BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə21/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   17   18   19   20   21   22   23   24   ...   69

72
lərlə poeziya nümunələri gətirmək olar ki, onların hansının 
Azərbaycan dili, hansını türk dili olmasını qəti söyləmək 
mümkün deyildir. Məsələn:
    Biz dünyadan gedər olduq,
    Qalanlara salam olsun. 
    Bizim üçün xeyir-dua
    Qalanlara salam olsun.
     
 
 
(Yunis İmrə)
  Haqqımızda dövlət
  vermiş fərmanı, 
    Fərman padşahındır,
   dağlar bizimdir.
   
 
(Dadaloğlu) 
 Dost-dost deyə neçəsinə
 sarıldım.
Mənim sadiq yarım qara
 torpaqdır.
   
 
(Aşıq Veysəl)
Bizə qalan əziz borc
əsrlik zamanlardan,
Tarixi təmizləmək 
saxta qəhrəmanlardan.
   
 
(Fazil Qısakürək)
   


73
Mən bir ceviz ağacıyam,
   Gülxanə parkında,
   Nə sən onun farkındasan,
   Nə polis farkında.
      
 
(Nazim Hikmət)
  Çərşənbə günündə
     
çeşmə başında
   Gözüm bir alagöz 
     
xanıma düşdü.
   
 
(Aşıq Ələsgər)
   Mübarizə bu gün də var
   yarın da,
   Mən də onun ən ön 
   sıralarında.
   
 
(Rəsul Rza)
  Ey doğma dilində 
   danışmağı ar bilən
   fasonlu ədabazlar,
  Ruhunuzu oxşamır
  qoşmalar, telli sazlar,
  Bunlar qoy mənim olsun.
  Ancaq Vətən çörəyi 
  sizlərə qənim olsun. 
   
 
(Bəxtiyar Vahabzadə)
Əlbəttə, Zəlimxan Yaqub bununla onu demək istəyir-
di ki, bu poeziya nümunələri eyni kökdən qaynaqlanır. O 


74
deyirdi: “... Eyni kökdən, eyni qaynaqdan, eyni dayaqdan, eyni 
mayadan gələn dilin var (türk və Azərbaycan dilini nəzərdə tu-
tur-B.X.). Bunu niyə bölürsən, niyə parçalayırsan, niyə ayırır-
san?” Zəlimxan Yaqubun gətirdiyi nümunələrin bir qismi 
milli  çərçivə  tanımayan,  milli  çərçivədə  olmayan  poeziya 
nümunələri idi. Məsələn, Yunis İmrə, Dadaloğlu və s. İkin-
cisi,  isə  ortaq  qaynaqdan,  kökdən  və  mayadan  gələn  dili 
heç  kəs  inkar  edə  bilməz.  Ancaq  nəzərə  almaq  lazımdır 
ki, iqtisadi, siyasi, sosial və regional ayrılıqlar türk dilləri 
arasında, o cümlədən  türk (Türkiyə Cümhuriyyətinin dili) 
və Azərbaycan dili arasında fərqlər yaratmışdır. Xüsusilə, 
türk  millətlərinin  formalaşması  bu  fərqləri  üzə  çıxarmış-
dır. Başqa bir tərəfdən türk dili yox, Azərbaycan dili adı-
nın götürülməsi ( dil adı kimi) türklüyümüzü, türkköklü 
olmağımızı inkar etmir və  eyni zamanda əsas da vermir ki, 
kimsə türkköklü olmağımızı şübhə altına alsın, yaxud da 
inkar etsin. Məgər özbək, uyğur, qırğız, qazax, qaraqalpaq, 
başqırd və digər türklər özlərini belə adlandırırlarsa, onda 
onlar türk deyildir?! Bu adların heç biri onların türkkök-
lü olmasını inkar etmir. Baxmayaraq ki, Zəlimxan Yaquba 
görə,  konstitusiyada  “Azərbaycan  türk  dili”  ifadəsi  yazılma-
sa, “biz  “türk” sözündən, türk dilindən, türk nəfəsindən imtina 
eləməklə çox şeylərimizi itiririk”. Onda bu məntiqlə yanaşsaq, 
özbək,  qırğız,  uyğur,  tatar,  qaraqalpaq,  başqırd,  çuvaş  və 
digərləri öz türklüyünü inkar edir?!
Yeri  gəlmişkən  qeyd  edək  ki,  Fərəməz    Maqsudov  
Zəlimxan  Yaqubun  örnək  gətirdiyi  poeziya  nümunələri-
nin müqabilində belə bir sual verməsi təsadüfi deyil: “Zə-
limxan,  Nədimdən,  Şeyx  Qalibdən    də  bir  şey  de  görüm,  o  nə 
təhər deyib?”
 Müxtəlif coğrafi ərazilərdə yaşayan türk xalqlarının ya-
ratdığı ədəbiyyat nümunələrinin dilini (ən qədim, qədim və 


75
orta əsrlər dövründə və hal-hazırda) türklərin hamısı başa 
düşürmü? İnkişaf kökü imtina etmək deyil, inkişaf hər bir 
türk xalqının tarixi nailiyyətidir. İnkişafa kökümüzün, ma-
yamızın, ruhumuzun itkisi kimi baxmaq olmaz. Bu məna-
da müstəqil türk dillərinin mövcudluğu onların heç birinin 
türkköklü  olmasını  inkar  etmir.  Necə  ki,  slavyan,  roman, 
german və s. dillər vardır. Bu dillərin heç biri daxil olduğu 
dil ailəsini, həmin ailədəki dillərlə qohumluğu inkar etmir.
 Zəlimxan Yaqub “Azərbaycan türk dili” ifadəsinin kons-
titusiyaya  yazılmasının  tərəfdarı  kimi  deyirdi:  “...  Cənubi 
Azərbaycanda yaşayan 25 milyon soydaşımız (bu rəqəm hal-ha-
zırda artıbdır- B.X.) özünə türk deyirsə , 60 milyonluq Türkiyə, 
türk xalqı isə sənin vuran qolun, görən gözün səviyyəsində sə-
nin  taleyinlə  hər  gün  məşğul  olursa,  onsuz  da  itirə-itirə  gələn 
Azərbaycan xalqı bu gün niyə daha böyük itkilərlə yaşamalıdır?” 
Buradan belə alınır ki, bir ata və anadan olan övladlara ad 
verilə bilməz? Yaxud həmin övladların hamısına bir ad ve-
rilməlidir? Yaxud həmin övladların hər birinin öz adı varsa, 
onlar  eyni  atanın,  ananın  övladları  olmalarını  inkar  edir-
lər? Məsələnin  mahiyyəti aydındır. Həm də aydın olan bir 
həqiqət də var. Belə ki, dünyanın hər yerində yaşayan həm-
vətənlərimiz  azərbaycanlı  kimi  tanınıb,  bizi  dünya  azər-
baycanlı kimi tanıyır. Bir az poetik desək, dünyanın qəbul 
etdiyi dil xəritəsi var. Həmin xəritədə dilimizin adı Azər-
baycan dilidir. Dünyanın qəbul etdiyi dil xəritəsini dəyiş-
mək dünyanın özünü çaşdırmaqdan başqa bir şey deyildir. 
Heydər  Əliyev  dilimizin  adının  konstitusiyaya  necə 
salınması ilə bağlı müzakirədə hər bir kəsin sərbəst danış-
masına  şərait  yaradırdı,  mübahisə  doğuran  məqamlarda 
kiminsə bir-birinə mane olmasına imkan vermirdi. 
Müzakirə zamanı Afad Qurbanov cəmiyyətdə dolaşıq-
lıq yaradan bir neçə məsələ barədə öz mövqeyini bildirmiş-


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə