Beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə4/37
tarix05.10.2023
ölçüsü0,97 Mb.
#125363
1   2   3   4   5   6   7   8   9   ...   37
lənkəran diss

MÜNDƏRİCAT 
 



GİRİŞ 
Mövzunun aktuallığı:
Ümumiyyətlə, turizm iqtisadi inkişafın əsas 
bölmələrindən biri kimi ölkəni dünyaya tanıdan əsas vasitədir. Bu baxımdan 
turizmin ölkədə inkişaf etdirilməsi, habelə mövcud problemləri tapıb onların həllinə 
yönəlmək vacib məsələdir.
Qeyd etməliyik ki, ölkəmizdə turizm sektorunda bir çox bölgələrin, habelə 
Lənkəran iqtisadi zonasının iqtisadi baxımdan təhlili maraq doğuran tətqiqat 
mövzusudur. Turizm iqtisadiyyatın sürətlə inkişaf edən sektoru kimi davamlı 
dəyişikliyə məruz qalan demoqrafik göstəricilər, habelə müxtəlifləşən coğrafiyaya 
sahibdir. Turizm iqtisadiyyatın mühüm sektoru kimi qlobal iqtisadi böhrandan 
təsirlənməsinə baxmayaraq, 2010-cu ildən bəri dördillik qısa bir müddət ərzində 
böhranın təsirindən çıxaraq sürətli inkişafa qədəm qoymuşdur. Bu prosesin əsasını 
iki əsas amil təşkil edir. Bir tərəfdən Amerika, Yaponiya, habelə Avropanın bir sıra 
inkişaf etmiş ölkələrində müşahidə edilən iqtisadi canlanmanın nəticəsi kimi həmin 
ölkələrdən gələn turistlərin və müvafiq olaraq onların qazanc səviyyəsinin artması, 
eləcə də orta sinfin genişlənməsi, başqa tərəfdən ölkələrin turizmin inkişafına artan 
dəstəyi nəticəsində Asiya və Latın Amerikası ölkələrində də turizmin inkişafı, 
həmçinin aşağıbüdcəli hava nəqliyyatı xidmətlərinin var olması bu sektordakı 
artımın əsas təkanverici amilləri şəklində çıxış edir. Bu cür inkişaf tendensiyası 
nəticəsində turizm sektorunda innovativ xidmətlərin meydana çıxması inkişafın əsas 
göstəricisidir. Lənkəran da Azərbaycanın ən mühüm turistik bölgələrindən biri kimi 
dünya miqyasında tanınaraq turistlərin diqqətini cəlb edir.
Mövzunu mikro səviyyədə araşdıraraq əsas turistik bölgə kimi Lənkaran 
bölgəsini seçmişik. Apardığımız turistik tədqiqatlardan məlum olur ki, turistik 
bölgənin inkişaf etdirilməsi məqsədi ilə bir çox imkanlar vardır. Bütün bunlar 
seçilən mövzunun aktuallığından xəbər verir. Bu mövzu makro səviyyədə araşdırılsa 
da, tədqiqatın mikro səviyyəsinə (Lənkəran timsalında) elə də diqqət 
yetirilməmişdir. Bu səbəbdən də bu mövzunun araşdırılması tərəfimizdən vacib 
hesab olunur. 




Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə