BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə67/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   61   62   63   64   65   66   67   68   69

249
başqa ad vermək olmaz. Əgər buna kimsə başqa ad versə, 
bu bizim xalqımıza, torpağımıza, millətimizə xəyanət ola 
bilər. Bu, Azərbaycan Respublikasıdır və bizi Azərbaycan 
Respublikası kimi tanıyırlar.
Mən beş gün Nyu – Yorkda oldum. Bu beş gündə 50-60 
görüş keçirmişəm, 70 görüş keçirmişəm. Dünyanın ən bö-
yük ölkələrinin prezidentləri ilə bərabər hüquqlu görüşlər 
keçirmişəm. Amerika  Birləşmiş  Ştatlarının  prezidenti    ilə 
mənim görüşüm olubdur. Dünən yenə ondan məktub al-
mışam və məktubda da yazır ki, görüşümüzdən nə qədər 
məmnundur, nə qədər məzmunlu, ətraflı görüşümüz olub-
dur. Bu, bir mənə görə deyil. Bu, Azərbaycan xalqına görə-
dir, Azərbaycan millətinə görədir, Azərbaycan Respublika-
sına görədir.
Bütün bunları da nəzərə almaq lazımdır. Hissiyyata qa-
pılıb bunları unutmayın. Bilin ki, biz müstəqil dövlət kimi 
dünyada artıq öz yerimizi tutmuşuq. Ona görə hansı qərar 
qəbul eləyəcəyiksə, gərək bu milli mənliyimizə, milli məğ-
rurluğumuza toxunmasın. Bunu da bilmək lazımdır. Bunu 
da unutmaq olmaz. Nizaminin sözləri də bizim üçün əziz-
dir, Füzulinin sözləri də bizim üçün əzizdir. Cəlil Məmmə-
dquluzadənin, Mirzə Fətəli Axundovun sözləri də, Sabirin 
sözləri də bizim üçün əzizdir, - hamısı bizim üçün əzizdir. 
Amma bugünkü reallıq var. Bu reallığı nə Nizami Gəncə-
vi görə bilərdi, nə Füzuli görə bilərdi, nə də  Cəlil  Məm-
mədquluzadə.  Reallıq  bütün  bu  tariximizin  hamısından 
üstündür  və  bu,  bizim  üçün  gələcəyə  böyük  bir  yol  açır, 
geniş bir yol açır. Əgər Ermənistanın təcavüzündən qurta-
ra bilsək, əgər dövlətçiliyimizi möhkəmləndirə bilsək, bilin 
Azərbaycanın çox böyük gələcəyi var.


250
Ona görə də biz gərək öz milli mənliyimizi həmişə yük-
sək saxlayaq. Bilirsiniz, mən uzun həyat yolu keçmişəm, bu 
gün də yaşayıram, sizinlə birlikdə işləyirəm. Mənim üçün 
hər şeydən üstün mənim milli mənliyimdir. Milli mənliyim 
məni həmişə bütün çətin vəziyyətlərdən çıxarıb. Milli mən-
liyimə görə də mən istədiyim yolla gedə bilmişəm, istədi-
yimə nail ola bilmişəm və xalqıma xidmət edə bilmişəm. 
Ona görə milli mənliyimizi gərək itirməyək. Milli mənliyi-
miz də var, onunla da biz fəxr edə bilirik.
Gəlin bir balaca fasilə verək, konstitusiya komissiyası-
nın gələn iclasında bu barədə son qərarı qəbul eləyək.
Sağ olun.
* * *
Noyabrın 5-də respublika Prezidenti Heydər Əliyevin 
yanında  Azərbaycan  Respublikasının  yeni  konstitusiya 
layihəsini hazırlayan komissiyanın növbəti iclası oldu. İc-
lası giriş sözü ilə dövlətimizin başçısı, komissiyanın sədri 
Heydər Əliyev açdı.
 Azərbaycan respublikasının prezidenti  
Heydər əliyevin giriş sözü
 – Bu gün biz Azərbaycan Respublikasının yeni kons-
titusiya layihəsini hazırlamaq üçün təşkil olunmuş komis-
siyanın növbəti iclasını, ola bilər ki, son iclasını keçiririk. 
Komissiyanın  noyabrın  2-də  keçirdiyimiz  iclasında  biz 
ümumxalq müzakirəsindən sonra konstitusiya layihəsinin 
bir  maddəsini  müzakirə  etdik.  Bu  gün  isə  biz  konstitusi-
ya layihəsi dərc ediləndən  və onun ümumxalq müzakirə-


251
sindən sonra ictimaiyyət, əhali, mətbuat tərəfindən kons-
titusiya  komissiyasına  daxil  olmuş  təkliflərə,  əlavələrə, 
dəyişikliklərə  baxmalıyıq,  onlar  haqqında  müəyyən  fikrə 
gəlməliyik,  onlardan  hansıları  qəbul  oluna  bilərsə,  qəbul 
edib bu layihəni daha da təkmilləşdirməliyik. 
Komissiyanın işçi qrupunun üzvləri daxil olmuş bütün 
təklifləri təhlil ediblər, baxıblar və işçi qrupunun bu barə-
də müəyyən fikirləri var. Ona görə də komissiyanın işini 
elə  qurmaq  olar  ki,  işçi  qrupu  bu  təkliflər  haqqında  bizə 
öz fikirlərini təqdim edər  və biz, komissiya üzvləri həmin 
təkliflərdən hansının qəbul edilib-edilməməsini müəyyən-
ləşdirərik. Hesab edirəm ki, biz bu işi mütləq başa çatdır-
malıyıq və nəhayət, layihənin son variantı hazır olub dərc 
edilməlidir.
Bütün bu təkliflər haqqında işçi qrupunun məlumatını 
dinləməzdən əvvəl, hesab edirəm ki, konstitusiyanın 23-cü 
maddəsi haqqında aparılan müzakirələri yekunlaşdırmaq 
lazımdır. Həmin maddə xüsusi əhəmiyyət kəsb etdiyinə və 
bu barədə bəzi fikirlər olduğuna görə bilirsiniz ki, bu mad-
də geniş müzakirə olunubdur. Ümumxalq müzakirəsindən 
sonra bu maddə bir dəfə bizim elm müəssisələrinin, yara-
dıcılıq  təşkilatlarının,  universitetlərin  nümayəndələrinin, 
ictimaiyyətin  başqa  təbəqələrinin  –  ziyalıların  iştirakı  ilə 
Elmlər Akademiyasında müzakirə edilibdir. Ondan sonra 
noyabrın  2-də  bu  maddə  konstitusiya  komissiyasında  bir 
çox əlavə şəxslərin iştirakı ilə müzakirə olunubdur. Həmin 
müzakirə təxminən beş saat davam etdi. O vaxt biz bütün 
təklifləri dinlədik və xatirinizdədir ki, qərar qəbul olunma-
dı. Bu qərarı biz bu gün qəbul etməliyik. Ona görə də işçi 
qrupunun bütün başqa təkliflər haqqında məlumatını din-


252
ləməzdən əvvəl hesab edirəm ki, bu maddə haqqında mü-
zakirələrimizi tamamlamalıyıq və bu barədə son fikrimizi 
müəyyənləşdirməliyik, bundan sonra isə başqa maddələrə 
aid təkliflərə baxmalıyıq.  
 Ona görə də mən Ramiz Mehdiyevə söz verirəm ki, o, 
komissiyanın noyabrın 2-də keçirilən iclasındakı müzakirə-
nin yekunları haqqında məlumat versin. 
* * * 
 Sonra Prezidentin İcra Aparatının rəhbəri Ramiz Meh-
diyev konstitusiya komissiyasının noyabrın 2-də keçirilən 
iclasındakı müzakirənin yekunları haqqında məlumat ver-
di. 
 Daha sonra respublika Prezidenti Heydər Əliyev dedi:
–  Demək,  alimlərimiz,  yazıçılarımız,  mütəxəssisləri-
miz iki böyük müzakirədə öz sözlərini deyə biliblər. An-
caq bundan əvvəl, konstitusiyanın layihəsi mətbuatda dərc 
ediləndən sonra əhali, xalq arasında müzakirə olunubdur. 
Keçən dəfə dedim və bu gün yeni məlumat almışam, - işçi 
qrupu  məlumat  verir  ki,  konstitusiyanın  ayrı-ayrı  mad-
dələrinə  dair  3  minə  yaxın  təklif  gəlib.  Bunların  içərisin-
də Azərbaycanın dövlət dilinə aid 23 təklif vardır, onların 
müəllifləri dövlət dilini türk dili, yaxud Azərbaycan türk-
cəsi  adlandırmaq  istəyirlər.  Noyabrın  2-də  konstitusiya 
komissiyasının  iclasında  bu  komissiyanın  üzvlərinin  bir 
qismi  çıxış  etdi,  -  onların  adları  burada  deyildi,  -hər  biri 
öz mövqeyini bildirdi. Konstitusiya komissiyasının başqa 
üzvləri bu barədə nə demək istəyirlər?
    * * *


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə