38
dil azadlığı təmin edilməlidir. Eyni zamanda bu konstitusi-
ya Azərbaycan Respublikasının uzun müddətdə müstəqil-
lik yolu ilə getməsini təmin etməlidir. O deyirdi: “... Əsas
qanunumuz – konstitusiya gərək elə bir konstitusiya olsun ki,
bir tərəfdən insanların hüquqlarını qorusun, insan azadlıqlarını,
demokratiyanı təmin etsin, siyasi plüalizmi təmin etsin, ikinci
tərəfdən isə dövləti, cəmiyyəti idarə etmək üçün təsisatların ya-
ranmasını təmin etsin ki, bu cür hallara yol verilməsin (qarışıqlıq
yaratmaq, terrorçuluq etmək, dövlətə qarşı cinayət etmək cəhdi
və s. nəzərdə tutulur. – B.X.). Ona görə də, güman edirəm ki,
biz elə bir konstitusiya yaradacağıq ki, bu konstitusiya Azərbay-
can Respublikasının nəinki qısa müddətdə, həm də uzun müd-
dətdə müstəqillik yolu ilə getməsini təmin edəcəkdir, Azərbaycan
Respublikasında demokratik hüquqi dövlətin qurulmasını təmin
edəcəkdir və ölkəmizdə olan bütün vətəndaşların hüquq və azad-
lıqlarını təmin edəcəkdir”.
Heydər Əliyev 1995-ci ildə qəbul olunmuş konstitusi-
yanın layihəsinin müzakirə olunmasını olduqca vacib sa-
yırdı. O istəyirdi ki, layihə barəsində respublikanın dövlət
və hökumət orqanlarının, elm, mədəniyyət, təhsil, yaradı-
cılıq, ictimai təşkilatların, ayrı – ayrı partiyaların, kütləvi
informasiya vasitələrinin nümayəndələrinin fikirləri olsun.
Ona görə də yeni konstitusiya layihəsinin geniş müzakirə-
sində alimlərimiz də fəal iştirak edir, bir sıra təkliflər irəli
sürürdülər. Yeni konstitusiya layihəsinin bir maddəsinin –
Azərbaycan Respublikasının dövlət dili haqqında maddə-
nin geniş müzakirəsi Heydər Əliyevin təşəbbüsü ilə keçiri-
lirdi. Əslində, Heydər Əliyevin bu məsələdə alimlərlə birgə
müzakirədə iştirak etməsi elmimizə, mədəniyyətimizə, ən
başlıcası dilimizə olan böyük qayğıdan irəli gəlirdi.
39
1995-ci il oktyabrın 31-də respublika Elmlər Akademi-
yası Rəyasət Heyəti binasının iclas salonunda yeni kons-
titusiya layihəsinin bir maddəsinin – Azərbaycan Res-
publikasının dövlət dili haqqında maddənin müzakirəsi
olmuşdur. Müzakirədə Azərbaycan Respublikasının prezi-
denti Heydər Əliyev də iştirak etmişdir. Yığıncağa – müza-
kirəyə respublika Elmlər Akademiyası ədəbiyyat, dil və in-
cəsənət bölməsinin akademik katibi Bəkir Nəbiyev sədrlik
etmişdir. Heydər Əliyev bu yığıncaqda geniş nitq söyləmiş-
dir. Onun nitqi respublikanın tanınmış alimləri, ziyalıları
tərəfindən böyük diqqətlə dinlənilmişdir. Heydər Əliyevin
konstitusiyamızın bir maddəsinin – Azərbaycanın dövlət
dili haqqında olan 23-cü maddənin Elmlər Akademiyası
rəyasət heyətinin binasında geniş müzakirə obyektinə çev-
rilməsi təsadüfi olmamışdır.
Hər şeydən əvvəl, Heydər Əliyev bu işin çox məsu-
liyyətli bir iş olduğunu yaxşı bilirdi. İkincisi, Azərbaycan
xalqının tarixini (o cümlədən dilinin, konstitusiyasının və
s.) dərindən bilirdi və bununla yanaşı, onların hər birini
təhlil etmək istedadına malik idi.
40
Heydər Əliyev və Azərbaycan dilinin
nəzəri məsələləri
H
eydər Əliyev dilimizin adı ilə bağlı 1992-
ci ildə Milli Məclisdə qeyri – qanuni qə-
bul olunmuş fərmanı və bunun qeyri – qanuni
icra olunmasını qanunçuluq baxımından düzgün
olmayan məsələ kimi ictimaiyyətin diqqətinə
çatdırdı. O, hər dəfə bütün məsələlərdə olduğu
kimi, bu məsələdə də reallığı obyektiv və inandı-
rıcı şəkildə təhlil edirdi, ancaq öz mövqeyinin nə-
dən ibarət olduğunu demirdi. İstəyi ondan ibarət
idi ki, cəmiyyətin özü əsl həqiqəti aşkarlayıb üzə
çıxarsın. Cəmiyyətin marağında olan taleyüklü
məsələlərə cəmiyyətin özü düzgün mövqe bildir-
sin. Həm də cəmiyyət başa düşsün ki, taleyüklü
məsələlərin həlli cəmiyyətin öz əlindədir, xalqın
taleyi xalqın əlindədir, tarixi şans da xalqın öz
41
əlindədir. Ona görə də xalq nəyi istəyirsə, onu
da etməlidir. Bununla belə, Heydər Əliyev bütün
məsələlərin həllində, o cümlədən bu məsələnin
həllində xalqa kifayət qədər məlumat, bilgi ve-
rir, həqiqəti çatdırırdı. Belə olan təqdirdə, xalq
həmin məlumat, bilgi əsasında nə edəcəyini bi-
lirdi. Aparılan müzakirələr, deyilən fikirlər işin
xeyrinə olurdu. Bu da nəticə etibarilə xalqı da,
onun içərisindən çıxan ziyalıları da (mütəxəssis-
ləri) məsələlərə məsuliyyətlə yanaşmağa vadar
edirdi. Deməli, onda müzakirə olunan məsələlər
müzakirə xatirinə aparılmır, fikir söyləyənlər,
mütəxəssislər fikir xatirinə fikir demir, səlahiy-
yət sahibləri isə qanunun tələblərindən kənara
çıxa bilmirdi. Məhz belə bir dəst – xətlə hərəkət
etməyi Heydər Əliyevin təcrübəsi, dünyagörüşü,
qeyri – adi şəxsiyyəti, nüfuzu, siyasi biliyi təmin
edirdi.
Heydər Əliyev əsaslandırırdı ki, 1992-ci ilin
dekabr ayında Milli Məclisin Azərbaycanın döv-
lət dilinin türk dili olması barədə qəbul etdiyi
qərar qeyri – qanuni şəkildə icra olunur. Hətta
o dövrdə çap olunmuş ana dili dərsliklərinin
adının türk dili kimi yazılması qeyri – qanuni
bir qərarın nəticəsi kimi izah olunurdu. Hey-
dər Əliyev belə hesab edirdi ki, hüquqi baxım-
dan düz olmayan bir qərarın icrası da düzgün
olmamışdır. Ona görə də o dövrdə (1992-ci ildə)
çap olunmuş ana dili dərsliklərinin üstündə türk
dili yazılması qeyri – qanuni qəbul olunmuş bir
Dostları ilə paylaş: |