BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə62/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   58   59   60   61   62   63   64   65   ...   69

229
mötərizədə “türk” sözünü yazmaqla, belə başa düşürəm ki, 
mənim  qabiliyyətim  və  bacarığım  daxilində,  bununla  biz 
bütün məsələləri, bütün mübahisələri həll etmiş oluruq.
Bir məsələni də demək istəyirəm. Hörmətli prezident, 
mən burada rəsmi vəzifə tutmuş bir adam kimi yox, bir ya-
zıçı kimi danışıram. 36 il bu dildə yazan bir yazıçı kimi sizə, 
yəni  Azərbaycan  respublikasının  prezidentinə  öz  dərin 
təşəkkür və minnətdarlığımı bildirirəm ki, dilə bu dərəcədə 
həssaslıqla yanaşırsınız, dilə bu dərəcədə hörmət edirsiniz 
və doğrudan da şəxsən mənim gözləmədiyim halda həm 
srağagünkü iclas, həm də bugünkü iclas yalnız dil sahəsin-
də yox, ümumiyyətlə, elə bilirəm ki, müasir Azərbaycan ic-
timai fikrində hadisədir. Vəssalam.
H.ə.əliyev: Yaxşı, Yaşar Əliyev də əlini qaldırıb, ancaq 
gecikmisən, bayaqdan gərək qaldıraydın. Mənə belə gəlir 
ki, müzakirələr yetər, artıq saat 7-yə yaxınlaşıb. Saat 3-dən 
biz  danışırıq.  Bir  şey  xatirimə  düşdü.  Bu  günlərdə  mən 
Amerika  Birləşmiş  Ştatlarından  qayıdırdım.  Özümüzün 
təyyarəmiz təəssüf ki, yoxdur və mən “Türk Hava Yolları”-
nın təyyarəsi ilə İstanbuldan Nyu-Yorka getdim, oradan da 
geriyə. Oradan yaxındır, bizim təyyarə işləyir, amma uzaq 
məsafəyə işləyə biləcək təyyarəmiz yoxdur. Keçən dəfə də 
elə olmuşdu. Təyyarədə gələrkən cavan qızlar, - “stüardes-
sa” deyirlər – onlar xidmət edirlər. Çox mehriban, şübhəsiz 
ki, məni də tanıdıqlarına görə xüsusi münasibət göstərir-
dilər. Məni başa saldı, biz “ər” deyirik, amma onlar “ər” 
demirlər, bilirsiniz türkcə?
yerdən səs: Hocam.
H.ə.əliyev:  Görürsünüz,  başa  düşmədik  də.  Kişi  ilə 
arvadı qarışdıracaqdıq. Hocam. Həsən düz deyir. O mənə 


230
deyir ki, “mənim hocam azəridir”. Mən bir də soruşdum, 
kim? Çünki “hocam” müəllimə də deyirlər.
yerdən səs: Bu, “hoca”dır. O, “hocan”ım.
H.ə.əliyev:  İndi  belədir  də,  təyyarədə  səs  –  küy  var 
idi,  yəqin  ki,  “hocam”la  “hocanım”ı  aydınlaşdıra  bilmə-
mişəm. Nəhayət, başa düşdüm ki, bunun ərindən söhbət 
gedir. Hətta bir dəfə də mən ondan soruşanda ki, nə? Dedi 
ki, “mənim bəyim”. “Bəy” sözü də işlətdi, deyir azəridir. 
İstədi özünü göstərsin ki, belə yaxındır mənə. Dedim sən 
özün də azərisən? Dedi yox, mən osmanlıyam. Bax, bu, sa-
dəcə mənim xatirimə gəldi.
Mən deyə bilmərəm ki, məsələn, bəziləri deyir ki, türkcə-
ni mən başa düşmürəm. Mən bilirəm türkcəni. Vaxtilə, gənc 
vaxtımda türk dilini öyrənmişdim, hətta mənim lüğətim də 
olubdur: Azərbaycan – türk lüğəti, sonra türk – rus dili lü-
ğəti. Mən bununla gənclik vaxtımda çox məşğul olmuşam. 
Ona görə də belə hesab etmirəm. Mən türkcə danışılan söz-
lərin ola bilər, bir faizini, iki faizini başa düşmürəm. Qalan-
larını başa düşürəm. Amma bu o demək deyil ki, hamı başa 
düşə bilər. Hesab eləyirəm ki, mənimlə başqalarının fərqi 
var.  Çünki mən bunu xüsusi öyrənmişəm, dərsliklərlə, lü-
ğətlə işləmişəm, öyrənmişəm. Ona görə də bilirəm. Ancaq 
yenə də belə bir çətinliyə rast gəldim. Mən bunu ona görə 
xatirimə  salıram    ki,  məsələn,  o,  orada  deyir  ki,  azəridir. 
Və ümumiyyətlə, türkcədə bu Azərbaycan mənşəyi olana 
“azəri” deyirlər. Məsələn, Türkiyədə eşitmişəm, deyirlər ki, 
Türkiyədə bir milyona qədər azəri var. Yəni azərbaycanlı-
dır.  Bilirsiniz  ki,  baxmayaraq  orada  hamı  türkdür,  amma 
yenə seçilir ki, bunlar azəridirlər.
Ona görə də məsələ çox çətindir. Söz verirəm Rəsul Qu-


231
liyevə. O, bəlkə bizim üçün aydınlaşdırdı.
r.b.Quliyev  –  respublika  Ali  Sovetinin  sədri,  yeni 
konstitusiya  layihəsini  hazırlayan  komissiya  sədrinin 
müavini:  Sözsüz,  mən  nə  professional  dilçiyəm,  nə  də 
professional tarixçi. Ona görə bu barədə, ola bilər, qeyri – 
dəqiqliklər olsun. Gərək bu işə görə mənim günahımdan 
keçəsiniz.  Mənim  burada  çıxış  eləməkdə  əsas  məqsədim 
odur ki, müəyyən məntiqi məsələlər var, onları istəyirəm 
cəmləşdirim və bu məntiqi fikri sizin nəzərinizə çatdırım.
Birinci, onu nəzərinizə çatdırmaq istəyirəm ki, 1993-cü 
ilin dekabrında Azərbaycanın dövlət dili barəsində qanu-
na imza atılıbdır. Amma qanunun “dövlət dili Azərbaycan 
türk dilidir” maddəsi qəbul olunmayıbdır. Qanundan kə-
nara çıxmaq şərtilə prezident tərəfindən imza atılıb, ancaq 
o qanun hüquqi nöqteyi – nəzərdən heç bir əhəmiyyəti ol-
mayan bir şeydir. Bu son iki il müddətində - 1993-cü ilin 
dekabr ayından bu günə qədər Milli Məclisdə azı 4-5 dəfə 
bu məsələni yenidən müzakirə etmək üçün Milli Məclisin 
üzvləri  məsələ  qaldırıblar.  Mən  əminəm  ki,  bu  məsələlər 
qaldırılanda hörmətli Sabir Rüstəmxanlı Milli Məclisin hə-
min iclaslarında həmişə iştirak eləyibdir. Məsələ də ancaq 
onun üçün qaldırılıb ki, o vaxt müzakirə olunmuş məsələ 
yenidən müzakirə edilsin və o vaxt  Milli Məclisin qəbul 
elədiyi qərar ləğv olunsun. O vaxt düzdür, 2-3 gün müddə-
tində aparılan böyük, uzun müzakirələr nəticəsində ancaq 
26 səsə nail olunmuşdur. Amma Sabir müəllim çox gözəl 
bilir ki, o məsələni əgər biz Milli Məclisdə yenidən müza-
kirə etsəydik, ən azı 36 səslə o qərarı ləğv edəcəkdik. Bu 
məsələnin  də  müzakirəyə  çıxarılmamasının  birinci  əsas 
səbəbkarı  mən  olmuşam.  Mən  imkan  verməmişəm  Milli 


232
Məclisin üzvlərinə ki, bu məsələni biz müzakirə edək. Mən 
həmişə, hər dəfə demişəm ki, yeni konstitusiya qəbul edə-
cəyik və o konstitusiyanı qəbul eləyəndə, o konstitusiya la-
yihəsini müzakirə eləyəndə bu məsələyə baxarıq.
Ona görə burada Sabir müəllimin söylədiyi o fikir ki, 
var, düz deyil. Respublikanın prezidenti işarə verməklə ca-
maat onu eləməz. Belə demək ki, Heydər Əliyev bir prezi-
dent kimi işarə versəydi, yerdəkilərin hamısı durub “türk 
dili” deyəcəkdi, çox böyük səhvə yol verməkdir. Mənə belə 
gəlir  ki, Azərbaycan  ziyalılarına  hörmətsizlik  eləyir.  Qəti 
surətdə bu olmaz.
İndi  mən  məsələnin  müzakirəsinə  keçməmişdən  əv-
vəl  istəyirəm  biz  bilək  ki,  bu  “dövlət  dili”  anlayışı  ümu-
miyyətlə nədir. Bilirsiniz ki, “dövlət dili” anlayışı XIX əs-
rin ortalarından XX əsrin bu gününə qədər inkişaf eləyən, 
həyatda özünün yerini tapan və müəyyən bir əhəmiyyəti 
olan, belə deyək ki, qanundur. Qanun da deyil, daha doğ-
rusu, əhəmiyyət kəsb eləyən bir məsələdir. Yəni XIX əsrin 
ortalarına qədər bu dövlət dili barəsində bir qanun və bir 
qanun layihəsi, yaxud konstitusiyada bir maddə, yaxud bir 
sərəncam, yaxud bir şahın qəbul elədiyi əmr – elə bir şey 
olmayıbdır, heç vaxt! “Dövlət dili” məfhumu ümumiyyətlə 
olmayıbdır. Müəyyən ölkələr müəyyən dillərdə danışıblar. 
Ümumiyyətlə,  bilmək  istəyirsinizsə,  XVIII  əsrə  qədər  elə 
çox da böyük sərhədlərə malik ölkə olmayıb. Əgər götürüb 
baxsaq, XVIII əsrə qədər bizim planetimizdə imperiya tipli 
maksimum 4-5 ölkə olub və 4-5 dil də inkişaf eləyib.
Ölkələrin  yaranması  prosesinə  fikir  versəniz,  ən  bö-
yük  ölkələrin  və  sərhədlərin  əmələgəlmə  prosesi  əsasən 
XX əsrdə gedib. Yəni əgər XVIII əsrə qədər, dünyada 6-7, 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə