Beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə9/37
tarix05.10.2023
ölçüsü0,97 Mb.
#125363
1   ...   5   6   7   8   9   10   11   12   ...   37
lənkəran diss

Fərqli görmək; 
“Fərqli görmək” dünyanı, işi, təşkilatın səriştələrini və rəqabət üstünlüklərini 
necə görməyi öyrənməkdir. 
Bu halda rəqiblərin effektiv nəticə əldə etmədikləri fürsətlərdən istifadə edərək, 
çatışmazlıqları fürsətə çevirmək mümkündür.
-
Risk etmək; 
Risk etmək, təşkilatı dinamik tutmaq və dəyişən şərtlərə uyğunlaşmaq üçün bir 
şərt kimi qəbul olunur. Sonda daha yaxşı nəticələr əldə etmək üçün risk etmək vacib 
bir addımdır. 
-
Yaradıcılıq tətbiq etmək; 
Yaradıcılıq dedikdə bir və ya daha çox şəxsin birləşərək yeni bir layihə irəli 
sürməsi nəzərdə tutula bilər. Fiziki infrastruktur və vizual texnologiyalar, yenilik 
kontekstində alternativlər üçün turizm rəhbərliyi adı altında ixtisaslaşmış kadrlar 
tələb olunur. Bu kadrların fəaliyyəti iş strukturuna müsbət təsir edəcəkdir. 


16 
Turizmdə innovativ xidmətlərə aşağıdakılar da aid edilir (
Məmmədov E.A. 2015: 
s.255
). 
-
Virtual turizm xidmətləri - muzeylərə onlayn baxış, onlayn səyahətlər, onlayn 
əyləncələr; 
-
Turizm və e-bankinq; 
-
E-turizm və s. 
Tədqiqat çərçivəsində nəzərə alınan yeniliklər, turizmi səmərəli və hərtərəfli 
şəkildə dəyişdirmiş yeniliklər arasından seçilmişdir. Seçilən 100-dən çox innovativ 
xidmətlər, aydınlıq və müxtəliflik göstərmək üçün daha çox elm və texnologiya 
sahələrindən götürülür. Bu cür innovativ xidmətlərə aşağıdakıları misal göstərə 
bilərik (
Məmmədov E.A. 2015: s.344
). 
-
Turistlər tərəfindən istifadə edildiyi kimi xidmət və məhsulların 
müxtəlifliyinin və xüsusiyyətlərinin dəyişdirilməsi; 
-
Turistlərə fayda gətirəcək ictimai və fiziki fəaliyyətlərin artırılması; 
-
Turizm müəssisələrində effektivliyin və səmərəliliyin artırılması, işçi heyəti, 
kapital və torpaq və s. kimi amillərin yenidən formalaşdırılması; 
-
Yeni istiqamətlərin yaradılması; 
-
Yeni turistik zonaların yaradılması; 
-
Məlumatların təşkilatlar daxilində və təşkilatlar arasında ötürülmə qaydasının 
dəyişdirilməsi; 
-
Güc əlaqələrini və institusional məntiqi dəyişdirmək.
Ümumiyyətlə, bu sahədə tədqiqatçılar struktur, sosial - iqtisadi vəziyyətin və 
dəyişən tələblərin əhəmiyyətinə daha çox istinad edirlər.
Hal-hazırda turistik məkan kimi muzeylərə diqqət edilməsi olduqca geniş 
yayılmışdır. Lakin tarixi dövrdə bu yenilik turizmin inkişafına əsaslı təkan 
verdiyindən bu mövzuya toxunmağı məqsədəuyğun hesab edirik. Məsələn, tarixi 
obyekt kolleksiyaları müasir dövrə qədərki dövrlərə aiddir.
İlk bilinən kütləvi kolleksiya 1683-cü ildə Oksfordda açılan Aşmolean 
Muzeyidir. Qanuni kontekstdə ilk hüquqi tənzimləmə 1753-cü ildə İngilis 
Muzeyinin (Britaniya Muzeyi) yaradılmasından bir az əvvəl baş tutmuşdur. Bu 


17 
təşəbbüs ziyarətçilər üçün qoruma, araşdırma və şərh konsepsiyalarını 
institusionalizasiya etmişdir. Zaman keçdikcə muzeylər ziyarətçilər üçün turistik 
bölgələrə və turizm infrastrukturunun başlıca elementinə çevrildi. 
At arabaları olan ilk sərnişin daşıyıcılar 1820-ci illərdə böyük şəhərlərdə 
meydana çıxdı. Növbəti illərdə avtobuslar böyük qrup şəklində səyahətə çıxan 
turistlər üçün daşıyıcı vasitəsinə çevrildi. Ancaq uzun illərdir ki, sərnişindaşıma poçt 
xidmətləri ilə birlikdə həyata keçirilir və bu vəziyyət lazımi rahatlığı təmin edə 
bilmir.
Qreyhound şirkətinin ABŞ-dakı əfsanəvi xidmətləri avtobusların 
əhəmiyyətinin artmasına nümunədir. İkinci Dünya müharibəsinin ardınca avtobuslar 
paket turların bir hissəsinə çevrildi və qonaqlar icarəyə götürdükləri avtobuslarla 
yeni bölgələrə səyahət etməyə başladılar. Azərbaycanda, habelə dünyada daşıyıcı 
kimi ən müasir vasitələr kanat (qapalı, açıq), qayıq, yaxta və s.- dir. 
Üzgüçülük və su fəaliyyətləri yeni bir turizm fəaliyyəti deyil, əksinə, onlar 
qədim termal bulaqlar üçün lazımi avadanlıq təmin edən amillərdir. İlk qapalı hovuz 
1837-ci ildə Londonda üzgüçülük idmanının populyar olduğu və yeni üzgüçülük 
üslublarının meydana çıxdığı dövrdə açıldı. Bavyera Kralı üçün 1879-cu ildə 
tikilmiş qapalı hovuza süni dalğalar və isti (şirin) su tədarük edilmişdir. Hovuz 
ideyasının daha sonra otel sənayesinə gətirilməsi ilə, 1908-ci ildə ilk olaraq 
transatlantik sərnişinlərə hovuz verildi. Hovuzlar təbiəti əvəz etməyə başladı və təbii 
elementləri təqlid edən bir sıra dizaynlar ortaya çıxdı. Hovuzlar 1940-cı illərin 
sonunda açılan ilk böyük su parkları ilə özləri üçün spesifik mərkəzə çevrildi 
(Eminov 
Z.A. 2012: s.236).
Hal-hazırda Azərbaycandan xaricə axın edən turistlərin çoxu da hovuz olan 
otellere daha çox maraq göstərirlər. Araşdırmalardan belə nəticəyə gələ bilərik ki, 
bu cür səyhahətlərin çoxu Bali istiqamətindədir. Hətta orada elə otellər vardır ki, 
otağında xüsusi hovuz da mövcuddur. Bu isə turistlərdə daha çox marağa səbəb olur. 
Turizm sektorundakı innovativ xidmətlərdən biri də turistlərin sağlamlığına 
zəmanət verən səyahət sığortası xidmətidir. Ölkəmizdə bir sıra sığorta şirkətləri 


18 
Atəşgah, Günay, Standart sığorta və d. turistlərin sığortalanması üzrə xidmət 
göstərirlər.
Səyahət sığortası sayəsində əsasən varlı səyahətçilər özlərini oğurluq və digər 
təhlükəli vəziyyətlərdən qoruya bildilər. XX əsrdə bir çox sığorta paketinə əlavə bir 
seçim olaraq sağlamlıq sığortası da əlavə olunmuşdur. Səyahət sığortası, xüsusilə 
xarici ölkələrə edilən səyahətlər zamanı yaranan risklərin azalmasını təmin etmişdir. 
Hətta indi hər bir səfirlik viza xidmətində bu cür səyahət sığortasını mütləq şəkildə 
tələb edirlər.
Turizm sektorunda digər bir yenilik isə səyahətlərdə istifadə edilən endirim 
kuponudur. Qeyd edək ki, marketinq və təşviq səyləri çərçivəsində ödənişsiz xidmət 
təklifi fikri və praktikası ilk dəfə 1896-cı ildə Coca-Cola-nın qurucuları tərəfindən 
tətbiq olunmuşdur.
Bu illərdə kuponlar turizm təkliflərini paket şəklində təqdim etməyin vacib bir 
yolu olaraq turistlərin marağını artırmaq və onlara yeni, eləcə də nadir xidmətlər 
təklif etməyi asanlaşdırır. Endirim kuponları və sonrakı versiya olan səyahət kartları 
da turizm xidmət təminatçıları arasında bir yeni idarəetmə və təşkili üsulu kimi 
formalaşmış və əməkdaşlıq vasitəsinə çevrilmişdir 
(Eminov Z.A. 2012: s.78)
.
Uçmaq fikri həmişə insanların diqqətini çəkmişdir. 1900-cü illərdə qazanılan 
təcrübələr kiçik, bir nəfərlik uçuş təcrübələrinə yol açmışdır. Yamac paraşütlərinin
 
ortaya çıxdığı 1951-ci illərə kimi xizəklərdə sürüşmə elə də əyləncəli idman 
fəaliyyətinə çevrilməmişdi. Paraşütdə təhlükəsizlik və performans 1990-cı illər 
ərzində müasir materialların tətbiqi ilə artmışdır. Son illərdə bu texnologiya xizək 
və su idmanlarında da istifadə edilir. Bunlara əlavə olaraq, yamac paraşütü yay 
mövsümündə turizmin artmasına səbəb olan bir növdür. Amma Azərbaycanda qış 
idman növlərinin tətbiq olunduğu dağlıq bölgələrdə belə bir turizm növünün 
istifadəsi aşağı səviyyədədir 
(Eminov Z.A. 2012: s.236)
.
Son illərdə Azərbaycandan xarici ölkələrə səyahət edən turistlər hava balonları 
ilə səyahət etmək məqsədi ilə daha çox Türkiyənin Kappadokiya vilayətinə getməyi 
üstün tuturlar. 


19 
Avtomobil və təyyarə kimi turizm əyləncə sənayesi üçün mühüm olan və son 
dərəcədə yüngül materialdan hazırlanan karbon fiberli əsaslı bir sıra məhsullardan 
küllü şəkildə istifadə edilməsi sayəsində turizm geniş istehlakşı kütlələri üçün 
cəlbedici olmuşdur. Bu materialdan velosipedlər, tennis raketləri, xokkey qolcuqları, 
sörf, kanoe, balıqçılıq avadanlıqlarında da geniş formada istifadə edilir. 
Turizmdə ən faydalı yenilikçi xidmətlərdən biri olan növü - elektron biletlərin 
sifarişidir. Elektron bilet 1995-ci ildə ilk dəfə təqdim olunandan sonra 2004-cü ildə 
IATA-nın standartlarının tətbiqi ilə sürətləndirilən inkişaf e-bilet sisteminin 2009-
cu ildə tamamilə qəbul edilməsinə imkan vermişdir. Hava yollarında və digər 
nəqliyyat növlərində biletlərin satışı və istifadəsi vaxtın qənaətini təmin etmişdir.
İnnovativ xidmətlər təklif və inkişaf etdirən turizm agentlikləri dünyadakı 
müəssisələr arasında rəqabət üstünlüyü qazanırlar. 
Turizm sahəsi üzrə fəaliyyət göstərən sahibkarlar yenilikləri tətbiq edərkən 
daima internet saytlardakı profillərdə dəyişiklik edərək tələb və ehtiyacların 
artmasına təsir göstərə billərlər. Saytlarda turizm xidmətlərinin göstərilməsi 
müəssisələri rəqiblərindən fərqləndirməyə və gələcəkdə rəqabət üstünlüyü 
qazanmaq üçün yeni strategiyalar hazırlamağa məcbur edir. Son zamanlarda turizm 
məhsulu marketinqində ön plana çıxan təcrübə marketinq yanaşma, xidmət 
üsullarının tətbiqi turizm müəssisələrinin istehlakçılar arasında unudulmaz və 
emosional baxımdan xoş təəssüratlar yaratmağa və məmnunluğu təmin etməyə 
imkan yaradır.
Turizm sahəsində fəaliyyət göstərən bir çox müəssisələr:
1)
turizm agentlikləri;
2)
aviasiya, dəmiryol, avtobus biletləri satışı üzrə təşkillatlar;
3)
sığorta şirkətləri;
4) subyektlər: fərdi sahibkarlar və dövlət turizm müəssisələri;
İnfrastruktur qurumları: kredit və maliyyə şirkətləri, banklar - müəyyən bir 
rəqabət qabiliyyətini qorumaq məqsədi ilə yeniliklərə ehtiyac olduğunu bilirlər. 
Daha çox təcrübəyə əsaslanan məhsullara keçid və güclü bazar şəbəkəsi 
səbəbindən turizm sektoru hazırda geniş dəyişikliklər sahəsində çalışır. Bu 


20 
dəyişikliklər turizm firmaları qarşısında daha çox yenilik tətbiq etmək üçün tələblər 
qoyur.
Qeyd etmək lazımdır ki, turizm şirkətlərindəki yeniliklər haqqında araşdırmaya 
əsaslanan məlumatlar azdır. Turizm sahəsində innovasiya yönümlü xidmətlər 
haqqında tədqiqatlar demək olar ki, araşdırlmamışdır. İnnovasiyaya dair dominant 
nəzəriyyələr ilk növbədə məhsul və texnologiya istehsalı və daha az dərəcədə xidmət 
yenilik ilə əlaqədardır 
(Hüseynov İ.M., Əfəndiyeva N.A. 2017: s.456)

Bu tədqiqatlar üçün vacib bir çıxış nöqtəsi turizm sənayesinin inkişaf 
mərhələsində olması və dəyişən bazarların yüksək qeyri-müəyyənliklə əlaqəli 
olmasıdır. Bu vəziyyətdə yeni firmalar tərəfindən istifadə edilə bilən yeni iş 
modelləri üçün tələb olduqca yüksəkdir.
Bununla birlikdə radikal iş modeli yeniliklərini təklif etmək və ya qəbul etmək 
yüksək qeyri-müəyyənlik ilə müşayiət olunur. Əlavə olaraq şirkətlər rəqabət təzyiqi, 
metod çatışmazlığı, bazarın həcmi və müştəri tələbləri ilə əlaqəli məlumat 
çatışmazlığı yeni təkliflərin və ya dəyişdirilmiş bir iş modelinin gəlirli olacağını 
təhlil etmək və proqnozlaşdırmaqda çətinlik çəkir. 
Unutmamalıyıq ki, turizm həm iqtisadiyyatda, həm də cəmiyyətin 
dinamikləşməsində vacib bir mühərrikdir. Bu səbəbdən təkcə turizmə deyil, digər 
əlaqəli sektorlara da fayda gətirən davamlı inkişaf və çevrilmələrin axarınca 
olmasına işarədir. Bu baxımdan xarici ölkələrdə ilk dəfə mövcud olan və daha sonra 
ölkəmizə yayılan innovativ xidmətlərə nəzər sala bilərik. Bunlar aşağıdakılardır. 

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə