Biznes əlaqələri


“Biznes əlaqələri” fənninin məzmunu və onun başqa fənlərə inteqrasiyası



Yüklə 83,27 Kb.
səhifə2/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   2   3   4   5   6   7   8   9   ...   38
Biznes əlaqələri 80 SUAL

2. “Biznes əlaqələri” fənninin məzmunu və onun başqa fənlərə inteqrasiyası
Fənnin məzmunu özündə sahibkarlıq əlaqələrinin predmetini əhatə edərək onunla sıx qarşılıqlı əlaqə yaradır, lakin fənnin məzmunu onun predmetindən daha genişdir. Bu da onunla əlaqədardır ki, biznes əlaqələri ona yaxın olan elmlər sahəsində əldə olunan nəticələri istifadə edərək, onların tətbiqi məsələlərini nəzərdən keçirir və bu da onun məzmununun genişlənməsinə şərait yaradır.
Bütovlikdə sahibkarlıq əlaqələrini aşağıdakı qruplara ayırmaq olar:
1. Şaquli - dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə;
2. Üfüqi - tərəfdaşlar ilə (təçhizatçılar, alıcılar, istehlakçılar və s);
3. Diaqonal - banklar, investorlar və digər maliyyə-kredit təşkilatları ilə;
4. Daxili - müəssisənin təsisçiləri, səhmdarları, muzdlu işçilər və s.
3. “Biznes əlaqələri” fənninin öyrənilməsi metodologiyası
Biznes əlaqələri fənninin öyrənilməsinin əsas metodu dialektik dərk etmə metodudur. Bu metodun xarakterik xüsusiyyəti ondan ibarətdir ki, dialektika ümumi əlaqə haqqında təlim olaraq bütün predmetlərin, onların xüsusiyyətləri və münasibətlərinin qarşılıqlı əlaqədə olmasını oyrədir.
Bütovlikdə bu fənn üzrə başlıca təlim vasitələri mühazirələr, auditoriya müzakirələri, slaydlar, komanda şəkilində yerinə yetirilən layihələr, müəyyən olunmuş ev tapşırıqları mövzularının təhlilidir.
4. Sahibkarlıq fəaliyyətinin subyektləri
Sahibkarlıq fəaliyyətində hüquqi şəxslərin bütün növləri:
- təsərrüfat ortaqlıqları
- təsərrüfat cəmiyyətləri
- kooperativlər, qeyri-kommersiya qurumları, ictimai birliklər
Fərdi sahibkarlar – öz riskləri ilə şəxsi əmlak məsuliyyəti əsasında müstəqil olaraq sahibkarlıq fəaliyyətini gerçəkləşdirən və bu məqsədlə qanunla müəyyənləşdirilən qaydada qeydə alınmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdir.
Hüquqi şəxs - qanunla müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxslər iki qrupa ayrılırlar:
- kommersiya hüquqi şəxsləri;
- qeyri-kommersiya hüquqi şəxsləri.
Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin paylarına bölünmüş nizamnamə kapitalı olan kommersiya təşkilatlarıdır. Təsərrüfat ortaqlıqları tam ortaqlıq və ya kommandit ortaqlığı formasında yaradıla bilər. Təsərrüfat cəmiyyətləri məhdud və əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər.
Kommandit ortaqlığında ortaqlığın adından sahibkarlıq fəaliyyətini həyata keçirən və ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıyan iştirakçıları ilə yanaşı, ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların məbləği həddində risk daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak etməyən bir və ya bir neçə iştirakçısı - maya qoyanı vardır.
Qeyri-kommersiya hüquqi şəxsləri isə ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları və digər formalarda yaradıla bilər. Bu növ hüquqi şəxslərdə əsas məqsəd mənfəət götürmək deyil və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürülmür.



Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə