BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə16/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   12   13   14   15   16   17   18   19   ...   69

56
əlavə olunmamışdır. Arayışda bu barədə belə deyilirdi: “... 
5-ci, 6-cı, 7-ci, 8-ci Sovetlər qurultaylarında konstitusiyaya heç 
bir maddə əlavə olunmur”.
Dilin dövlət dili elan edilməsi haqqında ilk rəsmi sənəd 
1936-cı  ildə  olmuşdur.  Ataxan  Paşayevin  hazırladığı  ara-
yışda oxuyuruq: “Dil haqqında, dilin dövlət dili elan edilməsi 
haqqında ilk sənəd 1936-cı ildə 9-cu Sovetlər qurultayına təqdim 
olunmuş konstitusiya layihəsidir. Maraqlıdır, bu konstitusiya la-
yihəsinin 20-ci maddəsində Azərbaycan Sovet Sosialist Respub-
likasında  dövlət  dilinin  Azərbaycan  dili  olduğu  qeyd  olunur”. 
Ataxan  Paşayev  dövlət  dili  ilə  bağlı  maddənin  nə  vaxt 
konstitusiyaya  daxil  olması  ilə  bağlı  arayış  hazırlayarkən 
çoxlu sayda şəxsi sənədlərə, arxivdə olan partiya üzvləri-
nin qeydiyyat vərəqələrinə, dövlət arxivində çalışan ayrı – 
ayrı adamların şəxsi vərəqələrinə baxmış, 1937-ci ildə dil və 
milliyyət  məsələsinə  aydınlıq  gətirməyə  çalışmışdır.  “dil 
məfhumu və milliyyət məfhumu demək olar ki, bir – biri ilə bağ-
lı olur. Məsələn, orada (şəxsi vərəqələrdə - B.X.) milliyyəti türk, 
ana dili türk yazılıbdır... Burada ikinci anket Mircəfər Bağırovun 
anketidir. Orada da milliyyəti yazılıb – tyurk...” SSRİ Konstitu-
siyası qəbul ediləndən sonra Azərbaycanda yenidən kons-
titusiya layihəsi üzərində işlənilmişdir.
Ataxan Paşayevin hazırladığı arayışda 1937-ci ildə qə-
bul olunmuş konstitusiyada dövlət dili barədə oxuyuruq: 
“1937-ci il mart ayının 14-də Azərbaycanın 9-cu Sovetlər qurul-
tayı öz işini davam etdirib, konstitusiya layihəsi müzakirə olu-
nub.  Burada  ən  maraqlı  bir  məsələ  odur  ki,  birinci  dəfə  olaraq 
mandat komissiyasının hesabatında qurultay nümayəndələrinin 
milliyyəti haqqında məlumat veriləndə yazılıb: deputatlar: azər-
baycanlılar – 225 nəfər, ermənilər, ruslar və sairə və sairə. Birinci 


57
dəfə “Azərbaycan” sözü burada işlədilib... Demək istəyirəm ki, 
1937-ci ilin konstitusiyası qəbul ediləndən sonra heç yerdə “türk 
dili” məfhumu işlənməyib. Ancaq çox maraqlıdır ki, layihədə ol-
masına baxmayaraq, 1937-ci il aprel ayının 14-də qəbul olunmuş 
konstitusiyada  belə  bir  maddə  yoxdur.  Konstitusiyadan  həmin 
maddə  çıxarılıb”.  Deməli,  layihədə  olmasına  baxmayaraq, 
1937-ci il konstitusiyasında dövlət dili barədə maddə olma-
mışdır.
Heydər Əliyev tarixin hər bir məqamında həqiqət üzə 
çıxan kimi fikri daha da dərinləşdirir, mövqelərə aydınlıq 
gətirməyə çalışırdı. O, 1937-ci ildə qəbul olunmuş konsti-
tusiyada dövlət dili barədə maddənin olmaması fikrini də-
rinləşdirərək deyirdi ki, 1937-ci il konstitusiyasında dövlət 
dili  haqqında  maddə  yoxdur.  Heydər  Əliyevə  görə,  bun-
dan  sonrakı  tarix  isə  belədir  ki,  1956-cı  ildə  Azərbaycan 
Konstitusiyasına əlavə edilibdir ki, “Azərbaycanın dövlət dili 
Azərbaycan dilidir”. Sonra isə 1978-ci ilin konstitusiyasında 
yazılıbdır: “Azərbaycanın dövlət dili Azərbaycan dilidir”.
Heydər  Əliyev  faktları  güclü  məntiqlə  ümumiləşdir-
mək bacarığı və qabiliyyəti ilə də fərqlənirdi. O, Baş Arxiv 
İdarəsinin rəisinin verdiyi arayışdan çıxış edərək belə bir 
ümumiləşdirmə aparırdı: 1918-ci ildə Azərbaycan Demok-
ratik Cümhuriyyəti dövründə Fətəlixan Xoyskinin imzası 
ilə dövlət dili türk dili kimi qəbul olunub, ancaq bu məsələ 
parlamentdə qaldırılmayıb, qanun səviyyəsində qərar qə-
bul edilməyibdir. 1921-ci il birinci Azərbaycan Sovet Konsti-
tusiyasında dövlət dili haqqında maddə olmamışdır.  1937-
ci il konstitusiyasında da dövlət dili barədə maddə yoxdur. 
1956-cı il konstitusiyasında dövlət dili maddəsi əlavə olun-
muş, 1978-ci il konstitusiyasında dövlət dilinin Azərbaycan 


58
dili  olması  maddəsi  öz  əksini  tapmışdır.  O,  faktlara  çox 
dəqiqliklə yanaşırdı: “1936-cı ildə Azərbaycanın konstitusiya 
layihəsi  hazırlanarkən  orada  Azərbaycanın  dövlət  dili  türk  dili 
yazılıb. Ancaq konstitusiya 1937-ci ilin aprel ayında qəbul olu-
nubdur və o konstitusiyada dövlət dili haqqında heç bir maddə 
yoxdur. Və o vaxtdan 1936-cı ildən bütün sənədlərdə Azərbay-
can dili gedib. Ancaq konstitusiyada bu olmayıbdır. 1956-cı ildə 
Azərbaycanın 1937-ci ildə qəbul olunmuş konstitusiyasına mad-
də əlavə edilibdir ki, “Azərbaycanın dövlət dili Azərbaycan dili-
dir...” Nəhayət, 1978-ci ildə qəbul olunmuş konstitusiyada 
yazılıb ki, “Azərbaycanın dövlət dili Azərbaycan dilidir”. Tarix 
budur “Xahiş edirəm hamı bilsin”.
Heydər Əliyev arxiv sənədlərinə, materiallarına istinad 
etməklə müzakirələr aparırdı. Bununla da o, tarixin bir çox 
gizli məqamlarını aşkarlayır, tarixi həqiqətləri üzə çıxarırdı. 
Bu işdə Baş Arxiv İdarəsinin rəisi Ataxan Paşayevin hazır-
ladığı arayışın nə dərəcədə dolğun, məzmunlu olduğunu 
üzə çıxarmaq üçün imkan yaradırdı ki, müzakirə iştirakçı-
ları sərbəst polemika apara bilsinlər. Belə sərbəst polemika 
da aparılırdı. Bununla da türk, tatar, Azərbaycan sözləri-
nin dilimizin adı kimi işlənməsi barədə maraqlı sual və ca-
vablar olurdu. Məsələn, Azərbaycan Respublikasının xalq 
deputatı,  yeni  konstitusiya  layihəsini  hazırlayan  komissi-
yanın üzvü Bəxtiyar Vahabzadənin sualı: “Mənim üçün çox 
maraqlıdır, 1918-ci ilə qədərki sənədlər bizim dövlət arxivimizdə 
varmı? Xüsusən  də 1914-1915-ci illər, ya ondan əvvəlki?”  Bu 
suala Baş Arxiv İdarəsinin rəisi Ataxan Paşayevin cavabı: 
“Bəxtiyar  müəllim  var,  ancaq  orada  dil  “tatar  dili”  yazılırdı. 
Ona  görə  qeyd  elədim,  birinci  dəfə  rəsmi  dövlət  dili  kimi  türk 
dili Demokratik Cümhuriyyətin bu qərarı ilə olub. Bu, Gəncədə 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə