Biznes əlaqələri


SAHİBKARLARIN HAZIRLANMASI ÜÇÜN BİZNES İNKUBATORLARI



Yüklə 83,27 Kb.
səhifə36/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   ...   30   31   32   33   34   35   36   37   38
Biznes əlaqələri 80 SUAL

71.SAHİBKARLARIN HAZIRLANMASI ÜÇÜN BİZNES İNKUBATORLARI.
Biznes inkubator — sahibkarlıq fəaliyyətinin əvvəlində çətinlik çəkən kiçik və yeni yaradılmış müəssisələrə, yeni sahibkarlara ilkin dəstək olaraq, biznes layihələrinin hazırlanması, tətbiqi məsələlərində məsləhətlər verən və digər missiyaları həyata keçirən təşkilatdır.
İlk biznes inkubatorlar məhz sahibkarların şəxsi dəstəyi ilə yaradılmış, konsultasiya, mühasibat və hüquq xidmətlərini göstərən, boş istehsal otaqlarını kirayə verən təşkilatlar olmuşlar.
72. İNTERENT VƏ KOMPYUTER ŞƏBƏKƏLƏRİ VASİTƏSİ İLƏ DİSTANT TƏHSİL.
Distant təhsil – müəyyən məsafədən keçirilən təlim sistemidir. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompyuter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirilən təhsil formasıdır. Təhsilin bu formasının son zamanlar daha geniş yayılmasına baxmayaraq onun tarixi daha qədimdir. XX-ci əsrin sonlarında fərdi kompüterlərin məişətə geniş daxil olması təhsilin əldə edilməsinin sadələşdirilməsi və avtomatlaşdırılması istiqamətində yeni imkanlar açdı. Hazırda fərdi kompüterlərin əldə olunmasının asanlığı və İnternetə çıxışın kütləviliyi məsafədən təhsilin daha geniş və sürətlə yayılması üçün münbit şərait yaratmışdır.
73. KONSALTİNQ XİDMƏTLƏRİ.
Konsaltinq — öz biznesinin inkişafı ilə maraqlanan korporativ müştərilərə göstərilən xidmət növüdür. Konsaltinq şirkəti bu kimi xidmətlər göstərən mənbədir. Konsaltinq - mütəxəssisin müştəriyə öz xüsusi bilik və təcrübəsini, bacarıq və səriştəsini təqdim etməsi prosesinə deyilir. Konsaltinq - şirkət işində ən yüksək idarəedici heyətə əsas problemlərin həllində və sabit uğurun əldə edilməsində göstərilən köməkdir. İngilis dilində «consulting» sozünün əsasında latın dilində konsultasiya, məsləhət, məsləhətçi anlamını əks etdirən «consultatio» sozü dayanır.
74. MALİYYƏ, BİZNES, HÜQUQ KONSALTİNQİ.
Maliyyə konsaltinqi.
1. Vergi öhdəlikləri və digər ödənişlərin hesablanması və ödənilməsi üzrə məsləhətlərin verilməsi;
2. Ayrı-ayrı maliyyə və vergi sxemlərinin hazırlanması və tətbiqi;
3. Bağlanmış aktlar üzrə vergilərə və digər icbari ödənişlərə dair məsləhətlərin verilməsi;
4. Aktların qanuniləşdirilməsi və ödəmə üzrə əməliyyatların izlənməsi;
5. Vergilərin və digər ödənişlərin minimallaşdırılması baxımından müqavilələrin analizi;
6. Müəssisələrə cari abonent xidmətləri;
7. Vergi və digər dövlət orqanlarında müştərinin maraq və hüquqlarının müdafiəsi.
Biznes konsaltinqi.
1. Bazar araşdırması;
2. Azərbaycandakı tərəfdaşlarla biznes əlaqələri yaratmaq;
3. Azərbaycanda biznesin aparılmasına dair məsləhətlər.
Hüquqi konsaltinq (Hüquqi xidmətlər).
1. Hüquqi məsələlərə dair.
2. Şirkətlərin hüquqi yoxlanması və daxili sənədləşmələrin (müqavilələrin) və s.nizama salınması.
3. Xidmətlərimizdən istifadə edən şirkətlərin digər şirkətlər, dövlət və qeyri-hökumət təşkilatları və müvafiq məhkəmə orqanları qarşısında hüquqlarının qorunması.
3. Müvafiq məhkəmə orqanlarında vergi mübahisələrinə dair iddialar.
4. Hüquqi şəxslərin qeydiyyatı;
5. Layihə və işlərə dair hüquqi dəstək;.
6. Hüquqi şəxsin fəaliyyətinin dondurulması ləğvi.


Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə