-
zımdır.
b.əhmədov,  professor:  Azərbaycan  Respublikasının 
dövlət dili Azərbaycan türklərinin milli dili olan azəri di-
lidir.
yerdən səslər: Yox, olmaz.
H.ə.əliyev: Siz kimsiniz, mən bilmirəm. Şairsiniz?
V.bayatlı: İki kəlmə deyim?
H.ə.əliyev: De.
V.bayatlı: Bildiyiniz kimi, - bircə dəqiqə dayanın da, xa-
hiş edirəm, – İngiltərədə ingilis dilinə deyirlər “britiş inq-
liş”, Amerikada deyirlər “Amerika inqliş”. Yəni burada...
yerdən: Elə şey yoxdur.
b.Vahabzadə: Elçin Əfəndiyevin dediyi variant ən yax-
şı variantdır. Onda kompromis yaranar.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə