BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə68/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   61   62   63   64   65   66   67   68   69

253
    Konstitusiya komissiyasının üzvləri – Bakı Şəhər İcra 
Hakimiyyətinin  başçısı  Rəfael  Allahverdiyev,  Ali  Sovetin 
sədrinin müavini Yaşar Əliyev, BDU-nun professoru Səfiyar 
Musayev, Milli Məclisin hüquq siyasəti daimi komissiyası-
nın sədri Aslan Abbasov, EA-nın Fəlsəfə və Hüquq İnsti-
tutunun aparıcı mütəxəssisi, fəlsəfə elmləri doktoru Rəfiqə 
Əzimova, BDU- nun rektoru, professor Murtuz Ələsgərov, 
Milli  Məclisin  dövlət  quruculuğu  və  müdafiə  məsələləri 
daimi komissiyasının sədri Şirin Hacıkərimov, Milli Məc-
lisin üzvü Etibar Məmmədov, akademik Fərəməz Maqsu-
dov, Ali Sovetin sədrinin birinci müavini Arif Rəhimzadə, 
Milli  Məclisin  üzvü  Asya  Manafova,  respublikanın  baş 
prokuroru  Eldar  Həsənov, Ali  Məhkəmənin  sədri  Xanlar 
Hacıyev, habelə Dövlət Teleradio Verilişləri Şirkətinin sədri 
Babək Hüseynov iclasda çıxış etdilər. Onların hamısı ( Eti-
bar Məmmədovdan başqa) Azərbaycan dilinin dövlət dili 
olmasını təklif etdi. 
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 
bu məsələnin müzakirəsinə yekun vurdu. 
Azərbaycan respublikasının Prezidenti  
Heydər əliyevin çıxışı
–  Müstəqil  Azərbaycan  Respublikasının  ilk  konstitu-
siyasını qəbul  etmək çox məsuliyyətli, eyni  zamanda çox 
şərəfli  bir  vəzifədir.  Xoşbəxt  adamlarıq  ki,  bu  vəzifə  bi-
zim  üzərimizə  düşübdür.  Eyni  zamanda  məsuliyyətimizi 
də  dərk  etməliyik  və  düşünməliyik  ki,  biz  tarix  qarşısın-
da, bu işimizə görə daim cavabdeh olacağıq. Ona görə də 
bu məsələyə, gələcək nəsillər qarşısında bu işə fövqəladə 
diqqət  yetirməliyik,  bu  məsələyə  obyektiv,  çox  səbrlə  və 


254
məsuliyyətlə yanaşmalıyıq. Mən bu gün bəyan etmək istə-
yirəm ki, konstitusiya komissiyası təşkil olunandan indiyə 
qədər bu  komissiyada  belə  bir  mühit  yaranıb:  konstitusi-
ya komissiyasının üzvləri, o cümlədən komissiyanın səd-
ri kimi mən də məhz bu prinsiplər əsasında öz üzərimizə 
düşən vəzifənin həll olunmasına çalışırıq. 
  İş  sona  çatır.  Biz  bu  gün  layihəni  axıra  qədər  müza-
kirə  edib,  ümumxalq  müzakirəsindən  sonra  daxil  olmuş 
təklifləri təhlil edib, konstitusiya layihəsinin son variantını 
hazırlayıb dərc etdirməliyik. Bu proseslər içində siz – kons-
titusiya komissiyasının üzvləri də görürlər, bütün ictimaiy-
yət də bunun şahididir ki, mən dövlət dili ilə əlaqədar olan 
maddənin hərtərəfli müzakirə edilməsinə cəhd göstərirəm 
və  nə  qədər  vaxt  sərf  olunsa  da  bunu  çox  lazımlı  hesab 
edirəm. Görürəm, bəzilərinin hövsələsi çatmır, bəziləri dü-
şünürlər ki, məsələ aydındır, qərar qəbul etmək lazımdır. 
Ancaq mən belə hesab edirəm ki, bu məsələdə tam aydınlıq 
hasil olmalıdır. Əgər mən şəxsən bu işə ümumi nöqteyi– 
nəzərdən yanaşsaydım, biz bu məsələni indiyədək bir neçə 
dəfə müzakirə etmişik və komissiya üzvlərinin əksəriyyə-
tinin fikri birdir. 
 Birincisi, komissiyada layihə hazırlanarkən bu məsələ 
işçi  qrupunda  müzakirə  olunub.  Layihəyə  bir  neçə  dəfə 
baxılıb.  Sonra,  oktyabrın  14-də  bu  məsələ  müzakirə 
edilərkən biz bu maddə barədə fikir mübadiləsi apardıq. 
Mən bunu bir neçə dəfə demişəm, komissiya üzvlərindən 
üç nəfər bu barədə, yəni Azərbaycan dövlətinin konstitu-
siyasında olan maddədən fərqli fikir söylədi ki, indiyədək 
Azərbaycan dili dövlət dili yazılıb, indi isə bu ya Azərbay-
can türkcəsi, ya Azərbaycan türk dili, ya da sonradan de-


255
yildiyi  kimi, Azərbaycan  (  türk  dili)  yazılsın.  Komissiya-
nın qalan üzvləri bu fikri dəstəkləmədilər. Onların hamısı 
Azərbaycan dili tərəfdarı oldu. Bu gün çıxış edən komis-
siyanın üzvü Etibar Məmmədov da o vaxt başqa fikir söy-
ləmədi; o, ümumiyyətlə fikir söyləmədi. Belə olan halda , 
əgər mən, komissiyanın sədri kimi, bu məsələlərə ümumi 
prinsip  nöqteyi-  nəzərindən  yanaşsaydım  (üç  nəfər  deyir 
ki, belə olsun, amma qalanları deyir ki, belə olsun), məsələ-
ni bununla da qurtarmaq olardı. Ancaq mən hesab etdim 
ki, üç nəfər komissiyanın üzvləri arasında sayca çox azlıq 
təşkil  edirsə  də  ,  birincisi,  komissiyanın  hər  bir  üzvünün 
fikrinə diqqət vermək və onu nəzərə almaq lazımdır; ikin-
cisi də, bu fikri söyləyən adamlar bizim görkəmli ziyalıla-
rımızdır – mədəniyyət, elm, ədəbiyyat sahəsində tanınmış 
və böyük fəaliyyət göstərmiş adamlardır. Demək, bunların 
fikirlərini daha da geniş müzakirə etmək lazımdır. Ancaq 
eyni  zamanda  1978-ci  ildə  qəbul  edilmiş  konstitusiyada 
Azərbaycanın dövlət dili Azərbaycan dili yazıldığına görə 
və on illər müddətində Azərbaycan dili həyatımızın hər ye-
rində bərqərar olunduğuna görə biz layihənin 23-cü mad-
dəsində yazdıq  ki,  “Azərbaycanın  dövlət  dili Azərbaycan 
dilidir”. Bunu da ümumxalq müzakirəsinə verdik. 
Ancaq  bilirsiniz,  -  bunu  keçən  görüşlərimizdə  de-
mişəm, - mən çalışırdım ki, başqa fikir söyləyənlərin fikir-
lərinin,  dəlillərinin  nə  qədər  əsaslı  olduğunu,  tarixi,  elmi 
nöqteyi- nəzərdən nə qədər münasib olduğunu araşdıraq. 
Mən bütün bu müddətdə çalışmışam şərait yaradım ki, in-
sanlar  sərbəst  danışsınlar,  hərənin  sözü  sərbəst  meydana 
çıxsın. İkinci tərəfdən də bu müzakirələrdə, mübahisələrdə 
məsələni mən şəxsən özüm üçün daha  da aydınlaşdırmaq 


256
istəyirdim. Baxmayaraq  ki, bu məsələnin tarixi də mənə 
məlumdur, xalqımızın tarixini də, dilimizi də pis bilmirəm 
və  dilimizin  tarix  boyu  keçdiyi  yollar  da  başqaları  kimi 
mənə də məlumdur, bəlkə bir çoxlarından da az məlum de-
yil. Ona görə də ola bilərdi ki, mən dərhal bir mövqe tutum. 
Ancaq mən bunu etmədim. Hesab edirəm ki, belə də lazım 
idi, bu da həmin sahəyə maraq göstərənlərin, mütəxəsislə-
rin fikirlərinin açılmasına şərait yaradacaqdır. Ona görə də 
layihə mətbuatda dərc olunandan sonra biz bu məsələnin 
yenidən müzakirə edilməsini lazım bildik. 
Oktyabrın 31-də Elmlər Akademiyasında bütün ziyalı-
ların nümayəndələri bu məsələni müzakirə etdilər. 25-dən 
çox adam çıxış etdi. Mən bununla qane olmadım, noyabrın 
2-də  konstitusiya  komissiyasının  iclasını  tamamilə  buna 
həsr etdim. Biz beş saata qədər müzakirə apardıq. O mü-
zakirədən sonra bəlkə də qərar qəbul etmək olardı. Görür-
sünüz ki, mən bu gün konstitusiya komissiyasının və işçi 
qrupunun  üzvlərinin  burada  iştirakı  ilə  müzakirəni  yenə 
də davam etdirirəm. Bütün bu müzakirələrin nəticəsində 
mən də öz fikrimi demək istəyirəm. 
Dil, millət fəlsəfi məfhumdur, tarixi anlayışdır. İnsan-
lar dünyada mövcud olandan onlar hansısa dillərdə danı-
şıblar. Bir halda ki, insanlar olub, demək, onların bir- biri 
ilə əlaqəsi üçün dil də olubdur. İnsanlar dünyada mövcud 
olandan  müəyyən  tayfalar,  qruplar,  yaranıbdır,  bundan 
sonra  onlar  genişlənib,  millət  şəklinə  gəlib  çıxıblar.  Ona 
görə həm millət anlayışı, həm dil anlayışı, yenə deyirəm, 
fəlsəfi məfhumdur, fəlsəfi, tarixi anlayışdır. Dialektikanın 
qanununa görə bu iki anlayış daim inkişafda , dəyişiklikdə 
olubdur. 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə