35
şikliklər edilibdir. Xüsusən qeyd etmək lazımdır ki, Azərbaycan
dövlət müstəqilliyini əldə edəndən sonra -1991-ci il oktyabrın 18-
də Konstitusiya Aktı qəbul edilibdir”. Bununla belə, Heydər
Əliyev bu konstitusiya aktı ilə bağlı fikirlərini söyləyərkən
bir sıra ciddi məsələlərə diqqəti yönəldir, bəlkə də bir çox-
larının çox adi yanaşdığı, bir çoxlarının isə siyasi mahiyyə-
tinə varmadıqları məqamları xatırladırdı.
Belə ki, Azərbaycan Milli Məclisinin 1992-ci il dekab-
rın 22-də qəbul etdiyi “Azərbaycan Respublikasının dövlət dili
haqqında” qanunu Azərbaycan Respublikasının qüvvədə
olan konstitusiyasının (1978-ci il konstitusiyası) və “Azər-
baycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusi-
ya aktı”nın müddəaları ilə ziddiyyət təşkil edirdi. Ona görə
də Azərbaycan Milli Məclisinin 1992-ci il dekabrın 22-də
qəbul etdiyi “Azərbaycan Respublikasının dövlət dili haqqında”
qanunu heç bir hüquqi qüvvəyə malik deyildi. Bu mənada
Heydər Əliyev deyirdi: “Azərbaycan Respublikasının 1978-ci
ildə qəbul olunmuş konstitusiyanın dövlət dili haqqında 73-cü
maddəsi Milli Məclisin məlum qərarı ilə ləğv olunmur (Azərbay-
can Milli Məclisinin 1992-ci il dekabrın 22-də qəbul etdiyi qə-
rar nəzərdə tutulur – B.X.), o qüvvədədir. Bax, respublikamızda
belə qarışıqlıq yaranıbdır. O vaxt dövlət və hökumət başçıları, bu
böyük məsuliyyəti üzərinə götürən adamlar belə qərarı, qanunu
qəbul edərkən sizinlə məsləhətləşiblərmi? Onlar Elmlər Akade-
miyası, Yazıçılar Birliyi ilə, bizim bu alimlərimizlə, dilçilərimizlə
məsləhətləşiblərmi?”
Beləliklə, bu görkəmli siyasətçinin siyasi biliyi, ha-
disələri və tarixi məqamları təhlil etmək qabiliyyəti, keçmiş
Sovetlər İttifaqında gedən prosesləri dərindən bilməsi onun
siyasi peşəkarlığının, siyasi erudisiyasının geniş diapazon-
36
lu olmasından xəbər verirdi. Heydər Əliyevin bu fikirlərinə
diqqət yetirin: “... Xatirinizdədir ki, 1991-ci il avqustun 30-da
Azərbaycan parlamenti müstəqillik haqqında bəyanat qəbul etdi.
Ancaq görünür ki, Azərbaycan Respublikasının o vaxtkı rəhbər-
ləri müstəqilliyi nədənsə istəmirdilər. Çünki bu aktları, şübhəsiz,
vaxtında keçirmək olardı.
Belə bir bəyanat olunandan sonra xeyli vaxt keçdi və okt-
yabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktı qəbul edil-
di. Baxmayaraq ki, artıq o vaxt Sovetlər İttifaqı dağılırdı və bu,
göz qabağında idi, ancaq Azərbaycan xalqının iradəsinə zidd
olaraq o zaman Azərbaycan Respublikasının rəhbərliyi müstəqil-
liyə getmək istəmirdi. Nədənsə, görünür ümid bəsləyirdi ki, So-
vetlər İttifaqı qalacaq, yaşayacaqdır”. Bunları Heydər Əliyev
ona görə xatırladır ki, millətin hər bir üzvü bilsin ki, hətta
ayrı-ayrı qruplar belə müstəqil dövlət olmağımıza maneçi-
lik göstərmiş, müstəqilliyi müvəqqəti hesab etmişlər. Sovet-
lər İttifaqının o vaxtkı prezidenti Qorbaçov Sovetlər İttifaqı-
nın dağılması barədə bəyanat versə də, o vaxtkı Azərbaycan
rəhbərliyi 1991-ci ilin mart ayında referendum keçirib qərar
qəbul etdi ki, Sovetlər İttifaqı saxlanılmalıdır. Və 1991-ci
ilin avqust ayının 30-da müstəqillik haqqında bəyanat qə-
bul ediləndən sonra oktyabrın 18-də dövlət müstəqilliyi
haqqında Konstitusiya Aktı qəbul olundu. Bu Konstitusiya
Aktından sonra referendum keçirilə bilərdi. Ancaq bu refe-
rendum uzadılmış və dekabrın 30-na salınmışdır.
Heydər Əliyev qeyd edirdi ki, “Bütün bunlara baxmaya-
raq, 1991-ci il oktyabrın 18-də qəbul olunmuş dövlət müstəqilli-
yi haqqında Konstitusiya Aktı çox dəyərli sənəddir. Bu sənəddə
Azərbaycanın müstəqilliyi və müstəqil dövlət kimi dövlət quru-
culuğu haqqında çox dəyərli müddəalar öz əksini tapıbdır”.
37
Heydər Əliyev ümumiləşdirmə aparmaq bacarığı ilə öz
dinləyicisini inandırmağa qadir olan bir şəxsiyyət idi. O,
ya faktları, hadisələri şərh edərək ümumiləşdirmə aparır-
dı, ya da ümumiləşdirici məntiqdən, fikirdən, mövqedən
konkret olaraq faktların, hadisələrin şərhinə keçirdi. Və bu
zaman rabitəni, əlaqəni elə qururdu ki, onun verdiyi infor-
masiya qarşı tərəfi təmin edirdi, anladırdı, etiraz etməyə,
bitərəf qalmağa yer qalmırdı. Fikir verin, o, 1995-ci ildə qə-
bul olunmuş konstitusiyamıza qədərki dövrdə mövcud ol-
muş konstitusiyalar barədə nə qədər konkret və ümumiləş-
dirici fikir söyləyir: “... 1919-cu ildə qəbul olunmuş müstəqillik
haqqında Akt” - əgər biz onu konstitusiya xarakterli bir sənəd
kimi qəbul ediriksə, - o, konstitusiya olmayıbdır. Ondan sonra
– 1921-cı ildə, 1937-ci ildə və 1978-ci ildə qəbul olunan konsti-
tusiyalar da şübhəsiz ki, sovet hakimiyyəti dövründə qəbul edilən
konstitusiyalardır. O vaxtlar Azərbaycan Respublikası müstəqil
dövlət olmamışdır və şübhəsiz, bu konstitusiyalarda kommunist
ideologiyası, sovet hakimiyyətinin prinsipləri öz əksini tapmış-
dır”.
Heydər Əliyev 1995-ci ildə qəbul etdiyimiz konstitu-
siyamızın memarıdır. Bu konstitusiyanın hər sətrində, hər
sözündə onun düşüncəsi, məntiqi kök salıbdır. O, hər şey-
dən əvvəl konstitusiyamızın demokratik, hüquqi, siviliza-
siyalı, dünyəvi prinsiplərə sadiq olmasını strateji maraqda
saxlamış, dövlətin, xalqın və hər bir vətəndaşın hüquqları-
nın qorunmasına təminat verən sənəd olmasına nail olmuş-
dur. Heydər Əliyev 1995-ci il konstitusiyasının mayasının
nə ilə yoğrulacağını dəqiq bilirdi. Belə hesab edirdi ki, bu
konstitusiyada insanların hüquqları, azadlıqları qorunma-
lıdır, demokratiya və siyasi plüralizmi, mətbuat, söz, din,
Dostları ilə paylaş: |