Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


Tədqiqatın obyekti və predmeti



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə6/37
tarix05.10.2023
ölçüsü0,97 Mb.
#125363
1   2   3   4   5   6   7   8   9   ...   37
lənkəran diss

Tədqiqatın obyekti və predmeti:
Tədqiqatın obyekti Azərbaycanın Lənkəran 
iqtisadi rayonu, predmeti isə Azərbaycanın Lənkəran iqtisadi rayonunda innovativ 
turizm xidmətlərinin inkişafı problemləridir. 
Tədqiqatın metodları: 
Tədqiqat işi bir neçə metodlardan istifadə edilərək 
tədqiq ediləcəkdir, bunlardan birincisi təhlil metodudur. Bu metod tədqiqat işlərində 
geniş formada istifadə olunan metododlardandır. Tədqiqat işində təhlil metodları, 
Azərbaycanda Lənkəran bölgəsinin turistik baxımdan tutduğu mövqeni konkret 
şəkildə öyrənmək üçün nəzərdə tutulmuşdur.
İkinci metod sintez metodudur. Əvvəlki metoddan fərqli olaraq sintez, daha 
detallı bir araşdırma üçün fərdi elementləri (xassələri, atributları) vahid bütöv hala 
gətirmək üçün istifadə edilir.
İstifadə edilmiş digər metod isə müqayisəli metoddur. 1-ci fəsildə xarici 
ölkələrin timsalında innovativ turizm xidmətərinin müqayisəsi aparılmışdır. Hazırki 
müşahidə metodunda isə turizmin dünyada hazırki hegemonluğu, ölkə irəliləyişində 
onun rolu və təkmilləşmə prosesi başa düşülür. Hazırda Azərbaycanda turizm 
sferasında turistik bölgələrin inkişafını ən yaxşı bu üsul ilə izah etmək olar.
 
İstifadə etdiyimiz digər bir metod (üsul) problemin aydınlaşdırılması 
metodudur. Dissertasiyanın yazılması zamanı məqsəd və vəzifələri təyin etmək üçün 
problemləri düzgün müəyyənləşdirmək və təhlil etmək vacibdir. Seçdiyimiz 
mövzuda problemlər turistik bölgənin institusional imkanları ilə bağlı ola bilər. Bu 
problemləri təhlil etmək və problemlərin həlli üçün tədbirlər görmək həm xidmətin 
keyfiyyətini, həm də turizm sektorunun imkanlarını artıracaqdır.
Tədqiqatın informasiya bazası:
Tədqiqatda turizm sahəsinə aid elmi əsərlər, 
statistik mənbələr, dövlət orqanlarının rəsmi məlumatlarından istifadə olunub. 
Bununla yanaşı, tədqiqat işinin yerinə yetirilməsində Dövlət Statistika Komitəsinin, 
Turizm Nazirliyinin statistik və analitik-proqnoz məlumatları, aidiyyəti olan 


11 
normativ aktlar, turistik bölgələrin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları və 
onların icrasının nəticələri ilə bağlı materiallar, iqtisadi regionların pasport 
məlumatları və regionların inkişaf göstəriciləri üzrə İnternet resurslardakı uyğun 
məlumatlar təşkil etmişdir.

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə