Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


Şəkil 1: Turizm sektorundakı irəliləyiş



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə8/37
tarix05.10.2023
ölçüsü0,97 Mb.
#125363
1   ...   4   5   6   7   8   9   10   11   ...   37
lənkəran diss

Şəkil 1: Turizm sektorundakı irəliləyiş 
Mənbə: 
https://www.e-unwto.org/doi/pdf-World Tourism statistics, 2018.
Tədqiqat mövzusuyla bağlı ümumi fikri izah etmək üçün çoxlu sayda innovativ 
xidmətlərə dair məlumatlardan istifadə edilmişdir. Bu cür innovativ xidmətlər 
turistlərin daha xoşbəxt, təhlükəsiz olmalarını təmin edən, sosial birlik sayəsində 
onlara yeni təcrübələr və məmnunluq bəxş edən xidmətlərdir. Eyni zamanda 
innovativ xidmətlər turizm müəssisələrini və təşkilatlarını daha tanınan, inkişaf 
etdirən və gəliri artıran, həmçinin turizm menecerlərini yeni şəbəkələrdə və 
sistemlərdə bir araya gətirən yeniliklərdir. Buna görə də, elm və texnologiyanın 
turizm sektorunun inkişafına səbəb olduğu güman edilir. 
Turizmdə innovasiyanın məqsədi yeni texnologiyalar yaratmaq deyil, mövcud 
texnoloji platformada fərqli konsepsiyalarda xidmətlər təklif edərək ticarət uğurları 
təmin etməkdir. Bu proses qonaq üçün tətil, bütün təbii, sosial, mədəni qaynaqların 
və xidmətlərin cəmi olan turistik bir təcrübədir (
Məmmədov E.A. 2015: s.344
). 


14 
İnnovasiyanın növlərini aşağıdakı kimi quruplaşdıra bilərik: 
-
Məhsul İnnovasiyası: Bir müəssisə tərəfindən bazara gətirilən həmçinin 
idarə edilə bilən və görünən obyektlər. 
-
Xidmət İnnovasiyası: Həmişə mövcud xidməti daha yaxşı təqdim etmək və 
fərqləndirmək, qonaq məmnunluğunu təmin etmək. 
-
Marketinq İnnovasiyası: Qonaq portfelini genişləndirmək və əvvəllər heç 
kimin təklif etmədiyi bir xidmət və ya məhsul təklif edərək daha çox qazanc 
götürmək. 
-
Proses İnnovasiyası: yeni yaxud təkmilləşmiş istehsal və ya təchizat metodu 
kimi xarakterizə olunur. Bura avadanlıq yaxud proqram təminatı metodlarında 
edilən dəyişikliklər aid edilir. 
-
Təşkilati İnnovasiya: Müəssisələrin iş aparmaq tərzini inkişaf etdirmək, 
fərqləndirmək və yeniləmək (
Məmmədov E.A. 2015: s.344
). 
İndi isə gəlin xidmət innovasiyasına bir nümunə göstərk: Məsələn, müştəri 
ofisə gəldikdə həm sərfəli həm də 5*- lu otelde istirahet etmeyi tələb edirsə, 
normalda turizm agentlikləri ən yaxşı otelləri nümunə göstərəcəkdir (Azərbaycanın 
Hilton, Flame və s. Otelləri kimi). Bu isə təbii ki, hər bir müştərini məmnun 
etməyəcəkdir. Adətən menecerlər yeni innovativ xidmətlərə üstünlük verərkən 
müasir tur paket xidmətlərini tədqiq edərək müştərinin alıcılıq qabiliyyətinə uyğun 
olan mehmanxana və xidmət növlərini təklif edirlər.
Yuxarıda qeyd etdiklərimizlə yanaşı, müştərilərə otel təklif edilərkən gecələmə 
dəyərindən əlavə müştərinin öhdəsində olacaq digər xərcləri də nəzərə almalıdırlar. 
Müştərilərin bu baxımdan rahat olmaları onların səyahətə çıxmaları üçün vacib bir 
nüansdır. 
M.E. Abbasovun qeyd etdiyi kimi innovativ xidmətlərin formalaşması 
aşağıdakı nüansların nəzərə alınması ilə mümkündür 
(Abbasov M.E. 2014: s.231).
-
Mədəni dəyişiklik, davranış, inanc və dəyərlərin dəyişdirilməsi insanların 
düşüncə tərzinin dəyişdirməsini tələb edir; 


15 
-
Bu müddətin uzunluğu və ya qısalığı, turizm sektorunda menecerlərin 
yenilik mövzusuna sahiblik səviyyəsi və bunun üçün lazımi məlumatlandırma və 
motivasiya mühiti yaratmaqla əlaqədar olmalıdır; 
-
İnnovasiyanın məqsədini turistik xidmətlər göstərən işçilərə yaxşı izah 
etmək və yenilik sonunda əldə edəcəkləri qazancları üzə çıxarmaq bu prosesi 
sürətləndirir. 
Bu yeniliklərin mənfi tərəfləri də vardır. Lakin bu cür əks təsirlərə daha az rast 
gəlinir. Bu işdə seçilən innovativ xidmətlər prosesdəki bütün yenilikləri əhatə etmir. 
Bu yeniliklərin çoxu son bir əsrdə ortaya çıxdı və tədqiqat, yeniliklərin turizmə necə 
yayıldığının diqqətdən kənarda qalan tərəflərini daha da önə çıxardı.
Bu işin səyahət və turizm mövzularında elm və texnologiya tarixinin ümumi 
məlumatlılığını artıracağına və gələcək tədqiqatçılar üçün yaxşı bir vasitə olması 
hesab edilir. 
Turizm agentliklərində müştərilərə təklif olunan innovativ xidmətlərə bunları 
aid etmək olar
(
Məmmədov E.A. 2015: s.233
). 
-

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə