Biznes əlaqələri



Yüklə 83,27 Kb.
səhifə35/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   ...   30   31   32   33   34   35   36   37   38
Biznes əlaqələri 80 SUAL

67.AUDİTİN NÖVLƏRİ.
Təcrübədə auditin aşağıdakı növlərinə rast gəlinir:
1. Məcburi və təşəbbüslə (könüllü) audit.
2. Daxili və kənar audit.
3. Təsərrüfat fəaliyyətinin auditi.
4. Uyğunluq auditi.
5. Maliyyə hesabatının auditi və xüsusi audit.
6. Əməliyyat auditi.
7. Dövlət orqanlarının tapşırığı ilə məcburi (icbari) audit.
8. Auditor xidmətinin başqa növləri.
68.EKKAUNTİNQ MALİYYƏ MÜNASİBƏTLƏRİ SFERASINDA TƏRƏFDAŞLIQ ƏLAQƏLƏRİNİN BİR FORMASI KİMİ.
Ekkauntinq – audit firma tərəfindən təşkilatlara göstərilən mühasibat xidməti növüdür, biznesin müxtəlif növ məlumatların toplanması, işlənməsi, təsnifatı, analizi və dizaynı ilə məşğul olan sahəsidir. Ekkautinq tam və ya hissəli ola bilər. Bütün ekkaunt prosesləri aşağıdakı ümumi prinsiplərdən çıxış edərək həyata keçirilir:
- ayrıca götürülmüş iqtisadi vahid;
- gəlir və xərclərin uyğun gəlməsi;
- obyektivlik, pul ölçüsü;
- hesabatda məlumatın adekvat əks olunması;
- ardıcıllıq;
- ehtiyatlılıq;
- stabillik;
- fasiləsiz davam edən fəaliyyət.
69.FORFEYTİNQ SÖVDƏLƏŞMƏSİ.
«Forfeytinq» termini fransızcadan tərcümədə «hüquq vermək» anlamına gəlir və maliyyə münasibətləri sferasında tərəfdaşlıq əlaqələrinin qurulması metodlarına aid edilir. Xarici ticarətlə məşğul ixracatçının apardığı əməliyyatların kreditləşməsinin xüsusi formasıdır. Sadə və ya ötürücü veksel şəklində dövriyyə sənədləri ilə tərənnüm olunan borcun alınmasıdır. Forfeytinqə doğru ilk addım kapital qoyuluşları proqramının yerinə yetirilməsinin və ödənilməsinin qiyməti və ümumi sxemi barədə ixracatçı ilə idxalçı arasında razılığın əldə edilməsidir. Bu razılıq əldə edildikdən sonra ixracatçı forfeytorla əlaqə yaradır......
70.MALİYYƏ LİZİNQİNİN XÜSUSİYYƏTLƏRİ.
Maliyyə lizinqi bir neçə özünəməxsus xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər aşağıdakılardan ibarətdir:
- maliyyə lizinqində ya istehsalçı özü, ya da ki, avadanlığı göndərən iştirak edir.
- maliyyə lizinqi üzrə müqavilənin müddəti təqribən əmlakın istismarının normativ müddətinə bərabərdir.
- lizinq obyektinin və onu göndərənin seçilməsi hüququ lizinq alana məxsusdur.
- lizinq əmlakının əldə olunması şərti. Lizinq əmlakının müəyyən lizinqalana verilməsidir.
- müqavilənin qüvvədə olduğu bütün dövr üçün nəzərdə tutulan lizinq ödəmələrinin tərkibində amortizasiya ayırmalarının məbləği lizinq əmlakının müqavilə bağlanan andakı qiyməti və ya yenidən qiymətləndirilmiş dəyərini ya tam əks etdirməlidir, ya da ona çox yaxın bir məbləğdə olmalıdır.
- lizinq avadanlığının təsadüfi dağılması, itkisi və xarab olması riskini lizinqverən daşıyır.

Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə