Biznes əlaqələri


Layihənin reallaşdırılmasında biznes planın yeri və rolu



Yüklə 83,27 Kb.
səhifə12/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   ...   8   9   10   11   12   13   14   15   ...   38
Biznes əlaqələri 80 SUAL

19. Layihənin reallaşdırılmasında biznes planın yeri və rolu
Biznes plan - işguzar fəaliyyətin həyata keçirilməsini, müəssisə haqqında məlumatları, onun istehsalı, məhsulu, satış bazarı, marketinqi və s. məsələləri əks etdirən plan və ya proqramdır. Başqa sözlə desək biznes planda nəzərdə tutulmuş biznesin, yəni gəlir əldə etmək məqsədinin qısa, dəqiq və aydın şərhi verilir və ona nail olmağın şərtləri, yolları aşkarlanır.
Nəticə etibarı ilə biznes plan yeni yaranan və ya mövcud olan biznesin gələcək imkanlarını özündə birləşdirən, bu imkanların realizə edilməsi yollarını açıqlayan bir sənəddir. Təbii ki, hər bir layihənin əsasında müəyyən fikir, ideya, arzu və ya istəklər durur. Biznes planının özəyini də məhz konkret ideya təşkil edir. Bu planın müddəaları da ideyanın həyata keçirilməsi üzərində qurulur.
Ümumi şəkildə biznes planın strukturu aşağıdakı kimi təsvir olunur:
1. Giriş.
2. Sahibkar haqqında məlumat.
3. Məhsulun (iş və ya xidmətin) xüsusiyytləri.
4. Satış bazarının tədqiq edilməsi.
5. Rəqabət muhiti və rəqabətqabiliyyətlilik.
6. Marketinq planı.
7. Texniki plan.
8. İstehsal planı.
9. Təşkilati plan.
10. Maliyyə planı.
11. Risklərin təhlili və onların aradan qaldırılması.
Satış bazarının tədqiq edilməsi.
Satış bazarın tədqiq edilməsi, qabaqcadan sahibkar və ya onun cəlb etdiyi ixtisaslaşdırılmış muəssisənin, bazarın oyrənilməsi məqsədilə istehlakcı rəylərinin öyrənilməsi istiqamətində həyata keçirdiyi sorğu və digər araşdırmaların nəticələrini əks etdirə bilər.
Rəqabət muhiti və rəqabətqabiliyyətlilik.
Biznes planın bu hissəsinin əsas məqsədi sahibkarın bazarda öz rəqabətqabiliyyətliliyini təmin etmək məqsədilə seçdiyi bazar taktikasının əsaslandırmasından ibarətdir. Burada əks olunmuş məlumatlar rəqiblərin fəaliyyəti ilə layihə üzrə fəaliyyətin müqayisəli təhlilinə əsaslanır.
Marketinq planı.
Bu prosesin yüksək səviyyədə həyata keçirilməsi, istehlakçıların tələblərini təmin edən istehlak dəyərlərini müəyyənləşdirir və sahibkarın mənfəət əldə etməsinə zəmin yaradır.

Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə