Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


Problemin qoyuluşu və öyrənilmə səviyyəsi



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə5/37
tarix05.10.2023
ölçüsü0,97 Mb.
#125363
1   2   3   4   5   6   7   8   9   ...   37
lənkəran diss

Problemin qoyuluşu və öyrənilmə səviyyəsi:
İstənilən dünya ölkəsində 
turizm sektoru məsələləri bir çox nəzəriyyəçilər tərəfindən, o cümlədən professor 
i.e.d.Fərzəliyev M.M.,
 
Məmmədov A.C., Soltanova B.M., Rəhimov H.A., və 
başqaları tərəfindən tədqiq olunmuş, müxtəlif fərziyyələr irəli sürülmüşdür. Qeyd 
etməliyik ki, turizm üzrə innovasiya xidmətlərinin dövlət tənzimlənməsi, habelə 
Lənkaran zonasının potensialı haqqında i.e.d., dos. S.H.Abasova öz elmi 
məqalələrində bir sıra təhlil və qiymətləndirmə aparmışdır.
Lakin “Azərbaycanın Lənkəran iqtisadi rayonunda turizmin inkişafı 
problemləri” mövzusu həllini gözləyən məsələ kimi hələ də aktuallığını 
itirməmişdir. Elə buna görə də, yeni tədqiqatların aparılması olduqca vacib 
məsələlərdəndir. Azərbaycanda Lənkəran bölgəsinin inkişafı üçün sərhədyanı, şikar 
və balıq ovu, kulinariya kimi turizm, həmçinin ekoturizm növləri potensialının 
təhlili və qiymətləndirilməsi, eləcə də inkişaf etdirilməsi 2020-ci ildə də yaranan 
Lənkəran rayonu üzrə turizm agentliyinin əsas tədqiqat və təbliğat funksiyasıdır. 
Buna görə də seçilmiş mövzunun müasir metodlarla araşdırılması, kompleks 
təhlilinin aparlması və buradakı turizm potensialının ekspert qiymətləndirilməsi 
həllini gözləyən olduqca vacib məsələlərdəndir. 
Tədqiqatın məqsəd və vəzifələri:
Tədqiqatın başlıca məqsədi ölkəmizdə 
turizm sektorunda Lənkəran iqtisadi rayonunda turizmin innovativ xidmətlərdən 
istifadə yoluyla inkişaf etdiriməsi problemlərini araşdırılması və mövcud 
problemlərin aradan qaldırılması üçün əsas istiqamətlərin seçilməsi və elmi cəhətdən 
əsaslandırılmasıdır.
Tədqiqatın əsas vəzifələri aşağıdakılardır: 
- turizm sahəsində istifadə olunan innovativ xidmətlər və onların 
funksiyalarınını tədqiqi; 
-
Xarici dövlətlərin turizm sahəsində innovativ xidmətlər üzrə təcrübəsinin 
tədqiqi; 
-
Lənkəran zonasında innovativ turizm xidmətlərinin istifadəyə verilmə 
səmərəliliyinin hesablanması; 


10 
-
Lənkəran zonasında innovativ xidmətlərin turizm obyektlərində istifadə 
mexanizmlərini araşdırılması; 
-
Lənkəran zonasında innovativ xidmətlərin yaradılması strategiyası və 
vəzifələrini müəyyənləşdirilməsi. 

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə