Abel Məhərrəmov Abel Məmmədəli oğlu



Yüklə 27,81 Kb.
Pdf görüntüsü
tarix22.05.2018
ölçüsü27,81 Kb.
#45431


Abel Məhərrəmov 

Məhərrəmov Abel Məmmədəli oğlu — 

BDU


-nun rektoru

[1]


Azərbaycan Respublikası Milli 

Məclisinin

 III (2005-2010) və IV (2010-2015) çağırış deputatı, 

Azərbaycan Milli Elmlər 

Akademiyasın

ın akademiki, kimyaçı alim, BDU-nun üzvi kimya kafedrasının müdiri

[2]




Abel Məhərrəmov 

Abel Məmmədəli oğlu Məhərrəmov 

Doğum tarixi: 

5 yanvar


 

1950


(68 yaş) 

Doğum yeri: 

Ağdam


 

 

Azərbaycan SSR



 

Vətəndaşlıq: 

 

SSRİ



Azərbaycan

 

Elm sahəsi: 

kimya


 

İş yeri: 

Bakı Dövlət Universitetinin

 rektoru 

Elmi dərəcəsi: 

kimya elmləri doktoru 



Elmi vəzifəsi: 

akademik, professor 



Atası: 

Məmmədəli Məhərrəmov 



Anası: 

Şəfiqə Məhərrəmova

 

Mükafatları: 

 

Əməkdar Elm Xadimi



 

Mündəricat

 

Həyatı

Redaktə

 

Abel Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olmuşdur. Atası 

Məmmədəli Məhərrəmov riyaziyyatçı olub

[3]


. Oğlu anadan olanda adını Norveç 

riyaziyyatçısı 

Nils Abelin

 şərəfinə Abel qoymuşdur. 

1966–cı ilin may ayının 25-i 

Amasiya rayonu

n Güllübulaq kənd orta məktəbini

[4]


 qızıl medalla 

bitirdikdən sonra, elə 1966-cı ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuş və 

oranı 1971-ci ildə əla qiymətlərlə başa vurmuşdur. Universiteti bitirdikdən sonra təyinatla 

Ümümittifaq Olefinlər Elmi-Tədqiqat İnstitutunda operator, sonra isə mühəndis vəzifəsində 

çalışmışdır. 1973-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində "Üzvi kimya" 

ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1976-ci ildə akademik N.S.Zefirovun rəhbərliyi 




altında "İkiqat rabitələrə birləşmə reaksiyalarında sulfenxloridlərin elektrofilliyinin artırılmasının 

yeni metodu" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildən 

"Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni 

sintetik yanaşmalar" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir və həmin ildən 

"Üzvi kimya" kafedrasının professorudur. 

Elmi fəaliyyəti

Redaktə

 

Elmi-pedaqoji fəaliyyəti dövründə xaricdə və Azərbaycanda 600-ə yaxın elmi məqalə dərc 

etdirmişdir. O cümlədən 33 ixtiranın müəllifidir, 10-a yaxın monoqrafiya və 37 dərslik və dərs 

vəsaiti çap olunmuşdur. 

Üzvi kimya kafedrasının müdiri, "Zərif üzvi sintez" elmi-tədqiqat laboratorayasının rəhbəri, 

AMEA-nın həqiqi üzvü, Əməkdar Elm Xadimi, kimyanın əsas sahələrindən hesab edilən neft 

kimyası, üzvi kimya sahəsində geniş və dərin tədqiqatlar aparan, onu yeni biliklərlə 

zənginləşdirən, elmi məktəb yaradan tanınmış kimyaçı alimdir. 

O, "Alkenilfenolların kimyası", "Аминотиолы и их производные" monoqrafiyalarının və "Neft 

kimyası və neft-kimyəvi sintez", "Dərman maddələrinin sintezi" dərsliklərinin müəllifidir. 



Mükafatları və tutduğu vəzifələri

Redaktə

 

 

Dmitri Medvedyev



ə BDU-nun fəxri doktoru adının təqdim olunması mərasimi (3 sentyabr 2010) 

Məhərrəmov Abel Məmmədəli oğlu elmi nəticələrinə və təhsil quruculuğuna görə 11 fevral 

2000-ci ildə Azərbaycan Respublikasının "Əməkdar Elm xadimi" fəxri adına

[5]


Y.Məmmədəliyev adına qızıl medala layiq görülmüşdür. Azərbaycanda təhsilin və elmin 

inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə 

“Şöhrət” ordeni

 ilə təltif edilmişdir

[6]


Bundan başqa müxtəlif vaxtlarda Beynəlxalq EKO mükafatına və Rumıniyanın Ali Komandor 

dərəcəli Qızıl ulduz ordeninə layiq görülmüşdür. 

 



Avropanın bir neçə universitetinin fəxri doktoru, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü 

 



Beynəlxalq ali təhsil assosiasiyalarının prezidenti və idarə heyətinin üzvü 

 



1999-cu il yanvarın 11-də Bakı Dövlət Universitetinə rektor təyin edilmişdir. 

 



2001-ci ildə AMEA-nın müxbir üzvü, 

 



2007-ci ildə isə həqiqi üzvü seçilmişdir. 

 



2002-2004-cü illərdə Qara Dəniz Universitetləri Assosiasiyasının prezidenti olmuşdur 

 



2004-cü ildən isə vitse-prezidentidir. 


 

2005-2010-cu illərdə 16 saylı Yasamal ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli 



Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komitəsinin 

üzvüdür. 

 

2016-cı ilin oktyabrın 28-dən etibarən 



Rusiya Elmlər Akademiyasın

ın üzvü seçilib.



[7]

 

Ailəlidir, iki övladı, dörd nəvəsi vardır. 



 

Yüklə 27,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə