BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə12/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   8   9   10   11   12   13   14   15   ...   69

42
qərarın nəticəsi olmuşdur. Heydər Əliyev bu is-
tiqamətdə də o vaxt xalqın iradəsi ilə taleyüklü 
məsələnin  həll  olunmadığını,  referendum  yolu 
ilə qərar qəbul olunmadığını, o vaxtkı Milli Məc-
lisdə (1992-ci il) belə bir ciddi məsələyə səthi ya-
naşıldığını uzaq olmayan bir tarixi həqiqət kimi 
cəmiyyətə  xatırladırdı:  “İndi  mənə  deyirlər  ki, 
bizim dərsliklərdə ana dilini türk dili kimi yazırlar. 
Mən soruşdum ki, bəs niyə belə yazırlar? Dedilər ki, 
bu cür qanun qəbul olunubdur. Ancaq qanunun özü 
də qeyri – qanuni yolla qəbul edilmişdir. Yəni o qanu-
nun gücü yoxdur.
... Doğrudan da, əgər belə bir qanun lazım idisə, o, xalqın 
iradəsi ilə qəbul edilməli idi. Bunun üçün referendum keçirmək 
lazımdır. Həmin referendum sayəsində əgər bu nəticə əldə olu-
narsa, deməli, xalqın əksəriyyəti bunu istəyir. Yaxud da  əgər refe-
rendum keçirmək istəmirlərsə, heç olmasa parlament çərçivəsində 
qanunu pozmayaydılar”.
Heydər Əliyev belə hesab edirdi ki, taleyüklü məsələlər-
də, o cümlədən Azərbaycanın dövlət dili məsələsində qə-
bul olunacaq qərar xalqın öz əlindədir. Vəzifələrindən sui- 
istifadə edən ayrı-ayrı adamlar bu məsələyə səthi yanaşa 
bilməz,  eyni  zamanda  nə  istəsələr  onu  da  edə  bilməzlər. 
Ona görə də Heydər Əliyev yeni konstitusiya layihəsi ha-
zırlananda və Azərbaycanın dövlət dili məsələsi gündəmə 
gələndə  bunun  müzakirə  olunmasını,  məhz  xüsusi  mü-
zakirə olunmasını, səriştəli, bu sahə ilə bağlı biliyi, təcrü-
bəsi  olan  mütəxəssislər  tərəfindən  müzakirə  olunmasını 
bir təklif kimi verdi, bu istiqamətdə fəaliyyəti təmin etdi. 
Nəticədə  yeni  konstitusiya  layihəsinin  ümumxalq  mü-


43
zakirəsinə  verilməsində  xeyli  təkliflər  ortalığa  çıxdı.  Hə-
min təkliflərin 18-i Azərbaycan dili məsələsi ilə bağlı idi.  
Heydər  Əliyev  yeni  konstitusiya  layihəsinin  ümumxalq 
müzakirəsinə  verilən  təklifləri  barədə  deyirdi:  “...  İndi 
ümumxalq müzakirəsinə 1400 təklif verilibdir. Bunlar konstitusi-
yanın ayrı – ayrı maddələri haqqındadır. Onların 18-də təklif olu-
nur ki, bizim dövlət dilimiz Azərbaycan dili yox, türk dili yazıl-
sın. 1400 təklifin içərisində 18 təklif bir şey deyildir. Ancaq mən 
təkcə 18 təklifə görə yox, sadəcə belə bir halın yarandığına görə, 
belə bir hadisənin mövcud olduğuna görə və bəzi ziyalılarımızın 
bu fikirdə olduğuna görə bu məsələnin dərindən araşdırılmasını 
lüzumlu hesab edirəm”. 
Heydər Əliyev yeni konstitusiya layihəsində dövlət dili 
məsələsinin müzakirəsini bu sahə ilə maraqlı olan dairələr-
də  aparmağı  vacib  bilirdi,  təcrübəli,  bilikli  ziyalılarımızı, 
alimlərimizi, təbii ki, dilçilərimizi müzakirələrdə fəal iştirak 
etməyə dəvət edirdi. Bununla da istəyirdi ki, bu məsələnin 
müzakirəsində  alimlərimiz,  ziyalılarımız,  mütəxəssisləri-
miz, yazıçılarımız, şairlərimiz öz fikirlərini desinlər, xalqın 
iradəsini təqdim etsinlər. 
Heydər  Əliyev  dövlət  dili  məsələsinin  müzakirəsin-
də  elə  dəqiq  fikirlər  söyləyirdi  ki,  onun  məntiqi,  düzgün 
mövqeyi  qarşısında  yalnız  və  yalnız  əməkdaşlıq  etmək 
istəyində olurdun. Yaxud da onun mövqeyini qəbul edir-
din. Bir sözlə, onun məntiqi, həmişə düzgün, ədalətli olan 
mövqeyi qarşısında oppozisiya mümkün deyildi. Əks təq-
dirdə  oppozisiya  çox  zəif,  bəsit  görünürdü.  Bu  mənada 
dövlət dilinin müzakirəsi məsələsində kimlərin bu xüsusi 
müzakirədə  iştirakı  barədə  çox  dürüst  fikirlər  söyləyir-
di: “Bu məsələ (dövlət dili məsələsi – B.X.) xüsusi marağı olan 


44
dairələrdə xüsusi müzakirə edilməlidir. Yəni, bizim elmi müəs-
sisələrdə,  Elmlər  Akademiyasında  –  burada  dilçilik,  ədəbiyyat, 
tarix, fəlsəfə, hüquq, şərqşünaslıq institutları var, görürsünüz ki, 
nə qədər elmi institutlarımız var, böyük təcrübəli, bilikli adam-
larımız var, - sonra, universitetlərimizdə, məsələn, Bakı Dövlət 
Universitetində  Azərbaycan  dili,  Azərbaycan  ədəbiyyatı,  Azər-
baycan ədəbiyyatı tarixi və sair kafedralar var, keçmiş pedaqoji 
institutumuzda – indi N.Tusi adına Pedaqoji Universitetdir (in-
diki Azərbaycan Dövlət Pedaqoji Universiteti – B.X.) – orada da 
dilçiliklə məşğul olan çoxlu kafedralarımız var... Yaradıcılıq itti-
faqlarında, ilk növbədə Yazıçılar Birliyində - bu məsələni, yəni 
dili yazıçılar daha yaxşı bilirlər, həm tarix nöqteyi – nəzərindən, 
həm də onun tətbiqi nöqteyi – nəzərindən, - digər yaradıcılıq bir-
liklərində bu məsələ müzakirə olunsun”.
Heydər Əliyev müzakirə olunan məsələlər barədə hə-
mişə dönə - dönə məlumat, izahlar və şərhlər verirdi. O, 
bilirdi ki, bəzən insanlar düzgün məlumat əldə etmədikləri 
üçün, bəzən isə məsələnin mahiyyətini başa düşmədikləri 
üçün məsələləri bir – birinə qarışdırırlar. Odur ki, Heydər 
Əliyev dövlət dili məsələsinin müzakirəsində bir dilçi alim 
kimi məsələlərin bütün incəliklərini bilməklə yanaşı, onu 
ictimaiyyətə əsl müəllim səbri və təmkini ilə başadüşülən 
bir formada təqdim edirdi. 
O, həmişə taleyüklü məsələlərin həllində müzakirələrə 
üstünlük verir, bunu aşkar, açıq şəkildə, heç kəsdən qorx-
madan  müzakirə  etməyi  ən  düzgün,  optimal  yol  hesab 
edirdi. Ona görə də əlaqədar təşkilatlara göstərişlər verir-
di ki, dillə bağlı sahənin bütün nümayəndələrinin, o cüm-
lədən  siyasi  partiya  nümayəndələrinin  müzakirəyə  dəvət 
olunmasını təşkil etsinlər. Heydər Əliyev belə hesab edirdi 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə