BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə15/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   11   12   13   14   15   16   17   18   ...   69

53
- bu barədə sadəcə arayış çıxarılsın”. Belə bir arayışı Baş Arxiv 
İdarəsinin rəisi Ataxan Paşayev hazırlamışdır. O, ulu öndə-
rin və müzakirə iştirakçılarının hüzurunda həmin arayışı 
oxumuşdur. Arayışın məzmununa görə, 1918-ci il iyul ayı-
nın 27-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərə-
findən türk dili dövlət dili kimi qəbul olunmuşdur. Ancaq 
bu məsələ o vaxt parlamentdə müzakirə olunmayıb və qa-
nun qəbul edilməyibdir. Odur ki, Baş Arxiv İdarəsinin rəisi 
Ataxan Paşayevin ulu öndər Heydər Əliyevə və komissi-
ya  üzvlərinə  müraciətlə  oxuduğu  arayış  belədir:  “Dövlət 
arxivlərində  saxlanılan,  dövlət  dili  haqqında  məlumat  olan  ilk  
sənəddə – 1918-ci il iyul ayının 27-də Azərbaycan Xalq Cümhu-
riyyəti hökuməti tərəfindən qəbul edilmiş qərarda türk dili dövlət 
dili  kimi  elan  edilmişdir.  Sonra,  parlamentin  fəaliyyəti  zamanı 
parlamentin  iclaslarının  bütün  materiallarına  biz  baxdıq.  Belə 
bir məsələ parlamentdə qaldırılmayıb. Demək istəyirəm ki, qanun 
səviyyəsində dil haqqında elə bir qərar qəbul edilməyib”. Heydər 
Əliyev bu arayışdan sonra soruşur: “O qərarı (türk dili dövlət 
dilidir qərarını – B.X.) kim qəbul edibdir?” 
Ataxan Paşayev cavab verir: “Bunu (türk dili dövlət dili-
dir qərarını – B.X.) Nazirlər Kabineti, məruzəçi bilavasitə Fətə-
lixan Xoyski olubdur”. 
Heydər Əliyev yenə də soruşur: “Onun (yəni Fətəlixan 
Xoyskinin – B.X.) imzası ilə qəbul olunubdur?” 
Ataxan Paşayev  cavab verir: “Onun (yəni Fətəlixan Xoy-
skinin – B.X.) imzası ilə qəbul olunubdur”. 
Tarixi  həqiqətlər  aşkar  olunanda  Heydər  Əliyev  xid-
məti  olan  insanları  qiymətləndirməyi,  onların  qiyməti-
ni verməyi vacib sayırdı. O deyirdi: “Bəzi adamlar yenə də 
hissiyyata qapılaraq, subyektivliyə yol verərək ayrı – ayrı tarixi 


54
hadisələri təhrif ediblər. O cümlədən, məsələn, Fətəlixan Xoyski-
nin fəaliyyəti demək olar ki, Azərbaycanın bu dövrə aid ədəbiyya-
tında, 1918-1920-ci illəri əks etdirən məqalələrdə və dərc olunan 
başqa materiallarda heç əks olunmayıbdır. Amma o, çox böyük 
işlər görübdür və xeyli müddət hökumətə rəhbərlik edibdir. Təklif 
var, mən ona baxacağam, onun 100 illik yubileyini də biz mütləq 
keçirməliyik”. 
Heydər Əliyev açıq şəkildə qeyd edirdi ki, bəzən bizim 
tarixçilər  yox,  jurnalistlər  hissiyyata  qapılaraq  həqiqətlə-
ri  təhrif  edən  məqalələr  yazırlar,  bununla  da  onlar  tarixi 
həqiqətlərə riayət etmirlər. Bu mənada diqqət edək: “Ümu-
miyyətlə, bizim 1918-20-ci ildə olan ilk Azərbaycan Demokratik 
Respublikasının tarixi haqqında da mən hiss eləyirəm, - mən öz 
mülahizəmi deyirəm, - bizim ədəbiyyatda, mətbuatda yenə də su-
byektivliyə çox yol verilibdir. Bəzi adamlar yenə də hissiyyata qa-
pılaraq, subyektivliyə yol verərək ayrı-ayrı tarixi hadisələri təhrif 
edirlər”. 
Yaxud  başqa  bir  fikrə  diqqət  edək:  “Mən  sadəcə  ola-
raq demək istəyirəm ki, bu işlərdə də bizim tarixçilər yox, 
bəzən  bax,  bu  jurnalistlər  hissiyyata  qapılaraq  məqalələr 
yazırlar, dərc eləyirlər, bununla yenə də qarışıqlıq yaradır-
lar.  Xahiş  edirəm  tarixi  həqiqətlərə  riayət  olunsun.  Tarixi 
həqiqətləri təhrif etmək lazım deyil”. Bununla da Heydər 
Əliyev təkcə tarixi həqiqətlərin üzə çıxmasında deyil, həm 
də  tarixi  həqiqətlərin  düzgün  yazılmasında,  cəmiyyətə 
çatdırılmasında  öz  mövqeyini  açıq  şəkildə  bəyan  edirdi.  
Rəsmi  sənədlərin,  əmrlərin,  dekretlərin  mövcudluğunu 
üzə çıxarmaq və onların mahiyyətini təhlil etmək istəyi ilə 
tarixi  həqiqətləri  aşkarlamağa  çalışırdı.  Ona  görə  də  Baş 
Arxiv  İdarəsinin  rəisi  Ataxan  Paşayevin  verdiyi  arayış-


55
lara  çox  diqqətlə  yanaşırdı.  Və  bu  arayışlar  bir  çox  tarixi 
həqiqətləri  üzə  çıxarırdı.  Məsələn, Azərbaycan  Demokra-
tik Respublikasından sonra ikinci bir rəsmi sənəd 1921-ci 
il  mart  ayının  29-da  olmuşdur.  Həmin  vaxt  Azərbaycan 
İnqilab Komitəsi tərəfindən Nəriman Nərimanovun və Da-
daş Bünyadzadənin imzası ilə əmr verilmişdir. Bu əmr ona 
görə verilmişdir ki, Azərbaycan SSR-in bütün idarələrində 
kargüzarlığın türk dilində aparılması təmin edilsin. Bunun 
üçün  beş  nəfərdən  ibarət  xüsusi  komissiya  yaradılmış  və 
bu komissiyaya Dadaş Bünyadzadə sədr təyin edilmişdir. 
Bununla belə, ilk Azərbaycan Sovet Konstitusiyası 1921-ci 
il  may  ayının  19-da  qəbul  olunmuşdur.  Bu  konstitusiya-
da dövlət dili barədə Ataxan Paşayevin hazırladığı arayış 
belədir:  “Birinci  Azərbaycan  Sovet  Konstitusiyası  1921-ci  il 
may ayının 19-da qəbul edilmişdir. Çıxışlarda, qəzet məqalələrin-
də yazırlar ki, guya bu konstitusiyada dövlət dili kimi Azərbay-
can dili göstərilib. Ancaq konstitusiyanın müxtəlif variantlarını 
da mən buraya gətirmişəm. Əslində o konstitusiyada dövlət dili 
haqqında heç bir maddə yoxdur”.  
Deməli,  1921-ci  il  may  ayının  19-da  qəbul  olunmuş 
Azərbaycan Sovet Konstitusiyasında dövlət dili haqqında 
maddə olmamışdır. Ancaq 1924-cü il iyun ayının 27-də qə-
bul olunmuş dekretdə Azərbaycan Sovet Sosialist Respub-
likasının  dövlət  dili  türk  dili  elan  olunubdur.  Bu  barədə 
Ataxan  Paşayevin  hazırladığı  arayışda  belə  qeyd  olunur-
du: “Yalnız 1924-cü il iyun ayının 27-də Azərbaycan Mərkəzi 
İcraiyyə Komitəsi dekret verdi. Bu dekretlə Azərbaycan Sovet So-
sialist Respublikasında dövlət dili türk dili elan edilib”. Amma 
sonralar 5-ci, 6-cı, 7-ci, 8-ci Sovetlər qurultaylarında kons-
titusiyaya əlavələr edilsə də, dil haqqında heç bir maddə 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə