BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə63/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   59   60   61   62   63   64   65   66   ...   69

233
belə deyək ki, təsiri olan ölkə sayılırdısa, imperiya sayılır-
dısa, bu, XX əsrin əvvəlində  o sahədə gəlib çıxıb 120-yə, 
məsələn, XX əsrin 90-cı illərində gəlib çıxıbdır, tutaq ki, 350-
yə, XX əsrdə 200 – 250 yeni ölkə əmələ gəlib, yeni dövlət 
yaranıb. Ona görə burada durub tarixin keçmişinə getmək 
və axtarmaq ki, VII əsrdə “Azərbaycan” adı olubmu, ölkəsi 
olubmu, VIII əsrdə olubmu, olmayıbmı, yaxud orta əsrdə 
olubmu, olmayıbmı, - bu heç bir əhəmiyyət kəsb eləməyən 
bir məsələdir. Yəni indi bizim dediyimiz İngiltərədir, Tür-
kiyədir, yaxud Əlcəzairdir, Misirdir, Fransadır və sairə və 
sairə, - bu ölkələrin heç biri VII, VIII, IX əsrlərdə olmayıb. 
Həmin bu “Türkiyə Cümhuriyyəti” adının özü 20-ci illərdə 
meydana gəlib. Ona görə gedib haradasa Azərbaycan ax-
tarmaq lazım deyil və haradasa o Azərbaycanı tapmayanda 
heç vaxt fikrə gətirmək lazım deyil ki, belə bir Azərbaycan 
yoxdur.  Ona  qalsa,  dünyadakı  ölkələrin  99  faizi,  hamısı 
təzəlikcə yaranıb. Banqladeş adlı bir ölkə heç vaxt olmayıb, 
120 milyon əhalisi var. İndoneziya adlı ölkə heç vaxt olma-
yıb, 130 milyon əhalisi var. İndi deyək bunlar ölkə deyil?
Ona  görə  bu  “Azərbaycan”  adını  hallandırmaq,  “bu 
Azərbaycan haradan çıxıb” – belə sözləri demək düz de-
yil. Bu ölkələrin bu sərhədlərlə, bu vəziyyətdə yaranması 
XX  əsrin  məhsuludur.  Azərbaycan  da  XX  əsrdə  iki  dəfə 
“Azərbaycan” adına layiq görülüb. Daha doğrusu, iki dəfə 
yox, bir dəfə görülüb, 1918-ci ildən indiyə qədər də davam 
edir. Bəli, deyirsiniz ki, azərbaycanlılara “tatarlar” deyib-
lər,  “Qafqaz  tatarları”  deyiblər.  Baş  Arxiv  İdarəsinin  rəi-
si də dedi ki, sonradan Fətəlixan Xoyskinin rəhbərliyi ilə 
“türk dili” və “türk milləti” məfhumu ortaya çıxıb, 1918-ci 
ildə. Niyə çıxıb? Ona görə ki, 1828-ci ildən 1918-ci ilə qə-


234
dər bu Azərbaycan xalqına “tatar” deyiblər. “Tatar” deyib-
lər ona görə yox ki, tatar milləti nəsə bir geridə qalmış, ya 
pis millətdir. Xeyr. Bunu ikrah hissi ilə deyiblər. Ona görə 
müstəqilliyi  əldə  eləyən  kimi  bu  “tatar”dan  uzaqlaşmaq 
xatirinə “türk, türk dili” deyiblər. Bu o demək deyil ki, o 
vaxt bir dəfə “türk” deyiblər, “türk dili” deyiblər, bununla 
da məsələ həll olunub, qurtarıb gedib.
Mən  sizə  bir  neçə  misal  çəkmək  istəyirəm.  Ümumiy-
yətlə,  bu,  XX  əsrdə yaranmış ölkələrin, yaxud  XX  əsrdən 
əvvəldə,  yaranmış  ölkələrin  bəzilərinin  dili  ölkənin  adı 
ilə bağlıdır, bəzilərinin də dövlət dili ölkənin adı ilə bağlı 
deyil. Elə dillər var ki, onlar o qədər zəif formalaşıb ki, o 
dillərdə  danışıq  aparmaq,  dövlət  səviyyəsində  müqavilə 
bağlamaq mümkün deyil. Belə dillər var. Siz istəsəniz, 5-6 
dili misal çəkə bilərəm. Ona görə elə dillər mövcud olan 
yerlərdə  o  dili  dövlət  dili  kimi  qəbul  etmirlər.  Məsələn, 
fransız dilini qəbul eləyirlər, italyan, ya ingilis dilini qəbul 
eləyirlər  və  başqa  dilləri  qəbul  eləyirlər,  amma  o  dili  qə-
bul eləmirlər, çünki o dil formalaşmayıb. Ona görə bu gün 
biz Azərbaycan dilini qəbul etməməklə Azərbaycan dilinə 
damğa vurulur ki, bu Azərbaycan dili formalaşmayıb. Bu, 
100 faiz belədir. İstəyirsiniz, türkçülüyü misal gətirək. VII 
əsrdən, haradan istəyirsiniz, dartaq gətirək. Amma mənim 
bu  dediyim  həqiqətdir.  Bu,  həqiqətən  də  belədir.  Burada 
söhbət gedir, familiyasını deyə bilmərəm kim dedi, dedi ki, 
məsələn, hər dildə belədir. Tutaq ki, Türkəmənistan – türk-
mən dili, Özbəkistan – özbək dili. Bəs Azərbaycanda necə 
olur: Azərbaycan – Azərbaycan dili. Yaxşı, burada elə bir 
problem var? Ola bilər, deyəsən ki, “azərbaycanlı dili”. Nə 
fərqi var? İtaliya – italyan dili. Yaxşı, biz də deyək “Azər-


235
baycan – azərbaycanlı dili”. Ona görə bəyəm “Azərbaycan” 
məfhumunun  “Azərbaycan”  sözünün  bir  qəbahəti  var? 
Qəti surətdə yoxdur.
İndi burada dil qrupları var. Məsələn, fransız – ispan dil 
qrupu. Fransız – ispan dil qrupuna italyan, portuqal, fran-
sız, ispan dilləri daxildir, ancaq hərəsi özünün dilini yazır. 
Yaxud, alman dilini götürək. Alman dilində hollandlar, al-
manların özləri, avstriyalılar danışırlar, mən bilən Finlan-
diya da o qrupa daxildir. Hərəsi öz dilini yazır, hərəsi yazır 
ki, bu dildir və sairə. Həmçinin də slavyan dili. Bizim bu 
dilimiz - əgər biz Azərbaycan xalqının keçmişinə, tarixinə 
inanırıqsa, - gör nə vaxtdan bizim bu dilimiz, Azərbaycan 
ölkəsi olub. Nə vaxtdan Azərbaycanda insanlar yaşayıblar. 
Bu, illər boyu formalaşıbdır. Yəni bizim bu dilimizin for-
malaşma dövrü bir  10 min ilə yaxındır. Yaxşı, bu  10 min 
ilə yaxın olan formalaşma dövrünün axırıncı min ilini gö-
türə bilmərik ki! Biz gərək bunun bütün 10 min ilini də gö-
türək ki, bu dil necə formalaşıb. Biz o dildə hər şeyi izah 
eləyə bilirik. Yüksək səviyyədə hər cür müqavilələr bağla-
maq  imkanımız  var.  Biz  bu  dilimizin Azərbaycan  dilinin 
qəbul  olunmasından  kənarlaşsaq,  Azərbaycanın  gələcək 
müstəqilliyini necə dərk edərik?
Mən sayıram ki, “Azərbaycan – türk dili”, yaxud “türk 
dili”  məfhumu  bizim  konstitusiyada  heç  cür  ola  bilməz. 
Mən sayıram ki, “Azərbaycan türk dili”, yaxud “türk dili” 
məfhumunun  bizim  konstitusiyaya  daxil  olması,  yaxud 
o vaxt – 1992-ci ilin dekabrında  o qərarın qəbul edilməsi 
Azərbaycan xalqına qarşı mənəvi cinayətdən başqa bir şey 
deyil.
H.ə.əliyev: Çox mürəkkəb bir məsələni müzakirə edi-


236
rik və burada deyilən hər bir sözdə - həm oktyabr ayının 
31-dəki yığıncaqda, toplantıda, həm də bu gün,-hər birində 
həqiqət var. Ona görə mən heç bir kəsin fikrini, yaxud tək-
lifini, yaxud sözünü rədd etmək istəmirəm və etiraz bildir-
mək istəmirəm.
Məsələnin nə qədər mürəkkəb olduğunu dərk edərək 
mən  bu  cür  müzakirənin  aparılmasını  lazım  bilmişəm 
və buna xeyli vaxt sərf olunmasını tamamilə əsaslı hesab 
edirəm.  Ancaq  biz  gərək  qərar  qəbul  edək.  Birinci,  həm  
31-də olan çıxışlardan, həm bugünkü çıxışlardan mən belə 
başa düşdüm ki, 1992-ci ilin dekabr ayında Milli Məclis tərə-
findən qəbul olunmuş qanun bəyənilmir. Çünki həm o gün, 
həm bu gün çıxış edənlərin tam əksəriyyəti Azərbaycan dili 
əvəzinə türk dilinin dövlət dili qəbul olunmasını qəbul et-
mir. Belədir də, mən belə başa düşürəm. Hətta bizim Kons-
titusiya komissiyasında bu məsələnin bu cür müzakirəsinə 
səbəbkar olanlar – Bəxtiyar Vahabzadə, Anar, Elçin Əfən-
diyev,  -  onlar  da  təklifi  qaldırarkən  üçü  də  demədilər  ki, 
Azərbaycan  dili  əvəzinə  konstitusiyada  dövlət  dili  “türk 
dili” yazılsın. Onların özü də eyni fikirdə oldular ki, - indi 
Elçin deyir ki, Azərbaycan dili, mötərizədə türk, - ancaq o 
dəfə mən belə başa düşdüm ki, “Azərbaycan türk dili”, ya 
“Azərbaycan türkcəsi”, - bax, belə. Yəni təmiz “türk dili” 
tərəfdarı olmadılar. Yəni bu məsələnin səbəbkarları və bi-
zim  konstitusiya  komissiyasında  əsas  ideoloqlar  həmin  o 
qərara, 1992-ci ildə qəbul olunmuş qərara öz münasibətlə-
rini belə bildirirlər.
Ona görə mən hesab edirəm ki, birincisi, məsələni xır-
da – xırda həll eləmək lazımdır. 1992-ci ildə qəbul olunmuş 
qanun qeyri – qanunidir. Amma  qeyri – qanuni olmağına 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə