BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə61/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   57   58   59   60   61   62   63   64   ...   69

226
adamlar imiş. Onlarla danışıb və onlara anlatdırıb.
Amma  mən  də  Yusif  kimi  Azərbaycan  dilini  yalnız 
“türk dili” adlandırmağın əleyhinəyəm. Bunu mən yalnız 
bu  gün  yox,  yalnız  komissiyanın  keçən  dəfəki  iclasında 
yox, üç il bundan əvvəl – 1992-ci ildə həmin məclisin çıxar-
dığı qərardan sonra mətbuatda dəfələrlə demişəm və indi 
də təkrar eləyirəm. Nə üçün? Ona görə ki, bu aydın məsələ-
dir ki, - birini qoyub, o birisini deyirəm, - bu, aydın məsələ-
dir ki, “türk” sözünün kökü çox qədimdir. Azərbaycan dili  
1936-cı ilə qədər “türk dili” adlanıb. Hərçənd ki, Azərbay-
can dili istifadədə olub və onun da tarixi qədimdir. Mən qısa 
demək istəyirəm, ona görə bunu yalnız “türk dili” adlan-
dırmağın əleyhinəyəm ki, bu altmış ildə “Azərbaycan dili” 
ifadəsi Azərbaycan xalqının arasında vətəndaşlıq hüququ 
qazanıb  və  hər  bir  azərbaycanlının,  Azərbaycan  xalqının 
mənəviyyatına daxil olubdur, onun mənəviyyatının tərkib 
hissəsidir,  atributlarından  birisidir.  Bu,  “Azərbaycan  dili” 
ifadəsidir. Fikirləşirəm ki, əgər mən, tutalım, Azərbaycan 
dilini yalnız “türk dili” adlandırıramsa, onda Azərbaycan 
ədəbiyyatına nə deməliyəm? Çünki Azərbaycan ədəbiyya-
tı, aydın məsələdir ki, dillə bağlı bir şeydir, dilin üzərində 
qurulmuş  bir  şeydir.  Əgər  mən Azərbaycan  dilinə  yalnız 
“türk  dili”  deyirəmsə,  onda Azərbaycan  ədəbiyyatına  nə 
deməliyəm?  Onda  “türk  ədəbiyyatı”  deməliyəm.  Və  bu 
zaman çox böyük qarışıqlıq əmələ gəlir və bizim bugünkü 
məclisimiz də, keçən ayın 31-dəki məclis də onu göstərir ki, 
hətta ən görkəmli ziyalılarımız belə bunu qarışıq salırlar.
Nə üçün, burada bu fikir də söylənildi axı. Bu günün 
həqiqi, obyektiv gerçəkliyi ondan ibarətdir ki, “türk dili” 
deyəndə  türkcə,  türklərin  dili  nəzərdə  tutulur.  Bizim  bu 


227
bünövrəmiz yoxdur. Dünənəcən bizdə “türk dili” deyilir-
di, orada “Osmanlı dili” deyilirdi, “Osmanlı ləhcəsi” yox. 
“Osmanlı dili” ifadəsi bilirsiniz ki, Firudin bəy Köçərlinin, 
Sultanməcid  Qənizadənin  əsərlərində  var.  Mən  yadıma 
düşənləri deyirəm. Onda “türk dili” deyəndə məlum idi ki, 
bu, bəli, Azərbaycandakı türklərin, bizim dilimizdir. Mən 
belə hesab eləyirəm ki, onlar çox düzgün olaraq bizdən əv-
vəl bu məsələni həll elədilər və bu böyük məmləkətin, bu 
böyük  dövlətin,  bizim  qardaşımızın,  sevimlimizin,  əzizi-
mizin dövlət dili türk dilidir. Biz indi təzədən öz dilimizi 
“türk  dili”  adlandıranda  istər  –  istəməz  qarışıq  düşəcək. 
Bu o demək deyil ki, biz əgər desək ki, “türk dili”, o saat 
başlayacağıq danışmağa: “gəliyoram, gediyoram” və sairə. 
Bunu  qarşı  –  qarşıya  qoymaq  qəti  surətdə  düzgün  deyil. 
Bu, tamam başqa məsələdir. Amma hər halda, bu, qarışıq-
lıq əmələ gətirəcək. Bu, bizim Azərbaycan ədəbiyyatı məf-
humuna bir qarışıqlıq gətirəcək. Azərbaycan mədəniyyəti 
məfhumuna bir qarışıqlıq gətirəcək və sairə.
Digər tərəfdən, “Azərbaycan dili” ifadəsinə biz niyə qa-
rışmalıyıq? Mən keçən dəfə də bunu dedim, yenə də tək-
rar eləyirəm. 60 il ərzində dünya ədəbiyyatının şah əsərləri 
Azərbaycan dilinə tərcümə olunub, dünya elminin böyük 
nümunələri Azərbaycan dilinə tərcümə olunub – bilavasitə 
bir  az  qismi  orijinaldan,  böyük  əksəriyyəti  rus  dilindən. 
Azərbaycan  dilindən  nə  qədər  əsər  tərcümə  olunub,  çap 
olunub,  bunların  hamısında  yazılıb  ki, Azərbaycan  dilin-
dən tərcümədir. Yenə də təkrar eləyirəm dediyim sözü ki, 
bu “Azərbaycan dili” ifadəsi son 60 ildə Azərbaycan xalqı-
nın nəinki mənşəyinə daxil olub; bu, Azərbaycan xalqının 
özünün ifadəsinə, bir hissəsinə çevrilib.


228
Buna görə də mənim təklifim o vaxt da və indi də bun-
dan ibarət olub ki, Azərbaycan Respublikasının dövlət dili 
Azərbaycan (türk) dilidir. Burada bu mötərizə var. Burada 
böyük,  görkəmli  dilçi  alimlərimiz  əyləşib,  onlara  mənim 
deməyim artıqdır. Bu mötərizə bizdə çox məsələləri həll elə-
yir. Bax, belə bir eybəcər vəziyyət əmələ gəlir: tutaq ki, Mir-
zə Cəlil yazır “Molla Nəsrəddin” jurnalını türk dilində elə 
çıxarmaq lazımdır ki, xalq bunu başa düşsün və s. Biz Mirzə 
Cəlilin əsərlərini çap edəndə sözün üstündə ulduz qoyuruq, 
aşağıda yazırıq ki, “Azərbaycan dili” nəzərdə tutulur! Mən 
belə hesab edirəm ki, bu, eybəcər bir şeydir. Bu hər hansı 
bir xalqa, özünə hörmət edən xalqa layiq məsələ deyil. Ona 
görə də bu cür məsələləri də aradan götürməkdən ötrü biz 
Əsas  Qanunumuzda  birdəfəlik  Azərbaycan  dilinin  bizim 
üçün nə olduğunu və Azərbaycan dili deyəndə nəyi nəzər-
də tutduğumuzu aydın edir, yəni mötərizədə deyirik ki, bu, 
türk dilidir. Ondan sonra sən heç bir ulduz qoymamalısan. 
Bu,  kiçik  bir  misaldır,  uzatmaq  istəmirəm,  böyütmək 
istəmirəm.  Amma  bu,  çox  böyük  məsələləri,  problemləri 
aradan çıxaran bir məsələdir. Eyni zamanda, məişətimizə 
daxil olan, psixologiyamıza daxil olan, güzəranımıza daxil 
olan,  mənəviyyatımıza  daxil  olan  bu  gözəl  “Azərbaycan 
dili”  sözü  də  davam  edir,  inkişaf  edir.  Azərbaycan  xalqı 
bu 60 ildə, - düzdür, tarixi çox qədimdən gəlir, xüsusən bu 
60 ildə - çox mükəmməl ədəbi dilini yaradıb. Mən deyər-
dim  ki,  başqa  türkdilli  dövlətlərin  arasında  dilimiz  bəlkə 
də ən mükəmməl ədəbi dillərdən biridir. Azərbaycan ədəbi 
dili yaranıb, Azərbaycan ədəbi dilinin normaları yaranıb. 
Hamısı öz qaydasındadır. Bir bu məsələni ki, deyirəm və 
bunu yalnız şəxsi fikrim olaraq deyirəm, bu məsələ ilə, bu 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə