AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ
AZƏRBAYCAN TİBB UNİVERSİTETİ
“BƏYƏNİLMİŞDİR” “TƏSDİQ EDİRƏM”
Azərbaycan Tibb Universitetinin Azərbaycan Tibb Universitetinin
Tədris-metodik və innovasiya Mərkəzi Metodik Komissiyasının
şöbəsinin müdiri sədri
prof.A.İ.QURBANOV ə.e.x., prof.S.C.ƏLİYEV
______________________ _______________________
15.09.2015-ci il
Protokol № ________________
ANALİTİK KIMYA
fənni üzrə
P R O Q R A M
BAKI – 2016
2
İPF-B07
Analitik kimya üzrə tədris proqramı
050806-Əczaçılıq
Azərbaycan Tibb Universitetinin ümumi və
toksikoloji-kimya kafedrasının müdiri, prof. Q.B.İskəndərovun
redaktəsi ilə kafedranın əməkdaşı baş müəllim İsmayılova Ş.Y.
tərəfındən hazırlanmışdır.
Rəy verənlər: 1. Prof. Mövsümov İ.S., Azərbaycan Tibb
Universitetinin Əczaçılıq kimyası kafedrası.
2. Prof. Çıraqov F.M., Bakı Dövlət Universitetinin
Analitik kimya kafedrası.
GİRİŞ
3
Azərbaycan Tibb Universitetində fəaliyyət göstərən əczaçılıq fakültəsinin
tələbələri üçün əsas tədris fənnlərindən biri analitik kimyadır. Həmin fakültənin
II kurs tələbələri tədris ili ərzində mövcud tədris planı üzrə 32 saat mühazirə
materialını dinləyir və 133 saat laboratoriya məşğələ dərsi keçirlər.
Suveren və müstəqil respublikamızda dərin nəzəri biliyə və əməli vərdişə
malik gənc mütəxəssislərin yüksək səviyyədə hazırlanması məsələsinə təlabat
gündən-günə artır. Əczaçılıq təhsili sistemində fundamental kimya fənnlərindən
biri kimi analitik kimyanın müstəsna əhəmiyyəti vardır. Gələcəkdə ixtisas
əczaçılıq fənnlərinin (əczaçılıq kimyası, toksikoloji-kimya, əczaçılıq texno-
logiyası, farmakoqnoziya) tələbələr tərəfindən yaxşı mənimsənilməsi analitik
kimyanın tədrisinin səviyyəsindən də asılıdır.
Fundamental fənn kimi analitik kimyanın əsas məqsədi tələbələrdə kimyəvi
analizin nəzəri əsasları haqqında bilik və təcrübi vərdişlər aşılamaqdır. Proqram
aşağıdakı bölmələrdən ibarətdir:
1. Giriş.
2. Analitik kimyanın nəzəri əsasları.
3. Analiz üsulları (vəsfi və miqdari analiz).
4. İnstrumental analiz üsulları.
5. Mühazirə və qrup məşğələsinin təqvim-mövzu planı.
6. Təklif olunan ədəbiyyat.
Analitik kimyanın ümumi nəzəri əsasları mühazirə materialında öz əksini tapır.
Kimyəvi analiz üsullarının nəzəri əsasları protolitik nəzəriyyə nöqteyi-nəzərin-
dən izah olunmalıdır. Kütlələrin təsiri qanunu və bunun əsasında izah olunan
digər qanunlar, riyazi ifadələr, düsturlar və s. tələbələrə elə şəkildə çatdırıl-
malıdır ki, bu tələbələrdə maddənin analitik xassəsini nəzərə almaqla müvafiq
analiz üsulu seçmək üçün möhkəm nəzəri bilik yaratsın və maddəni aşkar etmək,
eynilik və miqdarını müəyyən etmək üçün qəti addım atmağa zəmin yaratsın.
Vəsfi kimyəvi analiz üzrə qrup məşğələsində ionların daha vacib analitik
reaksiyalarını öyrənmək və qarışığın fərdi və ardıcıl (sistematik) analiz üsullarını
yerinə yetirmək tövsiyə olunur. Kationların ardıcıl analizi yalnız hər hansı bir
4
qrup kationlarını əhatə etməklə turşuəsasi təsnifat əsasında aparılır.
Anionlara aid vəsfi reaksiyalar və analizin gedişi barium və gümüş duzlarının
təsirinə əsaslanan təsnifata görə aparılır. Qrup məşğələsi hər bir tələbənin fərdi olaraq
analiz üsullarını yerinə yetirməyə imkan verir.Nəzəri bilikləri və praktiki vərdişləri
daha da möhkəmlətmək üçün qrup məşğələsində müvafiq bölməyə aid tələbələr
məsələ həll edirlər. Bu fərdi yazılı yoxlama işi şəklində aparıla bilər.Vəsfi analiz üzrə 3
dəfə sorğu nəzərdə tutulur. Semestrin sonunda tələbələrin bilik səviyyələri məqbulla
yekunlaşdırılır.
Miqdari kimyəvi analiz üzrə qrup məşğələsi əsasən qravimetriya və titrimetriya
analiz üsullarını əhatə edir. Tələbələr sərbəst olaraq titrli məhlul hazırlamalı və
standartlaşdırmalıdır. Analizdə tətbiq edilən məlum titrləmə və təyinat üsulu istifadə
etməklə bu və ya digər maddənin analizini aparır və nəticə hesablanır. Eksperimental iş
əvvəlcədən tərtib edilmiş plan üzrə һəг bir tələbəyə fərdi olaraq tapşırıla bilər. IV
semestrdə tələbələrin qrup məşğələsində müvafiq bölmələrə aid məsələ həll etmələri
nəzərdə tutulur. Bu, III semestrdə olduğu kimi yazılı yoxlama işi şəklində də aparıla
bilər. IV semestrdə 3 dəfə sorğu nəzərdə tutulur. Qrup məşğələsinin bu cür təşkil
edilməsi tələbələrin sərbəst iş aparma və mühazirə materialını mənimsəmə
qabiliyyətini daha da artırır.
Proqramda IV bölmə instrumental analiz üsullarına həsr edilmişdir. Burada
əczaçılıq analizi təcrübəsində geniş tətbiq edilən fiziki-kimyəvi analiz üsullarının
nəzəri əsasları öz əksini tapmışdır. Əczaçılıq fakültəsinin də yeni islahata müvafiq çox
pilləli təhsil sisteminə keçidi ilə əlaqədar olaraq (4 illik təhsil) əczaçı-bakalavr pilləsi
üçün instrumental analiz bölməsi üzə təqvim mövzu plana təcrübi iş daxil
edilməmişdir. Müvafiq avadanlığın məhdud sayda olması da buna imkan vermir. Bu
sahədə təcrübi iş sayca az olan magistrantlar üçün nəzərdə tutulur.
Mühazirələr üzrə təqvim mövzu planında instrumental analiz üsullarının
hamısı öz əksini tapmışdır.
Fənnin məqsədi: Əczaçılıq təhsil sistemində fundamental kimya fənnlərindən
biri kimi tələbələrdə kimyəvi analizin nəzəri əsasları haqqında bilik və əməli
vərdişlər aşılamaqdır. Digər tərəfdən gələcəkdə ixtisas əczaçılıq fənnlərinin –
əczaçılıq kimyasının, toksikoloji kimyanın, farmakoqnoziyanın, əczaçılıq texnolo-