Biznes əlaqələri



Yüklə 83,27 Kb.
səhifə14/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   ...   10   11   12   13   14   15   16   17   ...   38
Biznes əlaqələri 80 SUAL

2. Əməkdaşlıq formaları.
Göstərilən istiqamətlərdə əməkdaşlıq aşağıdakı formalarda həyata keçirilir:
- sahibkarlıq fəaliyyəti sahəsində qarşılıqlı informasiya mübadiləsi aparmaq və məsləhətləşmələr keçirmək;
- sahibkarlığın inlişafı, tənzimlənməsi və ona nəzarətin həyata keçirilməsinə dair metodiki vəsaitlər nəşr etmək.
3. Əlavə müddəalar.
Bu saziş imzalandığı gündən qüvvəyə minir. Şazişin müddətini onu imzalayan tərəflər müəyyən edir və sazişdə göstərirlər.

21. Müştərək sahibkarlıq
Müştərək sahibkarlıq bir, iki və ya bir neçə ölkənin tərəfdaşlarının istehsal-təsərrüfat fəaliyyətinin bütöv kompleksini əhatə edən, istehsal, ticarət, elmi-texniki, investisiya, xidmət sahələrinin kooperasiyasıdır.
Müştərək sahibkarlıq müxtəlif formalarda həyata keçirilir və bu məsələyə müxtəlif yanaşmalarda vardır. Bir çox müəlliflər müştərək sahibkarlığın aşağıdakı formalarda həyata keçirilməsini qeyd edirlər:
1. Konsorsium;
2. Səhmdar cəmiyyət;
3. Beynəlxalq iqtisadi təşkilatlar;
4. Azad iqtisadi zonalar;
5. Müştərək müəssisələr.
Biz isə müştərək sahibkarlığın aşağıdakı formalarda həyata keçirilirməsini təklif edirik:
1. Birləşmə yolu ilə;
2. İşbirliyi yaratmaqla.
Birləşmə yolu ilə həyata keçirilən müştərək sahibkarlıq:
Kartellər - eyni adlı mal və xidmətləri istehsal edən müəssisələrin müəyyən bazarlarda inhisarçılığı qorumaq məqsədi ilə onlar arasında istehsalın ümumi həjmini, hər bir iştirakçının payı, satış şərtləri, satış yerləri, sifarişlərin bölünməsi və bu kimi məsələləri həll etmək vasitəsi ilə yaradılmış birləşmədir.
Konsorsium - müəyyən bir məqsədi həyata keçirmək və ya bir işi görmək üçün qurulmuş birlik və ya ortaqlıq şəklində yaradılır.
Konsern - daha mürəkkəb birləşmə mexanizmi olub, birlikdə sənaye, nəqliyyat, ticarət və bank müəssisələrinin birləşməsidir.
İşbirliyi yaratmaq ilə həyata keçirilən müştərək sahibkarlıq:
Müştərək müəssisə adı altında - firmaların razılaşma əsasında səhmdar kapitalı qoymaqla - müəyyən payla, birgə fəaliyyət göstərmələri başa düşülür.

Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə