BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə13/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   9   10   11   12   13   14   15   16   ...   69

45
ki, hər deyilən sözdə bir məna var. Hər deyilən sözdən bir 
məna çıxır. Əgər bu mənalar işin xeyrinədirsə, biz ondan 
faydalanmalıyıq.
Adətən,  yazıçılar,  şairlər,  bir  sözlə,  yaradıcı  insanlar 
daxilən, ruhən daha azad olurlar. Və onlar fikir və müla-
hizələrini  söyləməkdən  çəkinmirlər.  Belə  insanlarla  po-
lemika  aparmaq,  nəyisə  müzakirə  obyektinə  çevirmək  o 
qədər də asan deyildir. Belələri ilə nəyisə müzakirə etmək 
bilik, bacarıq, təcrübə, geniş dünyagörüşdən əlavə, dözüm, 
səbir, təmkin və digər çoxlu – çoxlu keyfiyyətlər tələb edir. 
Heydər Əliyevdə bir şəxsiyyət kimi bu keyfiyyətlərin hər 
biri  cəm  olunmuşdu.  Ona  görə  də  o,  istənilən  məsələnin 
müzakirəsində heç kəsdən çəkinmir, heç nədən qorxmur, 
heç nəyə tərəddüd etmir, əksinə açıq, aşkar müzakirəyə şə-
rait yaradırdı. Bu mənada Heydər Əliyevin söylədiklərinə 
diqqət  yetirək:  “...  dünən  göstəriş  verdim  ki,  bütün  dediyim 
sahənin nümayəndələri və ümumiyyətlə, kim istəyirsə bura dəvət 
olunsunlar. Mən dedim ki, Yazıçılar Birliyi üzvlərinin hamısı-
nı çağırın. Dünən axşam dedilər ki, orada 500 nəfər adam var. 
Mən dedim ki, onların 500-nü də çağırın. Biri dedi ki, orada bəzi 
adamlar belə də deyə bilər, elə də deyə bilər. Mən dedim ki, onları 
da çağırın. Qoy onlar nə deyirlərsə, gəlib burada desinlər. Hər 
deyilən sözdən bir məna çıxır. Biz bundan niyə qaçmalıyıq ki?!”.
Heydər Əliyev dövlət dili məsələsinin müzakirəsində 
öz fikrini söyləyirdi, ancaq başqalarına təsir etmək, başqa-
larının fikirlərini dinləməmək istəyindən çox – çox uzaq idi. 
O, bu istiqamətdə o qədər məlumatlı idi ki, dilçi – mütəxəs-
sis  kimi  həqiqət  naminə  o  qədər  geniş  araşdırma  apar-
mışdı  ki,  qəbul  olunacaq  tarixi  qərarın  məsuliyyətindən 
qorxmurdu. Öz fikrini söyləyirdi, ancaq müzakirə zamanı 


46
qəbul olunacaq qərarı müzakirəyə dəvət olunanların sərən-
camına, ixtiyarına verirdi. O, fikirlərini, izahlarını həqiqə-
tin üzə çıxması naminə edirdi. Eyni zamanda öz fikrini də 
müzakirədə iştirak edənlərin ixtiyarına, sərəncamına verir-
di. Kifayət qədər məlumatlı olması, həmin məlumatlardan 
hansının düz olub – olmaması barədə obyektiv təhlil apar-
maq bacarığı bir daha təsdiq edirdi ki, o, hamıdan üstün-
dür. Bax bu üstünlük imkan verirdi ki, Heydər Əliyev hər 
bir fikrə, mövqeyə açıq və aşkar şəkildə münasibət bildir-
sinr. Heydər Əliyev belə də edirdi. İstənilən məsələ barədə 
qaranlıq  bir  məqamın  qalmasına  imkan  vermirdi.  Kimlər 
üçünsə qaranlıq qalan, gizli qalan məqamlara aydınlıq gə-
tirirdi.  Bunu  yalnız  öz  üstünlüyünə  və  gücünə  inananlar 
edə  bilərdi.  Onu  da  Heydər  Əliyev  edirdi,  həm  də  bunu 
etməyi yüksək səviyyədə bacarırdı. Heydər Əliyev heç bir 
fikrə, münasibətə biganə qalmırdı, etinasız yanaşmırdı. Gö-
rünür ki, hər şeyi oxuyurdu və bilirdi. Bunu faktlar təsdiq 
edir . Təsadüfi deyil ki, o, dilimizin adı ilə bağlı müzakirə-
də deyirdi: “Son vaxtlar, deyəsən bu layihə dərc olunandan 
sonra hansısa  bir  müxalifət  qəzetində oxudum ki,  “Bizim 
dilimizi vaxtilə Stalin və Mikoyan dəyişiblər, dilimizi Azərbay-
can dili onlar adlandırıblar, indi də onların yolu ilə getmək istə-
yirik”.  Mən  dünən  onlara  dedim  ki,  bilirsiniz,  bax  bunu 
yazan  adamlar  -  əgər  siz  bu  müzakirədən  qaçmırsınızsa 
və  hesab  edibsiniz  ki,  bu,  ajiotaj  yaradacaq,  hesab  edirsi-
nizsə elə bu yazılan qəbul olunmalıdır (Azərbaycan dili – 
B.X.) – üç ildən sonra, beş ildən sonra, xüsusən də Heydər 
Əliyev dünyadan gedəndən sonra götürüb yazacaqlar ki, 
“Heydər Əliyev Stalin və Mikoyanla birlikdə bizi bu yola gətirdi, 
yoxsa biz başqa yolla gedəcəydik”. Mən bu tarixi məsuliyyətdən 


47
qorxmuram.  Ancaq  mən  də  araşdırıram.  İstəyirəm  ki,  həqiqə-
ti  aydınlaşdıraq.  Ona  görə  də  xahiş  edirəm  ki,  mənim  bu  çıxı-
şımı vəziyyəti aydınlaşdırmaq niyyəti kimi qəbul edəsiniz. Mən 
bu barədə heç bir fikir söyləmirəm və heç söyləməyəcəm də. Mən 
bu fikri sizin sərəncamınıza verəcəyəm”. Doğrudan da hər şey  
Heydər Əliyev dediyi kimi oldu. Getdiyimiz yolun düz ol-
duğu  öz  təsdiqini  tapdı.  Tarix  özü  sübut  etdi  ki,  Heydər 
Əliyev “Mən bu tarixi məsuliyyətdən qorxmuram” deyəndə, 
nə  qədər  uzaqgörənliklə  qəti  mövqe  nümayiş  etdirirmiş. 
“Ancaq mən də araşdırıram. İstəyirəm ki, həqiqəti aydınlaşdıraq” 
deməklə, Heydər Əliyev bu sahədəki gələcək uğur və nai-
liyyətlərin üfüqlərini görürmüş.
Belə bir mürəkkəb müzakirələrin nə qədər çətin oldu-
ğunu anlamamaq mümkün deyildir. Bəli, Heydər Əliyevin 
memarı  və  banisi  olduğu  1995-ci  il  konstitusiyasının  23-
cü  maddəsində  Azərbaycanın  dövlət  dilinin  Azərbaycan 
dili olması maddəsinin taleyi belə bir çətinliklərdən keçib 
gəlibdir. Həqiqətə gedən yol həmişə çətin olur. Həqiqətin 
özünün də bərqərar olması vaxt, zaman tələb edir. Bu mə-
nada Azərbaycanın dövlət dilinin Azərbaycan dili olması 
maddəsinin  1995-ci  il  konstitusiyasında  referendum  yolu 
ilə qəbul olunması zamanın həqiqət sözü oldu.


48
Dövlət dili milli – mənəvi sərvətimizdir 
H
eydər  Əliyev  heç  kəsin  fikrinə  nü-
fuzundan  istifadə  edərək  müdaxilə 
etməz, axıra qədər müxtəlif fikir sahiblərini 
dinləyər,  bununla  belə,  öz  sözünü,  mövqe-
yini  məqamında  və  yerində  deyərdi.  Bunu 
onun  iştirakı  ilə  Azərbaycan  Respublikası-
nın  yeni  konstitusiya  layihəsini  hazırlayan 
komissiyanın 1995-ci ilin noyabr ayının 2-də 
keçirilmiş iclası da təsdiq edir. Ümumiyyət-
lə, Heydər Əliyev təhlil olunan məsələlərin 
müzakirəsini obyektiv aparmaq üçün həmişə 
mütəxəssisləri  və  ziyalıları  bu  prosesə  cəlb 
etməyə  çalışırdı.  Ziyalılar,  mütəxəssislər 
bunu  çox  məmnunluqla  qəbul  edir  və  fəal, 
sərbəst şəkildə mövqelərini bildirirdilər. Tə-
sadüfi  deyil  ki,  konstitusiya  layihəsini  ha-


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə