Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


Tədqiqatın məhdudiyyətləri



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə7/37
tarix05.10.2023
ölçüsü0,97 Mb.
#125363
1   2   3   4   5   6   7   8   9   10   ...   37
lənkəran diss

Tədqiqatın məhdudiyyətləri:
Araşdırmalardan belə nəticəyə gələ bilərik ki, 
tədqiqatın əsas məhdudiyyəti Lənkəran bölgəsinin turistik vəziyyəti ilə bağlı 
Azərbaycan dilində ədəbiyyatın yetəri qədər olmamasıdır.
Tədqiqatın elmi yeniliyi: 
Dissertasiyada göstərilən elmi və praktik 
məlumatlar mövzuyla əlaqəli bir çox elmi ədəbiyyata və müxtəlif nəzəriyyələrə 
əsaslanır. Seçilmiş mövzunun öyrənilməsi zamanı əldə edilmiş nəticələr 
Azərbaycanda Lənkəran bölgəsində mövcud turizm imkanlarını araşdırmaq üçün 
uyğun elmi mənbə hesab oluna bilər. Dissertasiyanın elmi yeniliyinin əsası 
aşağıdakılardan ibarətdir: 
-
Lənkəran regional mərkəzi üçün bu bölmənin turizm potensialı 
qiymətləndirilmişşdir;
-
Ölkəmizin turizm sektorunda Lənkəran iqtisadi bölgəsində turizmin 
inkişafının istiqamətləri müəyyənləşdirilmişdir;
-
Bölgədə innovativ turizm xidmətlərinin təkmilləşdirilməsi istiqamətləri 
müəyyən olunmuşdur. 
Nəticələrin praktiki əhəmiyyəti və tərbiq sahələri:
Tədqiqat zamanı əldə 
edilən rəqəmsal nəticələr, mövzuya dair müəyyən yarımparaqraflarda statistik 
göstəricilər formasında qeyd edilmişdir. Mövzuya dair mövcud elmi məlumatlar 
vahid bir sistem altında araşdırılmış və ən son elmi ədəbiyyata əsaslanaraq müasir 
elmi faktlar və məlumatlar ərsəyə gətirilmişdir. Bütün bunlar elmi və praktik 
cəhətdən mühüm əhəmiyyətə malikdir. Tədqiqatın nəticələrindən turizm şirkətləri, 
habelə bu sahə ilə maraqlanan digər şəxslərin istifadə etməsi məqsədəuyğun hesab 
edilir. 


12 
I FƏSİL. TURİZMİN İNKİŞAFINDA İNNOVATİV XİDMƏTLƏRİN 
TƏTBİQİ 
1.1. Turizm sahəsində istifadə olunan innovativ xidmətlər və onların 
funksiyaları 
Ümumiyyətlə, turizm olduqca geniş bir anlayışdır. Onun tiplərinin və 
növlərinin şaxələndirilməsi əsasən mövcud şəraitin imkanlarından asılıdır. Elə buna 
görə də turizm xidmətləri də yerli şəraitə uyğun olaraq planlaşdırılmalıdır. Mövcud 
şəraitə uyğun olaraq turist obyektləri müxtəlif böılgələrdə əvvəlcədən 
müəyyənləşdirilir. Bu obyektlərə təbii obyektlər аid edilə bilər. Dağ və meşələrlə 
əhatə olunmuş hər hansı bir turizm obyektləri düzənlik və səhra turist obyektlərindən 
tamamilə fərqlənir. Bu cür ərazilərdə maraqlı nəqliyyat vasitələrindən istifadə 
edilməsinin qismən çətin olması səbəbindən turizmin əsasən aşağıda qeyd olunan 
növlərindən istifadə oluna bilər:
- Piyada turizmi;
- Xizək turizmi;
- At belində turizm;
- Dağ turizmi;
- Su turizmi və s.
Ərazinin xarakterik xüsusiyyətləri, habelə sivilizasiya dərəcəsinə uyğun olaraq 
velosiped turizmi, avtomobil və motosiklet turizmi, hava turizmi kimi növlər də 
olduqca geniş formada inkişaf etmişdir. Nəzərinizə çatdıraq ki, turizm növü və 
tipindən asılı olmadan onun mənfəət dərəcəsinə və ya göstəricisinə ayrıca diqqət 
yetirilir. Çünki, turizm istənilən vəziyyətdə ölkənin sosial və iqtisadi təkamülünün 
əsas sahələrindən biri kimi dəyərləndirilir. Digər tərəfdən turizm səmərəli və kütləvi 
istirahətin formalarından biri hesab edilir. Böyük və kiçik şəhərlərdə də çoxlu sayda 
turizm obyektləri mövcuddur. Bunlar şəhərlərin gəzib-görməli yerləri, muzeylər, 
parklar, tarixi abidə, teatrlar və əzəmətli memarlıq tikililəri ola bilər. 


13 
Turizm müəssisələri elm, texnologiya və yenilik sahəsində qabaqcıl olmaya 
bilər, lakin onlar yeni fikir və məlumatların nəticələrindən daha tez istifadə edirlər. 
Elm və texnologiyanın turizm üzərindəki gücü danılmazdır. 
Elm və texnologiyanın inkişafı ilə turizm sektorundakı irəliləyişləri aşağıdakı 
diaqramdada görə bilərik: 

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə