Biznes əlaqələri


BİZNES ƏLAQƏLƏRİN QURULMASINDA KORPORATİV MƏDƏNİYYƏTİN ROLU



Yüklə 83,27 Kb.
səhifə38/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   ...   30   31   32   33   34   35   36   37   38
Biznes əlaqələri 80 SUAL

78. BİZNES ƏLAQƏLƏRİN QURULMASINDA KORPORATİV MƏDƏNİYYƏTİN ROLU.
Mədəniyyət dedikdə təbiət tərəfindən verilməyən insan fəaliyyətinin məhsulları olan bütün şeylər başa düşülür. Bu məhsullar həm maddi, həm də müəyyən şərtlərə cavab verən ideyalardan ibarət ola bilər. Mədəniyyət insan fəaliyyətinin bütün maddi və qeyri-maddi məhsullarıdır, obyektivləşdirilmiş və kifayət qədər geniş toplularda qəbul edilmiş və sonrakı nəsillərə ötürülmüş ideyalar, dəyərlər, sərvətlər və qəbul olunmuş davranış tərzləridir. Korporativ mədəniyyət – şirkət tərəfindən əldə edilmiş və təşkilatın üzvlərinin əksəriyyəti tərəfindən qəbul edilmiş, öz effektivliyini göstərmiş davranış modellərinin məcmusudur. Korporativ mədəniyyət – dəyərlər toplusu və onlardan irəli gələn davranış qaydaları, normaları, həmçinin əməkdaşların şüurunda mövcud olan digər elementlərdir ki, bunlar da rəsmi və ya qeyri-rəsmi liderlər vasitəsilə onların davranışlarında həyata keçirilir və bu şirkətdə təkrarlanır.
*79. YENİ TEXNOLOGİYALARIN MÜASİR BİZNESƏ TƏSİRİ.
Dünya iqtisadiyyatı qloballaşma və informasiya-kommunikasiya texnologiyalarındakı inkişaf nəticəsində yeni bir mərhələyə qədəm qoymuşdur ki, bu da yeni iqtisadiyyatdır. Yeni iqtisadiyyat termini informasiya və kommunikasiya texnologıyalarına qoyulan yüksək investisiyalar və bu texnologiyaların yayılması səbəbindən son on ildə ABŞ-da meydana çıxmışdır. Bu məfhum ilə ABŞ və Finlandiya kimi informasiya-kommunikasiya texnologiyaları sahəsində uğurlu tətbiqlərə gətirib çıxaran ölkələrdə bəzi şeylərin dəyişdiyi və iqtisadiyyatın bütün olaraq fərqli bir şəkildə işləməyə başladığı nəzərdə tutulur.
*80. BİZNES ƏLAQƏLƏRİNİN İNKİŞAFINDA İNTERNETİN ROLU.
İnternetin interaktiv imkanlarının genişlənməsi hesabına həyata keçirilən biznesin xüsusiyyətləri, miqyası və əhatə dairəsi də genişlənir. İnternet vasitəsilə nəinki reklam işləri, həmçinin abunə, ticarət, xidmət və s. kimi işlər də yerinə yetirilir. Hesab edilir ki, İnternet vasitəsilə elə kateqoriyalı işlərin, xidmətlərin, məhsulların ticarəti daha səmərəlidir ki, onları almaq üçün həqiqətən də görmək zəruri deyil. İnternetdə iqtisadiyyatın bəzi bölmələri üçün qlobal bazar mühiti kimi yeni xidmət sektoru yaradılmaqdadır. Dünyada İnternet şəbəkəsinin və Web texnologiyasının kütləvi şəkildə genişlənməsi müasir elektron kommersiyasının yaranmasına və inkişafına səbəb oldu.
Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə