3
GİRİŞ
Ali əczaçılıq təhsili sistemində üzvi kimya fənni əsas yerlərdən birini tutur.
Üzvi kimya kursunda bioloji kimya,əczaçılıq kimyası, farmakoqnoziya və
dərmanların texnologiyası kimi ixtisas fənlərinin təməli qoyulur və gələcək ali
təhsilli əczaçıların formalaşması üçün zəmin yaradır.Üzvi kimya kursunun
materialları materialist dünya görüşünü və dialektika qanunlarının dərk edilməsini
dərinləşdirir.
Yeni tipli ixtisasçılar hazırlamaq məqsədi ilə üzvi kimya kursu elə
öyrənilməlidir ki,üzvi birləşmələrin kimyəvi xüsusiyyətləri ilə onların quruluşu
arasındakı qarşılıqlı əlaqənin qanunauyğunluqları tam şəkildə dərk edilsin və
dərmanşünaslığın kimyəvi problemləri həlli mənimsənilsin.
Proqram tərtib edilərkən son məqsədə çatma arzusu və onun yolları əsas
götürülmüşdür. Bu məqsədlə külli miqdarda müxtılif üzvi birləşmələrin və onların
qarşılıqlı təsirləri proqramda vahid nəzəri prinsiplərə əsaslanmış və yerləş-
dirilmişdir.
Proqramın əsasını təşkil edən elmi,nəzəri ümumiləşdirilmələr və üzvi
birləşmələrin təsnifat anlayışları qarşılıqlı əlaqədə olan bütün sinifləri əhatə edir və
bütün mövzulara tətbiq edilir. Proqramda üzvi reaksiyaların nəzəri əsaslarına lazi-
mi diqqət yetirilir. Bunlara karbonun və digər element atomlarının elektron quru-
luşları, onların kimyəvi rabitələri, üzvi birləşmələrin fəza quruluşu,molekulda
atomların qarşılıqlı təsirinə və onun elektron effektinin köməyi ilə molekul
boyunca ötürülməsi, aromatiklik, turşuluq və əsaslıq xassələri, üzvi reaksiyaların
elektron mexanizmləri və s. nəzəri məsələlər aiddir.
Mövzular elə seçilmişdir ki, onlar kimya elmi təfəkkürünü və “Quruluş-
xassə” probleminin əsasını təşkil etsin. Bunlara karbohidrogenlər, sintetik və təbii
dərman maddələri üçün səciyyəvi olan müəyyən funksional qruplu üzvi birləşmələr
4
aiddir. Karbohidrogenlər, halogenli törəmələr, hidroksitörəmələr və onların tioano-
loqları, efirlər, karbonilli birləşmələr, aminlər və s. belə birləşmələrdəndir.
Proqramda obyekt seçərkən ixtisas xüsusiyyətlərinə də fikir verilmişdir.Dərman
preparatları çox cüzi hallarda homofunksional təbiətli olur. Adətən onlar hetero-
funksional birləşmələrdən ibarət olurlar. Bunu nəzərə alaraq proqrama heterotsiklik
birləşmələr, alkaloidlər, terpenoidlər, steroidlər kimi çox vacib mövzular daxil
edilmişdir. Əvvəlki proqramlardan fərqli olaraq bu proqramda bioloji polimerlər
haqqında materiala daha geniş yer verilmişdir. Bu məqsədlə əvvəlcə bioloji
polimerlərin (karbohidratlar, zülallar, nuklein turşuları) makromolekullarını təşkil
edən monomer birləşmələrin alınmsı, xassələri və səciyyəvi xüsusiyyətləri öyrənil-
dikdən sonra müvafiq bioloji polimerlər haqdageniş məlumat verilir. Nuklein
turşusunun tərkibinə daxil olan monomer vahidlərinin mənşəyini nəzərə alaraq
həmin bəhs sulu karbonlar və heterotsiklik birləşmələr bəhsindən sonra öyrənilir.
Üzvi kimya kursuna aid tərtib edilmiş bu proqram digər baza və profil
fənləri ilə sıx əlaqələndirilmişdir. Bu məqsədlə funksional analizin əsasını təşkil
edən funksional qrupların tipik reaksiya abiliyyətlərinə böyük əhəmiyyət veril-
mişdir.
Proqramda kimyəvi təyin reaksiyaları və fiziki-kimyəvi analiz üsullarına xüsusi yer
verilir. Burada əldə edilən biliklər, təcrübələr, sintezlər vasitəsilə möhkəm-
ləndirilir.
Köhnə proqramla müqayisədə yeni proqramda mühazirə kursu azaldığına
görə mühazirənin problemliyi daha da qüvvətləndirilir. Əvvəlki proqrama nisbətən
bu proqramda təcrübə işlərinə daha geniş yer verilir. Əvvəlki proqramda 3-cü
semestrdə ancaq kiçik praktikum işləri aparılırdı. Bu proqramda kiçik praktikumla
yanaşı üzvi maddələrin sintezinə və fiziki-kimyəvi analiz üsullarına aid labora-
toriya işlərinə də geniş yer verilmişdir.
5
Fənnin məqsədi: Əczaçılıq təhsil sistemində mühüm fənnlərdən biri kimi
tələbələrdə üzvi reaksiyaların nəzəri əsaslarını, üzvi birləşmələrin kimyəvi xüsusiy-
yətləri ilə onların quruluşu arasındakı qarşılıqlı əlaqənin qanunauyğunluqlarını,
kimyəvi və fiziki-kimyəvi üsullarla üzvi birləşmələrin təyini və quruluşunu müəy-
yən etmək üçün səmərəli üsullar seçə bilməsini aşılamaqdır. Bununla yanaşı,
əczaçılıq kimyası, bioloji-kimya və digər ixtisas fənnlərinin mənimsənilməsində
yardımçı olmaq, əczaçıların formalaşması üçün zəmin yaratmaqdır.
Tələbə nəyi öyrənməlidir: Kimyaya aid ədəbiyyatdan sərbəst istifadə etmək
bacarığı.
Üzvi birləşmələrin izomerliyi və adlandırılmasını mənimsəmək nəticəsində
birləşmələrin adlarına görə kimyəvi düsturların tərtib edilməsi, düsturlara görə isə
adlarının oxunmasını öyrənməlidir. Üzvi birləşmələrdəki funksional qruplara
əsasən onların təsnifatını aparmağı bacarmalıdır. İş texnikasını mənimsəmək,
hesablama aparmaq,işə aid referat və hesabat tərtib etməklə bəsit tədris-tədqiqat
təcrubələri aparmağı.
Üzvi birləşmələrin kimyəvi xassələrinə, fiziki-kimyəvi analiz üsullarına aid bilik-
ləri öyrənmək və onların ayrılması, saflaşdırılması və təyini üsullarını mənim-
səmək və təcrübədə tətbiq etməyi öyrənməlidir.
Tələbə nəyə yiyələnməlidir: Molekulda reaksiya mərkəzlərini tapmaq, onlardakı
funksional qruplara və quruluşlarına əsasən reaksiya istiqamətini və şəraitini
əvvəlcədən müəyyən etməyi bilməlidir. Üzvi sintezlərdə optimal variantı, kimyəvi
və fiziki-kimyəvi üsullarla üzvi birləşmələrin təyini və quruluşunu müəyyən etmək
üçün səmərəli üsullar seçə bilməlidir.
Tədris proqramına müvaffiq olaraq üzvi kimya kursuna ayrilan dərs saatlarının
miqdarı və vaxtı aşağıdakı sxemdə göstərilən kimidir:
Dostları ilə paylaş: |