Biznes əlaqələri


VENÇUR MALİYYƏLƏŞMƏSİNİN ÜSTÜNLÜKLƏRİ VƏ ÇATIŞMAZLIQLARI



Yüklə 83,27 Kb.
səhifə33/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   ...   30   31   32   33   34   35   36   37   38
Biznes əlaqələri 80 SUAL

61. VENÇUR MALİYYƏLƏŞMƏSİNİN ÜSTÜNLÜKLƏRİ VƏ ÇATIŞMAZLIQLARI.
Vençur maliyyələşməsinin üstünlükləri:
1. Müxtəlif maliyyə alətlərinə pul qoyuluşunu diversifikasiya etmək imkanı;
2. Gələcəkdə xarici maliyyələşdirmə mənbələrinin asan və ucuz cəlb edilməsi.
3. Satış bazarının əhəmiyyətli drəcədə genişləndirilməsi.
Vençur maliyyələşməsinin çatışmazlıqları:
1. Şirkətin sahibi kimi rəhbərliyin onun üzərində real nəzarəti itirməkdən ehtiyatlanması;
2. Xarici bazarda nəzarət səhm paketinin alınması yolu ilə yeni investorlar tərəfindən şirkətin udulma təhlükəsi;
3. Rüblük və illik hesabatların tərtibinə çəkilən xərclərin çox olması, hesabatların dərc olunması və məxfi informasiyanın açılması.
62.SIĞORTANIN ÖZÜNƏ MƏXSUSLUĞUNU XARAKTERİZƏ EDƏN ƏLAMƏTLƏR.
İqtisadi anlayış olan sığortanın özünə məxsusluğunu xarakterizə edən aşağıdakı mahiyyət əlamətlərini göstərmək olar:
1. Sığortalama zamanı pulun yenidən bölgüsü münasibətləri meydana çıxır ki, bu da kənar, gözlənilməz və güclü hadisələrin mövcudluğu ilə şərtlənir. Bu hadisələrin nəticəsində milli iqtisadiyyata və əhaliyə maddi və digər zərərlər dəyir.
2. Sığorta zamanı sığorta iştirakçıları arasında dəymiş zərərin aradan qaldırılması həyata keçirilir. Sığorta iştirakçıları dedikdə, sığorta olunanlarla sığorta edənlər başa düşülür.
3. Sığorta zərərlərin ərazi vahidləri arasında həm də vaxtında bölüşdürülməsini təmin edir.
4. Zərərin qapalı şəkildə aradan qaldırılması sığorta fondunda səfərbərliyə alınmış vəsaitlərin bilavasitə geri qaytarılmasını şərtləndirir.
63.SIĞORTANIN ƏSAS FUNKSİYALARI.
Sığortanın əsas etibarilə dörd əsas funksiyası var. Bunlar aşağıdakılardan ibarətdir:
1. risk;
2. xəbərdarlıq;
3. yığım;
4. nəzarət funksiyası.
Əsas funksiyası kimi risk funksiyası çıxış edir. Sığorta riski, zərər görən təsərrüfatlara pul yardımının göstərilməsi üzrə sığortanın əsas təyinatı ilə əlaqədar olduğundan, risklik funksiyası əsas funksiyalardan biri hesab olunur. Sığortanın xəbərdarlıq funksiyası əsasən sığorta fondunun vəsaitlərinin müəyyən hissəsi hesabına sığorta risklərinin azaldılması tədbirlərinin maliyyələşdirilməsinə istiqamətlənir. Sığortaya görə ayırmalar sığorta fonduna cəlb olunduğu üçün sığorta həm də yığım funksiyasını həyata keçirir. Sığortanın başqa bir funksiyası olan nəzarət funksiyasıdır. Nəzarət funksiyası yuxarıda sadalanan 3 funksiyanın nəticəsi kimi çıxış edir və konkret sığorta münasibətləri zamanı həmin funksiyalarla birlikdə meydana çıxır.

Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə