Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə


AMERİKA İQTİSADİYYATININ OSAS COHOTLORİ



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə47/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   ...   40   41   42   43   44   45   46   47   48

AMERİKA İQTİSADİYYATININ OSAS COHOTLORİ
 
İnkişaf etmiş ölkələrin tamhüquqlu ticarət partnyorlarma 
çevriləcəklər və ticarət yoiu ilə bu məhsullarım başqa mallarla 
əvəz edəcəklər. 
Dünya Bankı yardımından əlavə, Birləşmiş Ştatların irimiqyaslı 
inkişaf yardımı ilə məşğul olması Birləşmiş Ştatların II Dünya 
Müharibəsi qurtardıqdan sonra Avropa iqtisadiyyatının dirçəlişi 
naminə kömək etmək qərarı ilə izlənilə bilər. Ciddi iqtisadi 
problemləri olan dövlətlərə yardım yavaş-yavaş inkişaf etdiyinə 
baxmayaraq, Avropanın müharibədən sonrakı dirçəlişi yolunda 
katalizator rolu oynayan Marşal Planı 1948-ci ilin aprelində qəbul 
edildikdən sonra Amerika xalqı böyük nailiyyət ruhu keçirdi. 
Prezident Harri S. Trumen bu nailiyyətə əsaslanaraq, inkişaf etməkdə 
olan dövlətlərin Qərb demokratik xətti ilə irəliləməsi üçün onlara 
yardım etmək qərarına gəldi. Başqaları, bu yardımı sırf humanitar 
səbəblər üzündən olduğu üçün, müdafiə etdilər. Bə’zi xarici siyasət 
mütəxəssislərini müharibədən ciddi zərər çəkmiş və inkişaf etməmiş 
ölkələrdə «dollar qıtbğı» narahat edirdi və bu mütəxəssislər 
inanırdılar ki, dövlətlər gücləndikcə, onlar da beynəlxalq 
iqtisadiyyatda təmənnasız iştirak etmək arzusunda olacaqlar və buna 
imkan da tapacaqlar. Prezident Trumen 1949-cu ildə prezident 
seçilməsi münasibətilə öz təntənəli nitqində bu proqramın əsas 
cəhətlərini şərh etdi və bunu Amerika xarici siyasətinin əsas hissəsi 
eTan edərkən, xalqı sanki lərzəyə saldı. 
Proqram 1961-ci ildə yenidən hazırlandı və sonra onun idarə 
olunması Beynəlxalq İnkişaf üçün Birləşmiş Ştatlar Agentliyinə 
tapşırıldı. 1980-ci illərdə Beynəlxalq inkişaf üçün Birləşmiş Ştatlar 
Agentliyi nəhəng bəndlər, iri ticarət yolları sistemi və əsas sənaye 
tikintisi kimi böyük inkişaf planlarını həyata keçirməklə məşğul olur. 
İnkişaf etdikcə. Beynəlxalq İnkişaf üçün Birləşmiş Ştatlar Agentliyi 
yemək və ərzağa, əhalinin sayım planlaşdırmaya və səhiyyəyə, təhsil 
və humanitar ehtiyata, xüsusi iqtisadi inkişaf problemlərinə, aclıq və 
fəlakətin qarşısını almaq üçün yardıma və Sülh Naminə Ərzaq 
çağırışına daha ciddi fikir verdi. Bu sonuncu çağırış proqramı ildə 1 
milyard dollarlıq ərzaq və başqa istehlak mallarını müvafiq müddətə 
kreditə satır və ən kasıb dövlətlərə tam pulsuz kömək edir. 
199
 


X HİSSƏ: XARİCİ TİCARƏT VƏ QLOBAL İQTİSADİ SİYASƏT
 
QLOBAL 
TT Dünya Müharibəsi İllərindən bəri Birləşmiş Ştatlar 
VƏ 
başqa 
İQTİSADİYYAT 
J. J. 
dövlətlərin qlobal iqtisadi qarşılıqlı asılılığı həndəsi üsulla 
artmışdır. Bu özünü ehtiyatlardan istifadədə, istehsaletmə haqqında qərarlarda, xam 
material mal ticarətində və istehlakçı tələbində göstərmişdir. Bu, Beynəlxalq Pul 
Fondu, Dünya Bankı, Tariflər və Ticarət haqqında Ümumi Müqavilə kimi beynəlxalq 
iqtisadi əlaqələrdə qayda yaratmaq cəhdlərində də görünə bilər. 
Bu, 1970-ci illərdə iki dəfə baş vermiş neft qiyməti şokları kimi 
yeganə dramatik hadisələrin geniş vüs’ət almış tə’sirləri yolu ilə 
də nümayiş etdirilmişdir. 
Artmaqda olan qarşılıqlı asılılığın başqa bir əlaməti də xarici 
investisiyanın yüksəlişidir. 1989-cu ildə Birləşmiş Ştatlarin bilavasitə 
investisiyası xarici ölkələrdə 1982-ci ildəki tarixi dəyər baxımından 
207,8 milyard dollardan 373,4 milyard dollara qalxdı. Birləşmiş 
Ştatlarda isə xarici bilavasitə investisiya hətta daha sür’ətlə artdı: eyni 
dəyər ölçüsü ilə 1982-ci ildəki 124,7 milyard dollardan 1989-cu ildə 
400,8 milyard dollara qədər artdi. Xarici investisiya vasitəsilə 
Birləşmiş Ştatlar sənayesi başqa ölkələrdə sənayenin inkişafına - 
Çilidə, bu ölkə üçün xarici mübadilədə əsas mənbə olan mis e’malı 
sənayesinin inkişafına - kömək etdi. Eyni zamanda Birləşmiş Ştatlar 
əsasını qoyduğu bir çox şirkətlər yerli zavodların istehsal etdikləri 
mallan xarici bazarlarda satmağa yollar axtarırdılar. Məsələn, Ford 
Motor Kompaniyası və General Motors Korporasiyası Britaniyada ən 
böyük avtomobil istehsalçılarındandır. 
Xarici investisiyanın üçdə birinə qədəri Birləşmiş Ştatlarda 
sənaye istehsalındadır. Ohayoda Flonda, İllinoysda Mitsubişi və 
Tenessidə Nissan kimi xarici müəssisələr diqqəti xüsusi cəlb 
etmişlər. Qismən, bu müəssisələr daha geniş istiqamət təmsil edir. Bu 
istiqamətdə uğurlu firmalar. Birləşmiş Ştatlarda müvafiq mallar 
istehsal edən firmalar kimi, başqa ölkələrdə zavodlar tikirlər ki, 
onlann məhsuluna yüksək ehtiyacı olan yerli bazarlara xidmət 
etsinlər. 
Xarici investisiyanın yüksəlişi dövlətlərin beynəlxalq iqtisadi 
əlaqələri ilə bağlı yeni suallar ortaya qoymuşdur. Firmalar hansı növ 
işlər aparırlar ki, bu işlərin apaniması milli təhlükəsizlik üçün 
0
 qədər 
qorxuludur ki, onun aparılmasından ötrü xancı investisiyaya icazə 
verilməsinə dəyməz? Əgər hər hansı bir dövlət həmin dövlətin 
iqtisadiyyatında Birləşmiş Ştatlar investisiyasını 
200
 


AMERİKA İQTİSADİYYATININ OSAS COHOTLORİ
 
məhdud edirsə, onda Birləşmiş Ştatlarda investisiya nə olsun? 
Birləşmiş Ştatlar təklif etdi ki, xarici investisiyanı idarə etmək üçün 
Uruqvay Dövrəsi ticarət danışıqları zamanı bir neçə qayda inkişaf 
etdirilsin. 
20-ci əsrin anlaşılmaz illərində qlobal ticarət rejiminin 
götürəcəyi istiqamət 1990-cı illərdə olduğu kimi qaranlıq qaldı. 
Uruqvay Dövrəsinin planlarını tamamlamaq üçün ümumi planlara 
baxılmadı. Bu, əsasən, kənd təsərrüfatı dotasiyaları ilə bağlı razılığa 
gələ bilməmək üzündən baş verdi; lakin 1991-ci ildə aparıcı 
sənayeləşdirilmiş dövlətlər qərara gəldilər ki, danışıqları uğurla başa 
vursunlar. Azad ticarətə əsaslanan siyasətə qarşı çıxan Amerika 
«ticarət revizionistləri» inandırıcı şəkildə mübahisəyə girişdilər ki, 
davam etməkdə olan iri Birləşmiş Ştatlar ticarət defısitləri (xüsusən 
Yaponiya ilə) o demək olacaq ki, Birləşmiş Ştatlar ticarətə 
«qanun-qaydalara əsaslanan yaxinlaşmadan» və «nəticələrə 
yönəldilən» yaxınlaşmadan kənar ediləcəkdir. Onlar bir addım kimi 
Konqresin 1988-ci ildə qəbul etdiyi Omnibus Ticarəti və Rəqabət 
Aktına əsaslanırdılar. Bu qanunda bir sıra qarşılıqlı tə’minat və başqa 
tədbirlər nəzərdə tutulurdu ki, bağlı xarici bazarları Birləşmiş Ştatlar 
ixracatının üzünə açsın. Bə’ziləri mübahisə edirdilər ki. Tariflər və 
Ticarət haqqında Ümumi Müqavilə xarici maneələri azaltmaq üçün 
bir vasitə kimi artıq yaramır. 
Buna baxmayaraq, Buş administrasiyasında çalışan Birləşmiş 
Ştatlar siyasi xadimləri razılaşırdılar ki, Uruqvay Dövrəsi ticarət 
danışıqlarının qurtarmasının icrası elə birinci dərəcəli vacib sahə 
olaraq qalır ki, onunla Meksika ilə ikitərəfli azad ticarət 
müqaviləsinə və zaman keçdikcə. Qərb yarım kürəsi üçün azad 
ticarət sisteminə nail olmaq olar. 
201 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə